SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə96/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   92   93   94   95   96   97   98   99   ...   104

İmamqulu: 
 
- Bəli, ağa - dedi. - bəlkə də Buzovnaya, Əliayağına. Mahrax 
yenə durmağa eəhd etdi. M əlik qəti qərara gəldi: 
 
- Ağayi Bəhbəhani - dedi - bu qadın mənim siz demiş mənkuhəm olsa da 
olmasa  da  otuz  il  kəbinli...  yaxşı,  qanuni  arvadım  olub.  O  vax-tın 
qanunlarıyla rəsmən evlənmişik. İzn ver beş dəqiqə təklikdə danı-şaq. Bəlkə 
bir sözümüz var. Olarmı? 
İmamqulu: 
 
- Əlbətməkin ağa, - dedi - nə söz ola bilər, - ayağa durub kənara çəkildi, 
xeyli aralı oturdu, amma gözü yenə onlarda idi. 
 
Pəncərənin qarşısından keçən qafılə qurtarmaq bilmirdi. 
 
Məlik: Pirə gedirlər, arabalara niyə bu qədər qab-qacaq yığıblar? - dedi. 
 
Mahrux da qanrılıb pəncərəyə, sonra aralıda oturmuş İmamquluya baxdı, 
üzünü yana çevirib: 
 
- Pirə-zada getmirlər - dedi - Yanardağa gedirlər. 
 
- Y anardağa? 
 
Qadm yenə üzünü Məliyə tərəf çevirmədən: 
 
- Evlərdə qaz da yoxdur, odun da, bütün ağacları qırıb qurtarıblar, 
 
ayından-oyundan  tapıb  Yanardağa  gedirlər,  orada  yerdən  çıxan  odla-rm 
üstündə xörək bişirirlər. 
 
Bütün  bunları  biməfəsə  dedi  və  yenidən  üzünü  Məliyə  tərəf  çevir-di, 
başını  qaldırıb  onun  üzünə  baxmırdı,  amma  sözləri  qeyri-adi  şəkil-də 
teləffüz  edərək  -  Bəli,  Ağa,  pirə  gedirlər.  Bizim  camaat  çox  mö-mün 
camaatdır - dedi. 
 
Məlik  başa  düşdü.  O  özü arxast  İmamquluya  oturmuşdu, İmam  -  qulu 
uzaqdan  Mahmxun  ağzına  baxırdı  -  yəqin  ki,  sözləri  dodaqdan  oxumaq 
səriştəsinə yiyələnmişdi. 
 
Mahrux yenə üzünü pəncərəyə tərəf tutaraq, güya qafıləni seyr edirmiş 
kimi: 
 
 Burda  nə  eşitsən,  inanma  -  dedi  -  mənim  dediklərimə  də  inan-ma,  - 
sonra yenə Məlik tərəfə dönüb - Şagirdlərim elə həvəslə çalı-şırlar ki - dedi - 
mədrəsəni bitirənə qədər Quram başdan ayağa yeddi dəfə köçürürlər. 
 
Məlik: 
 
 Mən səni burdan qurtaracam - dedi. 
 
Mahrux qəmli-qəmli: 
 
-  Bu  qeyri-mümkündür  -  dedi,  bunu  üzünü  Məliyə  tərəf  tutarkən 
demişdi  və  dərhal  səhvini  başa  diişüb:  -  Bəli,  bu  tamamilə  qeyri-
mümkündür - dedi - biz Şeytani büzürglərlə ünsiyyət yarada bilmərik. Lap 
oğlun, qızın da olsa. 
 
Daha danışmağa söz qalmamışdı. Mahruxmu, Aypərimi ayağa qalxdı: 
 
- Ağa, çox xoşhal oldum - dedi, sonra çarşabıyla ağzmı yaşmaqla-dı və 
çarşabın  altından  dodaqları  görünmədən  yavaş  səslə:  -  Mən  sə-ni  ölmüş 
bilirdim, sən də bundan sonra məni ölmüş bil - dedi. 
 
Dikəldi. Gözləri dolmuşdu. 
 
Onun  durduğunu  görüb  İmamqulu  da  yanaşdı.  Aypərinin  gözündən 
süzülən  bir  damla  yaşı  yəqin  o  da  gördü  və  başım  aşağı  saldı.  Bəlkə 
yazacağı hesabatda bu göz yaşım qeyd etməyəcəkdi. Axı haçansa o da insan 
olmuşdu. 
 
Mahrux: 
 
  Salamat  qalın  ağa,  -  İmamquluya  -  ağa,  siz  də  salim  olun  -  de-di. 
Çevrildi,  qapıya  tərəf  getdi.  Məliyə  elə  gəldi  ki,  çiyinləri  titrəyir.  Bəlkə 
səssiz hıçqırırdı. 
 
Qapıdan  çıxdı,  uzaqlaşıb  gözdən  itdi.  Ta  uzaqlarda  qara  bir  siluetə 
çevrilənəcən Məlik uzun-uzun onun ardmca baxdı, sonra ayağa durdu. 
  Ağayi Bəhbəhani - dedi - mən bu gün getməliyəm, tapşırın he- 
 
sabımı hazırlasınlar. 
İmamqulu: 
 
  Ağa, nə tələsik işiniz  var  ki  -  dedi.  Bir-iki  gün  qalıb  bizi  fey-ziyab 
edəydiniz. Kişvərimizin görməli yerlərini görərdiz. 
 
Məlik: 
 
  Gördüyümü gördüm - dedi, sonra bu sözlərin ikibaşlı səslənmə- 
 
sindən ehtiyat edərək - Allah başatan versin - deyə əlavə etdi. - 
Buyurun ağa, əmrinizə müntəzirəm. 
 
Nömrəsinə  qalxdı,  əşyalarını  çantasına  yığarkən,  kasetlərin  yox 
olduğunu  gördü.  Kim  götürüb  görəsən?  İmamqulu  bütün  bu  vaxt  ər-zində 
onunlaydı,  otağa  gələ  bilməzdi.  Kasetçalar  yerində  idi.  Amma  kasetlər 
yoxdu.  Kimə  gərək  ola  bilər  onlar?  Yalnız  otaq  xidmətçisi  götürə  bilərdi. 
Onun nəyinə lazımdır? Birdən Məliyin ağlına qəribə bir fıkir gəldi, bəlkə də 
yanılırdı.  Ona  elə  gəldi  ki,  ola  bilsin  böyük  risqə  gedərok  otel  xidmətçisi 
kasetləri oğurlayıb, gizli bir yer tapıb onlara qulaq asacaq. Kim bilir? Bəlkə 
də... 


 
Aşağı endi, hesab kağızını aldı, dollar verdi, qalığını inzibatçı tüınənlə 
qaytardı. 
 
  Bunlar  mənim  nəyimə  gərək? 
İmamqulu: 
  Bəlkə gərək oldu, xırda-xuruşdur. Dilənçiyə verərsiz. 
 
  Burda  dilənçi  var  ki?  -  Məlik  istehzasıyla  sanki  qisasmı  alırdı. 
İmamqulu qorxmuş halda: 
  Əlbətməkin yoxdur  - dedi - qırmızıların tərəfınə keçəndə lazım olar, 
deyirlər orda addımbaşı dilənçilər düzülüb. 
  Orda məyər sizin pullar keçərlidir? 
 
İmamqulu çaşıb-qalmışdı, nə deyəcəyini bilmirdi. Ağzından qa-
çırmışdı, indi bilmirdi vəziyyətdən necə çıxsm. 
 
Məliyin ona yazığı gəldi. Axı bu buyruq qulunun nə təqsiri var ki, onu 
belə müşgülə salır. 
 
  Yaxşı, salamat qalın. İmamqulu 
son dərəcə nəzakətlə: 
  Ağa mən özüm sizi rədd edəcəm - dedi. 
 
Məlik tutuldu, bu nəzakətli davranış hara, belə qaba sözlər hara? Sonra 
yadma  düşdü,  indi  burda  danışılan  dildə  rədd  etmək  sadəcə  sər-həddi 
keçirmək deməkdir. İmamqulu heç bir nəzakətsizlik etməmişdi. 
Oteldən  çıxıb  yerlə-yeksan  olmuş  İçəri  şəhərin  dağılmış  küçələ-riylə 
addımladılar.  Qoşa  qala  qapılarmın  yamna  çıxdılar.  Qoşa  qala  qa-pıları 
dururdu, amina indi çox mənasız bir görkəmi vardı, çünki ətra-fındakı qala 
divarları sökülmüşdü, məlum deyil ki, indi bu qapıların nə əhəmyyəti var? 
 
 Qala  divarları  hər  yerdə  sökülüb? 
İmamqulu: 
 Bəli  ağa  -  dedi  -  o  daşlardan  tazə  divarlar  çəkilib:  Badi-Kubəy-lə 
kafərlər arasında. 
 
Məlik cavabından qorxaraq bir sual da verdi: 
 
 Qız qalası da sökülüb?. 
 
 O  qala  kafərlər  tərəfındə  qalıb.  Deyilənə  görə,  indi  ora  taxta-şalban 
ambarıdır. 
 
Yeni yöndəmsiz divarlar qoşa qala qapısından bir az aralı çəkil-mişdi. 
Sərhəd  keçidi  də  buradakı  dar  qapı  idi.  İmamqulu  Məliyi  qapıya  qədər 
ötürdü. Bu tərəfdə hilallı yaşıl bayraq, o tərəfdə oraq-çəkicli qırmızı bayraq 
dalğalanırdı. 
İmamqulu:  -  Ağa  Allahın  köməkliyilə  yolunuz  açıq  olsun  -  dedi  və 
Məlik  sərhəddin  o  tayından  bir  də  çevrilib  baxanda  gördü  ki,  İmamqulu 
hələ  də  onu  izləyir.  Məliyə  elə  gəldi  ki,  indi  İmamqulunun  gözlərində 
sonsuz bir qüssə vardı. 
 
II 
 
Sərhəddin  bu  tayında  ilk  gördüyü  bina  ona  tanış  gəldi.  Əlbəttə  ya-
nılmırdı,  bu  Nizami  muzeyinin  binasıydı.  Amma  nə  isə  tamam  başqa  cür 
görünürdü,  elə  bil  dəyişmişdi.  Diqqətlə  baxıb  başa  düşdü,  binamn  şərq 
üslubunda  tağlı  qapıları,  pəncərələri  indi  dümdüz  edilmişdi  və  dəmir 
barmaqlıqlar ardında idi. Rəngbərəng kaşılar da yoxdu. 
 
Məlik  binanın  fasadına  baxdı.  Buradakı  altı  lodci  də  dəyişdirilmiş, 
kaşıszlaşdırılmış  və  dördkünc  kvadratlar  biçiminə  salınmışdı.  Məlik 
heykəllərə  baxdı  və  əw  əlcə  gözünə  inanmadı.  Şairlərin,  ədiblərin  ye-rini 
indi tamam başqa heykəllər tutmuşdu. Məlik birinci üçünü tamdı  - Engels, 
Lenin, Stalin, o biri üçünü isə heç cür tanıya bilmədi. 
 
Bəs Nizaminin heykəli? Çevrilib qarşı tərəfə baxdı. Nizami hey-kəlinin 
yerində indi daha da uca bir kişi heykəli dayanmışdı. Heykəl ağ mərmərdən, 
eynəkləri qara mərmərdəndi. Marat! 
Əlbəttə, Maratın heykəlidir - deyə tapdı. Heykəlin hər iki tərəfın-də iki 
gözətçi əsgər farağat dayanmışdı. 
Keçmiş  muzeyin  qarşısmda  iri  kiril  hərfləriylə  Azərbaycan  və  rus-ca 
MARAT  MEYDANI  sözləri  yazılmışdı.  Muzeyin  yan  tərəfınə  də  lövhə 
vurulmuşdu: MARAT QARAGÖZOV KÜÇƏSİ. 
Ərxanın  verdiyi  adres  məhz  bu  küçə  idi.  Uzaqdan  binanın  girişin-də 
yazılmış  BAKI  KOMMUNASI  BAŞ  KOMİSSARLIĞI  sözlərini  oxudu. 
Beyrəyi burda tapacaqdı. 
 
Bir-iki addım atan kimi on-on iki yaşlı qız uşağı, qucağında da dörd-beş 
yaşlı oğlan - onun qabağmı kəsdi, bu əcnəbiyə hansı dildə müraciət etdiyini 
bilmədiyindən əliylə balaca uşağın ağzını göstərdi - bu bütün dillərdə aydın 
olan bir işarəydi - yəni acdır. Qızın üst-başı cır-cındır içində idi. Məlik əlini 
cibinə atdı. Əlinə ilk keçən tümənlər oldu, tümənləri qıza uzatdı. Qız aldı, 
baxdı, baxdı, sonra tüpürüb yerə atdı. Məlik dərhal məsələni anladı - burada 
o pulların qara qəpikcə qiyməti yoxdu. 
 
Pərt  olmuşdu.  Yenidən  əlini  cibinə atdı,  bir  dollar  çıxarıb  qıza  uzatdı. 
Qızın gözləri işıldadı, elə həmin andaca, sanki hardansa yerin 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə