SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə104/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   96   97   98   99   100   101   102   103   104

Dərhal o biri masalardatı da sıçrayıb: Lonq liv fridom, sözlerə azadlıq! - 
deyə qışqırmağa, ulamağa başladılar. 
 
Kimsə: - Viva seks azadlığı! - deyə qışqırdı. Cəh-cəh Can səhnə-dən ona 
öpüş göndərdi. 
Yey-yerdən:Viva seks azadhğı! - deyə qışqırışdılar. 
 
Yaşılbaş məxluq yenidən oturdu, yenə siqareti içinə sümürdü, ye-nidən 
sıçrayıb qışqırdı: - Gey, gey, oxu. 
 
Bu  həngamədə  Can  onu  eşitdi,  bəlkə  əvvəlcədən  belə  danışmışdı-lar. 
Məxluqa tərəf çevrilib şəhadət barmağıyla hədələdi: Ay xətakar - dedi. 
 
Yenə hər yerdən qışqırmağa başladılar. - Gey, Gey, oxu. 
 
Cəh-cəh  Can  ani  bir  hərəkətlə  əynindəki  baftalı  köynəyi  cırıb  at-dı. 
Qurşaqdan  yuxan  çılpaq  bədənində  qara  krujevalı  qadm  büstqalte-rindən 
başqa heç nə yoxdu. 
 
Cəh-cəh  Can  gitarasmdan  bir  akkord  aldı,  birdən  gitaranı  zərblə  yerə 
çırpdı.  Gitara  parçalandı.  Bu  da  azmış  kimi  gitaranın  üstünə  çıx-dı,  onu 
təpikləməyə,  parça-parça  etməyə  başladı,  simləri  ayağma  iliş-di,  hiddətlə 
dartıb simləri qırdı. Salondakılar isterika halına gəlmişdi: Gey, Gey,  - deyə 
bağırırdılar. Cəh-cəh parçalanmış gitarasının tikələ-rini bir-bir salona atmağa 
başladı.  Aləm  bir-birinə  qarışdı,  yer  yerin-dən  oynadı.  Adamlar  gitaranın 
tikələrini  bir-birinin  əlindən  qapırdılar,  bir-birini  itələyir,  yıxır,  saçlarmı 
yolurdular. 
 
Məxluq: keçən səfər gitaradan iki parça qapa bildim, auksionda bi-lirsən 
neçəyədi Cəh-cəhin dəsmalı, corabı, gitarasımn hər tikəsi? 
Cəh-cəhə ayrı gitara gətirdilər və o oxumağa başladı: 
 
Kim dedi ki keyəm m ən 
 
Geyəm . Geyəm . G eyəm mən. 
 
Salondakılar birağızdan təkrar etməyə başladılar: 
Geyəm, geyəm, geyəm mən. 
Beş altı dəfə təkrar olundu. Sonra Can arxasını gəh o tərəfə, gah bu 
tərəfə çevirə-çevirə ardım oxudu: 
 
Həm sizinom, hom ögey. 
 
Bəli, belədir. O key. 
 
Salondakılar təkrar etdilər: 
 
Həm sizinəm , həm ögey, 
 
Bəli belədir, o key. 
 
Bu sözləri azı on dəfə təkrar etdi, sonra əl çalanlara, fıt verənlərə dönə-
dönə baş əydi, öpüş göndərdi, alnının tərini silib dəsmalı salona atdı, dərhal 
qapa-qap  başladı.  Axır  ki,  ön  masada  oturmuş  yaşlı  qadın  dəsmalı  ələ 
keçirib öpdü, bağrına basdı. 
 
Cəh-cəh Can: 
 
- Əzizlərim, sevgililərim, dostlarım - dedi - Sizə bir sirr açım. Bi-zim - 
dünya gözəlimiz, dahi rəqqasəmiz miss Bura mer seçilmək is-təyir. 
(A l q ı ş l a r , f i 
t , u l a m a )
 Mən də buna bir brik-brak yazmışam. 
(.
A l q ı ş l a r )
  Daha çox alqışlar istəyirəm. 
( A l q ı ş l a r , f ı t ,  u l a m a ) 
 
Gitarasından bir akkord aldı, oxumağa başladı. 
 
Biz gəlmişik buraya Səs 
verməyə Buraya. O heç 
uçmur çarterlə Arası 
yox barterlə. Atsalar da 
təndirə Razılaşmaz 
tenderə. Oynayanda 
poker Əlindədir coker, 
Varmı burda roker, Ya 
da bəlkə broker? Biz 
gəlmişik buraya Səs 
verməyə Buraya. 
 
Tullandı - hə, oppa, bir yerdə. 
 
Salondakılar oxudular: 
 
Biz gəlmişik buraya 
 
Sos verm əyə Buraya - 
 
Cəh-cəh davam edirdi: 
 
Bura - mer, Bura - mer. 
 
Buraya səs ver, səs ver. 
 
Görmüsünüzmü triller, 
 
Varmı burda kiüer? 
 
Lazım deyildir bizə 
 
Marazmatik plebeylor, 
 
Xarizmatik pleyboylar 
 
Biz gəlmişik buraya 
 
Səs verməyə Buraya. 
 
Buraya səs ver, səs ver. 
 
M er - Bura, Bura - mer. 


Yer-yerdən təkrar etməyə başladılar. 
 
Mer -  Bura, Bura - m er, 
 
Buraya səs ver, səs ver, 
 
Biz gəlm işik buraya 
 
Səs verm əyə Buraya. 
 
Məlik ayağa durdu. Bəsiydi, bundan artığına dözməyə taqəti q a l-
mamışdı. 
 
Yaşılbaş məxluq: 
 
- Hara father, hələ Bura özü çıxacaq. Aləmdi. 
 
Məlik masalann arasıyla çıxışa tərəf getdi. Yerlərdən ona söz atırdılar: 
 
 Father,  hara?  Hələ  striptiz  olacaq,  lap  sənin  malındır. 
Güldülər, fit çaldılar, uladılar. 
 
Kimsə onu dümsüklədi, kimsə itələdi: - Çəkil, səhnəyə baxaq. Kimsə 
qabağını kəsdi - sərxoşdu, ya həşiş çəkmişdi: 
 Hara? Olmaz. 
 
Kimsə: - Burax getsin. Hara gedəcək, krematoriyə, vaxtdır - dedi. Yenə 
gülüşlər, fışqırıq, ulaşma. 
 
Məlik  birtəhər  salondan  çıxdı.  Şirvanşahlar  saraymın...  keçmiş 
Şirvanşahlar saraymın həyətindən keçdi. Vaxtilə bura ekskursiyalara gəldiyi 
əsas qapıdan çıxdı. 
 
Buradakı meydam  tanıya  bilmədi.  Meydan  çil-çıraq içindəydi.  B  ö-yük 
reklamda  “Plas  Piqal”  yazılmışdı.  Birmərtəbəli  evlərin  üstündə  açıq-saçıq 
cinsəl şəkillər, fotolar vardı, reklamların hamısı bir yöndə idi: 
 
“Kazino  Las-Veqas”  ,  “Kazino  M  onte-Karlo”  ,  seks-şop,  erotik  şou, 
pomo  fılm... qapıları yan-yana düzülmüşdü. Məlik tələsik keçib  yan küçəyə 
çıxdı.  Bura  ordan  da aləm  imiş.  Qırmızı  fənərli küçədə  şəffaf  şüşə  vitrinlər 
ardında şəhvani pozalarda lüt qızlar oturmuşdu. M əlik vitrinlərin yanından 
ötdükcə ona baxıb göz vurur, içəri çağırırdılar. Gözünü yerdən qaldırmamağa 
çalışaraq addımlarım yeyinlətdi. 
 
Qırmızı fdnəıior qurtaran yerdə göy fənər asılmışdı. Qabağına sıçan-
pişik padşahma oxşayan burma bığlı bir kişi çıxdi, irişə-irişə: 
 
- Deyəsən qızlarımızı bəyənmədiniz - dedi - Könlünüz ayrı şeyə meyil 
edirsə göyçək oğlanlarımız da var. 
 
Məlik onu itələyib keçdi, az qala qaça-qaça bu küçədən uzaqlaşdı. Bir 
neçə küçə ötdü, deyəsən azmışdı. Heç kəs də yoxdu ki, xəbər ala. 
Burnuna xörək iyi dəydi. O tərəfdə restoran vardı, Məliksə gəlib 
restoranın arxa tərəfinə, həyətinə çıxmışdı. Gördü ki, divarın dibində 
 
xeyli  adam  var.  Yan-yana  dayanıblar,  üzləri  divaradır.  Əvvəl  bilmədi 
sırayla  yan-yana  duran  bu  adamlar  neyləyirlər,  bu  an  ay  buludlardan 
çıxanda  gördü  ki,  əyin-başları  cır-cındır  olan  kişilər,  qadmlar  restoran 
mətbəxinin  yan-yana düzülmüş  sarı  zibil  qutularında  eşələnir, nə-isə tapıb 
ya tələsik ağızlarına, ya da torbalarına atırdılar. 
 
Yalın  ayaqlarına  nimdaş  qaloş  keçirmiş,  yamaq-yamaq  paltosuna 
bürünmüş,  ordu-orduna  yapışmış,  üzünü  saqqal  basmış  yaşlı  kişinin 
eynəyinin  bir  şüşəsi  sımğ  idi,  sol  sağanağmın  yerinə  sap  bağlamışdı,  sapı 
qulağına  keçirmişdi.  O  da  qutularda  eşələnirdi,  amma  elə  bil  bu  işi 
çəkinərək, o birilərdən utana-utana edirdi. Məliyi görüb qutudan bir addım 
aralandı. 
 
Amma  zibil  qutularında  eşələnənlərin  heç  nə  vecinə  deyildi,  heç  hara 
baxmırdılar,  hərə  öz  işində  idi,  əllərini  dirsəyəcən  qutuların  lap  dibinə 
salmışdılar. Məlik fıkir verdi ki, hamısı bir dəriydi, bir sümük. 
 
Məlik eynəkliyə yanaşdı: 
 
 Mən buradan necə çıxa bilərəm? 
 
 Hara çıxmaq istəyirsiniz ki? 
 
Məlik çiyinlərini çəkdi, tamamilə yadlaşmış bu şəhərdə haranı ta-myırdı 
axı... 
 
Onun tərəddüdünü görən eynəkli kişi bir az yaxınlaşdı. 
 

Bəlkə - dedi - dəniz qırağına çıxmaq istəyirsiz? 

Dəniz qırağına? 
Eynəkli kişi onun lap qulağma əyildi, pıçıldadı: - O yolu bircə mən 
bilirəm. 
  Nə yol? 
 
  İki  tin  o  yanda  divarm  bir  yerində  daşlar  uçub,  deşik  açılıb,  or-dan 
dəniz qırağına keçmək olar. 
  Dəniz qırağı hansı zonadadır? 
 
  Buralı deyilsiz? 
 
  Yox, neçə ildir burada olmamışam. 
 
  Belə  de.  Hə,  dəniz  hansı  zonadadır?  Heç  birində.  Dənizin  altmı 
bölüblər, içini, üstünü bölüblər, kirli, mazutlu sahilləri kimə lazımdır? 
  eynəkli  adam  səlis  danışırdı.  Sözünə  davam  etdi  -  Xəzərin  səthi  qalxdı, 
bulvarı su basdı, bulvar yadınıza gəlir? 
  Gəlir. 
 
  Neftçilər prospekti vardı. 
 
Məlik: - vardı - dedi. 


 
 İndi  ora  qumluqdur,  qumlu,  mazutlu  sahil.  Ora  çıxarda  bilərəm  sizi.  - 
Eynəkli  sanki  nə  isə  deməkdən  çəkinırdı.  Axır  qərara  gəldi  -  Amma  bir 
şərtlə. 
 
 Nə şərt? 
 
Bir az da tutulan kimi oldu, sınıq eynəyini çıxardı, sildi, utancaq bir 
tərzdə: 
 
 Beş dollar... beş dollar verəeəksiz mənə... Cəmi beş dollar. 
 
 Yaxşı. - Məlik özü də başa düşmürdü ki, niyə razılaşdı. Dəniz qırağı da, 
dənizin özü də onun nəyinə gərəkdi, amma hər halda, söz ağzından çıxmışdı. 
Bəlkə  də  bu  ziyalı  kişinin  ehtiyacını  duymuşdu,  yardım  etmək  istəyirdi. 
Eynəkli  kişinin  ardınca  düşüb  bir  neçə  dar  küçənin  tinini  buruldular.  Bu 
İçərişəhərin  keçmiş  dar  dalanları  deyil-di,  kartonlardan,  taxta  qutulardan, 
paslı  metal  laylarından,  borulardan  tez-tələsik  quraşdırılmış  daxmalar  idi. 
Ankaranm  gecəqonduları  kimi,  amma  onlardan  yüz  dəfə  bərbad,  miskin, 
kasıb.  Hamısı  da  qaranlığa  qərq  olmuşdu,  bir  iki  pəncərədən  zəif  şam  işığı 
şölələnirdi. Heç yer-dən bir səs-səmir, bir bişmiş qoxusu gəlmirdi. 
 
Axır  ki,  sal  daş  sərhəd  divarı  çıxdı  qarşılarına.  Divarm  bu  tərəfın-də 
gözətçilər-fılan da yoxdu. Eynəkli kişi o tərəf bu tərəfə döyüküb, dönə-dönə 
arxaya boylanıb, axır ki, divarın uçuq yerini göstərdi: 
 
-  Burdan  keçə  bilərik  -  dedi.  Ə  w  əl  kişi  özü,  sonra  da  Məlik  əyi-lib 
deşikdən  keçdilər,  qumlu  sahilə  çıxdılar.  Burda  dənizin  səsi  eşidil-məyə 
başladı. Ətrafı dəhşətli üfunət bürümüşdü. Məlik bumunu tutdu. 
 
Eynəkli  kişi:  -  Bəli  -  dedi  -  üfunətdir.  Şəhərin  bütün  kanalizasiya-sı 
Xəzərə burdan axır. 
 
Məlik burdan uzaqlaşmağa çalışdı. Ayaqlan topuğacan quma batırdı. 
Bura niyə gəlmişdi, buradan hara gedəcəkdi, heç nə haqqmda 
 
düşünə bilmirdi... 
 
Eynəkli kişi də onun dalınca addımlayırdı. Qum dolmuş qaloşları-nı 
çıxartdı, çırpdı, yenə geyindi, sonra bir balaca öskürdü: 
 
- Bağışlayın - dedi - mən sözümü yerinə yetirdim. Sizi bura ke-çirdim. 
Siz demişdiz... 
 
Hiss olunurdu ki, pul söhbətini eləmək onunçün asan deyil. Məlik: - 
Bəli, əlbəttə - dedi, cibindən çıxanb kişiyə on dollar uzatdı. Eynəkli kişi 
pula baxıb: - Yox, biz beş dollara danışmışdıq - dedi 
- artıq mənə lazım deyil. 
 
Məlik: - Xırdam yoxdur - dedi - götürün. Çəkinməyin. Ziyalı adama 
oxşayırsımz. Nə peşə sahibisiniz... e... idiniz? 
Eynəkli kişi başmı aşağı saldı, lap yavaş səslə:  - Bir vaxt yazıçı idim - 
dedi.  Sonra  cəld  çevrilib  vidalaşmadan  iti  addımlarla  uzaqlaşdı.  Yenə  də 
qaloşlannı çıxanb çırpdı, geyindi və əyilib divarm uçuğundan geri keçdi. 
 
 
IV 
 
Məlik  sahilboyu  addımlamağa  başladı,  üfunətli  yerdən  bir  az  uzaq-
laşmağa çahşırdı, amma hara getdiyini özü də bilmirdi. 
 
Hər şey bitmişdi. Nə yeri-yurdu qalmışdı, nə xalqı, nə vətəni, nə ailəsi. 
 
Keçmiş yoxdu. Darmadağm dağıdılmış, yandırılmış, tar-mar edil-mişdi. 
 
İndi - bax beləydi. 
 
Gələcək?  Gələcək  də  yoxdu.  Hər  halda  onunçün.  Onun,  Məlik 
Məmmədlinin, Məlik Məhmədoğlunun heç bir gələcəyi yoxdu. 
 
Türkiyəyə qayıtmaq? Bundan sonra, bu xatirələrlə, bu təəssürat-larla, bu 
gördükləri, eşitdikləriylə bundan sonra orda necə yaşaya bi-lərdi. Bir də ki, 
bundan sonra yaşamağmm nə mənası vardı... 
 
İntihar etmok? Bax burda, elə bu dənizə atılmaq? 
 
Kanalizasivanın  bura  axıdıldığı  yadına  düşdii.  Nəcislər  içində  bo-
ğulmaq? Məliyin ürəyi qalxdı, ödü ağzma gəldi. 
Ayaqları  quma  bata-bata  gedirdi,  büdrəyib  yıxıldı,  amma  ayağa 
qalxmaq istəmədi. 
 
Dənizə  baxdı.  Uzaqda  məhbəsə  çevrilmiş  Nargin  adasının  silueti 
görünürdü. 
Damarlarmımı  kəssin,  alnına  gülləmi  sıxsın?  Bəlkə  özünü  assın.  Ya 
zəhər  tapıb  içsin?  Hansı  ölüm  daha  asan,  daha  rahatdır?  Hor  halda  bunu 
Türkiyədə  etmək  lazımdır  ki,  heç  olmasa  torpağa  basdırsınlar.  Burda  ölsə 
meyitini  krematoridə  yandırıb  külünü  havaya  sovuracaqlar.  Bir  yandan 
baxanda  elo  bu  da  ömrünün  məntiqi  sonu  deyildimi?  Külə  çevrilib  göyo 
sovrulmaq. Heç nə qalmayıb ondan, heç no də qalmayacaq. 
 
- Axı dedim sizə bədbinləşməyin. 
 
Məlik  diksindi,  bu  adamsız  sahildə  kim  idi  onunla  danışan?  Başını 
çevirdi  və  donub  qaldı:  Ərxan  qumun  üstündə,  onun  yanında  oturmuşdu. 
Haçan  gəlmişdi  bura?  Necə  gəlmişdi  ki,  Məlik heç  nə  duymamışdı.  Ürəyi 
şiddətlə döyünməyə başladı, bir az toxtayıb: 
 
-  Ərxan? Sən hardan gəlib çıxdın bura? - dedi. 


Ərxan gülümsəyib göyü göstərdi: 
 
 Ordan - dedi. 
 
 Aydındır ki, uçaqla gəlmisən, bəs bura necə gəlib çıxdm? 
 
Ərxan yenə gülümsədi və göyü göstərdi. 
 
 Göydən? 
 
 Yəni quş-zadsan? 
 
Ərxan bu səfər daha da müəmmalı gülümsünərək: - 
Bəlkə də - dedi. 
 
Susdular. 
 
Ərxan: - Sizinkilərin hamısını görə bildiz? - deyə soruşdu. Məlik 
köksünü ötürdü. 
 Gördüm  -  dedi  -  sonra  əlavə  etdi  -  Bilmirəm  məni  bura  gətirt-məklə 
yaxşılıq elədin mənə, ya pislik. 
 
 Bunu ancaq siz özünüz təyin edə bilərsiz. 
 
 Mən  də  bilmirəm.  Ailə  üzvlərimi  ölmüş  bilməyim  daha  yaxşıy-dı,  ya 
onları BELƏ görmək. 
 
 Ölüm hər şeyin sonudur. Yaşadıqca insamn hələ həyatm dəyi-şəcəyinə 
ümidi var. Bu bir az da insanın özündən asılıdır. Öləndən sonra ondan daha 
heç nə asıh olmur. 
 Bir  ölümə  çarə  yoxdur  deyiblər.  Amma  görünür  ölüm  çarəsiz-liyin 
çarəsiymiş. Çıxılmazlıqdan yeganə çıxış. 
Ərxan bir şey demədi. 
 
Ola  bilsin  ki,  Ərxan  çox  gizli  bir  təşkilatın  nümayəndəsi  idi,  hər  cür 
səlahiyyətləri  vardı,  istədiyi  yerə  girib-çıxa  bilirdi,  bura  da  Məliyi  izləyə-
izləyə gəlib çıxmışdı, amma axır ki, ondan nə istəyirdi? 
 
 Yaxşı,  axı  nə  bildin  mən  burda,  bu  qumlu  sahildəyəm? 
Ərxan: 
 
 Yəqin özünüz də bilmədən tükümü oda tutmusuz - dedi - mən də uçub 
gəlmişəm.  Məlik  Məmməd  nağılı  yadınızdan  çıxıb,  bəlkə  mən  də  sizin 
Zümrüd quşunuzam - güldü. 
 
 Boşla sən Allah, nə nağılbazlıqdır? Həyat nağıl deyil. Çox acı şeymiş 
həyat. 
 
 Təəssüf ki, elədir - dedi Ərxan - amma nağıl həyatdan daha ger-çəkdir. 
 
 Yaxşı,  nağıl  həyatdan  gerçəkdirsə,  sən  də  Zümrud  quşusansa,  çı-xar 
məni işıqlı dünyaya. Qa deyəndə ət, qu deyəndə su verərəm. 
 
Özü də təəccübləndi ki, bu halında hələ zarafat da edə bilir. 
 
Ərxan: 
 
  Yox işıqlı dünyaya yalnız öz gücümüzlə çıxa bilərik - dedi. 
 
  Kimin gücüylə? 
 
  Hamımızm. 
 
  Bununçün nə etmək lazımdır? 
 
  Əvvəla, ağ qoçu qara qoçdan seçə bilmək lazımdır. Sonra da sıç-rayıb 
ağ  qoçün  belinə  minəndə,  elə  möhkəm  oturmalısan  ki,  səni  qara  qoçun 
belinə ata bilməsin. 
~ Eh, ay Ərxan, mənim də, elə sənin də nağıla inanmaq vaxtımız 
 
keçib. 
 
Ərxan yenə cavab vermədi, xeyli susdular, sonra Ərxan: - 
Bir ora baxın - dedi. 
 
Hava işıqlanmağa başlamışdı, Məlik Ərxan göstərən səmtə baxdı. 
 
  Nə var ki, orda? 
 
  Görmürsüz? Diqqətlə baxm. 
 
Məlik bir az da diqqətlə baxdı və doğrudan da nə isə gördü. 
 
  Deyəsən  itlərdir  -  dedi  -  hə,  iki  itdir,  boğuşur. 
Ərxan: 
  İtlər deyil, iki qoçdur, boğuşmurlar, döyüşürlər. Ağ qoç, qara 
 
qoç. 
 
Qoçlar burda nə gəzir? 
 
Sizinçün gəliblər. Məlik Məmməd nağılını tamamlamaqçün. Axı 
 
hələ göydən üç alma düşməyib. 
 
Məlik: - çoxdan düşüb üç alma - dedi və kədərlə əlvavə etdi: - özü də 
hərəsi bir zonaya. 
Ərxan:  -  Yox,  bu  çürük  almalardı, mən  birinci  gün  çiçok  açan,  ikinci 
gün çiçəyini tökən, üçüncü gün bar verən almaları deyirəm. Padşahın həsrət 
qaldığı almaları. 
 
-  O  almaları  da  divlər  yeyərmiş  -  dedi  Məlik  -  yenə  Məlik  Məm-məd 
nağılı. 
 Divlərə də qalib gəlmək olar. Unutmayın ki, divlorin canı bir şüşədədir. 
 
 Biitün bu rəmzlərlə nə demək istəyirsən Ərxan, sözünü açıq de, 
 
bir şey başa düşüm. 
 
- Məlik Momməd ağ qoçun belinə sıçrayıb İşıqlı dünyaya çıxa bi-lərdi. 
Sizin də hələ bu şansınız var. 
 
Elə bil bu sözlər Məliyi ovsunladı. Çətinliklə yerindən durdu, az qala 
yıxılacaqdı. Bir-iki addım atdı, indi qoçları doğrudan da aydm 


 
görürdü. Ərxana tərəf çevrildi və yenə donub qaldı: Ərxan ilim -ilim itmişdi. 
Yerin  dibinəmi  batmışdı, uçub  göyəmi  qalxmışdı?  Bəlkə  doğ-rudan  da  quş 
imiş - Zümrüd quşu. 
 
Məlik  qumların  üstüylə  qoçlara  tərəf  addımlamağa  başladı.  İndi  lap 
aydın  görürdü,  özü  də  orda  tək  bir  qoç  qalmışdı:  Ağ  qoç.  Amma  Məlik 
irəlilədikcə  elə  bil  o  da  uzaqlaşırdı.  Məlik  qaçmağa  başladı,  ayaqlarım 
qumlardan güclə dartıb çıxarırdı. 
 
Bir-iki dəfə büdrəyib yıxıldı, sonra durub yenə qaçmağa başladı. Ona elə 
gəlirdi  ki,  məsafə  get-gedə  azalır.  Bax  indicə  ağ  qoça  çatacaq.  Az  qala 
çatacaqdı... 
 
Az qala. Az qala... 
 
A v q u s t - s e n t y a b r 2 0 0 3 Z 
u ğ u l b a 
M Ü N D Ə R İ C A T 
 
Milli m onəviyyatımız
 
voAnar yaradıcılığı
 .................................................... 

 
Ağ lim an 
 
Günlərin bir günii ........................................................................................................... 19 
 
Norgizin Xoruz babaya m o k tu b u
 ................................................................. 
52 
 
İki - b i r
 ................................................................................................... 
53 
 
Dadaşın professor Teym ur Mahmudova m ə k tu b u
 .......................................... 
60 
 
Üçüncü............................................................................................................................ 
63 
 
Zaurun Təhm inəyo məktubu
 ......................................................................... 
92 
 
Təklik tilsimi
 ............................................................................................. 
94 
 
Nərminənin atası Səftərovə anası Minaya m əktubu
 ........................................... 
105 
 
B irdə mən görsom ki
 ................................................................................. 
106 
 
B eşm ərtəbəli evin altıncı m ərtəb əsi 
 
Birinci f ə s il.............................................................................................................. 
143 
 
İkinci fo s il ................................................................................................................ 150 
 
Üçüncü fəsil ............................................................................................................... 
161 
 
Dördiincü fəsil............................................................................................................ 
173 
 
Beşinci fosil ................................................................................................................ 180 
 
Altıncı f o s il .............................................................................................................. 
189 
 
Yeddinci fosil ............................................................................................................. 200 
 
Sokkizinci f o s il ........................................................................................................ 217 
 
Doqquzuncu fosil ........................................................................................................ 225 
 
Onuncu fosil ............................................................................................................... 236 
 
On birinci fosil ............................................................................................................ 251 
 
On ikinci f o s il .......................................................................................................... 259 
 
On üçüncü fosil ........................................................................................................... 270 
 
On dördüncü f o s il
 .................................................................................. 
274 
 
On beşinci f o s il ........................................................................................................ 282 
 
On altıncı fosil ............................................................................................................. 297 
 
On yeddinci fosil
 ...................................................................................... 
303 
 
On sokkizinci fosil
 .................................................................................... 
309 
 
F.piloq
 ................................................................................................... 
316 
 
Ağ qoç, q a ra qoç 
 
Birinci nağıl
 ............................................................................................ 
325 
 
İkinci nağıl
 ............................................................................................. 
357 


 
 
 
 
 
 
 
 
 
Buraxılışa məsul: 
 
Texniki redaktor: 
 
T ərtibatçı-rəssam: 
 
Kompyuter səhifələyicisi: 
 
Korrektor: 
 
 
 
 
 
 
 
 
 
Ə z i z  G ü l ə l i y e v 
 
R ö v ş ə n  A ğ a y e v 
 
N ə r g i z  Ə l i y e v a 
 
R ə ş a d H ə m i d o v 
 
Z e y n ə b
 
Ə m i r ə l i y e v a 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 16.05.2004. Çapa imzalanmışdır 09.12.2004. 
Formatı 60x90 V16. Fiziki çap vərəqi 26. Ofset çap üsulu. 
 
Tirajı 25000. Sifariş 201. 
 
 
Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur. 
 
Bakı, Aşıq Ələsgər küç., 17. 

Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə