Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   2   3   4   5   6   7   8   9   10   ...   97

xoşbəxt      ailə      quran    gəncləri imperator Üçüncü Aleksandrın  ədalətsiz qanunu 
çıxılmaz vəziyyətdə qoymuşdu. Çarın qanununda deyilirdi ki, müsəlmanın rus 
qızına evlənməyi qəti qadağan olunur. Əks təqdirdə müsəlman oğlanı rus qızına 
evlənərsə, o, mütləq öz islam dinindən çıxıb, xristianlığı qəbul etmirsə, valideynlik 
hüququndan məhrum olunur. Vəziyyətdən çıxış yolu axtaran İbrahim ağa Vəkilov 
imperator III Aleksandrın  müqqəddəs sinoduna, yəni  ruhanilər məclisinin 
oberkuryerinə - məşhur Pobedonosevə müraciət etməli olur. O, xahiş edir ki
xristian dinini qəbul etməyi ona məcbur etməsinlər və  kəbini qanuniləşdirsinlər. 
Çarın sadiq nökəri Pobedonosev qəti etirazını bildirir, hətta onun üzərinə hücum 
edib təqsirləndirərək deyir ki, siz rus qızı ilə kəbin kəsdirınəyi heç xəyalınıza bələ 
gətirməyin. Biz sizdən uşaqları belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz 
yoxdur. 
Nəhayət, 1891-ci ildə bu gənc ailənin bəxt ulduzu doğdu. Tale sanki özü 
onların xoşbəxtliyini himayəçiliyinə götürdü. Həmin ili kapitan İbrahim ağa 
Vəkilov çarın xüsusi əmri ilə  ən yaxşı topoqrafiya mütəxəssisi kimi Türkiyəyə 
ezam olundu. 
İki il sonra 1893-cü ildə İbrahim ağa ilə Yelenaya Bolqarıstanlı keşiş Georgi 
Misarov qanuni kəbin kəsdi. Bu vaxt ər otuz doqquz, arvad isə otuz iki yaşında idi. 
Artıq onun ailəsi də böyümüşdü: ailənin böyük oğlu Faris bəyin yeddi, kiçik oğlu 
Qalib bəyin isə altı yaşı vardı. 
General  İbrahim ağa Vəkilov böyük şairimiz Səməd Vurğunun  əmisi 
oğludur.  Şairin qardaşı Mehdixan Vəkilov “Mənim qardaşım” xatirə povestində 
yazır: 
“Səməd Vurğunun general İbrahim ağa ilə axırıncı söhbəti (general  
I.Vəkilov 1934-cu iliyunun 2-də  vəfat edib - Ş.N.) onun arvadı Yelena 
Yefimovnanın öz oğlanlarının islam dinini qəbul etmələrinin mümkünlüyü barədə 
L.N.Tolstoydan məsləhət istəməsi haqqında göndərdiyi məktub və aldığı cavab 
ətrafinda olmuşdur”. 
 
  
LEV TOLSTOYA MƏKTUB 
 
Qəlbimizdə allahın nuru vardır. 
onun da adı vicdandır. 
 
Lev Tolstoy. 
 
Aradan altı il keçdi. Ancaq nə  İbrabim ağanın ata ürəyi sakit olur, nə  də 
Yelena Yefimovnanın ana qəlbinin narahat döyüntüləri kəsilirdi. Onların 
intizaırının  əsas səbəbi oğlanlarının hansı dinə qulluq etmələri idi. Tale onlara 
üçüncü övlad da bəxş etmişdi. Reyhanın artıq on üç yaşı vardı. Hara gedib, kimdən 
ağıllı bir məsləhət almalı? Rəsmi dövlət idarələri və din xadimləri çıxılmaz 
vəziyyətdə qalan ailəyə bu barədə kömək edə bilmirdilər. 
Generalın Peterburq Texnologiya İnstitunda təhsil alan böyük oğlu Borisi, 
Moskvadakı Alekseyev hərbi məktəbində oxuyan Qlebi də bir sual düşündürürdü: 


Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz sual qarşısında qalan hər iki 
qardaş tez-tez ana-ataya müraciət edirdilər. 
Faris bəy Vəkilovun söhbətmdən: 
- Mənim on doqquz yaşım tamam oldu. Dərs məşğələləri ilə  bərabər 
Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi. 1904-05-ci illərdəki şərait 
bu niyyətimin həyata keçməsinə kömək etməli idi. Bəd niyyətli rus-yapon 
müharibəsi, xalq kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə çar hökumətini bəzi 
liberal qərarlar verməyə məcbur etdi. 
1904-cü ildə “Din azadlağı haqqında manifest” nəşr olundu. Orada hər hansı 
bir səbəbdən ata-baba dinindən dönmüşlərə yenidən o dinə qayıtmalarına icazə 
verilirdi. Adama elə  gəlirdi ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da 
məsələ  həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim 
Peterburqa gəlişimin birinci ilində pravoslav dininin müdafiəçilərinin bilavasitə 
yaxınlığında bu məsələni qaldırmağı  məsləhət görmədilər. Anamın Lev Tolstoya 
məktubunda da ehtiyat öz əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa 
qurtarmaq məqsədilə  mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli 
olduq. 
Ata - İbrahim ağa Vəkilov və ana - Yelena Yefimovna belə qərara gəldilər 
ki, müdrik yazıçı Lev Tolstoydan başqa heç kəs bu ciddi ailə  məsələsinə  ağıllı 
cavab verə bilməz. Ona görə də 1909-cü il martın 2-də Tiflisdən Yelena Vəkilova 
yazırdı: 
 
                                  “Bizim dərin istəkli müəllimimiz  
Lev Nikolayeviç! 
  
Öz məktubumla Sizi narahat etdiyimə görə, Sizin qarşınızda üzrxahlıq üçün 
söz tapa bilmirəm. Bilirəm ki, mənim kimi Sizdən məsləhət almaq istəyənlər 
çoxdur, bütün bunlara baxmayaraq mən də sizə müraciət edirəm. Çünki həyat 
mənim qarşımda gücüm çatmaz bir məsələ qoymuşdur. 
Mən çalışacam ki, istədiyimi qısaca izah edim. Mənim  əlli yaşım var, üç 
uşaq anasıyam,  ərim müsəlmandır, ancaq kəbinimiz qanunidir. Uşaqlarımız 
Pravoslav (xristian) dininə etiqad edirlər. Qızım on üç yaşındadır. Oğlanlarımdan 
birinin iyirmi üç yaşı var. O, Peterburq Texnologiya İnstitutunun tələbəsidir. O 
birinin iyirmi iki yaşı var. Moskvadakı Alekseyev Hərbi Məktəbinin yunkeridir. 
Bax,  bu oğullarım  atalarının dini etiqaınıa, daha doğrusu, müsəlmanlığa keçmək 
üçün məndən icazə istəyirlər. Mən nə etməliyəm? Mən bilirəm ki, indi bu, 
mümkündür və  həmçinin bizdə yaşayan yadellilərə pis münasibəti də bilirəm. 
Onlarda bu fikrin oyanmasına səbəb xırda həyati məsələlər deyil: nə maddi 
təminat, nə  də  mənsəbpərəstlik onları bu işə  təhrik edir. Ancaq qaranlıqda qalan 
tatar (Azərbaycan - Ş.N.) xalqına kömək etmək məqsədini güdürlər. Xalqla 
qovuşmağa, xalqa yanaşmağa din onlara mane olur. Amma mən qorxuram ki, bu 
dar düşüncəli məsləhətimlə onları pis məqsədə  təhrik edəm. Mən öz dərdlərimlə 
tənhayam. Ah, əgər mən  əzablarımı  və mübarizəmi yaza bilsəydim... Mən öz 
övladlarını  dəlicəsinə sevən bir ananın göz yaşları ilə yazıram. Budur, əzabdan 
ağlını itirmiş halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız Siz öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə