29
edilməsini və İngiltərənin ABŞ-la yaxınlaşmasını tələb
edirdilər.
ABŞ istəyirdi ki, hələ 1899-cu ildə Cənub-Şərqi
Asiyaya qarşı irəli sürülmüş “açıq qapı” doktorinasını həyata
keçirsin və Yantszı çayı hövzəsində və Çinin cənubunda
İngiltərənin nüfuz dairəsini ləğv etsin. ABŞ Çində baş verən
hadisələrdən qorxuya düşmüş Yaponiyanı da bu işə məcbur
etdiYaponiya artıq belə bir nəticəyə gəlmişdi ki, Çinlə əvvəlki
qaydada rəftar etmək mümkün deyildir və bu ölkəni heç bir
vaxt müstəmləkəyə çevirmək olmaz. Uzun danışıqlardan sonra
1921-ci ilin iyun ayının 10-da böyük dövlətlərə məktublar
göndərildi. Avqust ayının 1-nə qədər onlardan razılıq alındı.
Nəticədə 1921-ci ilin noyabrın 12-də Vaşinqtonda 14
dövlətin
iştirakı ilə yeni bir konfrans çağırıldı. Onun iştirakçıları ABŞ,
İngiltərə və onun 4 dominionu, həmçinin Hindistan, Fransa,
Yaponiya, İtaliya, Portuqaliya, Belçika, Niderland və Çin idi.
Konfransın gündəliyində əsasən iki məsələ dururdu. Bunlardan
biri dəniz silahlı qüvvələrini məhdudlaşdırmaq və müharibədə
yeni silahlardan istifadə qaydası, digəri Sakit okean və Uzaq
Şərq məsələsi idi. Konfransda Çin məsələsi ayrıca bir məsələ
kimi gündəliyə salınmasa da, əslində ən başlıca məsələ idi.
ABŞ Sakit okean məsələsini ona görə gündəliyə qoydu ki,
1920-ci ildə Panama kanalı işə düşmüşdü
və ABŞ üçün Sakit
Okeanın əhəmiyyəti daha da artmışdı. ABŞ-ın dövlət katibi
Yuz, İngiltərənin xarici işlər naziri Balfur, Yaponiyanın xarici
işlər naziri Kato konfransda həlledici sima idi. 1922-ci ilin
fevralın 4-də bağlanan «4 dövlət sazişi»nə əsasən (ABŞ,
İngiltərə, Fransa, Yaponiya) 1902-ci il ingilis-yapon sazişi ləğv
edildi ki, bu ABŞ diplomatiyasının uğuru idi. Həmçinin bu
dörd dövlət Sakin okeandanı mülklərini birə qorumaq haqqında
öhdəlik götürdülər. 1922-ci il fevralın 4-də Yaponiya ilə Çin
arasında da saziş bağlandı. Bu sazişə əsasən Çinin xeyrinə
olaraq Yaponiya Şandun əyalətindən imtina etdi. İngiltərə də
icarəyə götürdüyü Veyxoveyi limanını Çinə qaytardı.
30
1922-ci il fevralın 6-da isə Çinə dair «9 dövlət müqavi-
ləsi» bağlandı. Bu müqaviləyə əsasən
onu imzalayan dövlətlər
bildirirdilər ki, Çinin ərazi bütövlüyünə, suverenliyinə hörmət
edirlər. Çinin inkişaf etməsi və möhkəmlənməsi, hökumət
təşkil etməsinə tam imkan yaradacaq və kömək edəcəklər.
Dövlətlər Çində xüsusi imtiyazlar əldə etməyə çalışmayıb,
ticarət və sənaye fəaliyyəti sahəsində bağlanacaq bərabərhü-
quqlu müqavilələrə riayət edəcəklər. Onlar Çinin daxili işlərinə
qarışmayacaqlarına və Çinin nüfuz dairəsinə bölünməsinə im-
kan verməyəcəklərini də vəd edirdilər. Əslində bu saziş ABŞ-ın
«açıq qapılar» siyasətinin reallaşması, İngiltərə və Yaponiyanın
Çindəki nüfuzuna zərbə endirilməsi demək idi. Çin üçün "açıq
qapılar" doktrinası onun suverenliyinə böyük zərbə idi. Çin
böyük dövlətlərin sövdələşmə obyektinə çevrildi. Bu müqavilə
Çində milli-azadlıq hərəkatını boğmaq
üçün imperialistlərin
birləşməsi, həmçinin onu yenə də yarımmüstəmləkə halında
saxlamaq demək idi. Çində xaricilərin rabitə şöbələri və
radiostansiyaları ləğv edilmədi. Çin kömrük məsələsində
bərabər hüquq almadı, xarici dövlətlər polis və qoşununu onun
ərazisindən çıxartmadılar. Mühüm strateji ərazilər yenə də
böyük dövlətlərin sərəncamında qaldı. Yaponiya Lyaodun
yarımadasını, İngiltərə isə Honkonqu öz əraziləri hesab etdilər.
Konfransda birinci məsələ çox böyük müzakirəyə səbəb
oldu. ABŞ nümayəndələri təklif edirdilər ki, xətt, kreyser, sualtı
qayıqların su tutumunun miqdarı (tonnajı) ABŞ və İngiltərəyə
əsasən götürülsün. Yaponiyaya isə az miqdarda donanma təklif
edilirdi. İngiltərə kreyserlər üzrə tam üstün olduğu üçün onların
məhdudlaşdırılmasına razı olmadı.
Yaponiya da buna etiraz
etdi. Bir sıra mübahisə və müzakirələrdən sonra heç bir qərar
qəbul edilmədi. Donanma saxlamaq məsələsinə gəldikdə
dövlətlər ancaq xətt gəmiləri üzrə ABŞ-a üstünlük verməyə
razılaşdılar. Xətt gəmiləri üzrə nisbət aşağıdakı qaydada
müəyyənləşdirildi. 5- ABŞ: 5 İngiltərə: 3 Yaponiya: 1.75 –
31
Fransa: 1.75 – İtaliya. Bu məsələ ilə əlaqədar fevralın 6-da «5
dövlət sazişi» bağlandı. Bu saziş bağlanarkən Yaponiya belə bir
diplomatik uduş qazandı ki, Yaponiyanın əsas adalarından
ancaq 5 min km uzaqlıqda ABŞ öz hərbi donanmasını və hərbi
bazalarını yarada bilərdi. Vaşinqton konfransı Sakit okeanda
qüvvələrin yeni quruluşunu müəyyənləşdirdi. Konfransın
qərarları 1919-1920-ci illərin Paris konfransının qərarlarını
müəyyən dəyişikliklərlə tamamlamış oldu.
Birinci dünya müharibəsindən sonra beynəlxalq münasi-
bətlərdə yeni sistem yaranmış oldu ki, bu da tarixə Versal-
Vaşinqton sistemi kimi daxil oldu.
Versal-Vaşinqton sistemi Birinci və İkinci dünya mühari-
bəsi arasındakı dövrdə beynəlxalq
münasibətləri nizama salan
bir sistem oldu. Bu sistem öz nəticələrinə görə ədalətsiz idi.
Belə ki, bu sistemdə Almaniya, İtaliya və Yaponiyanın bir sıra
alçaldıcı şərtləri qəbul etməsi gələcəkdə bu dövlətlərdə revanş
hissinin artmasına, millətçiliyin güclənməsinə səbəb oldu. Tə-
sadüfi deyildir ki, bu İtaliya və Almaniyada özünü faşizm
formasında büruzə verdi. Bu sistem Sovet Rusiyasını kənarda
qoymaqla özü ilə Sovet Rusiyası arasında ziddiyyətin kəskin-
ləşməsinə səbəb oldu. Bu sistem bolşevizmi Avropaya bu-
raxmamaq üçün Rusiya sərhəddində xırda dövlətlər yaratdı və
«sanitar kartonu» tətbiq etdi. Bu sistem qalib dövlətlərin özü
arasında ziddiyyəti kəskinləşdirdi. ABŞ-la Avropa arasındakı
ixtilafı da gücləndirdi. Bu sistem mandat üsulunu tətbiq et-
məklə müstəmləkəçiliyin yeni formasını yaratdı. Müstəmləkə-
lərlə metropoliyalar arasındakı ziddiyyətlər gücləndi. Nəhayət,
bu
sistem iqtisadi məsələlərdə, Almaniyadan təzminat alınması
məsələsində obyektiv qərar çıxartmadığı üçün gələcəkdə çox
ciddi problemlərlə üzləşdi. ABŞ-ın Versal müqavilələrinə
bitərəf münasibəti, onun qərarlarını təsdiq etməməsi, Millətlər
Cəmiyyətində iştirak etməkdən imtina etməsi bu sistemin köv-
rək olduğunu göstərdi. Versal sisteminin yaradıcıları Avropada
32
milli münasibətləri mürəkkəbləşdirdilər. Bütün bunlara görə bu
sistem bəzi dövlətlər tərəfindən pozuldu və nəhayət, ləğv edildi.
Birinci dünya müharibəsi kapitalist ziddiyyətlərini bir
müddət arxa plana çəkdi. Müəyyən
müddət sakit inkişaf üçün
şərait yaratdı ki, bu, isə yeni müharibəyə hazırlaşmaqdan başqa
bir şey deyildi.
GENUYA KONFRANSI
Birinci Dünya müharibəsindən sonra dağıdılmış Avropanı
bərpa etmək üçün Antantanın Ali Şurası 1922-ci ilin
yanvarında Fransanın Kanna şəhərində xüsusi müşavirə çağırdı.
Həmin müşavirənin qarşısında yeni bir konfrans çağırmaq və
dağıdılmış Avropanı Rusiyanın hesabına bərpa etmək məsələsi
dururdu. Bu məqsədlə İtaliyanın Genuya şəhərində 1922-ci ilin
aprelin 10-dan mayın 19-dək davam edən 34 dövlətin iştirakı
ilə xüsusi maliyyə-iqtisadi konfrans çağırıldı. Həmin konfransa
o zaman Sovet Rusiyasının Xarici İşlər naziri olan Çiçerinin
başçılığı altında nümayəndə heyəti də dəvət edildi. Konfransda
iqtisadi, siyasi, maliyyə, nəqliyyat məsələləri üzrə xüsusi
komissiyalar yaradıldı. Konfransda qalib dövlətlər Rusiyadan
tələb etdilər ki, xaricilərin Rusiyada milliləşdirilmiş müsəssi-
sələri yenidən özlərinə qaytarılsın.
Həmçinin Rusiyadan xarici
borclarını qaytarmaq da tələb edildi. Bu isə təxminən 18 mil-
yard rubla bərabər rəqəm idi. Buna cavab olaraq Rusiya
nümayəndə heyəti bildirdi ki, bu məbləği Rusiya bir şərtlə ver-
məyə razıdır ki, xarici dövlətlər vətəndaş müharibəsi və xarici
hərbi müdaxilə dövründə Rusiyaya dəymiş təxminən 39
milyard rubl dəyərindəki zərəri ödəsinlər. Bundan başqa, Ru-
siyaya çoxlu kredit və borc versinlər. Borcların qaytarılması
üçün isə 30 il müddət qoysunlar. Ona görə də Rusiya ilə digər
dövlətlər arasında konfransda heç bir razılıq əldə edilə bilmədi.
Antanta dövlətləri bununla razılaşmadılar. Konfransın gedişi
zamanı Sovet nümayəndə heyəti Almaniya nümayəndə heyəti