həyəcaın ondan qat-qat artıqdır. Professor Leyla xanım
Vəkilova ingilis dilində
yazılmış məktubun mətni ilə məni tanış edir.
- Bibim Reyhan xanım 1923-cü ildə anadan olan oğluna mənim atamın, yəni
kiçik qardaşı Qalib bəyin adını qoyub. Mənə uşaq vaxtı babam demişdi ki, sənin
bibin oğlu var. Hətta onun balaca vaxtı çəkilmiş iki foto şəklini də göstərmişdi.
1934-cü ildə babam İbrahim ağa vəfat etdikdən sonra nə bibim Reyhan xanımdan,
nə də onun oğlunun taleyi haqında heç bir məlumatım yox idi. İki min birinci ilin
iyun ayında mənə xəbər verdilər ki, bibin oğlu Qalib Ataməlibəyov sizi axtarır.
Mən ona ev telefonumu və ünvanımı göndərdim.
- Leyla xanım, 1919-1920-ci illərdə Reyhan xanım və ailəsi Fransada
yaşayıb. Bəs necə olub ki, indi Amerikadan məktub gəlib?
- Bibim oğlunun yazdığına görə 1920-ci ildən sonra onlar çox çətin və əzablı
günlər yaşayıblar. Bu əzablara baxmayaraq, Qalib yaxşı təhsil alıb, dünyanın bir
neçə böyük ölkəsini dolaşıb.
Hələ Parisdə yaşayanda o, Sarbonna universitetmi
bitirib. Müharibə vaxtı fransızların işğalçı qoşunlarının tərkibində Almaniyada
hərbi qulluqda olub.
1946-cı ildə onlar ailəlikcə Gənubi Amerikaya, Çiliyə köçüblər. Qalib
farınokologiya mütəxəssisi kimi firınada işləyib. Onun Tayvanda, Çilidə,
Hindistanda, Yuqoslaviyada və Misirdə filialları olub. Nəhayət, altınışıncı illərin
sonunda Amerikada daimi yaşayıb. Bibim Reyhan xanım 1966-cı ildə Çilidə, əri
Abbas bəy isə 1971-ci ildə Amerikada vəfat edib.
Yuqoslaviyada bibim oğlu milliyyətcə serb, sənəti kimyaçı olan bir qızla
tanış olub ailə qurub. Onların indi iki övladı var - oğlu Abbas-Dominik və qızı
Tamara-Mariya adlı.
Məktubunda Qalib söz verir ki, 2002-ci ildə dədə-baba Vətəni
Azərbaycana ziyarətə gələcək.
TİFLİSDƏKİ İZİMİZ
Azərbaycanlı seminaristlər Qoridə
özlərinin gənclik illərini keçirmişlər. Onlar
Gürcüstan və gürcülər haqqında ən yaxşı
təəssüratlarla gedirlər. Gürcüstan Azərbaycanın
bir çox mədəniyyət xadimlərinin mənəvi vətəni
olmuşdur. Belə vətəni unutmaq olarmı? Mən
Gürcüstan və Qori şəhərinin sakinlərinə səmimi
münasibətlər üçün dərin minnətdarlığımı
bildirirəm.
Firudin bəy Köçərli,
(1918-ci ildə “Qruziya” qəzetinin müxbirinə
verdiyi müsahibədən).
Ötən əsrin əvvələrindən başlayaraq Tiflisdə bizim mütərəqqi fikirli
ziyalılarımız daha çox məskən salıblar. Ona görə də inqilaba qədərki
ziyalılarımızın hansının ömür yoluna nəzər salırsansa, istər-istəməz Tiflislə
bağlılığına rast gəlirsən. Təəssüf ki, belə görkəmli şəxsiyyətlərimizin adları
əbədiləşdirilmir. Olub-qalan nişanələr isə bir yandan silinib itirilir.
General-topoqraf İbrahim ağa Vəkilovun ötən əsrin sonlarında tikdirdiyi
şəxsi mülkü Uş.Çxeidze küçəsində əsl memarlıq abidəsi idi. İki
göz istəyirdi
tamaşa eləsin. Bu evi mən 1985-ci ildə generalın oğlu Faris bəyin çəkdiyi sxem
vasitəsilə axtarıb tapmışdım. Bakıya qayıdanda Faris bəyə dedim ki, eviniz sağ-
salamatdı, getdim, Tiflisdə ziyarət elədim. Onda Faris bəyin necə sevindiyinə bir
Allah, bir də mən şahidi oldum. Doxsan dörd yaşlı tənha qoca durub qara şkafin
enli siyirınəsində saxladığı həmin evin foto şəklini tapdı, dönə-dönə öpdü, uşaq
kimi kövrəldi.
İkimərtəbəli
mülkdə iki gürcü, bir erməni ailəsi yaşayırdı. Soruşdum ki,
bilirsiniz bu mülk kimin olub? Cavab verdilər ki, bir tatar generalının.
Bu dəfəki gəlişimdə də dözməyib, yenə həmin evə baş çəkmək istədim.
Hansı gözəgörünməz qüvvəsə məni ora çəkirdi. Elə bilirdim orda - o mülkdə,
qarşısındakı o cənnətəbənzər bağda Azərbaycanın bir parçası öz oğlunun
həsrətindədir. Üstəlik də Faris bəy danışmışdıki, qapımızdakı ağacların hamısını
atam Qarayazıdan, Salahlıdan gətirtmişdi. Atam o ağaclarla həmişə həmsöhbət
olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın boyunu sevə-sevə böyüdərdi. Uzaq
şəhərlərə topoqrafiya çəkilişlərinə gedəndə onlara da salam yazırdı. Anama, bizə
dönə-dönə tapşırardı ki, ağaclar amanatdı, onlara vaxtında
su verin, korluq
çəkməyə qoymayın.
Veriyski körpüsünə keçib balaca dikdirə çıxanda gözlərimə inanmadım.
Generalın mülkü yox idi, yer üzündən silinmişdi, sanki heç burda belə şey
olmayıbmış. Yalnız sahibsiz bağın ağacları qalmışdı. Məni qınamayın, mənə elə
gəldi ki, o ağaclar yetim uşaq kimi ağlaşırdılar. Yaxınlaşıb oxşadım onları. Əlimi
gövdələrinə çəkdim. Generalın
ruhuna rəhmət oxudum, yaxşı tanıdığım mərhum
Faris bəyi yada saldım. Kövrəldim. “Eh, dünya, niyə belə vəfasızsan” - pıçıldadım.
Başım üstündə göyə yüksələn ağacların yarpaqları xışıldadı. Küləkmi tərpətdi
onları, yoxsa mənim gəlişimə sevinclə pıçıldaşdılar? Deyə bilmirəm, bircə şeyi
bilirəm ki, canıma ad saldı o ağacların qürbətdə yetim qalmağı...
Xeyli aralıdakı qonşulardan soruşdum ki, bu mülkü niyə uçurublar? Cavab
verdilər ki, guya yanından keçən yolu genişləndirınək istəyiblər,
yol-zad da
çəkməyiblər. Evi uçurduqlarına da peşman olublar...
Beləcə, bizim bir tarixi abidəmiz, tariximiz keçmiş Tiflisdən silinib.
Acınacaqlı haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımızı narahat etmirdi.
O vaxt, 1985-ci ildə ev salamat olanda Bakıda rəsmi idarədə, bir rəsmi vəzifə
sahibinə dedim ki, Tbilisidə generalın evi qalır.
- Nə demək istəyirsən? - deyib, boz-boz üzümə baxdı.
- Yaxşı olar, - dedim - Gürcüstan hökuməti ilə danışıb mülkə bir lövhə
vurdurasınız. Axı, o evdə xalqımızın yeganə topoqraf-generalı İbrahim ağa
Vəkilov yaşayıb. General İbrahim ağa Vəkilov tarixi şəxsiyyətdir...
Məni axıra qədər dinləməyən rəhbər şəxs etinasızlıqla: