13
50%-i bu işə sərf edilmişdi. Müharibədə 10
milyon adam
ölmüş, 20 milyonu yaralanmışdı. Əgər 1773-cü ildən 1914-cü
ilə qədər olan müharibələrə çəkilən xərclər cəmi 6 milyon
dollar olmuşdursa, Birinci Dünya müharibəsi bəşəriyyətə 80
milyard dollara başa gəlmişdir.
Birinci dünya müharibəsinin beynəlxalq nəticələri dörd
nəhəng imperiyanın – Almaniya, Avstriya-Macarıstan, Osmanlı
və Rusiya imperiyasının dağılması, bir sıra yeni dövlətlərin
yaranması, dünya dövlətlərinin iqtisadi və siyasi cəhətdən
qeyri-bərabər inkişafının sürətlənməsi, müstəmləkə və yarı
müstəmləkə ölkələrində milli-azadlıq hərəkatının güclənməsi,
müharibənin yaratdığı ağır sosial-iqtisadi
vəziyyətin bir çox
ölkələrdə inqilabi hərəkatın meydana gəlməsinə səbəb olması
və s. idi.
PARİS SÜLH KONFRANSI
Qaliblərlə məğlublar arasında sülh müqavilələrini hazırla-
maq və bağlamaq üçün 1919-ci il yanvarın 18-də Parisdə
(Versalda) 27 dövlətdən 1000 nəfər nümayəndənin rəsmən
iştirak etdiyi sülh konfransı işə başladı. Konfransın gündəliyinə
Almaniya ilə Sülh müqaviləsinin bağlanması, ərazi və
müstəmləkə ölkələri, Millətlər Cəmiyyətinin yaradılması,
təzminat, tərksilah məsələləri daxil idi. Konfransa sovet
Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransda
müharibəyə formal olaraq qoşulmuş Latın Amerikası ölkələri
də məşvərətçi səslə iştirak edirdilər. Konfransa sədrliyi Fran-
sanın baş naziri, son dərəcə qətiyyətli, başladığı işi axıra
çatdırmağı sevən, "Pələng" ləqəbi ilə tanınan
Corc Klemanso
edirdi. Əsas məsələlərin həllində konfransda təşkil edilmiş bir
neçə Şura mühüm rol oynayırdı. Bunlardan biri "Onlar şurası"
idi. Bu şuraya 5 dövlətin, yəni ABŞ, İngiltərə, Fransa,
Yaponiya və İtaliyanın dövlət və hökumət başçıları və xarici
işlər nazirləri daxil idilər. Sonra bu orqan həmin 5 ölkənin
14
xarici işlər nazirlərindən ibarət olan "5-lər şurası"na, ABŞ,
İngiltərə, Fransa və İtaliyanın dövlət və hökumət başçılarından
ibarət olan (Vilson, Lloyd Corc, Klemanso, Orlando) "Dördlər
şurası"na bölündü. Konfransda həlledici sözü Vilson, Lloyd
Corc, Klemansondan ibarət - "Böyük üçlük" deyirdi.
Konfrans beynəlxalq nöqteyi-nəzərdən əlverişli vaxtda
çağırılmamışdı. Çünki Sovet Rusiyasında
vətəndaş müharibəsi
gedişində bolşeviklər artıq qələbə təşəbbüsünü öz əllərinə
almaqda idilər. Bu baxımdan konfransda Rusiya məsələsi
xüsusi diqqət cəlb edirdi. Fransa istəyirdi ki, Rusiyaya dərhal
hərbi müdaxilə edilsin, çarizm Rusiyada yenidən bərpa olunsun
və Fransa çar Rusiyası ilə birgə İngiltərə və ABŞ-a qarşı dayan-
sın. Lakin konfransda Fransanın Avropada hegemonluğunun
yolverilməz olduğunu hesab edən İngiltərə və ABŞ belə bir
fikir irəli sürdülər ki, həm Sovet Rusiyasının,
həm də ağ
qvardiyaçıların rəhbərləri ilə birgə danışıqlar aparsınlar və
iqtisadi yolla Sovet hakimiyyətinin Rusiyada yıxılmasına nail
olsunlar. Uzun danışıqlardan sonra «Böyük üçlük» qərara gəldi
ki, Rusiyaya həm hərbi müdaxilə etmək, həm də Rusiyadakı
ağqvardiyaçılara silah, sursat, maddi yardım göstərmək
lazımdır. Antanta qoşunlarının baş komandanı general Foşun
Moskvaya 1 milyonluq ordu göndərmək istəyi isə baş tutmadı.
Konfransda ən mühüm məsələ Almaniya məsələsi idi.
Fransa Almaniyanı tam parçalanmış vəziyyətdə görmək
istəyirdi. O, hələ müharibə dövründə çar Rusiyası ilə belə bir
qərara gəlmişdi ki, Reynin sol sahilini Almaniyadan ayırıb
Bufer-Reyn respublikası yaratsınlar. Fransa həmçinin
Bavariyanı da müstəqil respublika kimi görmək istəyirdi. O,
Saar kömür hövzəsini də özünə birləşdirməyi tələb edirdi.
Həmçinin Fransa 800 milyard qızıl marka təzminat tələb edirdi
ki, bu təzminatın da 58%-i Fransaya çatmalı idi. Lakin ABŞ və
İngiltərə kontinentdə Fransaya və Sovet Rusiyasına qarşı dura
15
biləcək vahid, iqtisadi cəhətdən güclü Almaniyanın qalması
tərəfdarları idilər.
1919-cu ilin martında L.Corc Vilsona və Klemansoya
“Fontonlodan memorandum” adlı sənəd göndərərək
Almaniya
ilə əzablı sülh bağlamamağı təklif etdi.
Konfransda mühüm məsələlərdən biri də İtaliya məsələsi
idi. İtaliyaya 1915-1917-ci illərdə Antanta
tərəfindən çoxlu
vədlər verilmişdi. Müharibə dövründə bağlanan sazişlərə görə
İtaliyaya Kiçik Asiya və Balkan yarımadasının şimal-qərbində
geniş ərazilər vəd edilmişdi. İtaliya həmçinin Dolmasiyanın
şimal hissəsini, Fium limanını da tələb edirdi. Lakin müharibə
qurtardıqdan sonra İtaliya burjuaziyasının iqtisadi cəhətdən
zəifliyi və onun məğlublar içərisində qalib, qaliblər içərisində
isə məğlub vəziyyətində olması qalib dövlətlərə imkan verdi ki,
İtaliyaya vəd etdikləri əraziləri ona yox,
Serb-Xorvat-sloven
krallığına və Yunanıstana versinlər. Etiraz əlaməti olaraq
İtaliya nümayəndə heyəti konfransı tərk etsə də, bu heç bir
dəyişikliyə səbəb olmadı. İtaliya nümayəndə heyəti may ayında
yenidən konfransa qayıtdı.
Uzun müddətli hazırlıqdan sonra mayın 7-də Almaniya
nümayəndə heyəti Parisə dəvət olundu və sülh müqaviləsinin
mətni imzalanmaq üçün ona təqdim olundu. Lakin müqavilənin
şərtləri o qədər alçaldıcı idi ki, o zaman Almaniyanın xarici
işlər naziri olan Borkdorf Rotsenau onu imzalamaqdan imtina
edib öz vəzifəsindən istefa verdi. Almaniya nümayəndə heyəti
Berlinə qayıtdı. Xarici işlər naziri təyin
edilmiş sosial-demokrat
German Müller 1919-cu ilin iyunun 28-də tarixə Versal sülhü
adı ilə daxil olmuş həmin müqaviləni imzaladı və müharibənin
başlanmasında Almaniya başlıca təqsirkar olduğunu etiraf
etmək məcburiyyətində qaldı. Versal müqaviləsinə görə: Elzas
və Lotaringiya yenidən Fransaya qaytarılırdı. Reynin sol sahili
hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın
zavodlar tikməsi qadağan edilirdi. Reynin sol sahilini
16
Antantanın işğalçı qoşunları tutdular. Saar vilayəti 15 il
müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür
mədənləri isə Fransaya verildi. Müəyyən olunan müddət
bitdikdən sonra vilayətin gələcək taleyinin referendum yolu ilə
həll olunması nəzərdə tutulurdu. Sülh müqaviləsinə görə 15
ildən sonra Saar hər hansı bir dövlətə verilərdisə, onun kömür
mədənlərini alman sahibkarları da ala bilərdi. Almaniya
Avstriyanın müstəqilliyinə hörmət edəcəyini öhdəsinə götürdü.
Müqaviləyə əsasən Belçikanın bitərfliyi təsdiq edilir, Ey-
pen və Malmedi mahalları ona verilirdi. Həmçinin Belçikanın
tabeliyində olan Morena bitərəf zona elan edildi. Versal
müqaviləsində nəzərdə tutulurdu ki, Lüksemburq hersoqluğu
1919-cu il yanvarın 1-dən müstəqil dövlət elan edilsin. 1864-cü
ildə Danimarkadan almanların burada əksəriyyət təşkil etdiyi
bəhanə edilərək alınmış Halşteyn vilayəti və Yuxari Şlezviq
yenidən Danimarkaya qaytarılırdı. Aşağı Şlezviqin məsələsi isə
referendum, yəni ümumrəy sorğusu ilə həll edilməli idi.
Almaniyanın ərazisi Şərqi Prussiyanın ondan ayrılması
nəticəsində iki hissəyə bölündü. Almaniya Memel (Klaypeda)
ərazisi üzərində bütün hüquqlarından əl çəkdi.1923-cü ildə
Klaypeda Litvaya verildi. O Birinci Dünya müharibəsi
başlananadək keçmiş Rusiya imperiyasına daxil olan bütün
ərazilərin müstəqilliyini tanıdı. Almaniya Polşanın
müstəqilliyini tanıyır və Polşaya məxsus olan Şərqi Poznanı,
Şimali və Şərqi Prussiyanın
bir hissəsini, Şileziyanın ona
məxsus hissəsini Polşaya qaytarırdı.Qdansk müstəqil şəhər elan
edilirdi. Lakin Polşa dövləti dənizə çıxa bilmədi. Baltik
dənizinə çıxa biləcək 100 km
2
-ə qədər ərazi Almaniyanın
ixtiyarında qalırdı. Almaniya öz müstəmləkələrinin hamısını
itirdi. Almaniyada hərbi mükəlləfiyyət ləğv edilirdi. Almaniya
ordu və donanma saxlaya bilməzdi. Ancaq 100 min nəfər
könüllü ordu saxlaya bilərdi və bu orduya rəhbərlik edən zabit
heyəti 4 min nəfərdən çox olmamalı idi. Bütün Almaniya üzrə