Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı


İqor Mehmandarovun danışdıqlarından



Yüklə 62,13 Kb.
səhifə8/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
ssenari

İqor Mehmandarovun danışdıqlarından:
(Bu hissəni digər bir şagird davam etdirir.)
Atamdan sonra tez-tez anamı və məni ÇK-ya çağırardılar. Min cür hədələyici suallar verərdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb incidərdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı, məni niyə döyürsünüz? Bu sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənə əzab vermək, ağa qara demək kimi bir şeydir. Mənim günahım nədir?
Cavab verdilər ki, günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz. Qəribə məntiqdir, nə vaxtdan övlad özünə valideyn seçib ki?.. Amansız təqiblərdən, yersiz sorğu-suallardan xilas olmaq üçün 1930-cu ildə, keçmiş Azərbaycan Demokratik Respublikasının hərbi naziri olmuş atanın ölümündən sonra ana Yelizaveta Nikolayevna və oğul İqor Azərbaycandan SanktPeterburqa köçməyə məcbur olurlar. Lakin sovet hökuməti burda da onları təqib edirdi.
...1937-ci ildə Mehmandarovlar ailəsi Peterburqdan Saratova sürgün edilir. Lakin İqor Mehmandarov burda da təqiblərdən yaxa qurtara bilmir. Adi yaşayış şəraitinin olmaması, ağır maliyyə çətinlikləri onların həyatını burda katorqadan da dözülməz edir. Lakin bütün bunlarla kifayətlənməyən cəlladlar Mehmandarovlar ailəsindən yenə də əl çəkmirlər. 1941-ci ildə Yelizaveta Mehmandarovanı yenidən Sibirə sürgün edirlər. Bu dəfə o, alman faşistləri tərəfindən partladılan qatarda həlak olur. Oğlu isə sürgündən sonra uzun illər Kalininqradda yaşayır. 1977-ci ildə isə Azərbaycanın rəhbəri Heydər Əliyev onu Bakı şəhərinə dəvət edir.Ona ev verilir.


Port Artur xatirələri:
Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib “Retvizan”, “Sesareviç” zirehli gəmilərini və “Pallada” kreyserini yandırdılar. Müharibə başlandı. Səhərisi Səməd bəy Mehmandarovu yeddinci Sibir atıcı-topçu divizionunun komandiri təyin etdilər. Bu, quru qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi. Roman İsidoroviç Mehmandarovun döyüşdə dəyanətinə, komandirlik bacarığına yaxşı bələd idi. Məhz ona görə də Səməd bəyi Port-Arturun Şərq cəbhəsinin rəisi təyin etdi. Bura Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar ən güclü qüvvəni də buraya yeritmişdilər. Onlar şiddətli həmlələr edir və arası kəsilmədən bombalar yağdırırdılar. Səməd bəy Mehmandarov komandan Kondratenkonun ən yaxın köməkçilərindən biri idi. Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi. Bu müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik əsərlər nəşr olunub. Xüsusilə, 1905—10-cu illərdə bu mövzuda çoxlu gündəliklər və xatirələr yazılmışdır. 1906- cı ildə P. Larenkonun “Port-Arturun əzablı günləri” kitabı da bu qəbildəndir. Burda sərkərdə eloğlumuz Səməd bəy Mehmandarovun təkcə döyüş qabiliyyəti deyil, həm də şəxsiyyət kimi dönməzliyi, böyüklüyü şahidlərin dili ilə verilib. Onun haqqında yazılanları oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən. Həmin kitabın “Noyabr hücumları” fəslində yazılır: «Hələ avqust bombardmanı zamanı yaponlar hiss etdilər ki, hardansa, arxadakı fortlar xəttindən onları dəqiq atəşə tutublar. Polkovnik Mehmandarovun komandası altında olan yeddinci Şərqi-Sibir artilleriya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz qalmış istehkam xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk günlərində çox zərər çəkmişdi. Polkovnik Səməd bəy Mehmandarovun səhra artilleriyası ən fədakar həmlələri belə dəf edərək yaxınlıqda olan yapon batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu. O, bombardman vaxtı batareyalarda elə gəzirdi ki, elə bil partlayan mərmiləri görmür. Belə ki, onlar bu hərəkətləri ilə yerdə qalanları da ruhlandırırdılar.



Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə