Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə81/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   77   78   79   80   81   82   83   84   ...   89

ilə Azərbaycan və Ermənistan arasında gələcəkdə bağlanacaq sazişdən sonra regiona daxil olub,
silahlı münaqişənin nəticələrini aradan qaldıracaq çoxmilli beynəlxalq qüvvələr yaradılacağı
haqqında qərar qəbul etdi. Minsk qrupu həmsədrləri təsisatı yaradıldı. Bu, vasitəçilərin fəaliyyətində
əlaqəsizliyi, paralelliyi aradan qaldırdı. Burada iki il sonra keçirilmiş Lissabon sammitində
Prezident Heydər Əliyevin siyasi uzaqgörənliyi və iradəsi sayəsində Azərbaycanın mövqeyi dünyanın
53 dövləti tərəfindən tanındı və müdafiə olundu. Sammitin yekun qərarının Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllolunma prinsipləri haqqında təklif edilən bəndinə Ermənistan
prezidenti razı olmadığı üçün Heydər Əliyev zirvə toplantısı iştirakçılarının bu məsələ ilə bağlı
münasibətlərinin ifadəsi olan bir sənəd qəbul etdirmək məqsədilə yalnız yekdilliklə qəbul oluna
biləcək Yekun Aktına bütövlükdə imza atmaqdan imtina etdi. Nəticədə ATƏT-in fəaliyyətdə olan
sədrinin 54 üzv dövlətdən 53-ü (Ermənistan etiraz etmişdi), o cümlədən ABŞ, Rusiya, Fransa və b.
adından verdiyi və zirvə toplantısının rəsmi sənədi elan olunmuş bəyanat qəbul olundu. Bu sənəddə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün, birinci,
Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ikinci, Dağlıq
Qarabağa Azərbaycan Respublikası tərkibində yüksək dərəcəli özünüidarə statusu – muxtariyyət
hüququ verilməsi, üçüncü, Dağlıq Qarabağın bütün əhalisinə – ermənilərə və azərbaycanlılara
təhlükəsizlik təminatı verilməsi kimi üç mühüm prinsip irəli sürüldü. İkinci prinsip təcavüzə məruz
qalmış Azərbaycan üçün məqbul olmasa da, münaqişəni aradan qaldırmaq naminə buna razılıq
verilmişdi.
Lissabon sammitindən sonra Minsk qrupuna üç dövlət – ABŞ, Rusiya və Fransa həmsədrlik etməyə
başladı. Minsk qrupunun fəaliyyəti nisbətən fəallaşdı. Həmsədrlər tərəfindən 1997-ci il iyun ayının
11-də “Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş” adlı layihə təklif
edildi. Bu, dəqiq öhdəliklər ehtiva edən hüquqi sənəddən daha çox gələcək danışıqların əsas
istiqamət və tezislərini əks etdirən ümumi bəyannamə idi. Burada bir paketdə birləşdirilmiş iki qrup
məsələnin həlli nəzərdə tutulurdu – birinci, silahlı münaqişənin dayandırılması, ikinci, Dağlıq
Qarabağın statusunun müəyyənləşdirilməsi. Bu sənəddə Azərbaycanı təmin etməyən bir sıra ciddi
məsələlər vardı. Sənəd BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamələrinə
əsaslanmır və hüquqi baxımdan icbari xarakter daşımırdı. İşğal olunmuş ərazilərin boşaldılması ilə
status məsələsinin əlaqəli baxılması, dəqiq mexanizmin və konkret zaman çərçivəsinin
göstərilməməsi, bir çox problemlərin “daimi qarışıq komissiya”ların öhdəsinə buraxılması əslində
münaqişənin həllinin illərlə uzadılmasına gətirib çıxaracaqdı. İkinci hissədə verilən təkliflər də
Dağlıq Qarabağın Azərbaycan tərkibində özünüidarə statusu konsepsiyası ilə uzlaşmırdı. Azərbaycan
tərəfi bu və bir çox başqa dolaşıq məsələlərə aydınlıq gətirilməsi üçün həmsədrlərə müraciət
etmişdi. Bununla belə, taktiki mülahizələrlə danışıqlar prosesinə başlamaq və Ermənistanın
mövqelərini ümumi şəkildə də olsa müəyyənləşdirmək üçün Azərbaycan tərəfi “paket təklifi” qəbul
etdi. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyinə görə, habelə Minsk
konfransı çağırılmamış ilkin mərhələdə Dağlıq Qarabağın statusunu müəyyənləşdirməyin
yolverilməzliyini bəhanə gətirib bu sənədi qəbul etmədi.
1997-ci il sentyabrın 19-da həmsədrlər “Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması
haqqında saziş” adlı ikinci layihə təklif etdilər. Bu sənəd münaqişəni mərhələlərlə aradan qaldırmağı
nəzərdə tuturdu. Birinci mərhələdə Laçın rayonu istisna olunmaqla Dağlıq Qarabağın inzibati
hüdudlarından kənardakı altı işğal edilmiş rayonun azad olunması, ATƏT-in sülhü qorumağa
yönəldilmiş əməliyyatının həyata keçirilməsi, qaçqınların azad edilmiş ərazilərə qaytarılması, habelə


Ermənistanın və Dağlıq Qarabağın həyat fəaliyyəti üçün zəruri olan kommunikasiya vasitələrinin
bərpa edilməsi nəzərdə tutulurdu. İkinci mərhələdə tərəflər Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi
Dağlıq Qarabağın statusunu müəyyənləşdirməklə və onun təhlükəsizliyi üçün tədbirlər görməklə,
habelə Laçın, Şuşa və keçmiş Şaumyan rayonları ilə bağlı məsələləri nizama salmaqla məşğul olmalı
idilər. Həm də bu zaman hər bir bəndin həyata keçirilməsinin dəqiq mexanizmi və konkret zaman
çərçivəsi, prinsipləri pozan tərəflərə qarşı sanksiyalar müəyyənləşdirilmişdi. Bu sənəddə Dağlıq
Qarabağın azərbaycanlı əhalisi, “Laçın dəhlizi” və s. ilə bağlı Azərbaycanı qane etməyən çoxlu
maddə vardı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan 1997-ci il oktyabrın 1-də “mərhələli
həll” təklifinin danışıqlara başlamaq üçün əsas kimi qəbul olunmasına razılığını bildirdi. Ermənistan
prezidenti L.Ter-Petrosyan da buna müsbət münasibətini açıqladı. Buna səbəb Ermənistanın və
Dağlıq Qarabağın son dərəcə ağır iqtisadi durumu, dəyişən beynəlxalq iqtisadi və siyasi maraqların
Ermənistan rəhbərliyi tərəfindən dərk edilməsi idi. 1997-ci il oktyabrın 10-da Strasburqda
Azərbaycan və Ermənistan prezidentləri həmsədrlərin 1997-ci il 19 sentyabr tarixli təklifləri
əsasında danışıqları davam etdirməyə razılıq verdiklərini bildirdilər. Lakin Ermənistan prezidentinin
danışıqları davam etdirmək fikri qondarma “DQR” liderləri tərəfindən kəskin etirazla qarşılandı.
Oktyabrın 26-da “DQR” adlanan qondarma qurumun “prezidenti” Qukasyan “mərhələli həll”
təklifinin qəbuledilməz olduğunu bəyan etdi. Sonrakı çıxışlarında qondarma “prezident”
nizamlamanın erməni sxeminin konturlarını açıqladı: Laçın, Şuşa istisna olmaqla, başqa işğal edilmiş
ərazilər hesabına Dağlıq Qarabağın Azərbaycandan şaquli asılılığı olmayan statusu əldə edilsin.
Ermənilərin nazı ilə oynayan ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın 2-də “mərhələli həll”
təklifinin yenidən işlənmiş, “DQR”-in münaqişə tərəfi kimi tanınmasını təklif edən maddə əlavə
olunmuş variantını təqdim etdi. Təbii, Azərbaycan bu variantla razılaşmadı və danışıqların əvvəlki
variant üzrə aparılmasının mümkün olduğunu bildirdi.
1998-ci il yanvarın 7-8-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının iclasında L.Ter-
Petrosyanın mövqeyi kəskin tənqid edildi. Fevralın 3-də o, istefa verməyə məcbur oldu. Ermənistanın
yeni rəhbərliyinin radikal mövqeyi danışıqların bu təməl üzərində davam etdirilməsi imkanlarını
puça çıxardı.
Uzun sürən fasilədən sonra həmsədrlər 1998-ci il noyabr ayının 9-da əsasən rusiyalı həmsədrin fəal
iştirakı ilə hazırlanmış yeni, sayca üçüncü – “Ümumi dövlət” adlanan təklifi təqdim etdilər. Bu təklif
də birinci təklif kimi paket xarakteri daşıyırdı, ATƏT-in Budapeşt və Lissabon sammitlərinin
münaqişənin mərhələli həllini əsas götürən qərarlarına zidd idi. Dağlıq Qarabağın statusunun qəbul
edilməsi silahlı qarşıdurmanın dayandırılmasından daha əvvəl nəzərdə tutulurdu. Bundan başqa,
ortaya atılmış “ümumi dövlət” modelinin heç bir beynəlxalq hüquqi bazası yox idi. Əslində Dağlıq
Qarabağ müvafiq atributları olan respublika şəklində dövlət, ərazi qurumuna çevrilir, “ümumi
dövlət” çərçivəsində ona Azərbaycanla bərabər subyektlilik verilirdi. Azərbaycan öz sərhədləri
daxilində suveren hüquqlarını gerçəkləşdirmək imkanından faktiki olaraq məhrum olurdu. Azərbaycan
özünə qarşı bu alçaldıcı təklifdən qəti imtina etdi. Bundan sonra Ermənistan münaqişənin həllində
Azərbaycanı qeyri-konstruktiv mövqe tutmaqda təqsirləndirməyə başladı.
Prezident Heydər Əliyev 1999-cu ilin əvvəllərində Minsk qrupu həmsədrlərinə prosesi canlandırmaq
təklifi ilə müraciət etdi. Hər üç dövlət başçısı münaqişənin ATƏT prinsipləri əsasında aradan
qaldırılması üçün yollar axtarılmasında maraqlı olduqlarını bildirdilər. Həmin ilin aprel ayında
Vaşinqtonda ABŞ prezidenti və dövlət katibinin təklifi ilə Azərbaycan və Ermənistan prezidentlərinin
birbaşa dialoqu – münaqişənin nizama salınması danışıqlarında yeni format yarandı. Prezidentlər bir


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə