Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə85/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   81   82   83   84   85   86   87   88   89

onların xarici tərəf müqabilləri ilə birgə yaratdıqları müəssisələrin payına düşürdü.
“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından hasil olunacaq ilkin neftin Qara dəniz limanlarına
Rusiya və Gürcüstandan keçən “Şimal” (14000 km) və “Qərb” (920 km) neft kəmərləri ilə nəql
ediləcəyi barədə müqavilələr bağlandı. Bakı-Novorossiysk “Şimal” kəmərinin Azərbaycan hissəsi
1996-cı ilin sonuna qədər hazır oldu, mövcud kəmərə 26 km yeni kəmər əlavə edildi. Kəmər neftlə
dolduruldu. 1997-ci il oktyabrın 25-də “Şimal” kəməri istifadəyə verildi. Bakı-Supsa “Qərb”
kəmərinin tikintisi 1998-ci ilin axırlarında başa çatdırıldı. 1999-cu il aprelin 17-də bu kəmər və
Supsa terminalı istifadəyə verildi.
1996-cı ildə dənizdə ABƏŞ-in qazdığı ilk neft quyusu güclü fontan vurdu və yataqların böyük
ehtiyatları bir daha təsdiq olundu.
1997-ci il noyabrın 12-də “Əsrin müqaviləsi” üzrə neftin hasilatına başlanıldı. Bu hadisə Bakıda
böyük təntənə ilə qeyd edildi. Bu müqavilə üzrə əsas işlərin birinci fazasının başlanması üçün Xəzər
dənizindən Aralıq dənizinə qədər uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək, uzunluğu 1760 km
olacaq iridiametrli Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin tikintisi haqqında saziş əldə
olunması vacib idi. 1998-ci ilin mayında müqavilə hazırlanması üçün işçi qrup yaradılmışdı. Həmin
il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin və
ABŞ energetika nazirinin imzaladıqları bəyanat bu kəmər üzrə danışıqlara təkan verdi.
1999-cu il noyabrın 18-də İstanbulda “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası
və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri vasitəsilə nəql
edilməsinə dair” saziş imzalandı. Bu zaman Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ-ın
dövlət başçıları tərəfindən verilən “İstanbul Bəyannaməsi” layihənin yüksək səviyyədə
dəstəkləndiyinə sübut oldu.
Bu sazişin hazırlanmasına da ciddi maneələr törədilirdi. Şirkətlərin bəziləri kənardan təsirlər
nəticəsində belə bir kəmərə ehtiyac olacağına skeptikcəsinə yanaşırdılar. Qoyulacaq investisiyalar
haqqında da müxtəlif fikirlər vardı. Lakin Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində bütün
bu maneələr dəf edildi. 2002-ci il avqustun 1-də bu kəmərin tikilməsi və idarə edilməsi üçün
BTCKO (Bakı-Tbilisi-Ceyhan) şirkəti təsis edildi. 2002-ci il sentyabrın 18-də kəmərin təməli
qoyuldu. Bu münasibətlə təntənələrdə iştirak etmək üçün Türkiyə Respublikasının prezidenti Əhməd
Necdət Sezər, Gürcüstan Respublikasının prezidenti Eduard Şevardnadze, ABŞ-ın energetika naziri
Spenser Abrham Bakıya gəlmişdilər. 3 milyard dollara qədər dəyəri olan bu kəmərin sahibi
Azərbaycan Dövlət Neft Şirkəti (25 faiz), Böyük Britaniyanın BiPi (30,1 faiz), ABŞ-ın Yunokal (8,9
faiz), Konoko-Filips (2,5 faiz), Norveçin Statoyl (8,72 faiz), Türkiyənin Türkiyə Petrolları (6,53
faiz), Yaponiyanın İtoçi (3,4 faiz) və İnpeks (2,5 faiz), Səudiyyə Ərəbistanının Delta Hess (2,36 faiz),
İtaliyanın Epi (5 faiz) və Fransanın Total Elna Elf (5 faiz) şirkətləri idi.
2001-ci il avqustun 30-da “Əsrin müqaviləsi” üzrə əsas işlərin birinci, mühüm fazasına başlanıldı.
Həyata keçirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi və sürətlə inkişaf etməyə
başladı. 2002-ci ildə ölkədə 15,3 milyon ton neft hasil edildi. Neft müqaviləsi gəlir gətirməyə
başladı. Prezidentin fərmanı ilə 1999-cu ilin dekabrında “Azərbaycan Dövlət Neft Fondu” təsis
olundu. Respublika Prezidentinin 2001-ci il 27 dekabr sərəncamı ilə bu fondun Müşahidə Şurası
təşkil edildi. Azərbaycan yeni neft strategiyasının baniləri Heydər Əliyev və İlham Əliyev bu fondu
güclü iqtisadiyyat yaratmaq vasitəsi kimi qiymətləndirirdilər. İlham Əliyevin qeyd etdiyi kimi,
Dövlət Neft Fondunu yaratmaqda başlıca məqsəd mineral-xammal ehtiyatlarını təkrar istehsala
yönələn maliyyə ehtiyatlarına çevirməkdir və bu fond nəsildən-nəslə keçməlidir. Dövlət Neft


Fondunda yığılan vəsaitlər investisiya şəklində Azərbaycan iqtisadiyyatının başqa sektorlarına
qoyulmalı, neftlə bağlı olmayan digər sahələrin inkişafı, yeni iş yerləri yaradılması üçün, habelə
gələcək nəsillərin neft hasilatı səviyyəsindən və dünya bazarında neftin qiymətinin dəyişməsindən
asılılığını istisna edən proqramlar həyata keçirilməlidir. 2003-cü ilin əvvəllərində fondda 730
milyon ABŞ dolları həcmində vəsait var idi. Ondan respublikanın iqtisadi və sosial rifahı naminə
səmərəli istifadə etmək üçün xüsusi proqram hazırlanmışdı.
İqtisadiyyatın başqa sahələrinə də xarici sərmayə qoyuluşu sürətlə artırdı. Əgər 1996-cı ildə
respublikaya gələn xarici investisiyanın 33 faizi qeyri-neft sahələrinə yönəldilmişdisə, 2000-ci ildə
bu, 50 faizdən çox idi.
Ümumiyyətlə, respublika iqtisadiyyatına 1993-cü ildə 15 milyon, 1995-ci ildə 375 milyon, 1996-
2002-ci illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard) dollar xarici investisiya qoyulmuşdu.
Xarici sərmayənin 90 faizi istehsal sahələrinin inkişafına yönəldilmişdi.
Azərbaycan Respublikası iqtisadiyyatının dirçəldilməsinə və inkişafına Avropa Birliyi “Traceca”
proqramı üzrə AVROPA-QAFQAZ-ASİYA nəqliyyat kommunikasiyasının – “Yeni İpək Yolu”nun işə
düşməsi də əhəmiyyətli təsir göstərirdi. 1993-cü ilin may ayında Avropa Birliyinin təşəbbüsü ilə bu
istiqamətdə nəqliyyat dəhlizinin açılması barədə 8 ölkənin, o cümlədən Azərbaycanın iştirakı ilə
“Brüssel Bəyannaməsi” qəbul olunmuşdu.
Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda “Böyük İpək Yolu”
Beynəlxalq konfransı keçirildi. Dünyanın 32 ölkəsinin və beynəlxalq təşkilatının təmsil olunduğu bu
konfransda “Bakı Bəyannaməsi” qəbul edildi, Yeni İpək Yolunun tranzit ölkələr üçün son dərəcə
faydalı olacağı bildirildi, Böyük İpək Yolunun mənzil qərargahı yaradıldı və onun Bakıda yerləşməsi
qərara alındı.
Azərbaycanı nəqliyyat blokadasına almaq və ona təsir göstərmək cəhdləri baş tutmadı. 1997-ci ilin
martında Rusiya Federasiyası Azərbaycanla sərhəddəki məhdudiyyətləri götürdü, şose, dəmir və su
yollarını açdı. Üçillik fasilədən sonra 1997-ci ilin may ayında Bakı-Moskva, Bakı-Kiyev, Bakı-
Mahaçqala, Bakı-Həştərxan qatarları yenidən işləməyə başladı. Bakı-Poti limanı arasında etibarlı
dəmiryol əlaqəsi yaradıldı.
Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə dərinləşirdi. Onun başlıca istiqamətləri
dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf
etdirilməsi idi. 1995-ci il sentyabrın 29-da qanunla təsdiqlənmiş “Azərbaycan Respublikasında
1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”, “Sahibkarlıq
fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyətləri haqqında”, “Auditor xidməti
haqqında” qanunlar, “Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında
Əsasnamə” və başqa mühüm hüquqi aktlar qəbul edilmişdi. Sahibkarlığın inkişafı üçün Milli Fond
təsis olunmuşdu. “Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi”, yerlərdə sahibkarlığı
inkişaf mərkəzləri, “Kiçik və Orta Sahibkarlığı İnkişaf Agentliyi”, “Xarici İnvestisiyalar Mərkəzi”,
“İqtisadi və Biznes İnformasiya Mərkəzi” “Azərbaycan Respublikası Auditorlar Palatası”
yaradılmışdı. Bu təşkilatlar sahibkarların investisiya layihələrini ekspertiza edir, onların həyata
keçirilməsi üçün maliyyə yardımı göstərirdilər. Sahibkarlar üçün müxtəlif kurs və seminarlar təşkil
olunurdu.
Vətəndaşların xarici banklarda saxlanılan pullarının Azərbaycanda investisiya qoyuluşuna cəlb
edilməsi üçün 1995-ci ilin iyul ayında qəbul olunmuş qanuna əsasən qoyulan vəsaitin mənbəyi
haqqında məcburi təlimat alınması qadağan edildi. Prezident 1996-cı il iyunun 17-də və 1999-cu il


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə