53
III. FRANSA
Fransa üçün Birinci Dünya müharibəsi nin nəticələri
Birinci Dünya müharibəsindən Fransa qalib dövlət kimi
çıxdı. Lakin qələbənin nəticələri o qədər də təsəlliverici deyildi.
Fransa əmək qabiliyyətli əhalinin 11%-ni itirmişdi. Fransa
müharibədə 1 milyon 325 min adam itirmiş, 600 min adam
şikəst olmuş, 2.8 milyon adam yaralanmışdı. Ölkə öz milli
sərvətinin
4
1 itirmiş, 10 departamenti dağıdılmış, 53 min km
şose, 6 min km dəmir yolu, 23
min zavod, 550 min yaşayış evi
sıradan çıxmışdı. Daş kömür çıxarılması 40.8 milyon tondan
26,2 milyon tona, çuqun istehsalı isə 4,7 milyon tondan 1.8
milyon tona enmişdi. Kənd təsərrüfat məhsulları istehsalı 34%-
ə düşmüşdü. Büdcə çatışmazlığı 27 milyard frank təşkil edirdi.
Müharibə dövründə Fransanın daxili borcları 34 milyarddan
116 milyarda, ümumi dövlət borcları 300 milyard franka
qalxmışdı. Müharibənin vurduğu maddi zərər 200 milyard,
hərbi xərclər 62 milyard frank təşkil edirdi. Rusiya, Avstriya-
Macarıstan, Osmanlı imperiyalarının dağılması nəticəsində
Fransanın xaricə kapital ixracı 40% aşağı düşdü. Fransa ABŞ-a
40 mlrd, İngiltərəyə 62 mlrd frank borclu qaldı
Bununla belə, Fransa 1871-ci ildə itirmiş olduğu beş
milyon əhali yaşayan Elzas və Lotaringiyanı Birinci dünya
müharibəsi nəticəsində özünə yenidən qaytardı.
Müharibə
nəticəsində hərbi sənaye inkişaf etdi.
Müharibə Fransa xalqının dünyagörüşündə böyük də-
yişikliyə səbəb oldu. Fəhlə sinfinin siyasi şüuru xeyli inkişaf
etdi. Fəhlə internasionalının fransız bölməsinin üzvlərinin sayı
1918-ci ildəki 34 mindən 1920-ci ildə 180 minə, həmkarlar it-
tifaqı üzvlərinin sayı isə həmin illərdə 700 mindən 2400 minə
qədər artdı.
Birinci dünya müharibəsinin sonunda Fransa hökumətinə
radikallar partiyasının lideri Corc Klemonso başçılıq edirdi.
54
Kartoçka sistemi ləğv edildi. Istehsal üzərində dövlət nəzarəti
zəiflədi. Ölkədəki inqilabi hərəkatın yüksəlişi 1919-cu ilin aprel
ayının 23-də 8 saatlıq iş günü haqqında qanunun verilməsi ilə
nəticələndi. Həmçinin sahibkarlarla həmkarlar ittifaqları
arasında kollektiv müqavilələr bağlanması qanuniləşdirildi,
müharibədə həlak olmuş cəbhəçilərin uşaqlarına, dul qalmış
qadınlarına, şikəstlərə təqaüd müəyyən edildi.
Birinci dünya müharibəsinin gedişində Fransada
istehsalın və kapitalın təmərküzləşməsi
prosesi daha da
gücləndi. Ölkənin bank-maliyyə əməliyyatlarına üç iri bank -
Hind-Çin, Lion və Paris bankları nəzarət edirdi. Müharibənin
sonunda Fransa artıq dünya səviyyəsinə çıxa biləcək güclü
inhisar birliklərinə malik idi. Müharibə qurtardıqdan sonra
təsərrüfatın bərpası işlərinə 90 mlrd. Frank vəssait ayrıldı. Pejo,
Reno, Sitroen maşınqayırma zavodları ölkədə maşın
istehsalının
3
2 -ni verirdilər. Ölkədə metallurgiya sənayesinə
“Komite de Foy” konserni rəhbərlik edirdi. Üç iri inhisar ticarət
donanmasının 62%-nə nəzarət edirdi. Lakin yenə də o, aqrar-
sənaye ölkəsi olaraq qalırdı. Əhalinin 53.6 %-i kənddə
yaşayırdı. Bununla belə, müharibə nəticəsində şəhərə axın
gücləndi.
Klemanso hökuməti öz xarici
siyasətində Sovet Rusiya-
sına qarşı düşmənçilik mövqeyində dururdu. Fransa bunu
onunla əsaslandırırdı ki, müharibə dövründə Rusiya Antantaya
sadiq olmamış, bolşeviklər hakimiyyətə gəldikdən sonra isə
Leninin Almaniyanın agenti olduğu müəyyənləşdirilmiş,
Rusiya öz müttəfiqlərini yarı yolda qoymuş, axıracan onlarla
getməmiş, 1918-ci il martın 3-də Almaniya ilə seperat Brest-
Litovsk sülhünü bağlamışdı. Fransa belə hesab edirdi ki, Rusiya
öz borclarını, ilk növbədə Fransaya olan 12
milyard frank
borcunu verməlidir. Fransa sovet Rusiyasına qarşı hərbi
55
müdaxilədə iştirak etsə də, ölkə ictimaiyyətinin tələbi ilə
fransız əsgərləri Qara dənizdən geri qayıtmalı oldular.
«Milli blok» hökuməti
1919-cu ilin noyabrında keçirilən seçkilərdə Aristid
Brianın, Aleksandr Milyeranın, Raymond Puankarenin başçılığı
altında 6 respublikaçı partiyanı birləşdirən və sağlardan ibarət
«Milli blok» 613 deputat yerindən 437-ni tutaraq qalıb gəldi.
Bu seçkilərdə radikal-sosialistlər 88 yer, sosialistlər isə 68 yer
aldılar. A.Milyeranın başçılığı altında «Milli blok» hökuməti
təşkil edildi. «Milli blok»un liderləri daxili böhranı aradan qal-
dırmağa çalışırdılar. Onlar meydana çıxan problemləri həll et-
mək üçün ümidlərini Birinci Dünya müharibəsi dövründə və
ondan əvvəl Rusiyaya verilmiş borclarını geri almağa və
Almaniyanın ödəyəcəyi təzminata bağlayırdılar. Bu məqsədlə
hökumət Genuya konfransında Sovet Rusiyasından borclarını
geri qaytarmağı tələb etdi. Lakin bu tələb nəticəsiz qaldı.
Bu hökumətin başlıca vəzifələrindən
biri də bolşevizmə
qarşı mübarizə aparmaq və bu bəlanı Avropaya, xüsusilə
Fransaya buraxmamaq idi.
Hökumətin antifəhlə siyasəti ölkədə fəhlə hərəkatının
yenidən yüksəlməsinə və 1920-ci ilin dekabrında Lui Frossarın
başçılıq etdiyi Fransa kommunist partiyasının yaranmasına
səbəb oldu.
1920-ci ilin yanvarında Fransada prezident seçkiləri
keçirildi. Öz qələbəsinə əmin olan Klemanso tezliklə
yanıldığını başa düşdü. Belə ki, parlament Klemansonu
prezident seçməkdən imtina etdi. Onu iki məsələdə ittiham
etdilər. Bunlardan birincisi antisovet müdaxilənin iflası,
ikincisi, Paris sülh konfransında Fransaya Avropada
hegemonluq qazandırmaması idi. Parlament prezident vəzifəsi-
nə De Şaneli seçdi. Lakin o tezliklə xəstəliyinə görə bu vəzi-
56
fədən istefa verməli oldu. Bu vəzifəyə Aleksandr Milyeran
təyin olundu. A.Milyeran beynəlxalq
opportunizmin Fransaya
məxsus növünün başçısı olmuşdur və təsadüfi deyildir ki,
Fransa opportunizmi tarixdə milyeramizm kimi tanınmışdır.
Hələ 1899-cu ildə Paris kommunasının cəlladlarından biri olan
general Qolifenin iştirak etdiyi hökumətdə sosialist nazir kimi
Milyeran da fəaliyyət göstərmişdi. O, Eduard Bernşteynin
söylədiyini işdə həyata keçirən ilk şəxs olmuşdur. Milyean həm
də dünya tarxinə 1920-1921-ci illərdə yaranmış "Kiçik An-
tanta" nın təşkilatçısı kimi daxil olmuşdur. O, Fransanın təsiri
altında Sovet Rusiyasına qarşı "sanitar kartonu" təşkil etmək
məqsədilə Yuqoslaviya, Çexoslovakiya və Rumıniyadan ibarət
"Kiçik Antanta" təşkil etmiş və bu təşkilat 1938-ci
ilə qədər
fəaliyyət göstərmişdir.
Baş nazir Milyeran 1920-ci ilin sentyabrından ölkə
prezidenti vəzifəsini tutdu. O, 1924-cü ilə qədər bu vəzifədə
çalışdı. 1920-ci ilin sentyabrından 1921-ci ilin yanvarına qədər
Fransa hökumətinə Leyq, 1921-ci ilin yanvarından 1921-ci ilin
sonuna qədər A.Brian, 1920-ci ilin yanvarından 1924-cü ilin
iyulun 1-dək əsasən dünya və Fransa tarixinə "müharibə
simvolu" kimi daxil olmuş Raymond Puankare başçılıq etdi.
Onu müəyyən vaxtlarda Aristid Brian da əvəz etdi. 1921-1922-
ci illərdə Almaniyanın təzminatı 20 mlrd marka ödəməsi
əvəzinə 3 mld marka ödəməsi Puankare hökumətinin Belçika
ilə birlikdə 1923-cü ilin yanvarında Almaniyanın Rur kömür
hövzəsinə təcavüz etməsinə gətirib çıxartdı. Əslində
Puankarenin məqsədi Rur kömür hövzəsini Fransaya qatmaq və
Fransanı böyük sənaye dövlətinə çevirmək idi. Lakin bu plan
İngiltərə və ABŞ-ın diplomatik təzyiqi nəticəsində baş tutmadı.
Fransa-Belçika qoşunları 1923-cü ilin payızında Rur kömür
hövzəsindən çıxarıldı.