Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı



Yüklə 62,13 Kb.
səhifə10/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
ssenari

Şagird 5
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin şahidi olan Əliağa Şıxlinski yazır: oktyabrın on dördündə qala topa tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar tərəfindən müxtəlif toplarla atəşə tutulmuşdur. Həm də, bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma özü yaralanmadı. Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük bir soyuqqanlıqla cibindən ağ dəsmalını çıxarıb paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı. Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Komandan general Kondratenko qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan general Fok komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll edən Drakonovıy Xrebet dağını ələ keçirdilər. Port-Arturun qorxaq və istedadsız komendantı general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər Stesselin təklifinə şərik oldular. Lakin Səməd bəy Mehmandarov, bir qrup mərd zabitlər təslim olmağa qəti etiraz etdilər. Döyüşkən zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala hələ özünü saxlamağa qadirdir. Nə qədər ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə döyüşəcəyik. Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-Arturu tələsik təslim etdiyinə görə hərbi məhkəməyə verildi. General-mayor Mehmandarov və onun zabit dostları qala təslim edildikdən sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər. Hərbi əsirlər daha müharibədə iştirak etməyəcəkləri barədə yaponlara yazılı iltizam verəndən sonra Rusiyaya qayıda bilərdilər. Stesselin ətrafındakı bir qrup zabit dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy Mehmandarov belə bir alçaq, zabit şərəfini təhqir edən vəddən boyun qaçırdı.

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə