Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

bacısı Bədircahan xanımın qızı, generalın bacısı oğlu, qəza pristavı İsfəndiyar bəy 
Muradov Fatma xanımın doğmaca dayısı imiş. 
1912-ci il təvəllüdlü Fatma xanım Vəkilovların və  Şıxlinskilərin ailə, kök, 
nəsil qohumluğunu, necə deyərlər, saçaq-saçaq bilirdi. Bir sözlə, hər iki nüfuzlu 
nəslin ensiklopediyası idi. O vaxtlarda Fatma xanım əmisi Məmməd ağa və atası 
İsmayıl ağa haqqında da mənə maraqlı epizodlar danışıb nadir fotoşəkillər 
bağışladı. Onlardan “Qoridən gələn Qatar” povestində istifadə elədim. Haqqında 
çox az məlumatım olan, yalnız adını  eşitdiyim polkovnik Gəray bəy Vəkilov 
barədə də ondan məlumat öyrənmək istədim. Professor Fatma xanım mehriban ana 
qayğısı ilə; 
- Oğul, - dedi, - Nazim İbrahimovu tanıyırsanmı? Tanımamış olmazsan? 
- Respublika Mətbuat və  Nəşriyyat Komitəsinin sədri Nazim İbrahimovu 
deyirsiniz? 
- Bəli! 
- Tanıyıram, - dedim, - kitab nəşri sahəsində bütün peşəkar yazarların taleyi 
ondan asılıdır. Xüsusilə, yazıçılar onun qayğısından razıdırlar. Amma aramızda 
vəzifə, yaş  fərqi var... Fatma xanım, Nazirn müəllimi nə münasibətlə yada 
saldınız?  
     -  Söhbətimin canı var. Sən bilirsənmi ki, Nazim İbrahimovun həyat 
yoldaşı Nazimə xanım polkovnik Gəray bəy Vəkilovun nəvəsidir? Nazimə xanımın 
anası Sona xanım indi də sağsalamatdır. Sona xanım da polkovnik Abbasqulu bəy 
Vəkilovun nəvəsidir. Yəni polkovnik Gəray bəyin doğma qızıdır. Bizim 
Vəkilovların bir qolu inqilabdan çox əvvəl İrəvanda, Naxçıvanda, digəri isə Qarsda 
və Tiflisdə yaşayıb, Gəray bəy də Qarsda anadan olub. Ona görə də Sona xanımla 
da görüşməyin yaxşı olardı... 
Aradan nə az, nə də çox, yeddi il keçəndən sonra “Topoqraf-general İbrahim 
ağa Vəkilov” kitabını  nəşrə hazırlayanda o illərki qeyd dəftərçəmi vərəqlədim. 
İstər-istəməz mehriban ana, mərhum Fatma xanımın nurlu sifətini xatırladım. Hər 
iki nüfuzlu nəsil haqqında mənə qiymətli faktlar söylədiyi üçün ona dönə-dönə 
rəhmət dilədim. Qeyd dəftərçəmi vərəqlədikcə gördüm ki, onun dediklərindən bir 
çoxuna hələ  əməl etməmişəm. Onlardan biri də polkovnik Gəray bəyin qızı ilə 
görüşmək idi. 
...Aylarla bir kamerada olan dustaqlar başlarına gələn qəzavüqədəri 
danışmaqdan yorulmuşdular. Üç gündən bir müstəntiqin sorğu-sualı olurdu: 
- Gəncə üsyanında harada olmusan? Nuru paşa ilə sonuncu dəfə  nə vaxt 
görüşmüsən? Zaqatala üsyanına kim başçılıq edirdi? 
“İttihad”çılardan kimləri tanıyırsan, onların təşkilatına nə vaxt qəbul 
olunmusan? 
Belə sorğuların sonu yox idi. Dustaqlar da yaddaşına güc verib altı il əvvəl 
harada, kiminlə nahar etdiyini xatırlamağa məcbur idilər. 
Axşamdan xeyli keçmişdi.  Ştabs-kapitan Fərhad bəy  Əlibəyovla bir 
kamerada olan polkovnik Gəray bəy bikef halda oturmuşdu. O, evi, ailəsini 
fikirləşirdi. Özünün güllələnəcəyini də düşünürdü: 
- Onsuz da bir can borcluyam. Gec-tez bu dünyanı tərk etməliyəm. Məndən 
sonra Sitarənin dörd uşaqla qalması, ona ömürlük əziyyət olacaq... 


...Hər gün şər qarışanda elə bil kameraya yığın-yığın qəm-qüssə  ələnirdi. 
Uşaqların hərəkəti, danışığı, illah da axşam işdən qayıdanda bircə  qız balası 
Süfiyyənin onun qucağına atılmasını,  şaqraq səsini yadına salanda dəli-divanə 
olurdu. Dustaq Gəray bəyin iztirab dolu qəlbinin ən dərin guşəsində əziz anasının 
adını daşıyan Süfiyyəyə ayrıca ata məhəbbəti vardı. Bu sonsuz övlad məhəbbəti bir 
il idi dustaq polkovnik Gəray bəy Vəkilova əzab verirdi. 
Ürəyi köksündə sürətlə döyünən Gəray bəy bikef halda: 
     - Fərhad bəy, - dedi, - görünür, bizim qismətimizə belə yazılıbmış... 
Tavanda tor məftilə salınmış  işıq getdikcə  zəiflədi. Onun ancaq közərtisi 
qaldı. Bu, dustaqlara yatmaq üçün işarə idi. Bundan sonra növbətçini, ya da 
komendantı çağırmağa icazə verilmirdi. 
- Aha, - dedi, Fərhad bəy - qismət dedin, işığımız da söndü. Mən bir şeydən 
qorxuram, Gəray bəy, qorxuram... 
Fərhad bəy sağ əlini irəli uzadıb şəhadət barmağını açıb-qatladı. 
- Qorxuram qisas alalar... 
- Axı, nəyə görə, biz nə günahın sahibiyik? - deyə Gəray bəy hüznlü səslə 
soruşdu. 
- Bəs altı ildi güllələnən yüzlərlə Azərbaycanlı ziyalısı, zabit və əsgəri məgər 
günahkardı? Sən də, mən də Müsavat zabitiyik, vəssalam! Azərbaycanda meydan 
sulayan daşnak, bolşeviklərə elə bu bəhanə bəsdi. 
- Düz deyirsən vallah, hər şey ola bilər - Gəray bəy bikef halda təsdiq etdi. 
- Dayan, - deyib Fərhad bəy onun biləyindən yapışdı. Sol əlilə qapını 
göstərdi. Kimsə gəlir, yəqin nəzarətçidir. 
Şişpapaq bolşevik zabiti gözlüyü açıb, bağladı. Kamerada işıq yenidən artdı. 
Nəzarətçi  şişman qarnı üstündəki kəmərmi sığallaya-sığallaya içəri girdi. Hər iki 
dustaq dərhal ayağa durdu. 
- Polkovnik Gəray bəy Vəkilov hansınızdır? - deyə nəzarətçi xəbər aldı. 
- Mən, - deyib Gəray bəy qəddini düzəldib əsgəri qaydada dimdik durdu. 
Nəzarətçi onu ilk dəfə görürınüş kimi laqeyd nəzərlərlə başdan-ayağa süzdü. 
Özü ilə gələn iki əsgərə işarə etdi: 
- Çox yaxşı, “hədiyyənizi” götürə bilərsiniz. 
Gəray bəy irəli addım atanda nəzarətçi əlini qaldırıb, sərt səslə dilləndi: 
- Elə yox, elə olmaz, şələ-külənizlə, əmr belədir. 
Fərhad bəy qolunu geniş açıb geriyə dönən Gəray bəyi bərk-bərk qucaqladı. 
Yaman kövrəlmişdi: 
- Allah amanında, qardaş, bu nə iş idi... 
Bikef Gəray bəy: 
- Niyə narahat olursan, - dedi, - bəlkə başqa yerə dəyişirlər, bəlkə sürgünə... 
- Artıq söhbəti kəsin, dustaq Vəkilov,  şələ-küləni götür, haydı, - deyə 
nəzarətçi onlara təpindi. 
Sonra qıyqacı baxışlara Fərhad bəyi süzdü: 
- Siz dostunuz üçün narahat olmayın, o, çox yaxşı yerə gedir. Onun ikibaşlı 
danışığından daha da şübhələnən Fərhad bəy: 
- Hara gedir? - deyə dərhal soruşdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə