SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə103/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   96   97   98   99   100   101   102   103   104

Məliyə yanaşdı, lap uşaqlıqda olduğu kimi başını onun çiyninə qoydu. Məlik 
yanağında  şubanın  yumşaq  tüklərini  hiss  etdi,  bumunu  Burlanm  zərif  ətir 
qoxusu çaldı. 
 
Burla çox  yavaş səslə, pıçıltıyla:  - Atacan, qal burda  - dedi - bilsən nə 
qədər yalqızam. - sonra cəld sıçrayıb otaqdan çıxdı. 
 
Bir saatdan sonra Məlik həyətə düşdü, Fil tez yüyürüb qapmı açdı. 
Məlik: Hara gedirik? - dedi. 
 
Fil təəccüblə: - Konsertə - dedi. 
 
  Hardadır konsert? 
 
  “Şahsaray” kabaredə. 
 
  Ora haradır? 
 
  Hansısa şahlar sarayı. 
 
  İndi ora kabaredir? 
 
  Yes...  sorri...  bağışlayın,  Miss  Bura  dedi ki, mən  sizlə  öz dilimiz-də 
danışım. Ay em... mən... e... petriot... Öz neyşn sevirəm. 
Məlik baxdı ki, bayaqki geniş prospektlə irəliləyirlər. 
 
  Bu küçənin adı nə oldu? 
 
  42-ci paralel avenyu. 
 
  42-ci paralel niyə? 
 
  Nyu-York siti də, Baku siti də, 42 paraleldə... paraleldədir... 
 
  Belə de. 
 
“Mersedes” keçmiş Şirvanşahlar sarayımn aşağı girişi - Murad qa-
pılarımn qarşısında dayandı. 
 
Sarayın ancaq divarları qalmışdı, bütün görkəmi dəyişmişdi. Hər yerdə 
yanıb-sönən reklamlar, əlvan afişlər... 
 
Divarın üstündə iri qırmızı, sarı, yaşıl neon hərflərlə sözlər axıb gedirdi: 
 
ŞAHSARAY KABARE. 
 
EROTİK  ŞOU:  DEKAMERON - 
KAMASUTRA - 
MİN  BİR 
 
GECƏ. OST-VEST SEKS SİNTEZ. 
 
RETRO: GÖBƏK RƏQSİ - KANKAN - STRİPTİZ 
 
DİSK-JOKEY SİMURQ SİD 
 
Bu reklam söndü, sonra daha iri həfrlərlə yazılmış adlar keçməyə 
başladı: 
 
BRİK-BRAK ŞAHZADƏSİ CƏH-CƏH CAN 
 
SUPER-STAR BURA 
 
Fil Məliyi içəri keçirdi, Sarayın böyük otağınm divarları başdan ayağa 
reklam idi-içgilər, siqaretlər, sabunlar, təmiziləyici tozlar, gi- 
 
giyenik  paketlər,  tualet  kağızları  reklam  olunurdu.  Ortada  səhnə  qurul-
muşdu.  İki qarşı-qarşı  tərofdən  masalar düzülmüşdü, tamaşaçılar  ayrı-ayrı 
masaların  başında  iki-bir,  dörd-bir  oturmuşdu.  Qabaq  masalarda  sinli 
kişilər,  bəziləri  cavan  qızlarla  əyləşmişdi.  Arxa  masaların  ətrafın-da, 
üstündə,  altında  oturanlar,  duranlar,  uzananlar  cavanlar  idi.  Uzun-saçlı 
oğlanlar,  qısa  saçlı  qızlar.  Ayırd  eləmək  olmurdu  ki,  hansı  oğlan,  hansı 
qızdır.  Bəzi  qızlar  oğlanların  dizi  üstündə  oturmuşdu,  qol-boyun  olub 
yalaşırdılar. Amma kim bilir hansı qız, hansı oğlandır? Bəlkə oğ-lan qızın 
dizi üstündə oturub? Ya ikisi də oğlandır? Ya hər ikisi qız? Hamısmın da 
çənələri işləyirdi - saqqız çeynəyirdilər. 
 
Məlik daha heç nəyə təəccüb qalmırdı. 
 
Salonda bir neçə televiziya kanalınm kameraları qurulmuşdu, ya-zıları 
oxudu: FİRST TV(först TV), FACE TV(Feys TV), Uorld TV, Grand TV. 
 
Masaların arasında bikinili qızlar ora-bura şütüyür, tamaşaçılara içkilər, 
məzələr paylayırdılar. Masa başında cavan məşuqəsiz oturmuş sinli kişilər 
onların  dizlərini  tumarlayır,  büstqalterlərinə  dollar  soxuş-dururdular. 
Xidmətçi qızlar işvəylə təşəkkür edirdi. 
 
Fil  Məliyi  masasında  əyləşdirib  getdi.  Bir  azdan  masaya  əcaib  bir 
məxluq  yanaşdı  və  salamsız-kəlamsız  oturdu.  Təyin  etmək  olmurdu 
qocadır,  cavandır,  qadındır,  kişidir.  Başının  vız  saçlarım  yaşıl  rəngə 
boyamışdı, sifətinin bir yanağı mavi, bir yanağı çəhrayı idi. Cibindən siqaret 
çıxarıb çəkməyə başladı. Məlik anaşaya bənzər iy duydu. 
 
Məxluq dumanlı gözlərlə Məliyi süzüb, siqaret qutusunu uzatdı. Məlik 
başını buladı. Məxluq təəccüblə çiyinlərini çəkdi. 
 
İşıqlar  söndü.  Salona  tam  bir  qaranlıq  çökdü.  Sonra  dörd  tərəfdəki 
güclü  dinamiklərdən  gələn  qulaqbatırıcı  musiqi  sədaları  altmda  səh-nənin 
ortası işıqlandı. 
 
İşıq şüasımn altında cürübbəz bir oğlan göründü, atılıb-düşməyə, o yan-
bu yana çevrilmoyo başladı. Qurşağacan çılpaq idi, sinəsində, belində erotik 
mövzularda döymələr vardı. 
 
Məliyin  yanında  oturan  məxluq,  birdən  dilləndi,  səhnədəki  oğlanı 
göstorib: narkomandı - dedi. 
 
Bu məxluqun ağzından çıxan ilk söz idi və Məlik düşündü ki, kor kora 
kor  demosə  bağrı  çatlayar.  Məxluq  yenə  siqareti  süınürürdü.  M  ə-lik 
soruşdu: - Nəşədi? 
 
Məxluq başını buladı: - Marixuana - dedi. 


 
Səhnədəki oğlan isə xeyli tullanandan sonra nəhayət toxtadı, mik-rofonu 
ağzma tutub: 
 
- Ay em disk jokey Simurq Sid - dedi - Qud ivninq ledi end qa-milton. 
 
Salondakdar  qəh-qəhə  çəkdilər,  əl  çalddar,  çaqqal  kimi  ulamağa 
başladılar.  Məliyin  yanındakı  oğlan  durub  masanın  üstünə çıxdı, ma-sanın 
üstündəki  boşqablan  basdalayıb  sındırdı  və  iki  barmağmı  ağzma  soxub  fit 
çalmağa başladı. 
 
Xidmətçi  qız  onların  masasına  yanaşdı,  sınıq  boşqablan  yığışdırıb 
yenilərini  qoydu  və  Məliyin  yanında  elə  əyildi  ki,  yumru  məmələri  aydın 
göründü. Məlik başa düşdü ki, ora pul qoymalıdır, amma etmə-di. Yanındakı 
məxluq masanın üstünə təzə qoyulmuş boşqablan götürdü, hirslə yerə çırpdı, 
boşqablar çilik-çilik oldu, məxluq xidmət-çi qızı itələyib qovdu. 
 
Səhnədəki adam nə  isə  danışırdı.  Məlik nə  qədər  diqqət  etsə  də  hansı 
dildə  və  nə  danışdığım  anlaya  bilmirdi  -  ingilis  sözləri  də  vardı  dedikləri 
arasında,  Azərbayean  sözləri  də,  amma  nə  Azərbaycan  diliy-di,  nə  ingilis 
dili. Onsuz da bu mərəkədə heç nə eşitmək mümkün de-yüdi. Salondakılar 
gah  əl  çalır,  gah  fışdırıq  çalır,  gah  çaqqal  kimi  ula-yır,  gah  da  masaların 
üstündəki  boşqabları  sındırırdılar.  Xidmətçi  qız-lar  dərhal  yeni  boşqablar 
gətirirdilər,  dərhal  onları  da  sındırırdılar.  Məlik  fikir  verdi  ki,  boşqabları 
daha  çox  sinli  kişilər  sındırır,  və  qızlar  dərhal  təzə  boşqablar  gətirən  kimi 
onların büstqalterlərinə, tumanlan-na pul salıb qurdlarını öldürürdülər. 
 
Disk - jokey: 
 
- Saylens pliz - dedi - sakit, sakit, uan sekınd - bir saniyə. Səhnədəki 
pərdə işıqlandı və orada iri şəkli görünən adamı Məlik 
 
tanıdı: Cəh-cəh Can idi. 
 
Salon dərhal sükuta qərq oldu. 
Disk jokey: 
 
- Sitimizin Don Juanı, Lovelası, Kazanovası - salondan qəh-qəhə qopdu, 
(alqışlar,  fit,  ulama)  -  popa  ulduz  (qəhqəhələr),  bağışlayın,  pop-ulduz 
(alqışlar)  -  Disk  jokey  pauza  verdi,  sonra  daha  yüksək  ton-la  -  Brik-brak 
şahzadəsi... - yenə pauza və ən uca tonla - CƏH... 
 
CƏH... CAAAAN!!! 
 
Cəh-cəh Can elə bil hardansa yerin dibindən çıxdı (alqışlar, fıt, ulama). 
Cəh-cəh  Canın  əynindo  topuğunacan  uzun,  qırçmlı  qadm  tumanı, 
baftalı  köynək  vardı.  Əlində  gitara  tutmuşdu.  Naz-qəmzəylə  o  tərəfə,  bu 
tərəfə çevrilir, işvəylə hamıya öpüşlər göndərirdi. Sonra: 
 
-  May  dearz  -  dedi  -  ozizlərim,  demə  bu  gün  aborigenlərin  bayra-
mıdır...  e...  e...  Novruz  bayramı.  Nourus,  nyu-ryus.  Lap  yeni-ruslar  ki-mi 
səslənir.  Mən  bu  bayrama  brik-  brak  yazmışam:  Nyu-ryus  holidey.  - 
gitarasından bir akkord alıb əcaib bir ritmdə oxumağa başladı. 
 
Novrus, nourus, nyü-ryus. Ryus, ryus, ryus. Rus, rus, rus. Ruz, ruz, ruz. 
Duz, duz, duz, Buz, buz, buz. Qafiyə - mafıya, mafiya-qafiyə. Biz, biz, biz. 
Qız, qız, qız. Vız, vız, vız. Cız, cız, cız. Bız, bız, bız. 
Cız-bız, cız-bız 
Cız-bız, cız-bız 
 
Bütün salon bir ağızdan təkrar etməyə başladı: cız-bız, cız-bız, cız-bız... 
 
( T ə b i i k i,  a l q ı ş l a r , f ı t ,
 
u l a m a ) 
 
Məliyin yanındakı məxluqun ağzı açıq qalmışdı: 
 
- Genidi də - dedi - Gördün Novruzu necə gətirib cız-bıza çıxart- 
 
dı. Dahi! 
 
Cəh- cəh Can oxumaqda - əgər buna oxumaq demək olardısa - davam 
edirdi: 
 
Caz, caz, caz, 
 
qaz, daz, naz, 
 
saz, baz, yaz, 
 
vaz, taz, paz. 
 
Məxluq siqaretindən qullab vurduqca gözləri dumanlanır, dodağı-nm 
altında: - Genidi, geni - deyə mızıldanırdı. 
 
Məlik xobər aldı: - Nə dilində oxuyur? - deyəson məxluqu bütün bu 
işlərin mütoxossisi sayırdı. 
 Necə nə? Brik-brak oxuyur da... 
 
Bos  o  sözlər  nə  deməkdir? 
Hansı sözlor? 
 No bilim daz, baz, taz, paz. 
 
 Hamısı öz dilimizdədir də, bu sözləri bilmirsiz? Cəh-coh Can 
 
sözlori  qofosdon  çıxanr.  -  Məxluq  gözlənilmoz  qıvraq hərəkətlə  ye-rindən 
sıçradı, masanın üstünə çıxdı və bərkdən: - Yaşasın sözlorin azadlığı! deyə 
bağırdı - sözlərə azadlıq! 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə