SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə22/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

Saxsı  məmulatı  qara,  qonur  və  boz  rəngli  gildən  yoğrulmuş  və 
əksəriyyəti  yaxşı  bişirilmişdir.  Təsərrüfat  küpləri  qalın  divarlı, 
nisbətən hündür boğazlı  və  şargövdəlidirlər (XI  tablo JV«1,  4,  5,  6).
Onlardan  bir  qisminin  ağız  kənarı  daxilə  və  xaricə  doğru 
çıxıntılıdır.  Boğazın  yuxarısmı  iki  basma  novşəkilli  xətt  haşiyələyir 
(XI tablo JVel, 4).
Küpə  tipli  qablar nisbətən  zərif hazırlanmışlar.  Qonur  rəngli  küpə 
kiçik  diametrli  olub  səthi  parıldayanadək  cilalanmışdır.  Alçaq, 
silindrik boğazlı, gövdəsi  qabarıqdır.  Ağız kənarı  azca xaricə  qatlanır 
(XII  tablo JVs3).
Çölmək tipli  qablar alçaq boğazlı  olub,  odun  təsirindən  yanmışlar. 
Birinin  boğaz  hissəsi  ağız  kənarına  doğru  daralır.  Ağız  səthi  kənara 
doğru  çıxıntılıdır.  Boğaz  hissəsinin  aşağısında  aypara  formalı  yapma 
naxış  vardır  (XI  tablo  JVe7).  Keramika  üzərindəki  belə  aypara  motivi 
qədim  Cırdatəpə  sakinlərinin  dini  təsəvvürlərində  Aya  inamın 
müəyyən yer tutduğunu  göstərir.
Abidənin  saxsı  məmulatı  içərisində  kasa  tipli  qablar  çoxluq  təşkil 
edir.  Onlann  hamısı  nazik  divarlı  olub  yaxşı  bişirilmişlər.  Ağız 
hissələri  düz,  bəzən  isə  xaricə  doğru  ensiz  köbolidirlər  (XII  tablo 
JVe4).  Bəzilərinin  ağız  kənarı  gövdəyə  doğru  qatlanaraq  xaricdən  enli 
kəməri  xatırladır (XII  tablo JV°5,  6).
Saxsı  məmulatının bir qismi  təsərrüfat və  məişətdə  istifadə  olunan 
qablann qulp hissəsindən  ibarətdir (XII  tablo JVel).
Bir  ədəd  mineral  daşdan  hazırlanmış  nəfıs  miniatür  qab  diqqəti 
cəlb  edir.  Bir  tərəfmdə  enli  qulaqcıq  tipli  çıxıntısı  vardır.  Çıxıntı  hər 
iki  tərəfdən  oyma  zolaqlarla  naxışlanıb.  Kasayabənzər  hissəsi 
daxildən  yaxşı  cilalanıb.  Oturacağı  isə  gövdədən  başlayaraq 
oturacağın  mərkəzinə doğru oyma  zolaqlarla bəzədilmişdir (XII  tablo 
JVo2).
Keramika  məmulatınm  bir  qismi  isə  orta  əsrlorə  aid  şirli  qablara 
məxsusdur.  Onların  bir  neçəsi  hər  iki  tərəfdən  sadəcə  olaraq  mavi 
rəngli  şirlə  örtülmüşdür.  Kasa  tipli  qabın  daxili  mavi  rəngli  şirlo 
boyanaraq  üzəri  tünd  mavi  və  qəhvəyi  rənglə  həndəsi  və  nəbati 
formada naxışlanmışdır (XI  tablo JVe 1,  2,  8).
Yaşayış  yerinin  yerüstii  materiallarma  əsaslanaraq  abidənin  dövrü 
haqqında 
ilkin 
miilahizələr 
söyləmək 
mümkündür. 
Saxsı 
məmulatının  əksəriyyəti  son  tunc-ilk  dəmir dövrünə  (e.ə.  II  min  sonu
-  I  min  başlanğıcı)  aiddir.  Şərur  və  Sədərək  düzündə  qeydə  alınmış 
Aşağı  Daşarx,  Zeyvə,  Qara-  bulaq  kurqanlarının,  Dəmirçi  qədim 
yaşayış  yerinin  və  Sədərək  qalasınm  arxeoloji  materialları  Cırdatəpə 
qədim yaşayış  yerinin  materialları  ilə  tam eyniyyət təşkil  edir.
Yerüstü  materiallarm  bir  qisminin  orta  əsrlərə  aid  olması  göstərir 
ki,  yaşayış yerində həyat uzun  müddət davam etmişdir.
Yaşayış  yerinin  sakinləri  əkinçilik,  maldarlıqla  məşğul  olmaqla 
yanaşı,  müxtəlif  sənət  sahələrinin,  o  cümlədən  dulusçuluq  və  hərb 
sənətinin  sirlərinə  dərindən  bələd  olmuşlar.  Abidədən  1,5-2  km 
məsafədə  yerləşən  Sədərək  qalası  zaman-zaman  qədim  sədərəklilərin 
istehkamına  çevrilmiş  və  bura  sığınaraq  onlar  özlərini  müxtəlif 
təcavüzlərdən  qoruya bilmişlər.
Abidə  hələlik,  geniş  tədqiq  edilməsə  də  burada  kəşfıyyat 
xarakterli  qazıntı  işlərini  aparabildik.
Təpənin  ətrafı  ilbəil  müxtəlif  məqsədlərlə  qazıldığından  cənub 
tərəfdə  alçaq  yarğan  əmələ  gəlmişdir.  Yarğanın  kənarında  2x2,7  m 
ölçülü  sahədə  kəşfıyyat  şurfu  qazıldı.  Torpaq  kül  ilə  qanşıq 
olduğundan  asan  qazılır,  Iakin  maraqhdır  ki,  bu  sahədə  ancaq  kül 
layları  izlənilir.  Təpənin  üzərindəki  «o»  nöqtəsindən  1,05  m  dərinliyə 
çatdıqda  bütün  qazıntı  sahəsini  örtən  15  sm-Iik  kül  və  kömür  qatı 
təmizləndi.  Bəzi  ağac  və  qamışlar  kömürləşərək  qalmışdır.  Bu 
təbəqədən  aşağıya  doğru  qazıntı  yenə  80  sm  davam  etdirildi.  Təboqə 
yenə  asan  qazılmasına  baxmayaraq  maddi  mədəniyyət  nümunəlorinə 
rast  gəlinmir.  Lakin  qazıntılar  2  m  dərinliyə  çatdırıldıqda  topənin 
mərkəzinə  doğru  oyuqlar  açılmağa  başlandı.  Bu  boşluq  tamam 
yanmamış  bina  tavanımn  altında  qalan  sahə  ola  bilər.  Lakin  yenə 
arxeoloji  material  əldə  olunmadığından  qazıntıları  dayandırmaq 
qərara almdı.
Yaşayış  yerinin  qərbində  sütun  altlığı  əldə  olundu.  Ağ  rəngli 
əhəng  daşından  yonulmuş  çoxüzlü  prizma  formalı  sütun  altlığınm 
yarısı  sınmışdır. 
Salamat  qalmış  tərəfınin  uzunluğu  23  sm,


hündürlüyü  32  sm-dir.  Üzərində  heç  bir  naxış  elementinə  rast 
gəlinmir.
Yaşayış  yerindən  əldə  olunmuş  sürtgəc  məsaməli  tu f  daşından 
hazır-  lanmışdır.  Qalınlığı  4  sm  olan  bu  ovalvari  sürtgəcin  bir  tərəfı 
sınmışdır.  Salamat qalmış hissəsinin eni  17  sm,  uzunluğu  16  sm-dir.
Cırdatəpə  qədim  yaşayış  yerinin  arxeoloji  materiallan  burada 
həyatın  e.ə.  II  minilliyin  sonlarından  başlandığını,  əkinçiliyin, 
maldarlığın  və  sənətkarlığın  bu  abidənin  qədim  sakinlərinin  başlıca 
məşğuliyyəti  olmasını,  zəngin  mədə-  niyyətə  əsaslanan  oturaq 
həyatın  orta  əsrlərədək,  təqribən  2000  ildən  artıq  bir  müddətdə 
davam etdiyini  söyləməyə imkan verir.
Qırmızı  təpə  orta  əsr  yaşayış  yeri.  Sədərək  rayonu  ərazisində 
orta  əsrlərə  aid  abidələrdən  biri  də  Qırmızı  təpə  yaşayış  yeridir. 
Abidə 
Sədərək 
kəndinin 
şimali-qərbində 
Qarasu 
bulağının 
yaxmlığında  qırmızı  gil  qatışıqlı  torpaqdan  ibarət  təpənin  üstündə 
yerləşir.  Torpağın  rənginə  görə  əhali  buranı  Qırmızı  təpə  adlandırır. 
Bu  ərazidə  orta  əsrlərdən  başlanan  həyat  bu  günə  qədər  davam 
etməkdədir.  Məhz  buna  görə  də  qədim  dövrlərə  aid  yaşayış  yerinin 
böyük  bir  hissəsi  hal-hazırda  yaşayış  evlərinin  və  onlara  məxsus 
həyətyanı  sahələrinin  ərazisindədir.  Qədim  yaşayış  yerinin  Qınmzı 
təpənin  üstündəki  hissəsinin  üst  qatı  dağılsa  da  alt  qatlardakı 
arxeoloji  materiallar  əsasında  abidə  haqqmda  müəyyən  fıkir 
söyləmək mümkündür.
Hündürlüyü  8-10  m  olan  təpənin  diametri  80-100  m-dir.  Təpənin 
cənub  tərəfı  qismən  dağıdılaraq  həyətyanı  sahələrə  qatılmışdır. 
Dağıdılmış  sahədə  orta  əsrlərə  aid  maddi  mədəniyyət  qalıqları  ətrafa 
səpələnmişdir. 
Təpənin  dağıdılmış  cənub 
torəfındə  şərq-qərb 
istiqamətində  qurulmuş  daş  hörgünün  qalıqları  izlənilir.  Hörgüdən 
şimala doğru  gövdədən  yuxarı  his-  sələri  dağıdılmış 4  ədəd  təsərrüfat 
küpünün  qalığı  təmizləndi.  Divara  daha  yaxın  yerə  basdırılmış 
təsərrüfat küpünün  gövdə  hissəsinin  diametri  1,15  m,  salamat  qalmış 
hissəsinin  hündürlüyü  1  m-dir.  Ondan  şərqə  doğru  6  m  məsafədo 
yerləşən  ikinci  küpiln  gövdəsinin  diametri  85  sm,  gövdəyədək  olan 
hündürlüyü  80  sm-dir.  Üçüncü  küp  birincidən  0,5  m  qərbdə.
dördüncü  isə  2  m  şimalda  yerləşir.  Onların  hamısının  badının 
qalınlığı  3  sm-dir.  Göv-  dələrindən  yuxarı  hissələri  dağıldığmdan 
onların  yuxarı  hissələrini  bərpa  etmək  mümkün  deyildir.  Lakin, 
toplanmış  maddi  mədəniyyət  qalıqlarına  əsaslanaraq  təpənin  bu 
sahəsində  təsərrüfat  binasımn  qalığının  yerləşdiyini  söyləyə  bilərik. 
Çox  güman  ki,  orta  əsrlərdə  Sədərək  kəndinin  məhəllələrin-  dən  biri 
məhz  bu  təpənin  üzərində  yerləşmişdir.  Abidə  haqqında  müfəssəl 
məlumat yalnız onun  geniş arxeoloji  tədqiqindən  sonra  söylənə bilər.
Lakin  bir  faktı  tam  əminliklə  qeyd  etmək  mümkündür  ki,  orta  əsr 
Sədərək  şəhəri  (Kültəpə)  ınövcud  olduğu  dövrlərdə  indiki  Sədərək 
kəndində  Qarasu  bulağı  ətrafında  da  həyat  inkişaf  edirdi.  Sədərək 
şəhəri  də  məhz  bu  bulaqdan  saxsı  borulardan  çəkilmiş  xətt  vasitəsilə 
içməli  su ilə təmin  edilrdi.
Qırmızı  təpədən  toplanmış  maddi  mədəniyyət  qalıqları  əsasında 
burada  yaşayışın  ilk  orta  əsrlər  dövründən  (IV-VllI  əsrlər) 
mövcudluğunu  söyləmək  müınkündür.  Lakin  abidədə  gələcokdo 
apanlacaq  əsaslı  arxeoloji  qazıntılar  burada  daha  qədim  dövrlərə  aid 
materialların  aşkarlanması  ilə  nəticələnə  bilər (18,  65-66).
ƏDƏBİYYAT:
1.  Abbasov  A.A.,  Müseyibli  N.Ə.  Zəyəmçay  nekropolunun  bozi 
dəfn  adətləri.  «Azərbaycan  arxeologiyası  və  etnoqrafiyası». 
Bakı,  2003, JVe  2.
2.  Əliyev  V.  Sədərək  eneolityaşayış  yeri.  Azorbaycan  SSR  EA- 
nın  xəbərlori.  Tarix,  fəlsəfə  və  hüquq  scriyası.  Bakı,  1985, JV”2.
3.  Əliyev  V.H.  1977-ci  ildo  Şərur  ərazisindo  aparılan  arxeoloji 
koşfiyyat 
haqqında 
hesabat. 
AMEA 
Arxeologiya 
vo 
Etnoqrafiya  İnstitutunun  ÇTŞ-nin  Elmi  Arxivi.  H-222.
4.  Nagel  B.,  Ştromınengcr  Y.  Qalakond.  Bakı,  1999.
5.  Moınmodov  V.C.  Sodorok  qodim  yaşayış  yeri.  Şorur  qodim 
diyardır.  İliç  şohori  -  1988.
6.  Müseyibli  N.,  Zoyomçay  nckropolunda  arxeoloji  qazıntılar. 
«Azərbaycan  arxeologiyası  vo  etnoqrafıyası».  Bakı,2004, JV»  2.


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə