Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə87/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   81   82   83   84   85   86   87   88   89

hektarı xüsusi mülkiyyətə, 45 faizi dövlət mülkiyyətinə, 33 faizi isə bələdiyyə mülkiyyətinə verildi.
Qanunun icrası üçün Prezident fərman imzaladı. “Dövlət torpaqları haqqında”, “Torpaq vergisi
haqqında” qanunlar, normativ aktlar qəbul olundu. 1999-cu il martın 12-də “Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yer quruluşu haqqında” və “Torpaq icarəsi haqqında”, həmin il iyulun 18-
də “Torpaq bazarı haqqında” qanunlar verildi. Bütün rayonlarda torpaq istifadəçilər üzrə
inventarlaşdırıldı və iqtisadi cəhətdən qiymətləndirildi. Özəl qurumların tələbatını təmin etmək üçün
1996-cı ilin iyul ayında Aqrar kredit kassaları təşkil olundu. Nazirlər Kabinetinin 1996-cı il 26 mart
tarixli qərarı ilə onlara neft məhsulları, yanacaq 50 faiz güzəştlə satıldı.
1995-ci ildən başlayaraq 1300-dən çox kolxoz və sovxoz ləğv edildi, onların bazasında 35 minədək
kəndli-fermer təsərrüfatı, o cümlədən 224 kooperativ, 491 kiçik müəssisə, 1676 birgə təsərrüfat
yaradıldı.
Kənd təsərrüfatında lizinq (icarə) xidməti formalaşdı. Bu işdə Yaponiya fəal iştirak edirdi. 1997-
1998-ci illərdə bu ölkə Azərbaycana 350 milyon iyen (12 milyard manat), 1999-cu ildə isə 400
milyon iyen texnika şəklində qrant ayırmışdı.Prezident Heydər Əliyev “Aqrar sahədə islahatların
sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” 1999-cu il 22 mart tarixli fərmanı ilə kənd
təsərrüfatı məhsulları istehsalçılarını beş il müddətinə torpaq vergisindən başqa bütün (8 növ)
vergilərdən azad etdi və bu vergilər üzrə borcların hamısı silindi. 2002-ci ilin əvvəllərinədək bu
qrant hesabına 705 kənd təsərrüfatı texnikası, traktor, kombayn və s. alınmışdı.
1999-cu il noyabrın 9-da Prezident xüsusi fərmanla “1999-2000-ci illərdə Azərbay​can
Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına
kömək göstərilməsinə dair Dövlət Proqramı”nı təsdiq etdi. Bu sahədə iş daha da intensivləşdi.
Çətinliklərə baxmayaraq, respublikada özəlləşdirmə uğurla həyata keçirilirdi. 2002-ci ildə artıq
ümumi daxili məhsulda özəl sektorun payı 71 faiz təşkil edirdi. Sənaye məhsulunun 50 faizi, kənd
təsərrüfatı istehsalının 99 faizi, ticarətin 99 faizi, tikintinin 76 faizi, nəqliyyat və rabitədə xidmətlərin
65 faizi özəl sektorun payına düşürdü. Məşğul əhalinin 70 faizdən çoxu özəl müəssisələrdə işləyirdi.
Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər mövcud iqtisadi böhranı
aradan qaldırmağa, iqtisadi sabitlik yaratmağa və tərəqqiyə yol açmağa imkan verdi.
Kənd təsərrüfatında keçirilən islahatlar da çox səmərəli oldu. Əgər 1991-1994-cü illərdə bu sahədə
istehsal hər il 15-20 faiz azalırdısa, 1997-2002-ci illərdə 51 faiz artmışdı. 2002-ci ildə əvvəlki
illərdə heç vaxt olmadığı qədər – 2 milyon 200 min ton (1995-ci ildəkindən 2 dəfə çox) taxıl, 700
min ton (1995-ci ildəkindən 3,9 dəfə çox) kartof istehsal edildi.
2001-ci ilin əvvəllərində respublikada 2 milyon 21 mindən çox qaramal, 6 milyon 86 mindən çox
davar vardı. Daxili məhsulda heyvandarlığın payı xeyli artmışdı. Əhalinin heyvandarlıq məhsullarına
tələbatının ödənilməsində mühüm irəliləmələr oldu. Artıq ölkəyə başqa yerlərdən heyvandarlıq
məhsulları gətirilməsinə ehtiyac yox idi.
Respublikada iqtisadi tənəzzülün qarşısı 1995-ci ildə alındı. Dirçəliş başlandı. Əgər 1991-1994-cü
illərdə ümumi daxili məhsul ildə orta hesabla 20-25 faiz azalırdısa, 1996-2000-ci illərdə 39 faiz
artmışdı.
XX-XXI əsrlərin qovşağında ölkə 123 xarici dövlətlə ticarət əlaqələri saxlayırdı. Xarici ticarət
dövriyyəsi 1993-cü ildə 1 milyard 300 milyon dollar idisə, 2002-ci ildə bu, 3 milyard 833 milyon
dollara çatmışdı. 2000-ci ildə ilk dəfə xarici ticarət dövriyyəsində ixrac (63,3 faiz) idxaldan (36,7
faiz) çox olmuş, müsbət saldo yaranmışdı. İstehsal olunan malların miqdarının və keyfiyyətinin
artması buna imkan vermişdi. İdxalda istehlak malları azalır, xammal, avadanlıq artırdı.


İqtisadi dirçəliş ölkənin maliyyə vəziyyətini xeyli yaxşılaşdırdı. 1996-2002-ci illərdə Azərbaycan
Respublikasının dövlət büdcəsinin gəlirləri 2,2 dəfə artmışdı. 2003-cü ildə dövlət büdcəsi 1 milyard
200 milyon dollar həcmində (1994-cü ildəkindən 17 dəfə çox) müəyyən edilmişdi. Dövlət büdcəsinin
kəsiri durmadan azalırdı: 1996-cı ildə o cəmi 3 faiz 2001-ci ildə isə 0,1 faiz təşkil etmişdi.
Ölkənin valyuta ehtiyatları 2002-ci ildə 1 milyard 374 milyon dollara çatmışdı ki, bu da 1993-cü
ildəkinə nisbətən 103 dəfədən çox idi.
1998-1999-cu illərdə Qazıməmməd-Mingəçevir-Qazax, Quba-Qusar-Xaçmaz, Göyçay-Qəbələ,
Xaldan-Şəki, Salyan-Astara istiqamətində 35 rayona kəmərlə qaz verilməsi bərpa olundu.
Görülən tədbirlər Şəkinin də iqtisadi vəziyyətinin dirçəlişinə səbəb oldu. 2001-ci ilin noyabrında
Heydər Əliyevin xeyir-duası, İlham Əliyevin təşəbbüsü ilə Şəkidə Olimpiya İdman Kompleksi tikilib
istifadəyə verilir.
2002-ci ildə bilavasitə Prezident Heydər Əliyevin işə müdaxiləsinin nəticəsində və onun köməyi ilə,
demək olar ki, 1990-cı ildən fəaliyyətini dayandırmış “Şəki-İpək” ASC fəaliyyətini bərpa edir.
Ümumiyyətlə, Şəkinin iqtisadiyyatı əsasən toxuculuq, tütün emalı, qida məhsulları istehsalı, elektrik
enerjisinin istehsalı və bölüşdürülməsi, eləcə də təbii qazın bölüşdürülməsi, suyun yığılması,
təmizlənməsi və paylanması, kənd təsərrüfatı, əsasən də taxıl bitkiləri, heyvandarlıq və turizm kimi
sahələrlə təmsil olunur.
2003-cü il dekabrın 12-də Azərbaycan dövlətinin qurucusu, ölkəmizdə olan bütün möhtəşəm
layihələrin memarı, adını tariximizə əbədi həkk eləmiş Heydər Əliyev vəfat edir. Bu, millətimiz və
dövlətimiz üçün çox ağır bir itki idi. Ensiklopedik biliyə malik, fenomenal yaddaş sahibi, insanları
idarə etməyi bacaran görkəmli siyasətçi, dahi, bacarıqlı dövlət adamı, natiq Heydər Əliyevin yoxluğu
bu gün də hiss edilməkdədir. Lakin onun gördüyü möhtəşəm işlər, əməlləri, əsərləri hər zaman
tariximizdə qalacaqdır, adı yaşayacaqdır!!! Azərbaycanın yox olmaq təhlükəsindən bugünkü inkişaf
etmiş mərhələyə çatması məhz Heydər Əliyevin adı ilə bağlıdır.
2003-cü ildə prezident seçkilərində İlham Əliyev qələbə qazanır və beləliklə dövlətimizin
rəhbərliyinə keçir. Çox qısa müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanır və qəbul edilir. Bu
sənəddə sosial infrastrukturun yeniləşdirilməsi, köhnə müəssisələrin yenidən qurulması və müasir
tələblərə cavab verən yeni müəssisələrin yaradılması nəzərdə tutulurdu. Proqramın əsas məqsədi
regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, dünya standartlarına cavab verən istehsal
müəssisələrinin yaradılması, bölgələrdə məşğulluq probleminin həll edilməsi və əhalinin paytaxta
axınının qarşısını almaq idi. Bu proqram regionların, o cümlədən Şəkinin inkişafında mühüm dönüş
nöqtəsi olur. Dövlət Proqramı çərçivəsində rayonumuzla bağlı nəzərdə tutulan tədbirlər ardıcıl və
sürətlə həyata keçirilir. Belə ki, 2005-ci ildə rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş
məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 18,1 % artır.
Bu dövrdə şəhərimizdə xüsusi əhəmiyyət kəsb edən bir sıra iri layihələr həyata keçirilir. O dövr
üçün, mən deyərdim ki, ən əhəmiyyətli hadisə əhaliyə verilən elektrik enerjisinin qaydaya salınması
oldu. Belə ki, elektrik enerjisi şəhərimizə razılaşdırılmış qrafiklə verilmirdi. Sutka ərzində orta
hesabla 5 saat elektrik enerjisi verilirdi ki, bunun da xeyli hissəsi gündüz və ya gecədən xeyli keçmiş
saatları əhatə edirdi. Gecələr şəhərimiz zülmətə qərq olurdu. Bu sahədə çox əhəmiyyətli işlər
görülür, şəhərin fasiləsiz olaraq qaz və elektrik enerjisi ilə təchiz olunmasına nail olunur. Şəhərdəki
artıq istifadəyə yararsız bütün qaz xətləri yenidən təzələnir. Bu həm də Şəkinin meşə sərvətinin məhv
edilməsinin qarşısını alır.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə