Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   28   29   30   31   32   33   34   35   36

  
SƏNİNDİR 
  
Bəzən inamında kölgə görürəm
Tərsini-düzünü yozan sənindir. 
Yazılan kimindir, nəyinə gərək, 
Hər şeydən irəli yazan sənindir. 
  
Hərə bir ömürdü bitirib gedir, 
Şələ-şüləsini götürüb gedir. 
Bahar öz dövranın itirib gedir, 
İtki mənimkidi, xəzan sənindir. 
  
Odunu-közünü içimdə qala, 
Bəlkə elə yanam bir külüm qala... 
Yüzü sağa çəkə, yüzü də sola, 
Eldar İsmayıltək ozan sənindir. 
  
  
KÜLÜM SOVRULA-SOVRULA 
  
Gəzdim sənin sorağında, 
Kefim durula-durula. 
Mənə şirin layla çaldı, 
Çaylar burula-burula. 
  


İllər ötdü, döndü üzün, 
Yalan oldu əhdin-sözün. 
Sinəm üstə odun-közün 
Qaldım qovrula-qovrula. 
  
Eldar, qəmə dözürəm mən, 
Qəm əlindən bezirəm mən. 
Səndə həyat gəzirəm mən, 
Külüm sovrula-sovrula. 
  
  
QURBANIN OLUM 
  
Otağıma təşrif buyur, 
Nur ələ qurbanın olum. 
Sultanım ol nazlı gəlin, 
Hökm elə qurbanın olum. 
  
Gör başıma nələr gəlir, 
Qəmimi qəmkeşlər bölür. 
Bir şair dərindən ölür, 
Ver yola qurbanın olum. 
  
Yüz bəhanə, bir fənd elə, 
Qəlbimi qəlbə bənd elə. 
Qulac qolum kəmənd elə, 


Sıx belə, qurbanın olum. 
  
Sevdaya dön, eşqimə yağ
Üz-üzə dur, gözümə bax. 
Kipriyinlə bir şimşək çax, 
Od ələ qurbanın olum. 
  
Taleyimi al əlinə, 
Bənövşə düzüm telinə. 
Eldar desən...sən dilinə 
Bal bələ qurbanın olum! 
  
  
KÖNLÜMÜN 
  
Görünmə gözünə, daha görünmə, 
Sinəsi yüz yerdən dağlı könlümün. 
Nə gəlib başına səndən gəlibdi 
Taleyi qaralı, ağlı könlümün. 
  
Nə qandım eşqindən fayda umalı, 
Qaydasız işindən qayda umalı... 
Sənə yar deyəli, sevda umalı, 
Çaşıbdı xəyalı, ağlı könlümün. 
  
Apardın Eldarın nubarını sən, 


Qoruya bilmədin ilqarını sən. 
Döymə qapısını, divarını sən, 
Qapısı üzünə bağlı könlümün. 
  
  
DİLİN YANSIN DİL VERƏNİM 
  
Sən söz tacım olasıydın, 
İlk eşqimin qalasıydın. 
Sinəmdən yol salasıydın 
Yolun yansın yol verənim. 
  
Sən ki, mənə gül dərərdin
Dəstə tutub göndərərdin. 
Nədən oldu üz döndərdin? 
Gülün yansın gül verənim. 
  
Alışmışdın sönməz oldun, 
Bizə tərəf dönməz oldun. 
Sən dil açıb dinməz oldun, 
Dilin yansın dil verənim. 
  
Könlüm zədən, ovutmadın, 
Unut dedim, unutmadın. 
Əl uzatdım, əl tutmadın, 
Əlin yansın əl verənim. 


  
19.05.04. 
  
SƏN NİYƏ BELƏSƏN 
  
Sirrimi soruşma, bilmə, deyirsən, 
Neçə ki, qəmlisən gülmə, deyirsən. 
Mən gəlim deyəndə, gəlmə, deyirsən, 
Sən niyə beləsən, niyə beləsən... 
  
Baxışın içimdə çaxmaqmı çalıb? 
Könül qovdanıma od-alov salıb. 
Əllərim əlindən üzülü qalıb, 
Sən niyə beləsən, niyə beləsən... 
  
Mənə bu günü də çox görənim sən, 
Mənə dürlü-dürlü dərd verənim sən. 
Nur düşən bacama daş hörənim sən
Sən niyə beləsən, niyə beləsən... 
  
Dedim əlimdən tut apar sabaha, 
Bir dərdli aşiqəm batma günaha. 
Bu söz məndən ötrü bahadan-baha, 
Sən niyə beləsən, niyə beləsən... 
  
Yaşadım ömürdən-gündən xəbərsiz


Mən səni anmışam səndən xəbərsiz. 
Sən məni atıbsan məndən xəbərsiz, 
Sən niyə beləsən, niyə beləsən... 
  
Bu hissi gizləyib dana bilmirəm, 
Daş qəlbi hissimlə yona bilmirəm. 
Anlaya bilmirəm, qana bilmirəm, 
Sən niyə beləsən, niyə beləsən... 
  
14.04.2000. 
  
QOYNUNDA 
  
Səslə məni bu halına, 
Yetim, dincəlim qoynunda. 
Aç yaxanın düyməsini, 
Ötüm, dincəlim qoynunda. 
  
Dəymə, toxunma qəlbimə
Nur ələnsin, nur təbimə. 
Diləyimə, mətləbimə 
Çatım, dincəlim qoynunda. 
  
Qoy gəlim səcdənə enim, 
Bu sevdada yanıb-sönüm. 
Bir yaşıl yarpağa dönüm, 


  
Bitim, dincəlim qoynunda. 
Tapdım səni hil iyinə, 
Döndüm sənin ləliyinə... 
Nar eşqiylə gül iyinə 
Batım, dincəlim qoynunda. 
  
Laylaya çək sən yuxumu, 
Verim sənə mən yuxumu. 
Sən yozduğun çin yuxumu 
Qatım, dincəlim qoynunda. 
  
Soruş Eldar, halın necə? 
Söhbət dərin, mətləb incə... 
İnsaf elə bircə gecə 
Yatım, dincəlim qoynunda. 
  
13.08.2000. 
  
RAHİLƏ XANIM 
  
Pərilər içində qənirsiz mələk, 
Mələklər içində Rahilə xanım. 
Hər bağın-bağçanın minbir çiçəyi, 
Çiçəklər içində Rahilə xanım. 
  


Yerişi-duruşu bir elə bəzək, 
Xumar baxışların qəmzəsi göyçək. 
Üzür qəvvas kimi su sonası tək, 
Diləklər içində Rahilə xanım. 
  
Eldar hər hikməti tanrıdan sorub, 
Gözümün önündə bir sultan durub. 
Özünə yurd salıb, aşiyan qurub, 
Ürəklər içində Rahilə xanım. 
  
13.08.98. 
  
SƏN ALLAH 
  
Bu yollarda uğur dilə sən mənə, 
Dağa-daşa məni salma, sən Allah. 
Can evimdə yer seçmişəm mən sənə, 
Bu obada peşman olma, sən Allah. 
  
Mən hazıram ipək teli düzməyə, 
Bu sevdanın səmasında süzməyə. 
Tabım yoxdu naz-qəmzənə dözməyə, 
Qaş oynadıb, kirpik çalma, sən Allah. 
  
Götür sazı, təzə xalla sən güllə, 
Gəl aldatma bu Eldarı bir güllə. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə