Port-Artur döyüşlərində mərdliklə vuruşan əmim müqəddəs
Georgi ordeninin
dördüncü dərəcəsiylə və bir neçə medalla təltif olunur.
Podpolkovnik rütbəsi alır.
Həmyerliləri, artilleriya generalları Əliağa Şıxlinski və Səməd bəy
Mehmandarovla çiyin-çiyinə vuruşan podpolkovnik İbrahim ağa Usubov rus-
yapon müharibəsində az şücaət göstərınir. Port-Artur döyüşlərindən sonra yenidən
Xarkov şəhərində hərbi xidmətə başlayır. 1910-cu ildə İbrahim ağa Usubov
Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin
kiçik qızı Gövhər xanımla ailə həyatı qurur.
Müsahibimdən soruşdum:
- Generalın oğlu, qızı qalırını?
- Bu saat hamısını deyəcəyəm, - Faris baba yenidən əl-ayağa düşür. Köhnə
cib dəftərçələrinin birini götürüb,
o birini qoyur, - İki adamla görüş, söhbət elə.
Əmim qızı Nigar xanım Usubova və generalın qardaşı qızı Gövhər Usubova ilə.
Elə həmin günü Mirzə Şəfi küçəsinin altı nömrəli mənzilində yaşayan
Gövhər xanıma baş çəkdim. General-mayor əmisinin adını eşidən kimi səksən yaşlı
qadını da gözlərində, sifətində qəribə bir işıq yandı. Sonra o işıq qəfildən çəkildi və
yerində təəccüb qaldı: “Nə əcəb? Haradan yada düşüb?”.
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi:
- Fələyin gözü tökülsün, bircə əmim oğlu vardı, o da 1940-cı ildə qəfildən
vəfat etdi. Yeganə kişi nişanəsi idi əmim ocağının. Atam İsmayılı zorla
xatırlayıram, 1910-cu ildə vəfat etdikdən sonra əmim İbrahimin himayəsinə
keçdim. O, Xarkovda hərbi qulluqda olsa da doğma kəndi Salahlını unutmurdu.
1914-cü ildə məni Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin Qız
məktəbinə
qəbul etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Bir il sonra Azərbaycan
Demokratik Hökumətinin dəvətilə Xarkovdan Bakıya köçdü.
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, işdə, qulluqda necə olmağını
deyə bilmərəm, amma evdə, ailədə əmim xoşxasiyyət, həssas qəlbli insan idi.
Təhsil və tərbiyə məsələsinə ciddi fikir verərdi. “Gövhər, deyərdi, - səni atanın
arzusu ilə müəllimliyə qoymuşam. Sənin qarşında mədəni insan yetişdirmək kimi
nəcib bir vəzifə durur. Gərək elə şagird yetişdirəsən ki,
onunla həmişə iftixar edə
biləsən”. Yadımdadı, general Əliağa Şıxlinski tez-tez bizə gələrdi, hər iki bacanaq
Port-Artur döyüşlərindən, Birinci Dünya müharibəsindəki fəaliyyətlərindən söhbət
açardılar.
İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanovla,
Əliheydər Qarayevlə, Mixail Frunze və başqaları ilə yaxın idi, 1916-cı ildə döyüş
meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.
Bu müharibədə onun göstərdiyi şücaət haqqında “Kaspi” qəzetinin 26
fevral
1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: “Yüz iyirmi ikinci Tamboy süvari
alayının zabiti, ikinci dərəcəli “Müqəddəs Anna” ordenli İbrahim ağa Usubov bu
alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır. 1914-cü il oktyabrın on
dördündə Mizines kəndi ətrafindakı yüksəkliyə hücum zamanı İbrahim ağa
batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxartmış və üç
gün bu yüksəkliyi avstriyalıların əkshücumlarından qoruyub saxlamışdır.
Polkovnik İbrahim ağa Usubov artilleriyası ilə öz alayına himayədarlıq etmiş
və Peremışl qalasından düşməni vurub çıxartmışdır. 1918-ci ilin may ayında
İbrahim ağa Usubovu milli Azərbaycan diviziyasında işləmək üçün dəvət etdilər.
O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı,
Oavadbəy Şıxlinski və başqa hərbiçilərlə birgə Azərbaycan Demokratik
Hökumətinin milli ordusunun təşkilinə başladı. On səkkizinci ilin aprelində
Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənclər təhsil alırdılar.
Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan
Hərbiyyə məktəbi
adlandırıldı. 1919-cu ildə milli hökumət xalqına sidq-ürəklə xidmət etdiyinə görə
polkovnik İbrahim ağa Usubovu general-mayor rütbəsi ilə təltif etdi.
Milli hökumət İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan ordusu üçün
hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə İtaliyaya ezam etmişdi.
İbrahim ağa Usubovun xarici ölkəyə ezam olunması təsadüfı deyildi. O, fransız,
ingilis, alman və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət
Arxivində saxlanan bir sənəd Müsavat dovlətmin İtaliyadakı nümayəndəsinin
müsavat ordusuna geyim və təchizat əşyaları almaq üçün hərbi nazirliklə
danışıqları barəsində teleqram - bunu təsdiq edir.
2 dekаbr 1919-cu il
Özünün sərəncamında olmadığından Italiyanın hərbi nazirliyi paltar və silah
verə bilmir. O avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və
adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. Ilk partiya dekabrın
axırlarında Batuma gələcək. Keyfiyyətli köhnəpaltar tapmaq mümkün deyil. Əgər
qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın
bizdəki qiymətini bildirməyinizi xahiş edirəm.
General
Ibrahim ağa Usubov.
- Əmim çox zarafatcıl idi, - deyən Gövhər xanım söhbətini davam etdirir. -
Bir dəfə süfrə başında olan bir əhvalat yadıma düşdü. İbrahim əmim köksünü
ötürüb:
- Of, - dedi, - balalarım, kaş hər şeydə: ağılda, kamalda, şöhrətdə özümə
oxşasınlar. Amma
bircə şeydə mənə yox, dayılarına oxşasalar yaxşıdı.
Həyat yoldaşı - bibim tez üstünə düşdü.
- De görüm, o nədi elə?
Əmim bığaltı gülümsünüb:
- Boyumu deyirəm, - dedi, - bircə boy-buxundan kəm-kəsirim var.
Əmim ortaboylu idi, ona işarə vururdu. Əliağa Şıxlinski də ona zarafatla
cavab verdi.
- Eybi yoxdu, - dedi, - İbrahim,
qəm eləmə, o da igidə bir yaraşıqdır.
- Gövhər xanım, general əminizin son taleyi necə olub.