SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə25/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

Orta  tunc  dövrünün  əvvəllərinə  aid  kurqanlardan  əldə  edilən  qara 
rəngli,  cilalanmış  gil 
qablar  ilk  tunc 
dövrü  keramikasmın 
ənənələrinin  (11,  s.  43-63)  həm  forma,  həm  naxışlanma,  həm  də 
bişirilmə  keyfıyyətinə  görə  qoruyub  saxlandığım  göstərir.  Beləliklə, 
ilk  tunc  dövrü  gil  qablarımn  əksər  xüsusiyyətlərinin  orta  tunc 
dövründə  də  davam etdiyi  aydın görünür.
Arxeoloji 
ədəbiyyatda  üstü 
daş  plitələrlə  örtülmüş  qəbir 
kameralannm  dəfn zamanı  torpaqla  doldurulması  haqda  fıkirlərə  rast 
gəlinir  ki,  bu  da  bir  sıra  faktların  nəzərə  alınmadığını  göstərir  (12,  s. 
67).  Plovdağ kurqanlarında  üstü  örtülən  qəbir  kameralarmın  torpaqla 
doldurulmasına rast gəlinməmişdir.
Plovdağ  kurqanlarmda  dromosların  qurulması  texnikası  olduqca 
maraqlıdır.  Qəbirlərin  şimal  və  cənub  divarları  kurqanm  kromlexinə 
qədər  davam  edir.  Mərhum  qadın  olarsa  cənub  divarına,  kişi  olarsa 
şimal  divarına  bitişik  sal  daş  dikinə  qoyulmaqla  qəbrə  giriş  yolu 
qoyulur,  qalan  hissə  isə  dromos  kimi  saxlamlır.  Analoji  quruluşa 
malik  kurqanaltı  sərdabə  Gəmi  qaya  yaylağında  da  aşkar  edilmişdir 
(13,  s.  38-41).  Kurqan  kompleksində  dromosun  olması  dəfn 
prosesinin  iki  çox  mühüm  elementi  haqqında  qəti  fıkir  söyləməyə 
imkan  verir.
Birinci,  ölünün  və  avadanlığın  qəbrə  şərq  tərəfdən,  “qapı” 
yerindən  qoyulması  artıq  heç  bir  şübhə  doğurmur.  Qeyd  etmək 
lazımdır  ki,  Cənubi  Qafqaz  ərazisində  kurqanların  “qapısı”  həmişə 
şərq tərəfdən olmuşdur (14,  s.  37-38).
İkinci,  kurqanın  dəfnə  əw əlcədən  hazırlandığı(kromlexin,  qəbrin 
kamerasmın,  qurbangahın  qurulması  və  qəbrin  üstunun  sal  daşlarla 
örtülməsi  və  s.)  və  dəfn  prosesinin  çox  da  uzun  sürmədiyi(bu  fıkir 
dəfndən  sonra  qəbrin  ətrafında  keçirilən  mərasim  və  rituallara  aid 
deyil)  aydın  olur.
Ölünün  dəfnə  hazırlanması  və  dəfndən  sonrakı  mərasim  və 
rituallar  haqqında  yalnız  müəyyən  ehtimallar  irəli  sürmək  olar.  Bu 
ehtimallar  faktiki  arxeoloji  tapıntılara  əsaslansa  da  həmin  prosesləri 
tam  əhatə etmir.
Tunc 
dövrü 
kurqanlarının 
əsas 
elementlərindən 
biri 
də 
qurbangahlardır  (15,  s.  104-105).  Bu  tikililər  arxeoloji  ədəbiyyatda 
“əlavə  qəbir kamerası”,  “ehsan  kamerası”,  “çista”,  “ritual  kamera”  və 
s.  adlarla  adlansa  da  geniş  şərh  edilməmiş,  onların  təyinatı  və 
funksional 
əhəmiyyəti 
aydınlaşdırılmamışdır.  Qurbangahların 
təyinatı  İ.Nərimanov  tərəfındən  araşdırılsa  da  tədqiqatçı,  əsasən 
Ya.İ.Qummelin  bu  haqda  olan  “şüa  sistemi”  nəzəriyyəsini  tənqid 
etmiş  və  bu  nəzəriyyənin  çöl-tədqiqat  işlərində  tətbiq  olunmasını 
məsləhət 
görməmişdir 
(16, 
s. 
65-73). 
Bizim 
işlətdiyimiz 
“Q urbangah”  termini  də  bu  tikililərin  təyinatını  tam  əks  etdirmir (17, 
s.  12-13)  və  onları  “ehtiyat  ərzaq  kamerası”  adlandırmaq  daha 
düzgün  olardı.  Kurqan  tipli  qəbirlərin  yaranması  neolit  dövrünün 
sonlarından  başlasa  da,  qubangahlı  kurqanlar  e.ə.  IV  minilliyin 
sonlarından  m əlum dur(I8,  s.  36).
Plovdağ  kurqanlarının  qurbangahları  bir  qayda  olaraq  şərq 
tərəfdən 
kurqanın 
kromlexinə 
bitişik 
işlənmişdir. 
Ölçüləri 
müxtəlifdir  və  heç  də  kurqanın  böyüklüyündən-kiçikliyindən  asılı 
deyildir.  Belə  ki,  17N-H  kurqanın  qurbangahı  (17A)  ondan  iki  dəfə 
böyük  olan  18N-Iİ  kurqanın  qurbangahından  bir  neçə  dəfə  böyukdür 
V3  gil  qabların  sayı  da  ondan  artıqdır.  Orta  tunc  dövrü  kurqanlarınm 
qurbangahları  dördbucaqlı  və  beşbucaqlı  planda  qurulmuş,  içərisinə 
yalnız  m ü x tə lif təyinatlı  gil  qablar qoyulmuşdur (19,  s.  75-81)
Qurbangahlarda 
insan 
skeletinin 
aşkar 
edilməməsi 
bəzi 
tədqiqatçılara  burada  kremasiya  dəfn  adətinin  olması  fıkrini  irəli 
sürməyə  əsas  vcrmişdir.  Beləliklə,  orta  tunc  dövrü  kurqanlarında 
inqumasiya  ilə  yanaşı  kremasiya  adətinin  də  olduğu  tədqiqatçılar 
tərəflndən  qəbul  edilmişdir.  Kurqan  qəbirlərində  kremasiya  dəfn 
adətindən  istifadə  olunması  arxeoloji  ədəbiyyatda  sübut olunmuş  fakt 
kimi  təsbit  olunınuşdur  (20,  s.  130).  Lakin  bunu  Kiçik  Qafqaz 
kurqanlarına  aid  ctmək  olaz.
Naxçıvan  ərazisində  Şahtaxtı  və  Qarabağlar nekropollarında  aşkar 
edilmiş  skelctsiz  qəbirlərdə  urnalar  və  ya  yanmış  skelet  qalıqları 
tapılmadığından  burada  da  kremasiyanın  olub-olmadığı  hələlik  siibut 
edilməmişdir  (21,  s.  4 2-51).


Plovdağın  orta  tunc  dövrü  kurqanlarınin  kompleks  tədqiqi  və 
yaxınlıqdakı  son  tunc  və  ilk  dəmir  dövrü  nekropollarının  (22,  s.  7-
47)  öyrənilməsi  nəticəsində  qurbangahların  təyinatını  dəqiqləşdirmək 
müınkün  olmuş  və  onların  kremasiya  ilə  heç  bir  əlaqəsinin  olmadığı 
sübut  edilmişdir.  Lakin  qurbangahlarm  dəfn  pıosesində  yeri,  onların 
qəbir kamerası  ilə  qarşılıqlı  əlaqəsi,  kurqanlarla  eyni  vaxtda  və  ya bir 
müddət  sonra-başqa  bir  mərasim  zamanı  qurulduğu  hələlik  tam 
dəqiqləşdirilməmişdir.  Əsas  məsələ  nə  üçün  dəfn  üçün  nəzərdə 
tutulan  gil  qablann  hamısmın  ölünün  yanına  deyil,  çox  hissəsinin 
ayrıca  kamera  qurularaq  oraya  yığılmasıdır.  E.ə.  II  minilliyin 
əvvəllərinə  aid  olan  kuranların  qurbangahlarına  yalnız  süfrə  qabları 
qoyulurdusa, 
həmin 
minilliyin 
sonlarına 
aid 
kurqanlann 
qurbangahlarına artıq mətbəx qabları  da qoyulurdu  (15,  s.  104  ).
Böyük  kurqanlarda  qurbangahların  qəbrin  qarşısında  deyil, 
nisbətən  cənuba  və  şimala  tərəf  yerləşməsi  onların  dəfndən  bir 
müddət  sonra  qurulması  ehtimalını  irəli  sürməyə  əsas  verir.  Lakin 
bəzi  kurqanlarda  qəbrin  kamerasınm,  dromosun  və  qurbangahın  bir 
xətt  üzrə  yerləşməsi,  dromosdan  qəbrə  və  qurbangaha  yol  qoyulması 
onların  eyni  vaxtda  qurulmasını  göstərir.  Hələlik  bu  ehtimalların  heç 
birindən  imtina  etmək  olmaz.  Belə  ki,  bu  ehtimallann  hər  birinin 
təsdiqi  üçün  kifayət qədər  dəlil-sübut  vardır.  Ola  bilər ki,  qurbangahı 
olan  torpaq  qəbirli  kurqanların  ətraflı  tədqiqi  bu  məsələyə  aydınlıq 
gətirsin.
Qeyd  etmək  lazımdir  ki,  Plovdağ  nekropollarında  Naxçıvanın 
başqa  abidələrində  (23,  s.42).  olduğu  kimi  kollektiv  dəfn  adətinə 
hələlik  rast  gəlinməmişdir.  Gilan  çay  vadisində  bu  adət  e.ə.  I 
minilliyin  əvvəllərindən  yayılmağa  başlayır.
Keramikanın  müqayisəli  təhlili,  bəzi  gil  qab  formalarının  və  bəzək 
motivlərinin  yayılma  arealı  mədəni  təsirin  Urmiya  gölü  hövzəsi  və 
ona  yaxın  Araz  çayı  ətrafından  başlandığını  ehtimal  etməyə  əsas 
verir.
Dini  kitablarda  və  bəzi  tədqiqatçıların  əsərloı ində  Nuhdan  sonrakı 
sivilizasiyanm  məhz  Cənubi  Azorbaycan  orazisindən  yayıldığı
göstərilir  və  bunun  sübutu  üçün  arxeoloji  faktlara  da  istinad  olunur 
(24,  s.  445-463).
Göy-təpənin 
K-2, 
K-3 
mərhələlərində  geniş  yayılmış  və
Plovdağda  da  tez-tez  rast  gəlinən  gil  qabların  üzərindəki  dairəvi  və 
oval  formalı  batıqlara  Trialeti  və  Ağrı  dağı  vadisi  abidələrində  nadir 
hallarda  tosadüf olunur.  Plovdağ  kurqanlarının  qurbangahlarında  bir 
qayda  olaraq  kameranın  cənub-qərb  küncünə  qoyulan,  lentvari  ağzı 
qatlanaraq  gövdəsinə  yapışdırılmış,  şar  gövdəli  küplərə  də  həmin 
abidələrdə  az təsadüf olunur.  Halbuki  bu  ənənəyə  Gilan çay vadisinin 
İlk dəmir dövrü  nekropollarında da past gəlinir.
Qəbirlərdo  aşkar  edilmiş  maddi-mədəniyyət  nümunələri,  eləco  də 
qəbrin  forma  və  ölçüləri  mərhumun  sosial  vəziyyətini  və  cəmiyyətin 
iqtisadi  inkişaf səviyyəsini  xarakterizo etməyə imkan verir (25,  s.  6).
Qeyd  etmək  Iazımdır  ki,  Plovdağın  orta  tunc  dövrü  kurqanlarında 
qəbrə  boyalı  və  lüləli  qab  qoymaq  adəti  olmamışdır. 25N-1İ  kurqan
bu  cəhətdən  istisnalıq  toşkil  edir. Bəzi  tədqiqatçılar  lüləli  qabların
Naxçıvan  ərazisinə  cənubdan  gəldiyi  fıkrini  irəli  sürürlər (26,  s.  52).
Plovdağ  nekropolunda  əldə  edilən  boyalı  qabların  ornamentləri 
Naxçıvanın 
həmdövr 
abidələrinin 
boyalı 
qablarındakı 
ornamentlərdən  qismən  fərqlənirlər.  Belə  ki,  əgər  Plovdağ  boyalı 
qablarında  üçbucaq  təsvirlərinin  iti  ucu  bir  qayda  olaraq  qabın 
boğazına tə rə f istiqamətlənibsə, Əznəbürd kurqanlarından  əldo cdilən 
boyalı  qablarda  üçbucaqların  iti  ucu  qabın  oturacağına  tərəf 
istiqamətləndirilmişdir  (12, 
s. 
72). 
Maraqlıdır 
ki, 
Plovdağ
nekropolunun  kurqanaıtı  qəbirlərində  boyalı  qablara  çox  az  təsadüf 
olunduğu  halda  (aşkar  edilən  qabların  da  üzərindoki  boya  qaşınaraq 
pozulmuşdur),  plitəli  qəbirlordə  onlar gil  qabların  əksoriyyətini  təşkil 
edirlər.  Naxçıvan  ərazisində  boyalı  qab  istehsalının  ilk  dəınir 
dövrünü  əvvollərində  tənəzzülə  uğradığı  haqda,  boyalı 
qablar
mədəniyyotinin  genezisi, yayılma arealı  və  dövrləşmosi  ınosololori  ilo 
uzun  illər  məşğul  olan 
V.Əliyevin  fikri  Mordan  gölü  və 
Muncuqlutəpo  nckropollarının  materiallarında da öz  təsdiqini  tapır.


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə