Bu vursındır məqamında
Bu torpağı kim alacaq?
Qarabağı kim alacaq?
Hər il bir yol Şuşa günü, Laçın günü,
Ağdam günü yaşayırıq.
Hər il bir gün içimizdə
Bir Kəlbəcər, bir Füzuli,
Bir Zəngilan daşıyırıq.
Gah asırıq, gah kəsirik,
Satqınları tənbeh edir,
Gah inciyir, gah küçürük.
Hər il bir gün
Söz açırıq bir bölgədən.
Qurtarmırıq çək-çevirdən,
Çıxammırıq
Bu kölgədən, o kölgədən.
Qurtarmırıq
Bu bəlkədən, o bəlkədən.
Dünən yenə səkkizi may,
Şuşamızın işğal günü,
Talan günü,
Bu millətin
Boünuburuq qalan günü.
Hər il bir yol Şuşa üçün,
Laçın üçün
Biz günahkar axtarırıq.
Yüz ağlıçaş arasında
Bir xatakar axtarırıq.
Deyinirik, döyünürük,
Çırpınırıq.
Axşam olur,
Gün ötüşür, Sübh açılır.
Qınımıza qapılırıq.
Dünən yenə səkkizi may,
Şuşamızın süqut günü.
Bu gün isə doqquzu may,
Qələbənin toy-düyünü.
Sovetlərin qələbəsi
Azərbaycan ölkəsinin
Müjdə səsi, toy həvəsi!
Ekranlarda ha çal-çağır,
Ha atıl-düş, çığır-bağır.
Məsmə xanım bu ekrandan,
Gülgəz xanım o ekrandan,
Vəsmə xanım o birindən
Bütün günü nəğmə deyir,
Ağıl verir bu millətə.
Açıq-çılpaq rəqs etməyi
Lüzum görür bu millətə.
"Atam oğlu, vur çatdasın,
Sən şadlıq et, düşmənlərin,
Yağıların qoy partlasın!
"Bu getgəllər,
Bu əngəllər qurtarmırsa,
Bu çal-çağır,
Çığır-bağır qurtarmırsa,
Uca kürsü təlaşları
Davam edib yeriyirsə
Üz tuturam,
Rəbbim sənə,
Üz tuturam dönə-dönə:
Vəsmə xanımİl boyunca
Hər gün, hər gün ekranlarda.
Şuşa isə,
Laçın isə ildə bir gün,
İldə bir yol ekranlarda.
Vətən eşqi çal-çağırda
Əriyirsə,
Çürüyürsə bu torpağı
Kim alacaq?!
Qarabağı kim alacaq?!
Sən ey Rəbbim, yetiş dada!
Öz əlimlə
Mən düşmüşəm yaman oda!
9.05.2002.
KƏLBƏCƏR
Göyçə axan göz yaşımdı,
Sonsuz qəmimdi Kəlbəcər!
Keyti itən qaş-daşımdı,
Batan gəmimdi Kəlbəcər!
Tariximin bu çağında,
Köz yox Şəmşir ocağında.
Bu yurdun baş otağında
Sönən şamımdı Kəlbəcər!
Göydən asılmış daşam mən,
Namərd başına tuşam mən,
Başı kəsik bir quşam mən...
Axan qanımdı Kəlbəcər!
İstisu solan çiçəyim,
Ağdaban nursuz bəbəyim.
Yanşaq göynəyən ürəyim,
Yanan canımdı Kəlbəcər!
Vətən dərdin böl, ay Eldar,
Böləmmirsən öl, ay Eldar.
Bilmirsənsə bil, ay Eldar,
Uçan damımdı Kəlbəcər!
7.08.1993.
XOCALININ DƏRDİ HARAY
Ulu tanrı hardan gəldi bəd xəbər?
Bəd xəbərə ürək dözsün nə qədər?
İç dünyamdan bir ah qopdu bu səhər,
Xocalının dərdi haray, ay haray!
Bu milləti qırdıran kim, qıran kim?
İgidləri kürəyindən vuran kim?
Bilinmirsə kim müttəhim, kim hakim...
Xocalının dərdi haray, ay haray!
Dağı-daşı sac içində qovruldu,
Böyük-kiçik tank altında qırıldı.
Xocalının külü göyə sovruldu...
Xocalının dərdi haray, ay haray!
Nə qocası, nə cavanı seçildi,
Qadınların qızıl qanı içildi.
Körpələri xəzəl kimi biçildi,
Xocalının dərdi haray, ay haray!
Bədən getdi, qol dorğandı, baş dindi,
Göz ovuldu, göy ağladı, yaş dindi.
Torpaq yandı, yurd dağıldı, daş dindi...
Xocalının dərdi haray, ay haray!
Zülmü görüb zaman təzdlən qocaldı,
Xatın kəndi bu vəhşətə mat qaldı.
Öz dərdini unudaraq ün saldı-
Xocalının dərdi haray, ay haray!
Aman Allah, Tufana bax, tufana,
Şəhər zülmət, toz qarışıb dumana...
Saçın yolub dad eləyir hər ana,
Xocalının dərdi haray, ay haray!
Belə sərgi sərməmişdi bu dünya,
Belə dövran sürməmişdi bu dünya,
Belə qırğın görməmişdi bu dünya!
Xocalının dərdi haray, ay haray!
Qayasına mən başımı qoyaram,
Torpağını al qanımla boyaram.
Dünya boyu sızıldayar bu yaram...
Xocalının dərdi haray, ay haray!
Xocalının dərdi bizə qalx! -deyir.
Düşmənləri süngüsünə tax! -deyir.
Qılıncını nərə çəkib çax! -deyir.
Xocalının dərdi haray, ay haray!
Bu harayda Allah eşqi olmalı!
Axan qanlar qan yaddaşı qalmalı!
Bu qisası əzəl-axır almalı!
Xocalının dərdi haray, ay haray!
İnsanların mərdi haray, ay haray!
1992.
TUFANA DÖN, DALĞALANAN AZƏRBAYCAN
"Ġran" qəzetində Azərbaycan türklərini təhqir
edən karikatura güneyli qardaĢlarımızı ayağa qaldırıb.
Necə coşdun, yatmış ümman, birdən-birə,
Ulu Təbriz, qoca Zəncan, birdən-birə?
Necə qopdun, dəli tufan, birdən-birə?
Öz sözünü deməliydin, dedin Turan…
Daha yatma, ey oyanan Azərbaycan!
Ey kükrəyən, çalxalanan Azərbaycan!
Nə bəlalar, müsibətlər görüb gözün,
Nahaq kimi qiymətlənib haqqın-düzün.
İrticanın qarşısında bükmə dizin,
Silkələnsin qəzəbində mülki İran!
- Daha sönmə, alovlanan Azərbaycan!
Tufana dön, dalğalanan Azərbaycan!
Qəfil qopan, dağdan aşan coşqun selim,
Vurub yıxan, əzib tökən Turan yelim…
Ey Ərdəbil, Xoy, Urmiya, Sulduz elim,
Heyrət etdi, bu coşquna bütün cahan.
Daha yatma, ey oyanan Azərbaycan!
Tufana dön, dalğalanan Azərbaycan!
Sükunətin zəncirini qırmaq gərək,
Mütiliyin dizlərinə vurmaq gərək.
Öz haqqının hesabını görmək gərək…
Sən sormasan farslar sənə verməz aman.
Daha sönmə, alovlanan Azərbaycan!
Tufana dön, dalğalanan Azərbaycan!
Düşməninlə dost olandan sirdaş olmaz,
Atan-anan bir olsa da qardaş olmaz.
Canavardan sədaqətli yoldaş olmaz,
O, marıqda, pusqusunda durub hər an…
Daha yatma, ey oyanan Azərbaycan!
Tufana dön, dalğalanan Azərbaycan!
"İslam" deyən kinli qəlbə zəlzələ sal,
Saxtakarın vücuduna vəlvələ sal.
Dostları ilə paylaş: |