SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə99/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   96   97   98   99   100   101   102   103   104

  Qara  eynək  niyə  taxırsan,  gözlərin  pis  görür?  Fikir  verdim,  Q  a-
raxanov da bu eür qara eynək taxır, o biri adamlar da... Hamısı da boz kitelli. 
Niyə? 
 
  Ayrı geyim mosləhət görülmür. 
 
  Qara eynəklər də məcburidir? 
 
  Yox,  bu  yalmz  yoldaş  Maratla  həmrəylik  nişanəsidir.  Könül-lüdür, 
amma bu binada işləyənlərin hamısı buna riayət edir. 
  Deyirlər  ki,  bu  yoldaş  Marat  çaşdır,  ona  görə  də  qara  eynək  ta-xır. 
Sənə  nə  düşüb,  ceyran  kimi  gözlərin  var  -  oğluna  xoş  söz  dedi  ki,  bəlkə 
aralarmdaki buz bir az əriyə. Beyrək buna məhəl qoymadı: 
 
  Çaş-zad  deyil  yoldaş  Marat  -  dedi  -  sonra  gözlənilməz  bir  hid-dətlə 
əlavə  etdi  -  intəhası  gözlərini  qan  tutub,  o  qədər  adam  qırıb  ki,  heç  kəsin 
gözünə dik baxa bilmir. 
 
Məlik donub qaldı. Ətrafadaki cihazlara göz gəzdirdi: 
 
  Qorxmursan belə damşmağa? Dinləyib eləyə bilərlər. 
 
  Nədən  qorxacam?  M  ənə  nə  eləyə  bilərlər?  Burda  mütəxəssis  bir 
mənəm. Mənə ehtiyacları var, hamısı kəmsavad adamlardır burda rəh-bərlik 
eləyənlər. Biri keçmiş aşbaz, biri keçmiş süpürgəçi, biri keçmiş hambal. Ən 
savadlıları Qaraxanovdur ki, o da otuz il çəkməçilik eləyib. 
 
  Bəs Marat? 
 
  Keçmişdə şəhərin məşhur dəlləklərindən imiş. 
 
  O nə millətdir? 
 
  Allah  bilir.  Guya  azərbaycanlıdır,  amma  ildə-ayda  bir  dəfə  azər-
baycanca  damşanda  elə  damşır  ki,  danışmasa  ondan  yaxşıdır  -  Məlik  fıkir 
verdi ki, Beyrək özü təmiz azərbaycanca danışır, Qaraxanov kimi kəlməbaşı 
rus sözləri işlətmir. 
 
  Deyirlər  Maratın  yəhudi  qam  da  var,  ona  görə  belə  qəddar  anti-
semitdir, olan-qalan yəhudilərin başına it oyunu açır. Bu kitabı gö-rürsən  - 
masasınm  üstündəki  yeni  qalın  kitabı  göstərdi  -  Maratın  ya-lançılar  sözü 
olmasın  əllinci  bioqrafıyasıdır.  Hər  kitabda  da  tərcü-meyi-halma  yeni-yeni 
faktlar artırırlar. Yazılanları vaxt etibarilə he-sablayan olsa, görər ki, azı yüz 
il ömür sürüb. Gah yazırlar ki, Maonun, Kim İr Senin hərbi müşaviri olub, 
gah yazırlar ki, Fidel Kastroya kom-munizmin nəzəriyyəsini öyrədib, ya nə 
bilim  Afrikada  zənciləri  müs-təmləkəçilərə  qarşı  üsyana  qaldırıb.  Amma 
əslində bütün bu vaxtlar Bakıda dəlləklik edirmiş... 
 
  Bəs bunu bilənlər yoxdur? 
 
-  Var  idi.  Hamısım  ilim-ilim  itirdilər,  izləri-tozları  qalmadı.  Bütiin 
başmı qırxdıgı köhnə müştərilərini bir-bir tapdırıb qırdırdı. Təsadüfən bir-iki 
-  qalanı  varsa,  onlar  da  Marat  yoldaşın  gizli  inqilabi  fəailyyəti  haqqmda 
xatirələr danışır. Bəli, bir vaxt dəllək olub, indi də bizim ba-şımızda eləyir 
dəlləkliyini - rişxəndlə: - Baş komissar! - dedi - doğ-rudan da ömrü boyu işi 
başla olub. Əvvəl baş qırxıb, indi də baş kəsir. 
  Belə danışma Beyrək, bir az ehtiyatlı ol, bəlkə dinləyirlər. Sonra altmı 
çəkərsən. 
 
  Qorxma.  Mənim  burda  işim  bilirsən  nədir?  Xarici  radioları,  tele-
vizorları,  interneti  zərərsizləşdirmək,  yəni  heç  kəs  heç  nəyi  eşidə,  gö-rə 
bilməsin.  Amma  bax  bu  otağımda  elə  qurğular  qurmuşam  ki,  heç  bir 
danışığı  eşidə  bilmirlər.  Odur  ki,  istədiyimi  danışa  bilərəm.  Əlbəttə,  əgər 
sən gedib məni satmasan. 
 
 Utanmırsan, mənə belə söz deyirsən. Mən sənin atanam axı... 
 
Beyrək acı bir təbəssümlə:- Bilirsən neçə oğul atasından, neçə ata 
 
oğlundan PP-yə danos verib, qanına bais olub? 
 
 Pipi nədir? 
 
 PP   Proletar Patrulu. Kommunanm gizli xəfıyyəsi. 
 
Qapı açüdı və boz kitelli, qara eynəkli adam bir şüşə araq, iki pi-rocki 
gətirdi. Arağın üstündə Maratın şəkli çəkilmişdi. 
 
Beyrək: - Aclığın var? - dedi - bu görüşdə atasına dediyi ilk insa-ni söz 
idi. 
 
-  Yox.  -  Nəhayət  Məlik  qərara  gəldi.  -  Mənimlo  niyə  belə  soyuq 
davranırsan,  Beyrək?  Gör  neçə  ildir  görüşməmişik.  Mən  elə  həsrət  çə-
kirdim ailəmi gönnəyə, elə can atırdım... Bilsən neco çətinliklə gəlo bildim 
bura. 
 Gəlib gördün, feyziyab oldun? 
 
 Mənimlə belə danışma. Mənim nə təqsirim var axı? 
 
Beyrək cavab vennədi. Dolabdan bir qədəh vo bir stokan çıxardı. Arağ 
şüşəsini açdı, Moliyin qədəhino süzdü, sonra öz stəkanını ləba-ləb doldurdu, 
yenə  də  heç  nə  demədən  stəkandakı  arağı  bir  nəfəsə  ba-şına  çəkdi.  Heç 
yavanlıq da eləmədi, eləcə biləyini iylədi. Məliyin ya-dına düşdü ki, haçansa 
görmüşdü, bəzi ruslar arağı bclə içir. Handan hana Beyrək-Boris dilləndi: 
 
-  Deyirsən  nə  təqsirim  var?  Bəs  bütün  bu  illər  hardaydın,  ailəm 
dediyindən xəbərin vardı? Gedib  özünçün Türkiyədə rahat yaşamısan, indi 
də durub gəlmisən ki, ailəmə baş çəkim... Deyirsən nə bilim, ata belo gəldi, 
ana belə getdi, budur səncə atalıq? 


 
 Düz  demirsən,  Beyrək.  Özün  də  bilirsən,  bütün  yollar  qapanıb,  bütün 
əlaqələr  kəsilib.  Mən  necə  sizinlə  əlaqə  yarada  bilərdim  ki,  heç  sağ  qalıb-
qalmadığmızdan da xəbər tuta bilmirdim. 
 
 Bəs bizi atıb Türkiyəyə gedəndə necə? 
 
 Yenə  düz  demirsən.  Mən  sizi  atmamışdım,  on  günlüyə  ezamiy-yətə 
getmişdim. 
 
 Neçə il çəkdi ezamiyyətin? 
 
 Nə  bileydim  ki,  belə  hadisələr  baş  verəcək.  Mən  axı  burdan  ge-dəndə 
hardan biləydim ki, bütün bunlar olacaq. 
 
 Xeyr,  bağışlayacaqsan.  Bu  hadisələr,  elə  sən  burda  olanda  baş-lamadı? 
Sən ölkənin tanınmış jumalisti idin, görmürdün ki, hadisələr hansı məcrada 
gedir?  Qəzetlərin  nə  yazdığmı  oxumurdun,  televizorda,  radioda  nə 
səsləndiyini  eşitmirdin?  Bilmirdin  ki,  bir-birinə  ədavət,  kin  püskürən  bütün 
bu yazılar, çıxışlar, bu qan-qan deyən adamlar cəmiy- 
 
yətdə elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş verəcək, 
hər şey alt-üst olacaq? Oldu da. Qurunun oduna yaş da yandı. 
  Partlayış mən gedəndən sonra, cəmisi on-on beş günün içində 
 
oldu. 
 
  Amma sən burda olanda qarşısmı ala bilmədin... 
 
  Qarşısım necə alaydım? 
 
  Niyə, ölkənin nüfüzlu ziyahsıydm. Adamları ağıllannı başına yığmağa 
çağıraydın,  deyəydin  ki, qardaşlar,  bunun axırı  fəlakətdir, qandır,  ölümdür, 
bir-birinizə qənim kəsilməyin, qardaş qanı tökməyin. 
 
  Yəqin  unutmusan  Beyrək,  Mən  çox  dedim,  lap  çox,  eşitmədilər. 
Danışdıq, qulaq asmadılar, yazdıq, oxuyan olmadı. Gözlərini qan tut-muşdu, 
heç nə  görmürdülər. Çığır-bağırdan  qulaqları  batmışdı, heç nə  eşitmirdilər. 
Eşitmək  istəmirdilər.  Öz  səslərindən  başqa  heç  nə  eşit-mək  istəmirdilər  - 
deyə təkrar etdi. 
 
  Eh...  -  Beyrək  bir  stəkan  da  araq  süzüb  başma  çəkdi,  pirojkidən  bir 
tikə dişlədi. 
 
 Sən gedəndən sonra bilirsən nələr oldu? 
 
Məlik:  -  Bilirəm  -  dedi  -  Bakıda,  rayonlarda  toqquşmalar,  vətən-daş 
müharibəsi...  Ceyhan  borusunun  partladılması.  Orda  yazırdılar  ki,  bunu 
ASALA ya da PKK edib. 
 
-  ASALA  ya  PKK,  nə  fərqi  var?  Hər halda  üç  gün  sonra  Erməni-stan 
Atom  stansiyasında  partlayış  oldu.  Ermənistan  ərazisi  də,  Qarabağ  da  indi 
azı  üç  yüz  il  insanlarçün  yaşanılmaz  hala  gəldi.  -  Beyrək  acı-acı  güldü  - 
Qarabağ məsələsi də bir dəfəlik belə həll olundu. 
Məlik:  -  Onu  da  Türklərin  boynuna  qoydular  -  dedi  -  Erməni  di-
asporası dünyada bir vay-şivən qaldırdı ki, XX əsrdə bir soyqırımı olub, bu 
da ikinci genosid. Türkiyəni bütün beynəlxalq təşkilatlardan təcrid etdilər, 
iqtisadi  və  nəqliyyat  blokadasına  aldılar.  Halbuki  bu  iş-də  Türkiyənin  əli 
olduğunu indiyədək heç kəs sübut edə bilməyib. 
 
Beyrək: 
 
- Edə də bilməz - dedi - amma bunun nə əhəmiyyəti var? Dünya yalanla 
idarə olunur. Yalanla və güclə. Həqq qəvinindir - eşitməmisən? 
 
Məlik fıkir verdi ki, Beyrək bu qədər içsə də nə nitqinin məntiqi, nə da 
danışığı  pozulurdu.  Elə  bil  heç  içməmişdi.  Bircə  gözləri  azacıq 
dumanlanmışdı. 
 
- Sonra da - Mingəçevir... 
 
O,  bu  sözü  çətinliklə  tələffüz  etdi.  Arağın  təsirindəndimi  ya  bütün 
azərbaycanlıların ən ağır faciəsindən, ən böyük ağrısmdan xəbər ve-rən bir 
sözü dilinə gətirməyindənmi? 
 
-  Kim  partlatmışdı  Mingcəçevir  bəndini?  Daxildə  çəkişən  qüvvə-lər, 
kompüterin  səhvi  nəticəsində  raketlərin  yolundan  sapması,  sepa-ratçı  ya 
xarici qüvvələr? Açılmamış və heç bir vaxt açılmayacaq sirr... 
 
Məlik  bilirdi:  Ermənistan  atom  stansiyasının  partlayışı  kimi  Min-
gəçevir bəndinin dağılması da tək XXI əsrin deyil, bəlkə də bütün əsrlərin 
ən  böyük  fəlakəti,  ən  nəhəng  ekoloji  və  humanitar  musibəti  idi. 
Azərbaycamn bütün aran rayonları su altında qalmışdı. Əhalinin bir hissəsi 
dağlara qaçmışdı. 
 
Məlik: 
 
  Ora  xəbər  çatdı  ki,  salamat  qala  bilənlər  dağlara  çəkilib  -  dedi  - 
onların vəziyyoti necədir? 
 
  Necə  olacaq?  Tam  dərəbəylik.  Hər  dərədo,  daha  doğrusu hər  dağda 
bir bəy var. Bir bəy, bir ağa, bir kəndxuda, bir quldurbaşı, bir kərtənkələ, nə 
bilim kim. İbtidai icma, əşirət dövrii... Hər boynu yo-ğun camaatı qul kimi 
saxlayıb qan uddurur. 
 
  EIə o vaxtdan Bakı da üç yerə bölündü. 
 
 Bəli. BMT qərar çıxartdı. Burada tam bir anarxiyanın qarşısını al-maq 
üçün  üç  dövlətə mandat  verildi.  Axı  burda neft  var,  böyük  dövlət-lər  onu 
əldən  verərdi  heç.  İndi  bu  üç  zonada  guya  ki,  üç  müstəqil  haki-miyyət 
yaradıblar.  Bu  nə  cür  müstəqillikdir  özün  təsəvvür  edə  bilərsən.  Yoldaş 
Marat tualetə gedəndə də xaricə telefon edib icazə istoyir... 
 
Məlik Beyrəyin içindəki sonsuz ağrım duyurdu, amma nə edə bi-lərdi? 
Nə  çarə  qıla  bilərdi,  oğlunun  da,  özünün  də,  xalqınm  da  bu  dö-zülməz 
dərdlərinə? 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə