Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı


Pək şanlıyıq. Sağ ol Səməd paşa, səni min yaşa



Yüklə 62,13 Kb.
səhifə13/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   ...   9   10   11   12   13   14   15   16   17
ssenari

Pək şanlıyıq. Sağ ol Səməd paşa, səni min yaşa,
Vətənin üstündə oldun tamaşa.
Səməd paşa əsgərlərin padəri
Çağırır silah başına irəli.


Aparıcı
İyirminci illərdə general Səməd bəy Mehmandarovun təlatümlü keçən günlərini o vaxtlar on iki yaşı olan oğlu Pir daha yaxşı xatırlayırdı:
Səhnəcik
Bir şagird İqor rolunda:
-Atam aprelin iyirmi yeddisində parlaman iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördü.
Bir şagird Səməd bəy rolunda:
- Bunları boşalt, heç yerə gedəsi deyilik.
Bir qız şagird Y. Mehmandarova rolunda:
-Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki, səni güllələyəcəklər.
Səməd bəy rolundakı şagird
-Heç yerə getməyəcəm.
Y. Mehmandarova rolundakı qız şagird:
-Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi, gələcəyi, mənim vəziyyətim?..
Mehmandarov rolundakı şagird qəti səslə:
-Heç yerə getməyəcəyik, vətənin çətin günündə ölkəni tərk etməyəcəm.Mən qorxaq deyiləm!
Y. Medhmandarova rolundakı qız şagird inadla:
-Axı qatar Biləcəridə gözləyir....
Mehmandarov rolundakı şagird:
-Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur.
Aparıcı:
Doğrudan da, Biləcəridə müsavat hökumətinin başçılarını Tiflisə aparacaq qatar Səməd bəy Mehmandarova görə saat yarım gözləmişdi.
Azərbaycanın Hərb naziri kimi general Səməd bəy Mehmandarovun fəaliyyətinə qısaca baxış. Məruzə üçün söz _____________ verilir
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək və bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi. Ordu quruculuğu proqramının həyata keçirilməsində Azərbaycan Demokratik Respublikasının hökuməti bir sıra çətinliklərlə üz-üzə gəlirdi. Çar Rusiyasının hərbi siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı qərəzli münasibət mövcud idi. Azərbaycanlılar bəzi istisnalar nəzərə alınmasa əsasən hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağrılmır, yalnız hərbi vergi verirdilər. Elə bu səbəbdən Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı polku var idi. Səməd bəy Mehmandarov yaxşı bilirdi ki, bolşeviklərin təbliğatı nəticəsində orduda vəziyyət yaxşı deyil, ərzaq çatışmır, səfərbərlik planı yerinə yetirilmir. Bütün bunları nəzərə alan nazir elə həmin gün xalqa müraciət etdi və bildirdi ki, ölkəmizin bütün vətəndaşları — istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluğa getməlidir. Generalın əqidəsinə və hazırladığı plana görə müstəqil Azərbaycanın milli təhlükəsizliyini, ərazi birliyini və dövlət sərhədlərini müdafiə etmək üçün bütün vətəndaşlar əsgərlik çəkməli, torpaqlarımızı qorumalı vətəndaşlıq nümunəsi göstərməlidirlər. 1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, suvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi. Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi ki, "Sırada eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması — bir sözlə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab verməlidir "çox sağ ol". Zabitlərin çoxu rus dilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın azərbaycan dilində olması zəruri idi.

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə