25
məşhur proqramında əksini tapmış öz müqəddəratını təyin
etmək hüququnun müstəqil dövlətlər
kimi mövcud olan bu
ölkələrə də şamil edilməsini və onların da rəsmən tanınmasını
xahiş edirdilər.
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti
ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Təqdim olunmuş
memorandumda Azərbaycan Xalq Cumhuriyyətinin yaranma
tarixi, onun bir illik inkişaf yolundan, istiqlal yolunda verdiyi
qurbanlardan danışılırdı. Göstərilirdi ki, bu yolda Azərbaycanın
iki şəhəri və 500 kəndi dağılmış, Azərbaycan xalqı 100 mindən
150 minə qədər qurban vermişdir.
Daha sonra Vilsondan
Azərbaycanın istiqlaliyyətinin tanınması, ABŞ-la Azərbaycan
arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi və
s. məsələlərdə Azərbaycan nümayəndə heyətinə kömək
göstərilməsi xahiş edilirdi.
Lakin prezident Vilson Azərbaycan nümayəndə heyətini
soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə
parçalamaq niyyətində olmadığını dedikdən sonra Azərbaycan
nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi
məsləhət bilmiş, Millətlər Cəmiyyətinin mandatı ilə böyük
dövlətlərdən birinin bu konfederasiya üzərinə qəyyumluğunun
real çıxış yolu olduğunu göstərmişdir.
Azərbaycan Respublikasının
nümayəndə heyətinin
Parisdə vəziyyəti çətin idi. Ermənistan və Gürcüstan
nümayəndələrindən fərqli olaraq onlara heç bir kömək
göstərilmirdi. Qərbdəki ermənipərəstlik hərəkatı və gürcü
menşeviklərinin beynəlxalq sosializm ilə əlaqələri fonunda
azərbaycanlıların mövqeyi zəif idi.
Azərbaycan nümayəndələrinin Paris sülh konfransında
irəli sürdükləri memorandumda aşağıdakılar irəli sürülürdü:
1. Sülh konfransı Qafqaz Azərbaycanının Rus
imperiyasından ayrılmasını bəyənsin. Azərbaycan tamamilə
müstəqil dövlət olmaqla Azərbaycan Xalq Cumhuriyyəti
26
adlansın və sərhədləri əlavə edilən xəritədəki kimi
müəyyənləşdirilsin.
2. Azərbaycan Respublikası nümayəndə heyətinin üzvləri
sülh konfransının və onun komissiyalarının işinə cəlb olunsun.
3. Azərbaycan Respublikası yüksək himayəsi altında
olmaq istədiyi Millətlər cəmiyyətinin üzvlüyünə qəbul edilsin.
Azərbaycan Respublikası nümayəndələri tərəfindən
verilən memoranduma çox yüksək keyfiyyətlə işlənmiş rəngli
xəritə də əlavə olunmuşdu. Azərbaycan respublikası
hökumətinin nəzarəti altında olan ərazinin dəqiq sərhədləri
verilir və bu ölkənin Zaqafqaziyada
olan mövqeyi hərtərəfli
göstərilirdi.
Paris sülh konfransına təqdim olunan memorandumdan
məlum olur ki, Azərbaycan hökumətinin nəzarəti altında olan
ərazi 8378, 66 kv. verstdir və yaxud 94137, 38 kvardrat
kilometrdir. Bu da bütün Qafqazın 217 376, 15 vesrt, yaxud
247 376, 15 kvadrat kilometr olan ərazisinin 30%-dən çoxunu
təşkil edir.
Memorandumda göstərilirdi ki, Yerevan və Tiflis
quberniyalarında, Zaqatala qəzasında mənsubiyyəti
Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Qafqaz
respublikaları arasında iddialar doğuran və sahəcə çox kiçik
ərazilər də mövcuddur. Dağıstan quberniyasının əhalisinin
azərbaycanlılardan ibarət olan
hissəsi həmişə Azərbaycana
birləşmək meylində olmuşdur.
Danışıqlar zamanı yerli şəraiti öyrənmək üçün Cənubi
Qafqaza ABŞ-ın xüsusi nömayəndəliyinin göndərilməsi
məqsədəuyğun hesab edildi. ABŞ-ın təşəbbüsü ilə Sülh
konfransı 1919-cu il iyun ayının əvvəllərində polkovnik
K.V.Haskeli Ermənistanın ali komissarı təyin etdi. Oktyabr
ayının əvvəllərində general Xarbordun başçılığı ilə Amerika
nümayəndəliyi Cənubi Qafqaza göndərildi. Yerlərdə vəziyyətlə
ətraflı tanış olan V.Haskel 1919-cu il avqust ayının 29-da
27
Bakıda apardığı danışıqlarda Qarabağ və Zəngəzurun
Azərbaycana məxsus olduğunu bildirdi. Naxçıvan, Şərur və
Dərələyəzdə Haskel ABŞ general-qubernatoru tərəfindən idarə
olunan neytral zona yaradılmasını təklif etdi. 1919-cu
il oktyabr
ayının 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun
yaradılması və Amerika polkovniki E.Dellinin buraya
qubernator təyin edilməsi barədə V.Haskelin bəyanatı elan
edildi. Lakin Azərbaycan hökumətinin qəti mövqeyi, Naxçıvan
əhalisinin ciddi müqaviməti ABŞ-ın planlarını puç etdi.
Polkovnik Delli isə Naxçıvanda Sülh konfransının
nümayəndəliyi kimi fəaliyyət göstərdi. Paris sülh konfransının
Ali Şurası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun
təklifi ilə 1920-ci il yanvarın 11-də Azərbaycan, Gürcüstan və
bir qədər sonra, Ermənistanın müstəqilliyini de-fakto tanıdı.
Buna baxmayaraq onların dövlət sərhədlərinin müzakirəsi və
təsdiqi məsələsini həmin ölkələrin beynəlxaq vəziyyətinin tam
aydınlaşdırılmasına qədər təxirə saldı.
1920-ci ilin yanvarın 19-da Azərbaycan və Gürcüstanın
rəsmi nümayəndələri Paris konfransının Ali Şurasının iclasına
dəvət edildilər. İclasda müzakirə olunan məsələlərin əksəriyyəti
Zaqafqaziyanın müdafiəsi ilə bağlı idi. Ə.M.Topçubaşov bu
görüşün nəticələri haqqında Azərbaycan
hökumətinə təcili
məlumat verdi. Tezliklə xarici işlər nazirinin imzası ilə
Azərbaycan hökumətinin rəsmi memorandumu müttəfiq
dövlətlərin Ali Şurasına təqdim edildi. Memorandumda
Azərbaycan respublikasının böyük tarixi xidmətləri və
əhəmiyyəti xatırladılır, Azərbaycanın çox tezliklə şimaldan
gələn təhlükə ilə üz-üzə dayanacağı ehtimalı qarşısında ona
müxtəlif sahələrdə
əsaslı yardım edilməsi zərurəti
əsaslandırılırdı. Azərbaycanın istiqlalının qorunması
məsələsində Azərbaycan hökumətinə hərtərəfli hərbi yardım
göstərilməsi xahiş edilir, ənənəvi iqtisadi əlaqələr
pozulduğundan ölkədə yaranmış iqtisadi maliyyə böhranını
aradan qaldırmaq məqsədi ilə Avropa və Amerikanın
28
Azərbaycana 40-50 milyon qızıl manat miqdarında borc
verməsi arzu edilirdi.
Paris sülh konfransında dövlətlər tərəfindən tanınandan
sonra Azərbaycanın xarici işlər nazirliyində Avropa və
Amerikanın altı dövlətində – İngiltərə, Fransa, ABŞ, İtaliya,
İsveçrə və Polşada diplomatik nümayəndəliklərin açılması
haqqında layihə hazırlandı. ADR-in baş naziri F.Xoyski İsveçrə
ilə münasibətlərin yaradılmasına da böyük əhəmiyyət verirdi.
İsveçrədə ADR-in informasiya mərkəzinin yaradılması
haqqında razılıq əldə edilmişdi.
Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin
səmərəli fəaliyyətində Ə.M.Topçubaşovun
mühüm rolu
olmuşdur.
VAŞİNQTON KONFRANSI
ABŞ Avropa, Asiya və Afrikada heç bir üstünlüyə nail
olmadığı üçün bunun əvəzini Uzaq Şərq, Çin və Sakit okeanda
çıxmağa çalışırdı. 1920-ci ildə keçirilən prezident seçkilərindən
sonra ABŞ-da hakimiyyətə gələn respublikaçılar partiyası yeni
bir konfrans çağırmaq təşəbbüsü ilə çıxış etdi. Bu işdə ən çox
fəallıq göstərən ABŞ-ın dövlət katibi,
yaxud xarici işlər naziri
Yuz idi. ABŞ konfransı çağırmaq üçün böyük dövlətlərdən olan
İngiltərə və Yaponiyanı razı salmağı birinci dərəcəli vəzifə
hesab edirdi. İngiltərə bu məsələyə əvvəl razı olmadıqda ABŞ
bildirdi ki, əks təqdirdə İngiltərənin ona borclu olduğu 850
milyon funt-sterlinqin və ya 4 milyard dolların dərhal
verilməsini tələb edəcəkdir. Həm də bu tələb qızıl paritetinə
uyğun olmalıdır. ABŞ həmçinin İngiltərəyə təzyiq göstərmək
üçün o zaman İrlandiyadakı azadlıq uğrunda mübarizə
məsələsini konqresə çıxartdı və göstərdi ki, bu məsələyə kon-
qresin münasibəti İngiltərənin mövqeyindən asılı olacaqdır.
İngiltərənin dominionları da ABŞ-ı müdafiə edir,
Atlantik və
Sakit okeanda İngiltərə və Yaponiyanın üstünlüyünü təmin
edən 1902-ci ildə bağlanmış ingilis-yapon sazişinin ləğv