Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə88/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   81   82   83   84   85   86   87   88   89

2005-ci ildə Şəkidə konserv və kərpic zavodları, “Şəki Şirələri İstehsal Kommersiya” müəssisəsi
istifadəyə verilir. Uzun illərdən bəri inşası yarımçıq qalmış idman-sağlamlıq mərkəzi istifadəyə
verilir. Şəhərimizdə turizmin inkişafı, zəruri infrastrukturun yaradılması üçün çox böyük işlər görülür.
Şəhərin mərkəzində “Şəki-saray” müasir mehmanxana binası, “Gələrsən-görərsən” və “Soyuqbulaq”
ərazilərində yeni istirahət kompleksləri yaradılır.
Həmin dövrdə Şin çayı üzərində 169 metr uzunluğunda körpü tikilir. Heydər Əliyevin təşəbbüsü ilə
tikilmiş 640 yerlik Kiş kənd orta məktəbinə onun adı verilir. “Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına” uyğun olaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
bilavasitə təşəbbüsü ilə 3 məktəb binası inşa edilərək istifadəyə verilir.
2007-ci ildə şəhərimizdə 144.023 min manatlıq məhsul istehsal edilir ki, bu da əvvəlki illə
müqayisədə 40,8 % artım demək idi. Bu artım sənayedə 68,7 %, kənd təsərrüfatında 9,1 %, tikintidə
22,7 %, nəqliyyatda 10%, rabitədə 17,7 %, topdan və pərakəndə satış, məişət əşyalarının təmiri və s.
üzrə 32,2 % təşkil edirdi. 2003-cü ilin oktyabr ayının 1-dən 2008-ci ilin yanvar ayının 1-i tarixinə
qədər Şəkidə 5226-sı daimi olmaqla 19505 yeni iş yerləri açılır.
Bir məsələni də qeyd etmək istəyirəm. 23 avqust 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncam imzalayır. Bu
sərəncam rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına səbəb olur. Belə ki, fermer
təsərrüfatlarının, kənd təsərrüfatı məhsulları əkib-becərənlərin gübrə, yanacaq, texnika ilə təmin
edilməsində xeyli güzəştlərin verilməsi bu sahənin rayonumuzda inkişafına səbəb olur.
1990-cı illərə qədər Şəkidə olan onlarla tarixi abidə uçub-dağılmaq təhlükəsi ilə üzləşmişdi. Lakin
2001-ci ildən başlayaraq bu istiqamətdə köklü dəyişikliklərə start verilir. Beləliklə də, dövlətin
birbaşa dəstəyi sayəsində onlarla abidə orijinallığı saxlanılmaq şərtilə bərpa edilməyə başlanır. Bu
da həmin məxəzlərin bəşər mədəniyyəti nümunələri arasında yer almasına şərait yaradır. Bunlardan
2002-2004-cü illərdə M.F.Axundzadənin ev muzeyi, Aşağı karvansara, Qala divarlarının
restavrasiyası, Kiş kəndindəki Qafqaz Albaniyasına məxsus qədim məbədi misal göstərə bilərik.
Burcana çayı üzərində XVIII əsrə aid olan, Çələbi xan tərəfindən inşa etdirilmiş dördtağlı körpü də
tam yenidən qurulur. Minarələrin bərpa və restavrasiyası da bu qəbildəndir. Şəki xanlarının tam
uçmaq təhlükəsi altında olan evi 2013-cü ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa
olunur. Prezident İlham Əliyev də həmin abidənin açılışında iştirak edir.
Beləliklə, məhz Heydər Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan
Respublikasının iqtisadiyyatı dərin böhrandan, tənəzzüldən qurtardı.
Daxildə siyasi sabitliyin təmin edilməsi, makroiqtisadi göstəricilərin sabitləşməsi, tənəzzülün
cilovlanması, iqtisadi dirçəliş, respublikanın etibarlı tərəfdaş imicinin yüksəlməsi, xarici iqtisadi
əlaqələrin, investisiya qoyuluşunun genişlənməsi, struktur və institusion dəyişikliklərə
istiqamətləndirilmiş islahatların dərinləşməsi iqtisadi inkişafın dönmədən sürətlənməsinə şərait
yaradırdı. İndi isə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
 
 
 
ŞƏKİ SƏHİYYƏSİ DÖVLƏT
MÜSTƏQİLLİYİ İLLƏRİNDƏ
 
1993-cü il martın 6-da Şəki səhiyyəsinə Azər İlyaslı rəhbər təyin olunur. Yəqin ki, həmin vaxtlar


respublikamızda baş verən hadisələr səhiyyədən də yan keçə bilməzdi. Və çox az bir müddətdə –
cəmi 7 ay Şəki səhiyyəsinə rəhbərlik edən Azər həkimi 1993-cü il sentyabrın 25-də yenidən Kənan
Xəlilov əvəz edir.
1993-cü ildə bütün xalqımız üçün əlamətdar, tarixi bir hadisə baş verir. Parçalanmaq təhlükəsi ilə
üz-üzə dayanan, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan rəhbərliyinə dünya şöhrətli
siyasətçi Heydər Əliyev yenidən qayıdır. Elə həmin il prezident seçilən Heydər Əliyev xalqın rifah
halının yaxşılaşdırılması, vətəndaş sülhünün bərqərar edilməsi, siyasi sabitliyə, iqtisadi dirçəlişə
nail olmaq üçün bütün sağlam qüvvələri səfərbər edir.
Həmin dövrdə bütün Respublika kimi Şəkinin də səhiyyə sistemi ciddi böhran keçirirdi. Səhiyyə
müəssisələrinin, xüsusən xəstəxana və ambulatoriyaların təsərrüfat hesabına keçməsi, dərmanların
baha olması orta təbəqəsi zəif olan cəmiyyətdə əhalinin böyük əksəriyyətini çətinliklər qarşısında
qoymuşdu. Xəstəxanada müali​cə olunanların sayı kəskin azalmışdı. 1994-cü ildə Şəkidə difteriya,
malyariya, brüselyoz, qotur və başqa xəstəliklər qorxulu şəkildə yayılırdı. “Ümumdünya Səhiyyə
Təşkilatı”, “Sərhədsiz Həkimlər Təşkilatı”, “Rilif İnterneyşnl”, “Ekvilbr” təşkilatları, YUNİSEF,
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası kimi beynəlxalq humanitar təşkilatların
yaxından köməyi ilə 1995-1997-ci illərdə respublikada, həmçinin şəhərimizdə yoluxucu xəstəliklərə
qarşı mübarizə kampaniyaları keçirildi, əhalinin, xüsusən uşaqların difteriyaya qarşı kütləvi peyvənd
olunması təşkil edildi. 1996-cı ilin aprelində respublikada vərəm xəstəliyinə qarşı mübarizə aylığı
keçirildi. 1997-ci ildə Yaponiya hökuməti respublikaya vərəm və tənəffüs yolları xəstəliklərinə qarşı
elmi-tədqiqat işləri üçün 1,5 milyon dollar qiyməti olan xüsusi avadanlıq bağışladı. Həmin il
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yaxından köməyi ilə malyariyaya
qarşı mübarizə kampaniyası keçirilmişdi. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi, YUNİSEF və başqa
beynəlxalq səhiyyə təşkilatları köçkünlərin məskunlaşdığı çadır şəhərciklərində sanitariya
vəziyyətinin yaxşılaşdırılmasında, xəstəliklərə qarşı mübarizənin təşkilində fəal iştirak etdilər.
Şəkidə xüsusi briqadalar yaradılmışdı. Briqadalara baş həkimin müalicə işləri üzrə müavini Nağdalı
Balaşov rəhbərlik edirdi. Bu həkim briqadaları kəndlərdə ev-ev gəzib, yoluxucu xəstəliklərə qarşı
peyvəndlər aparır, profilaktik tədbirlər həyata keçirirdilər. Görülən tədbirlərin sayəsində şəhərimizdə
bir çox belə yoluxucu xəstəliklərin kökü tam kəsildi.
1997-ci ilin sentyabrında ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə Azər​baycana 1,2 milyon dollar
dəyərində dərman preparatları göndərildi. Həmin il Böyük Britaniya “Uşaqlara birbaşa yardım”
beynəlxalq humanitar təşkilatı məcburi köçkünlər üçün 7 tibb məntəqəsi təşkil etdi. 1998-ci ilin
yanvarında ABŞ dövləti “Ümid” proqramı çərçivəsində Azərbaycana 2 milyon dollar dəyərində
humanitar yardım göndərdi.
Azərbaycan Avropada “polimelit” uşaq xəstəliyinin ən çox yayıldığı ölkə idi. Bu ağır xəstəliyə qarşı
mübarizəni səmərəli təşkil etmək üçün vəsait çatışmırdı. 1995-1996-cı illərdə Ümumdünya Səhiyyə
Təşkilatı və YUNİSEF-in köməyi ilə respublikada polimelitə qarşı xüsusi əməliyyat keçirildi,
uşaqların, demək olar ki, hamısı peyvənd olundu. Artıq 1997-ci ildə ölkədə difteriya dörd dəfə
azalmış, polimelit isə tamamilə yox olmuşdu. Dünya Səhiyyə Təşkilatı və Azərbaycan Səhiyyə
Nazirliyi 2001-ci ilin oktyabr ayında respublikada ilk dəfə yeni doğulmuş uşaqlarda hepatit virusuna
qarşı peyvənd kampaniyası keçirdi. Şəhərimizdə peyvənd işinin çox yüksək səviyyədə təşkilində,
ümumiyyətlə, pediatrik xidmətin təşkilində Uşaq Xəstəxanasının baş həkimi İmran Əliyevin əməyini
xüsusi qeyd etmək istəyirəm.
Dövlət respublikada səhiyyə işini yenidən qurmaq, əhalinin sağlamlığını qorumaq sahəsində mühüm


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə