Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   2   3   4   5   6   7   8   9   ...   13

 

başqaları var idi. Bu alimlər İslam xaricindən yağan fikri hücumlara 



qarşı fikri mücadilələriylə qarşılıq verir, düşmənin atdığı hər şübhəni 

qəti  və  kəskin  əqli  dəlillərlə  söndürürdülər.  Bu  dönəmdə  mötəzili 

mütəkəllimlərin  də  xidmətləri  danılmazdır.  Onların  İslam 

düşmənlərinə  qarşı  elmi  qılınc  olduqlarını  heç  kəs  dana  bilməz. 

Bunun ən böyük şahidi tarixdir. 

Bax  belə,  hər  dönəmdə  ortaya  yeni  problelmlər  çıxdıqda,  yeni 

üsullarla o problemləri həll edən elm cəngavərləri yaranırdı. 

Lakin  İslama  yönələn  bu  fikri  təhlükələrə  qarşı  “Əvvəlkilər 

danışmayıb  biz  də  danışmırıq”  deyib  hayqıran,  daşlaşmış 

zehniyyətə  sahib bir firqə də  zamana qarışıb varlığını sürdürürdü. 

Həşviyyə sinfi. İnsanı heyvandan ayıran ağıl nemətini kənara atan 

bu  firqə  nəyinki  İslamın  fikri  düşmənlərinə  qarşı  lazımi  mübarizə 

aparmırdı, hətta kəlam istifadə edərək onlarla mübarizə aparan elm 

cəngavərlərinə dil uzatmaqdan da çəkinmirdilər. Yəni iki kəliməylə 

ifadə  etsək  ayaq  çəkirdilər.  Sözsüz  ki,  haqq  əhli  zaman-zaman 

onların da çürüklüyünü ortaya qoyur, iddialarının nə qədər gülünc 

bir iddia olduğunu həm yazılı həm də şifahi şəkildə isbat edirdilər. 

Tərcümə  edib  oxuculara  təqdim  etdiyim  bu  risalə  də  həmin 

hədəfə  xidmət  edir.  Risalə  müəllifin  dönəmində  yaşayan  bu 

zehniyyətin çürük iddialarına cavab xarkteri daşıyır. 

Kiçik də olsa faydası bol olan bu risaləni əslində çoxdan tərcümə 

etmişdim.  Lakin  vaxtın  darlığı  səbəbiylə  üzərində  son  işləri  görüb 

oxuculara veriləcək duruma gətirə bilmirdim. Nəhayət heç olmasa 

elektron versiyasını çıxarmaq qərarına gəldim. Allahın lütfüylə başa 

çatdırdığım  bu  kiçik  işi  oxuculara  təqdim  etmək  mənim  üçün 

sevindirici bir haldır.  

Risaləni  tərcümə  etməklə  yanaşı  ona  bəzi  qeydlər  də  əlavə 

etdim. Kitabın gedişatı aydın olsun deyə mətni mövzulara bölərək 

uyğun  başlıqlar  altında  qeyd  etdim.  Faydanın  kamilləşməsi  üçün 



 

müəllifin  qısa  tərcümeyi  halını  yazdım  və  risalə  barədə  məlumat 



verdim. Müvəffəqiyyət Allahdandır.  

 

Rüstəm Mehdi Qubavi  



     19.03.1436 h./10.01.2015 m.   

 

 




 

Əbul Həsən əl Əşari 



 

O, Əbul Həsən Əli bin İsmail bin İshaq bin Salim bin İsmail bin 

Abdullah bin Musa bin Bilal bin Əbu Burdə bin Əbu Musa əl Əşari, 

əl Bəsri əş Şafidir. Adı Əli, künyəsi Əbul Həsəndir. Soyu səhabədən 

Əbu  Musa  əl  Əşariyə  -radiyAllahu  anhu-  dayanır.  Əsli  Əşarilər 

qəbiləsindən olduğuna görə Əşari nisbəsiylə tanınır.  

İmam  Əbul  Həsən  əl  Əşari,  Əhli  Sünnənin  etiqadda  iki 

məktəbindən  biri  olan  “Əşariyyə”  məktəbinin  rəisidir.  Bəsrədə 

doğulub Bağdadda vəfat etmişdir. Ömrünün təxminən otuz beş ilini 

Mötəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan 

sonra,  o  məzhəbi  tərk  edərək  Əhli  Sünnə  məzhəbinə  keçmiş, 

məharətini  bu  əqidənin  müdafiəsi  üçün  sərf  etmiş,  xüsusilə  əqli 

cəbhədəki ehtiyacı qarşılamışdır. 

Deyilənə  görə  dönüşünə  təkan  verən  səbəblərdən  biri  Allah 

Rəsulunu  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm-  dəfələrlə  yuxuda 

görməsi, ona "Mənim miras qoyduğum düzgün etiqada dəstək çıx, 

olduğun yoldan (etizaldan) uzaqlaş" buyurması və bunun dəfələrlə 

yuxuda  təkrarlanması  olmuşdur.  İmam,  bundan  sonra  hər  şeyi 

kənara  buraxıb  bir  müddət  dəlilləri  qarşılaşdırmış,  üzərində 

düşünmüş,  nəhayət  Əhli Sünnə  məzhəbinə  keçərək, bütün köhnə 

kitablarını etibarsız elan etmiş və Mötəziləyə qarşı amansız kabusa 

çevrilmişdir. 

Belə  ki,  o  Mötəzilənin  imamlarıyla  münazərə  etmək  üçün 

məclislər  qurar  və  onları  daha  öncə  məğlub  olmadıqları  şəkildə 

məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, bir dəfə Əbul Həsən əl 

Əşari  Bəsrədə  Mötəzilə  məzhəbindən  olan  bir  qrup  alimlə 

münazərə  məqsədilə  məclis  qurdu.  Münazərədə  iştirak  edən 

alimlər  tək-tək  məğlub  olub  susdular.  İkinci  məclis  üçün  anlaşıb 

qalxdılar.  Lakin,  ikinci  məclis  üçün  bir  mötəzili  alim  belə  məclisə 



10 

 

gəlməyə cəsarət etmədi. İmam Əşarinin əshabından biri, "Mötəzilə 



alimləri qaçdı" yazılıb qapıya asılmasını istədi. 

Əbul  Həsən  əl  Əşarinin  İslam  daxili  bidət  firqələrinə  və  İslam 

xarici küfr əhlinə qarşı yazdığı onlarca kitab və risalələri vardır. Bu 

firqələrlə  sayılmayacaq  qədər  münazərələrə  qatılan  Əşari,  Əhli 

Sünnənin münazərə meydanındakı təmsilçilərindən biri idi. 

 

Məşhur Şeyxləri 

Əbul  Həsən  əl  Əşari  həm  etizalda  olarkən,  həm  də  tövbə 

etdikdən  sonra  yaşadığı  coğrafiyanın  alim  bolluğundan  istifadə 

etmiş, bir çox alimdən dərs almışdır. Şeyxləri arasında Zəkəriyya bin 

Yəhya  əs  Saci,  İbn  Sureyc,  Əbu  İshaq  əl  Mərvəzi,  Əbu  Xalifə  əl 

Cuməhi, Abdur Rahmən bin Xaləf əl Bəsri, Muhəmməd bin Yaqub əl 

Muqri və başqaları yer almaqdadır. Eləcə də o zaman mötəzilənin 

imamlarından 

sayılan 


Əbu 

Əli 


əl 

Cubəi 


də 

şeyxin 


müəllimlərindəndir. 

 

Məşhur Tələbələri 

Şeyxlərinin  çoxluğu  kimi  tələbə  sarıdan  da  yoxluq  çəkməyən 

Əşarinin tələbələri arasında imamla münazərədən sonra şiəlikdən 

dönən yaxın tələbəsi Əbul Həsən əl Bəhili,

2

 Əbul Həsən ət Tabəri,



3

 

Əbul  Həsən  ər  Ruməni,  Əbu  Zeyd  əl  Mərvəzi,  Əbu  Abdullah  bin 



Mücahid ət Tai əl Bəsri, Bundar bin əl Huseyn əş Şirazi, Əbu Əli əs 

                                                           

2

 Muhəmməd Vəlinin qeyd etdiyi sənəddə bu risaləni Əşaridən o rəvayət 



edir. 

3

  Digər  çaplardakı  sənəddə  bu  risaləni  Əşaridən  rəvayət  edən  məhz  bu 



imamdır. 


Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə