Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə86/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   81   82   83   84   85   86   87   88   89

yanvarın 7-də sahibkarların hüquqlarını müdafiə edən, onların fəaliyyətinə yersiz müdaxilənin və
əsassız yoxlamaların qarşısını alan fərmanlar verdi.
Prezident 1996-cı ilin avqustunda sahibkarların nümayəndələri ilə görüşdü, vəziyyət müzakirə edildi.
Onun 2002-ci il aprel ayının 25-də yerli, may ayının 14-də isə respublikada fəaliyyət göstərən xarici
sahibkarlarla görüşü zamanı bu sahədə hələ də mövcud olan nöqsanlar, maneələr əhatəli araşdırıldı
və az sonra dövlət məmurları ilə xüsusi müşavirədə bu sahədə müvafiq tədbirlər müəyyənləşdirildi.
2002-ci il avqustun 27-də Prezidentin sərəncamı ilə Prezident yanında Sahibkarlar Şurası yaradıldı.
Prezident fərmanı ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında
Əsasnamə” təsdiq olundu.
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi Proqramı (1997-2000-ci
illər)” hazırlandı və qəbul olundu. 2002-ci ilin yayında “Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” təsdiq edildi. Müəssisələrin dövlət
qeydiyyatı işi sadələşdirildi, zonalar üzrə qeydiyyat mərkəzləri yaradıldı.
2002-ci ilin sentyabr ayında Prezidentin fərmanı ilə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı
240-dan 30-a endirildi və lisenziyaların fəaliyyət müddəti 5 ilə qaldırıldı. 2002-ci il sentyabrın 10-
da Azərbaycan Prezidentinin sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi və hüquqi şərait yaratmaq
məqsədilə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə
tədbirlər haqqında” fərmanı verildi. Həmin il sentyabrın 28-də “Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması haqqında” Prezident fərmanı imzalandı. Hüquq-mühafizə
orqanlarının (məhkəmədən başqa) sahibkarlıq subyektlərinə müdaxilələri qadağan edildi. DİN-in
İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv olundu.
Kiçik və orta sahibkarlığın inkişafına kömək üçün dövlət qarşıdakı üç ilə 250 milyard manat vəsait
ayırdı. Bu məqsədlə 2002-ci ilin oktyabr ayında Dünya Bankının Maliyyə Korporasiyası, Avropa
Yenidənqurma və İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Bankı və s. maliyyə qurumları birlikdə
Azərbaycan Mikromaliyyə Bankı təşkil etdilər.
İşgüzar adamların fəaliyyətini tənzimləmək, onlara istiqamət, proqnozlar vermək məqsədilə
Azərbaycanda və qabaqcıl xarici ölkələrdə qarşılıqlı ticarət və sənaye palataları və başqa təşkilatlar
yaradılmışdı. “Amerika-Azərbaycan Ticarət Palatası”, “Azərbaycan-İran Birgə İqtisadi, Texniki,
Elmi və Humanitar Komissiyası”, “Türkiyə-Azərbaycan Müştərək İqtisadi Komissiyası” təşkil
olunmuşdu.
Respublikada sahibkarlığın inkişafına beynəlxalq iqtisadi təşkilatlar da köməklik göstərirdilər. BMT-
nin İnkişaf Proqramı sənaye komplekslərinin inkişafı, yoxsulluğun aradan qaldırılması, qaçqın və
köçkünlərin yerləşdirilməsi, işlə təmin olunması, həyat səviyyəsinin yüksəldilməsi, ekoloji vəziyyətin
yaxşılaşdırılması və başqa layihələrin hazırlanması və maliyyələşdirilməsində iştirak edirdi. Avropa
Birliyi İqtisadi Komissiyası TASİS Texniki Yardım Proqramı respublika iqtisadiyyatında struktur
dəyişiklikləri, sahibkarlığın inkişafı, xüsusən kənd təsərrüfatında islahatların aparılmasına
investisiyalar cəlb olunması, Avropa-Qafqaz-Asiya ticarət, nəqliyyat əlaqələrinin inkişafına kömək
üçün layihələr hazırlanmasında fəal iştirak edirdi. Almaniya Texniki Əməkdaşlıq Təşkilatı kənd
təsərrüfatını özəlləşdirmək işləri üçün xüsusi layihə hazırlayıb Azərbaycana hədiyyə etmişdi.
İnvestisiya qoyuluşunun artması, iqtisadi struktur dəyişmələri sahibkarlığın inkişafına münasib
imkanlar açırdı. 1993-cü ildə respublikada cəmi 300, 1997-ci ildə isə artıq 60 min özəl müəssisə
vardı. Daxili mal dövriyyəsinin 75 faizə qədəri, xarici ticarətin 44 faizi bu müəssisələrin payına
düşürdü. Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi 1997-ci ilin martında artıq başa çatmışdı.


10174 kiçik müəssisə özəl mülkiyyətə, əsasən, əmək kollektivi üzvlərinə satılmışdı. İri və orta
müəssisələrin özəlləşdirilməsi səhmdar cəmiyyətləri yaradılması yolu ilə həyata keçirilirdi. Belə
sənaye müəssisələrinin səhmləri 1997-ci il martın 1-dən əhaliyə paylanan ümumi mülkiyyət
bölgüsündən hər kəsə düşən hissənin ifadəsi olan 7 milyon 500 mindən çox hər biri 4 çekdən ibarət
paya dəyişdirildi. 1998-ci ilin sonlarında Prezidentin fərmanına əsasən müharibə və Çernobıl
əlillərinə, onların ailələrinə əlavə özəlləşdirmə payları verildi. Özəlləşən müəssisələrin göstəriciləri
hərracdan azı iki həftə qabaq mətbuatda dərc olunurdu. Səhmlərin 15 faizi əmək kollektivi üzvlərinə
güzəştlə nağd pula satılır, 50 faizi isə çeklərə dəyişdirilirdi. Dövlət Əmlak Komitəsi çeklərin hərracı
üçün Respublika Hərrac Mərkəzi təşkil etmişdi. Çekləri toplayıb səmərəli yerləşdirmək, əldə
ediləcək dividentləri bölüşdürmək üçün çek investisiya fondları yaradılmışdı.
2002-ci ilin oktyabr ayınadək 36,2 minə qədər kiçik dövlət müəssisəsi, müəssisə obyekti və
avadanlığı, o cümlədən 9,5 mindən çox məişət xidməti, 2797 ticarət, 773 ictimai iaşə müəssisəsi, 552
yanacaqdoldurma məntəqəsi, 570-ə qədər çörək ticarəti və çörəkbişirmə obyekti, 700 sənaye, 120
kənd təsərrüfatı müəssisəsi, 337 tikinti təşkilatı, 181 yarımçıq tikinti, 14,7 mindən çox nəqliyyat
müəssisəsi və vasitəsi, 119 aptek, 1,3 mindən çox qeyri-yaşayış obyekti və s. özəlləşdirilmişdi. 1463
orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdi. 100 mindən çox vətəndaş səhmdar,
140 mindən çox adam əmlak sahibi idi. 331,3 min mənzil – özəlləşdirilməsi nəzərdə tutulan
mənzillərin 52,8 faizə qədəri xüsusi mülkiyyətə verilmişdi.
Beləliklə, iqtisadi özünütənzimləmə sisteminin yaranmasına münasib imkanlar açılır, rəqabət
yaradılırdı. Məsələn, çörək mağazaları və çörəkbişirmə müəssisələri özəlləşdirildikdən sonra çörək
qıtlığı, uzun növbələr aradan qalxdı. Lakin hələ də iqtisadi islahatların reallaşmasına mane olan,
narazılıq yaratmaq, haram pullarla varlanmaq istəyən şəxslər vardı. İqtisadiyyatın inkişafı üçün
sərmayə qoymaq istəyən layihə sahibləri korrupsiyaya qurşanmış məmurlar tərəfindən soyuq,
hörmətsiz və “şapka” təklifi ilə qarşılanırdılar. Bəzi müəssisələr istehsaldan tutmuş əməkhaqqının
ödənilməsinə, satışa qədər bütün prosesləri nağd pulla yerinə yetirir, sənədlərdə müəssisəni,
istehsalın, xidmətin bir hissəsini göstərmirdilər. Kəndlərdə torpaq bölgüsü sahəsində qüsurlara yol
verilir, narazılıqlar meydana çıxırdı. Prezident Heydər Əliyev ölkəyə investisiya gəlməsinə,
iqtisadiyyatın inkişafına, yeni müəssisə və istehsalatlar yaradılmasına öz şəxsi maraqlarını güdərək
mane olanları “xalqın daxili düşməni” adlandırır və onlara qarşı qəti mübarizə aparılmasını tələb
edirdi. Korrupsiyaya qarşı mübarizənin təşkili haqqında xüsusi fərman verilmişdi.
İqtisadiyyatda struktur dəyişikliklərinin mühüm istiqamətlərindən biri də torpaq islahatının həyata
keçirilməsi idi. İlk vaxtlar kənd təsərrüfatında sahibkarlıq çox ləng inkişaf edirdi. 1992-ci ildə 320,
1995-ci ilin əvvəllərində isə 830 müstəqil və kollektiv fermer təsərrüfatı vardı.
1995-ci ilin fevral ayında “Aqrar islahatların əsasları” və “Kolxoz və sovxozların islahatı haqqında”
qanunlar qəbul edildi. Bu mühüm qanunların həyata keçirilməsi ilk növbədə torpağa mülkiyyət
münasibətlərinin yenidən müəyyənləşdirilməsindən çox asılı idi. 1995-ci ilin mart ayında “Dövlət
Aqrar İslahatı Komissiyası” yaradıldı.
1996-cı il iyulun 16-da ölkənin aqrar sektorunda radikal bir addım atıldı. Prezident Heydər Əliyevin
rəhbərliyi altında hazırlanan, onun təfəkkürünün və siyasi iradəsinin məhsulu olan “Torpaq islahatı
haqqında” Qanun qəbul edildi. Bu qanuna görə, bütün postsovet respublikalarından fərqli olaraq,
torpaq sosial ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz
verildi. Respublikanın vahid torpaq fondu əsasında üç – dövlət, bələdiyyə və xüsusi torpaq
mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22 faizi – 1 milyon 911 min


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə