Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə82/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   78   79   80   81   82   83   84   85   ...   89

neçə dəfə görüşüb məsələni müzakirə etdilər. 1999-cu ilin oktyabr ayında mövqeləri xeyli
yaxınlaşdırmaq mümkün oldu. Lakin 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentindəki terror
hadisəsindən sonra prezident Koçaryan, kiçik də olsa, əldə edilmiş müəyyən razılaşmalardan imtina
etdi.
Havadarlarına arxalanaraq müharibəyə girişmiş Ermənistanın iqtisadi və mənəvi durumu gündən-
günə ağırlaşırdı. Ölkəni 1,5 milyondan çox insan tərk edib getmişdi. Vaxtın Ermənistanın əleyhinə
işlədiyini görən havadarlar bir qədər fəallaşdılar. 2001-ci ilin yanvarında Parisdə Azərbaycan və
Ermənistan prezidentlərinin növbəti görüşü oldu. Həmsədr ölkələrin rəhbərləri tərəflərə münasibətdə
yenə də ikili standartlardan çıxış edərək Azərbaycanı “yazıq”, “kasıb”, “iqtisadiyyatı ağır vəziyyətdə
olan” Ermənistana güzəştə getməyə təhrik edirdilər.
2001-ci il fevralın 23-də Azərbaycan Respublikası Milli Məclisi Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələni müzakirə etdi. İki gün
əvvəl – fevralın 21-də rəsmi qəzetlərdə ATƏT-in təklif etdiyi hər üç layihə çap olunub ictimaiyyətə
çatdırılmışdı. Müzakirəyə bütün siyasi partiyalar, təklifləri olan şəxslər dəvət olunmuşdular. İclasda
Prezident Heydər Əliyev və Xarici İşlər naziri təklifləri, mövcud vəziyyəti əhatəli təhlil etdilər.
Müzakirələr göstərdi ki, Azərbaycan cəmiyyətinin münaqişənin həlli üçün güzəşt imkanları
tükənmişdir. Bu fikir Azərbaycan ziyalılarının 2001-ci il mayın 30-da yaydıqları bəyanatda daha açıq
ifadə olunurdu: “Biz sülh tərəfdarıyıq, müharibə başlanmasının, qan tökülməsinin əleyhinəyik, amma
sülhdən daha vacib vətənimizin əzəli torpaqlarının qaytarılmasıdır. Lazım gələrsə, bu yolda BMT
Nizamnaməsinə uyğun olaraq təcavüzkara qarşı güc tətbiq edilməsi də istisna olunmamalıdır”.
Azərbaycan və Ermənistan prezidentlərinin yeni formatda – Minsk qrupu həmsədrlərinin iştirakı ilə
4-6 mart Paris (Fransa), 3 aprel 2001-ci il Ki-Uest (ABŞ) görüşləri, bütün təzyiqlərə baxmayaraq,
Azərbaycanın mövqelərinin dəyişməzliyini nümayiş etdirdi.
Heydər Əliyev həmsədrlərin və bu münaqişənin həllində öz prinsiplərini tam müdafiə etməyib, ikili
siyasət yeridən beynəlxalq təşkilatların “reallıqla razılaşmaq lazımdır” tövsiyəsini qəti rədd etdi.
Yaltada GUÖAM dövlət başçılarının sammitində həmsədrlərin problemin həllindən boyun
qaçırmaqla, onu münaqişə edən tərəflərin öhdəsinə buraxmaqla ciddi səhvə yol verdikləri,
beynəlxalq hüquq normalarını və prinsiplərini təhlükə altında qoyduqları tənqid edildi.
Jurnalistlərlə görüşündə Azərbaycan Prezidenti “müharibə variantı”nın istisna olunmadığını
bildirmişdi. AATŞ-ın üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2002-ci il noyabrın 22-də
Praqada keçirilmiş zirvə görüşündə Prezident Heydər Əliyev demişdir:
 
“Nə qədər ki gec deyil, dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq,
Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması əsasında münaqişənin sülh
yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir”.
Müstəqilliyin ilk illərində başlanan siyasi proseslər Şəkinin də iqtisadiyyatına və sosial-mədəni
həyatına ağır zərbələr vurdu. İstehsal azalır, iqtisadi tənəzzül dərinləşirdi. Fabrik və zavodların
iqtisadi əlaqələri pozulmuşdu, müqavilə öhdəliklərinə əməl olunmurdu. Xammal və materiallara
tələbat cəmi 40 faiz ödənilirdi. Müəssisələrin istehsal gücündən yalnız 25-30 faiz istifadə olunurdu.
Demək olar ki, bütün sahələrdə əsas istehsal vasitələri mənəvi və fiziki cəhətdən köhnəlmişdi.
Kolxoz və sovxozların maşın-traktor parkı, meliorasiya qurğuları köhnəlmiş, çoxu sıradan çıxmış,
suvarma kanalları bərbad hala düşmüşdü. 1991-1993-cü illərdə respublikanın mövcud iqtisadi və
mədəni potensialından, zavod və fabriklərdən, kommunikasiya vasitələrindən, yüksək ixtisaslı


mütəxəssislərdən də səmərəli istifadə olunmurdu. Sosialist istehsal üsulunun dağıdılması, yeni
iqtisadi münasibətlərin yaradılmasında, əsaslı iqtisadi islahatların tətbiq edilməsində cəsarətsizlik də
iqtisadi böhranın başlıca səbəblərindən idi. Demokratik iqtisadiyyatın yaranması üçün vacib olan
özəlləşdirmə, çoxukladlı təsərrüfatçılığa keçid prosesləri çox ləng gedirdi.
1991-ci ildən sonra İpək İstehsal birliyi Şəki “İpək” şirkəti adlandı. Müəssisə cəmi bir neçə il ala-
babat fəaliyyət göstərə bildi. 1994-cü ildən sonra qiymətinin həddindən artıq baha olması, xaricə mal
satışında dövlətlər səviyyəsində məhdudiyyətlərin yaradılması səbəbindən 1996-cı ildə şirkətin
fəaliyyəti tam dayandı və baş müəssisə ayrıca, filialları və başqa subyektləri (“Marxal” İM, “Səadət”
Pioner düşərgəsi və s.) isə ayrı-ayrılıqda özəlləşməyə çıxarıldı. Əlavə edək ki, Əmlak Komitəsi o
vaxt baş müəssisəni respublikanın özəlləşməyə çıxarılan ən böyük 15 sənaye müəssisəsindən biri
kimi təqdim edirdi. 1999-cu ildə baş müəssisə əsasında “Şəki-İpək” ASC yarandı.
1993-cü ilin yazında Azərbaycan iqtidarının xarici şirkətlərlə imzalamağa hazırlaşdığı neft
müqaviləsində ölkənin milli mənafelərinə zidd şərtlər olduğu üçün o, Heydər Əliyev rəhbərliyə
gəldikdən sonra dayandırıldı. Tədricən yeni iqtisadi institutlar meydana gəlirdi. Milli, beynəlxalq
əmanət bankları, özəl banklar təşkil olunurdu. Dövlət torpaq, əmlak komitələri yaradılmışdı. Milli
valyuta – manat dövriyyəyə buraxılmışdı. Yüksək sosial-sığorta ayırmaları, əlavə dəyər vergisi
azaldılmışdı. Nə bu tədbirlər, nə də yeni iqtisadi münasibətlərin hüquqi bazasını yaratmaq üçün qəbul
edilmiş 30-dan artıq qanun, o cümlədən Özəlləşdirmə haqqında Qanun, Torpaq kodeksi normativ
aktlar olmadığından səmərəli işləyə bilmirdi. Azərbaycan iqtisadiyyatı ciddi sarsıntılara məruz
qalmışdı. 1992-ci ilin əvvəllərində heç bir zəmin olmadan qiymətlərin sərbəstləşdirilməsi
müəssisələrdə dövriyyə vəsaitlərinin qiymətdən düşməsinə, əhalinin alıcılıq qabiliyyətinin kəskin
azalmasına səbəb oldu. Mərkəzləşdirilmiş kredit resurslarına faiz dərəcələrinin 200-250-yə qalxması
istehsala investisiya qoyuluşunu dayandırdı, istehsalın maliyyə vəziyyəti pisləşdi, dövriyyə vəsaiti
çatışmadı və müəssisələrin xeyli hissəsi, o cümlədən Şəki İpək İstehsalat Birliyi fəaliyyətini tamam
və ya qismən dayandırdı. İqtisadiyyatda hərc-mərclik baş alıb gedirdi. Yalançı bazar – cəzasız
soyğunçuluq meydana gəlmişdi.
İşgüzar fəaliyyətlə, əsasən, əyri yollarla çoxlu vəsait ələ keçirmiş şəxslər, “imkanlı” dövlət
məmurları, “təsərrüfat rəhbərləri”, onların himayə etdiyi adamlar məşğul olurdular. “Nomenklatura
sahibkarlığı” yaranmışdı. 1992-ci ilin sonlarında 600-ə qədər mövcud kiçik müəssisənin 70 faizdən
çoxu dövlət müəssisələri nəzdində fəaliyyət göstərir və əsasən onların istehsal etdiyi malları satır,
gəliri isə öz xeyirlərinə bölürdülər. Dövləti qarət etmək vasitəsi kimi kağız üzərində onlarca kiçik
müəssisə yaradılmışdı. Müştərək və kiçik müəssisələrin çoxu xaricə satdığı malın əvəzinə alınan
valyutanı respublikaya qaytarmır, xarici banklardakı şəxsi hesablarında saxlayırdılar. Respublikanın
beynəlxalq valyutaya böyük ehtiyacı olmasına baxmayaraq, 1991-ci ildə onlar 2 milyard 300 milyon
dollar vəsaiti xarici banklarda saxlamışdılar.
1993-cü ilin ortalarında respublikanın yalnız 8 müəssisəsi xarici banklara 100 milyon dollar
qoymuşdu. Respublika talanır, xalqın sərvəti dağıdılırdı. Müəssisələrin avadanlığı sökülüb xaricə
daşınırdı. Hətta Bakı metrosunun ehtiyat kabelləri də oğurlanıb satılmışdı. Oğuz, Zaqatala, Qax,
Qəbələ, Şəki, Xudat, Ağstafa, Lerik və Cəlilabad meşələri, xüsusən qoz ağacları icazəsiz kəsilib
xaricə satılırdı. Nəzarətsizlik iqtisadiyyata böyük ziyan vururdu. Müəssisələr bağlanır, işsizlik artır,
əhalinin güzəranı sürətlə pisləşirdi. İri şəhərlərdə ucuz iş qüvvəsi satılan qeyri-rəsmi bazarlar
meydana gəlmişdi. Respublikanı milyona qədər gənc tərk etmişdi. Təminatsızlıq üzündən alim və
mütəxəssislər dolanacaq dalınca xaricə getməyə məcbur olmuş, “ağıl axını” başlamışdı.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə