Əli Səbri mənim haqqımda
məlumat verəcək Xahiş edirəm, əgər sənin üçün
çətin olmazsa və mümkünsə uşaqlarımın xatirinə mənim Vətənə qayıtmağıma
imkan daxilində kömək edəsən.
Mən çox qocalmışam, ömrümün son illərini uşaqlarımın yanında, doğma
diyarda keçirmək istəyirəm. Mənə elə gəlir ki, sən mənim xahişimi rədd etməzsən,
çünki indi zaman o zaman deyil. Burdan qohumlarının və tanışlarının vəsatətmə
əsasən çoxları evə qayıdırlar. Mehdixana və Xavər xanıma mənim ürəkdən gələn
salamımı çatdır. Öpürəm səni, Mehdixanı, Yusifı və Vaqifi.
Xoşbəxtlik və əmin-
amanlıq arzulayıram.
Hörmətlə: Nəsib ağa.
1955-ci ildə Vətənə Qayıdan Nəsib ağa Vəkilov 1963-cü ildə Bakıda vəfat
edib. O, polkovnik Əsəd ağa Vəkilovun oğlu idi.
* * *
1919-cu il fevralın on dördündə
praporşik Lütvəli bəy Vəkilov Azərbaycan
süvari alayının komandirinə belə bir məlumat göndərmişdir:
“Sizin nəzərinizə çatdırıram ki, 1918-ci il iyunun on səkkizində dördüncü
Borçalı alayının polkovniki Tuqanov cəbhədəki döyüş xidmətlərimə görə min beş
nömrəli əmrlə məni Müqəddəs Georgi xaçı ordeninin bütün dörd dərəcəsi ilə təltif
olunmağa təqdim etmişdi. Və buna əsasən mənə birinci Mozdok Dağ Kazak alayı
min yüz qırx altı nömrəli attestatı da verilmişdir. Orada ordenlərin hər birinin
nömrəsi də yazılıb. Həmin döyüşlərdə mən dörd dəfə yaralanmışam və kontuziya
olmuşam. Bunların hamısı Sizə göndərdiyim şəxsi işimdə göstərilib.”
Vərəqin o biri üzündə praporşik Lütvəli bəy Vəkilovun dəstixəttilə yazılmış
qeydi də var: “Mənim şücaətlərimin və təltifatlarımın
cəbhədə şahidi olan rotmistr
Çayevski idi. O, hazırda Hərbi Nazirliyin Baş Qərargahında baş zabit kimi
xidmətdədir.”
Əlbəttə, praporşik Lütvəli bəy Vəkilovun bu məlumatı müasir oxucuya adi
ərizə kimi görünə bilər. Lakin unutmaq olmaz ki, o dövrdə belə bir yüksək ordenlə
zabitlər çox nadir hallarda təltif olunurdu. Qeyri-adi igidlik göstərən, müqəddəs
Georgi ordeninin bütün dərəcəsinə layiq görülən oğullarımızı barınaqla
saymaq
olar: rotmistr Teymur bəy Novruzov, praporşik Səyad bəy Zeynalov, poruçik
Osman ağa Gülməmmədov.
Yüz qırx birinci səhifədə Lütvəli bəyin silahdaşı Çayevskinin Baş Qərargaha
təqdimatı saxlanılır. O, yazır ki, dördüncü Borçalı süvari alayının praporşiki
Lütvəli bəy Vəkilovla Birinci Dünya müharibəsinin ilk günlərindən 1918-ci ilin
sentyabrınadək birgə döyüşlərdə olub. Onun bütün qəhrəmanlıqlarının canlı
şahididir. Qazaxda, Lori dərəsində, Borçalıda erməni daşnaklarına qarşı
döyüşlərdə, Bakı, Qarayazı və Şamxorda bolşeviklərlə vuruşlarda
onun cəsur
süvari kimi igidlik göstərdiyinə zəmanət verir. Belə bir igid zabitin yüksək rütbəyə
layiq olduğunu tamamilə qanuni hesab edir.
Rotmistr Çayevskinin Baş Qərargaha iftixarla yazdığı təqdimatı iki general
məmnuniyyətlə təsdiq edib, dərkənar qoyublar: süvari diviziyaınn rəisi, general-
mayor Şahzadə Əmir Kazım Qacar və qərargah rəisi general Zaxar Amaşukeli.
Çox təəssüf ki, sənədlərin izi elə buradaca itir. 1890-cı il təvəllüdlü
praporşik Lütvəli bəy Abbasqulu bəy oğlu Vəkilovun bundan sonra hansı rütbəyə
layiq görüldüyü məlum olmur.
Polkovnik Gəray bəy Vəkilovun kiçik qardaşı, praporşik Lütvəli bəy
Vəkilovu Zaqafqaziya Baş Siyasi İdarəsi 1932-ci il fevralın 2-də antisovet ruhlu
zabit kimi həbs edib beş illik sürgünə göndərmişdi. Minlərlə günahsız Azərbaycan
zabiti kimi qırx iki yaşlı Lütvəli bəyin də ömrünün hansı həbs düşərgəsində sona
yetdiyi məlum deyil.
Podporuçik Sadıq Əsgər oğlu Vəkilov 1895-ci ildə Qazax qəzasının
Salahlı kəndində anadan olub. Müsavat ordusunda üçüncü Gəncə piyada alayında
kiçik zabit kimi xidmət edib. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının
Tatar-Azərbaycan şöbəsini və 1918-ci ildə Gəncədəki praporşiklər məktəbini
bitirib.
Azərbaycan Milli Ordusunun kapitanı
Bahadır bəy İbrahim ağa oğlu
Vəkilov da bu nüfuzlu nəslin nümayəndəsidir. 1889-cu il martın 24-də Qazaxda
zadəgan ailəsində anadan olub. İlk təhsilini Tiflisdə birinci kişi gimnaziyasında
alıb. 1918-ci il mayın 15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub.
Sentyabrın 1-dən piyada qoşunlarında kiçik yunker, böyük yunker rütbəsində
xidmət edib, noyabrın 18-də isə Gəncədəki praporşiklər
məktəbini birinci dərəcə
ilə bitirib. Məktəbi əla qiymətlərlə bitirdiyinə görə o, hərbi məktəbdə rota
komandiri vəzifəsində saxlanılıb. Məktəbin rəisi polkovnik Şirin bəy Kəsəmənski
28 fevral 1919-cu ildə gənc zabit Bahadır bəyə verdiyi xasiyyətnamədə qeyd edir
ki, əla davranışa və yüksək əxlaqa malikdir. Zabit kadrlarının yetişdirilməsinə tam
layiqdir. Siyasi hazırlığı var. Martın iyirmi ikisində hərbi nazir,
tam artilleriya
generalı Səməd bəy Mehmandarov Gəncə praporşiklər məktəbinin rəisinə belə bir
əmr göndərib:
“Gəncə praporşiklər məktəbinin əlli nəfərdən çox məzununa əziz Novruz
bayramı ərəfəsində praporşik rütbəsi verilsin. Onlar xidmət üçün birinci
Azərbaycan süvari diviziyasına, üçüncü Gəncə süvari alayına, Əlahiddə Zaqatala
batalyonuna yüngül artilleriya divizionuna göndərilsin. Gəncə praporşiklər
məktəbini əla bitirdiklərinə görə podpraporşik İsrafıl ağa Şıxlinskiyə, Bahadır bəy
Vəkilova, Musa bəy Şəmsəddinskiyə, Həşim bəy Sultanova, Həmid Mustafayevə,
Mahmud Mustafayevə, Əli Ağa oğlu Şıxlinskiyə və Süleyman
xan Sultanov-
İlisuluya bayram münasibətilə pul mükafatı verilsin”.
Həmin ilin mart ayında bacarıqlı zabit Bahadır bəy Vəkilov üçüncü Gəncə
süvari alayının tərkibində ölkənin Şərq-Qərb cəbhəsinə ezam olunur. O, Ordubad
rayonunda yerləşən hərbi dəstənin komandanı təyin olunur. Naxçıvan və Şərur
qəzasının komandanı Kəlbalı xan Naxçıvanski 1919-cu il mayın 9-da Baş
Qərargahın rəisinə göndərdiyi raportda praporşik Bahadır bəy Vəkilovun İran