Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   28   29   30   31   32   33   34   35   36

Əmmaməli şeytanları əngələ sal
İrticanın gözlərində yenə də qan… 
Daha sönmə, alovlanan Azərbaycan! 
Tufana dön, dalğalanan Azərbaycan! 
  
Qorqud oğlu pələng kimi oyanmalı, 
Xəyanətlər, həqarətlər dayanmalı! 
Qanlı əllər öz qanına boyanmalı… 
Qorxudammaz səni ölüm, nə də zindan… 
Daha sönmə, alovlanan Azərbaycan! 
Tufana dön, dalğalanan Azərbaycan! 
  
Bayrağına, vüqarına qurban olum 
"Türkəm" deyən şüarına qurban olum. 
Təbriz adlı diyarına qurban olum, 
Sən püskürən, sən alışan odlu vulkan… 
Daha sönmə, alovlanan Azərbaycan! 
Ey kükrəyən, çalxalanan Azərbaycan! 
  
26.05.2006. 
  
ÇANAQQALA SAVAŞI 
  
"Bir daĢı sipər etmək üçün ələ keçirməyə çalıĢan düĢmənə 
aman vermədik. Həmin daĢ uğrunda 11 nəfər Ģəhid versək də, o qara daĢı 
qoruyub saxladıq."Çanaqqala döyüĢünün iĢtirakçısı olmuĢ bir nəfərin söhbətindən. 


  
Müqəddəs bir savaş, 
Çanaqqala savaşı. 
Qanımızla yoğrulub, 
Hər torpağı, hər daşı. 
Məhmətçiklər qoruyub 
Bir qaya parçasını. 
Quduzlaşmış düşməndən
Bu daşı qorumaqçün 
Neçə yaralı olub, 
Neçə nəfər verib can. 
Bu daş Vətən daşıdı, 
Onu əldən verənin 
Qəlbində təpər olmaz. 
Ona sinəni verib, 
Onu qoruya bilsən 
Düşmənə sipər olmaz. 
Bir qara daşdan ötrü 
On bir nəfər qan töküb. 
On bir nəfər bu daşı 
Öz al qanına büküb. 
O daş Çanaqqalada 
Bu gün məğrur dayanıb. 
Doxsan ildi yatmır o, 
Son yuxudan oyanıb. 
O daşı qoruyun siz, 


O daş Vətən daşıdı. 
Savaşda yenilməyən 
Məhmətçiyin yaşıdı. 
  
19.03.05. 
  
TÜRK OLMAQ ÇƏTİNDİ BU MƏMLƏKƏTDƏ 
  
Bəzi qəzetlərin baĢlıca mövzusu: 
“Türkəm” demə, dostluğu kəsərəm 
səndən! 
  
“Bütövə” bütöv de, sən bölük demə
Kiçiklər yanında kim böyük demə. 
Hər nə deyəcəksən, barı türk demə, 
Türk olmaq çətindi bu məmləkətdə. 
  
Qeyrətə möhtacdı alınmaz qalam, 
Beləcə başlayıb bu yurdda bəlam. 
Erməni də olar, yezit də, balam, 
Türk olmaq çətindi bu məmləkətdə. 
  
Yadlar tufan kimi əsib gedərlər, 
Doğmalar salamı kəsib gedərlər. 
Türk desən biryolluq küsüb gedərlər, 
Türk olmaq çətindi bu məmləkətdə. 
  


Adını özgədən xəbər alarsan
Öz doğma dilinə yamaq salarsan. 
Təklənə bilərsən, yalqız qalarsan, 
Türk olmaq çətindi bu məmləkətdə. 
  
Sən belə məxluqsan, belə bəşərsən, 
Aldanıb, uduzub içdən bişərsən. 
Qarğışa düşərsən, aha düşərsən
Türk olmaq çətindi bu məmləkətdə. 
  
Yosuntək köksüz də bitmək gərəkdi, 
Əriyib arada itmək gərəkdi. 
Bir azca ehtiyat etmək gərəkdi, 
Türk olmaq çətindi bu məmləkətdə. 
  
Yaxşısan ürəyin bayılmış olsa, 
Yaxşısan bir eybin yayılmış olsa. 
Gözlərin mürgüdən ayılmış olsa, 
Türk olmaq çətindi bu məmləkətdə. 
  
Qanmağı özünə eyləmə haram, 
De ki, azəriyəm, atəşəm, qoram. 
De ki, müsəlmanam, de ki, tataram, 
Türk olmaq çətindi bu məmləkətdə. 
  
Ay qardaş, selləmə su tək axırsan, 


Doğmana zalımsan, yada fağırsan. 
Ağzını ayırıb hara baxırsan? 
Türk olmaq çətindi bu məmləkətdə! 
  
  
O GÖLƏRİN QƏDRİNİ BİL 
  
Baxışın şahdı, sultandı, 
Söz düşməmiş söz qanandı. 
O dalğalı bir ümmandı, 
O gözlərin qədrini bil. 
  
Eşqin odu sitəm olur
Gah dərd olur, məlhəm olur. 
Süzüləndə aləm olur, 
O gözlərin qədrini bil. 
  
Gülə dönər gül iyləyən, 
Yolçunu yoldan eyləyən. 
Eldarı məcnun eyləyən 
O gözlərin qədrini bil. 
  
12. 08.2002. 
  
GİZLƏMƏ MƏNDƏN 
  


Gözüm doymaz gözəllikdən, 
Üzünü gizləmə məndən. 
Gözlərinlə gözümə bax, 
Gözünü gizləmə məndən. 
  
Eşqimizə and içibsən, 
Uçub qanıma köçübsən. 
Bir söz atıb yan keçibsən, 
Sözünü gizləmə məndən. 
  
Səni Eldara öyərəm, 
Adına Sultan deyərəm. 
Yesəm dodağın yeyərəm, 
Özünü gizləmə məndən. 
  
27.06.2002. 
  
GƏZİRƏM 
  
Pərvanəyəm bir çırağın oduna, 
Tutuşmuşam, yana-yana gəzirəm. 
Yanmaq mənim səadətim, həyatım, 
Bu hikməti qana-qana gəzirəm. 
  
Kim nə bilir nə hallıyam bu yolda, 
Öz eşqimin cəlalıyam bu yolda. 


Əzab çəkən zavallıyam bu yolda, 
Öz ömrümü yona-yona gəzirəm. 
  
Bir Leyli var bu Eldarı anası, 
Məhəbbətdi yaşamağın mənası. 
Mənim yarım Göyçə gölün sonası, 
Öz sonamı ana-ana gəzirəm. 
  
  
ALTINDA 
  
Sil gözünün yağış adlı yaşını, 
Çox çimmişəm o yağışın altında. 
Çaxmaq çalar, şimşək çaxar kirpiyin, 
Göy gurlayar bu çaxışın altında. 
  
Mənim könlüm baxışına bükülüb, 
Yazıq canım dardan-dara çəkilib. 
Yaxşı bil ki, damla-damla sökülüb, 
Əriyirəm o baxışın altında. 
  
Eldar, sənə şair ömrü bir naxış, 
Dəli həsrət tanrımızdan pay, bağış... 
Məndən ötrü bir qarğış var, bir alxış, 
Qoyma qalım mən qarğışın altında. 
  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə