SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə98/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   94   95   96   97   98   99   100   101   ...   104

  İ  pravilno  sdelali.  Bu  boşboğaz  boltunlar  sobraniyası  proletariata 
lazım deyil. Skoro SSSR-i vosstanovit edəcəyik, və bu işin də pione-ri Bakı 
kommunistləri olacaq. 
 
Məlik hiss elədi ki, ürəyi sıxılır, söhbəti dəyişmək üçün: 
 
  Bəs o muzeyin... qabağındakı o biri heykəllər kimindir? - dedi. 
 
  Hansı muzeyin? 
 
  Bağışlaym...  Unutdum  ki,  indi  bura  kommissarlıqdır.  Vaxtilə  burda 
Nizami muzeyi yerləşirdi. 
  Nizami? Nizami. Ax da - eto poet. 
 
  O da yasaq edilib? - Qaraxanovun yasaq sözünü anlamadığım görüb - 
zapreşennudur? - dedi. 
 Net,  poçemü  je...  Prosto  belə  kitabları  çap  eləmirik,  feodolizm  şairləri 
proletariata  lazım  deyil.  Kstati,  bax  -  masasının  üstündəki  qa-lın  kitabı 
göstərdi  -  Marat  yoldaşm  yeni  bioqrafıyası  çıxıb.  Sovetuyu,  oxuyun,  çox 
interesm kitabdır. 
 
 Kim yazıb? 
 
Kitablan  otdelni  adamlar  yazmır.  Eto  kollektivnıy  trud  qruppı  pro-
letarskix pisateley. Onlar bütün proletar sinfınin ürək sözlərini vıracat eləyən 
belə  kitablarda  öz  adlarını  yazmağa  ne  nucnı  sayırlar  -  Məliyin  bayaqki 
sualını xatırlayıb: Hə, orda Komissarlığın qabağındakı heykəl-ləri spraşivat 
elədiniz. Bu ən veliki kommunistlərin heykəlləridir: Yol-daş Engels, yoldaş 
Vladimir  İliç  Lenin,  yoldaş  İosif  Vissarionoviç  Sta-lin,  yoldaş  Stepan 
Şaumyan, yoldaş Kirov və yoldaş Orconikizde... 
 
 Alman, rus, giircü, erməni... Bəs heç azərbaycanlı kommunist ol-mayıb? 
Qaraxanov başını tutdu: 
 
-  O  nesçatnıy  çelovek,  obolvanennıy  burjuazno  -  nasionalistiçes-kimi 
predrasudkami  -  dedi  -  priçem  burda rus,  ennəni.  Onlar  kommu-nistdirlər, 
kommunistin milləti olmur. Onun milləti... proletariatdır. Budur bax, yoldaş 
Marat nə deyir ~ ayağa durdu, balaca qırmızı kitab-çanı açıb oxudu: Gələcək 
ayrı-ayrı millətlərə deyil, proletariata məx-susdur. Ponyatno? Yox, əgər siz 
hələ kimin hansı nasiyadan olmasma vnimaniyə obraşat eləyirsiz onda bəs 
yoldaş  Maratm  o  boyda  böyük  heykəlini  görmədiz?  O  ki  sizin 
ponimaniyanızla desək, azərbaycanlıdır. 
 
- Bəli, əlbəttə. 
 
Məlik bayaq binanm qarşında heykəllərə, indi otaqda şəkillərə ba-xanda 
da nəyinsə, daha doğrusu kiminsə burda çatmadığını düşün- 
 
müşdü, amma heç cür anlaya bilmirdi ki, bu çatmayan, olmayan nədir, 
kimdir, indi birdən-birə xatırladı:Marks, əlbəttə Karl Marks. 
 
- Bəs yoldaş Marks niyə yoxdur? - dedi - nə orda, nə - divarı gö-stərdi - 
burda. 
Qaraxanov bir an susduqdan sonra: 
 
- Da, - dedi - bu slojnı voprosdu. Məsələ ondadır ki, biz yoldaş Marksı 
elmi kommunizmin  osnovateli  kimi tsenim.  Amma  o  evrey  idi.  Bizim isə 
əsas  düşmənimiz...  dünya  imperializmi  və  sionizmdir.  Mark-sın 
pamyatnikin qoysaq, şəklini azsaq eto moqut nepravilno ponyat. 
 
Elə bu vaxt qapı açıldı və döşü qırmızı nişanlı, boz kitelli, qara ey-nəkli 
bir adam içəri girdi, gözucu Məliyə tərəf baxdı. 
 
Məlik də ona baxdı. Qaraxanov əyri bir təbəssümlə: - 
Oğlunuzu tanımadınız - dedi - Borya, snimi oçki. 
 
Gələn  adam  qara  eynəklərini  çıxartdı.  Beyrək  idi.  Amma  Məliyə  elə 
soyuq  nəzərlərlə  baxırdı  ki...  Məlik  oğlunun  boynunu  qucaqlamaq  istədi, 
amma durdu: bəlkə kommunistlər oğulla-atanm qucaqlaşması-m da qadağan 
ediblor.  Sadəcə  əlini  uzatdı  və  Beyrək  də  ona  əl  verdi.  Elə  bu  vaxt  qara 
telefon  səsləndi.  Qaraxanov  cəld  dəstəyi  götürdü,  dərhal  ayağa  durub: 
Sluşayu tovariş Marat - dedi, ayağa duranda yenə boyu kiçildi - Siyu minutu 
budu. - Məni yoldaş Marat çağırır, Borya idite sənin otağına. 
 
Qapıdan çıxarkon Qaraxanov: 
 
- Prosveti otsa - dedi - yoldaş Şaumyanın tarixi zasluqası haqqın-da çox 
oşiboçnı fikirdədir. Bir az deyəsən, nasionalist və pantürkist uklonu da var. 
 
Qapıdan  çıxdılar.  Beyrək  dəhlizdə  duran  döşü  qırmızı  nişanlı,  boz 
kitelli, qara eynəkli adamlardan birini çağırdı. Cibindən pul çıxartdı: - A1 bu 
yüz rublu - dedi: bufetdən bir vodka al, bir də pirojkidən, selyot-kadan, nə 
tapsan. 
 
Məlik fıkir verdi ki, pulun üstündə də Maratın şəkli var. Bilmirdi nədən 
başlasın: - Yüz rubl neçə dollardır? - deyə soruşdu. 
 
Beyrək:- Yüz rubl elə yüz dollardır - dedi Məlik: 
- Yüz dollara alırsan arağı? Nə baha? 
 Rəsmi kursla bir rubl bir manatdır - istehzayla güldü - oslində yüz rubl 
bir dollardır. 
 Onda da çox ucuzluqdur ki, bir dollara araq, pirojki... 
 
 Ancaq  bizim  binada,  komissarlığın  bufetində  belədir,  şəhərdə  hər  şey 
on qat bahadır. 


Maratın  şəkilləri  və  cürbəcür  şüarlar,  diaqramlar  asılmış  dəhlizlə  liftə 
çatdılar. Beyrək: - Burda işləməyin də öz üstünlükləri var - dedi. 
 
Liftə girdilər. Liftin içində də Maratın şəkilləri asılmışdı. Boz ki-tel, qara 
eynəklər.  Bircə  döşündə  qırmızı  nişan  yoxdu.  Məlik  Beyrəyin  döşündəki 
qırmızı nişana baxdı - Maratın şəkli vardı nişanın üstündə. 
Liftdən  çıxıb  meşin  qapılı  otağa  yanaşdılar,  Beyrək  açarla qapını açdı, 
içəri  keçdilər.  Yenə həmin  şəkillər, həmin  şüarlar.  Amma bu  otaqda  çoxlu 
texniki  cihazlar  və  bir  neçə  televizor  da  qoyulmuşdu.  Hər  yerdə  Maratın 
şəkilləri  vardı,  amma  bir  şəkil  Məliyin  diqqətini  çəkdi.  Uyuyan  uşaq  -  5-6 
yaşlı  qızcığaz.  -  Bu  kimdir  -  deyə  soruşdu.  Düşün-dü  ki,  bəlkə  Beyrəyin 
qızıdır, yəni nəvəm. 
 
 Qızındır? 
 
 Yox, biz rəssamm çəkdiyi şəkildir. Altındakı yazını oxu. Məlik eynəyini 
taxıb yazını oxudu. “Yuxuda Marat yoldaşı görür” . 
 
Beyrək: - Yoldaş Qaraxanova Şaumyan haqqında nə demisən ki? - deyə 
soruşdu. 
 
Məlik: - Heç nə, dedim ki, Şaumyan daşnak idi. 
 
-  Söz  tapmısan  danışmağa.  Özü  de  kimə?  Qaraxanovun  anası  er-
mənidir. 
 
Susdular.  Bu  üzücü  sükutu  pozmaq  üçün  Məlik  necə,  hardan  və  nə 
məqsədlə  gəldiyindən  danışmağa  başladı,  amma  deyəsən  bütün  bun-lar 
Beyrəyi... e... Borisi qətiyyən maraqlandırmırdı. 
 
Məlik: 
 
 O zonada... ananla görüşdüm - dedi - Onunla əlaqə saxlayırsan? Beyrək 
laqeyd bir tonla: 
 Yox  -  dedi  -  eşitmişəm  ki,  mollahq  eləyir.  Mənim  mollalarla  aram 
yoxdur - sonra əlavə etdi - elə bizi bu günə bir az da mollalar qoymadılar? 
 
 Molla, ya qeyri molla, axı o sənin anandır... 
 
Beyrək  üzündə  istehz:alı  bir ifadə  göründü  -  Ana,  ata  -  dedi  -  keçmiş 
əsrlərin puç olmuş xülyaları - sonra əlavə etdi - bu dünyada insanın özündən 
başqa heç kəsi yoxdur. 
 
Məliyi dəhşət bürüdü: —Belə yaşamaq olar? 
Beyrək: - Görürsən ki, yaşayıram - dedi 
 
 Burlayla neeə, onunla da əlaqən yoxdur? 
 
 Xeyr,  o  da  rəqqasəlik  eləyir,  Baku  sitidə  göbək  atıb  kapitalistlə-ri 
əyləndirir. 
 
Məlik: Göbək rəqsi? - deyə soruşdu, sonra öz-özünə: - Deyəsən mən 
bura yalmz sarsmtılar keçirmək üçün gəlmişəm - deyə düşündü. 
 
Beyrək cavab vermədi. Araya yenə sükut çökdü. Sonra Məlik: 
 
  Dolanışığm necədir? - deyə soruşdu. 
 
  Mənimki pis deyil. Bu binada işləyənlərin çoxu kimi. 
 
  Bu binada? Bəs bu binadan kənarda? 
 
  Özün görmədin? Dilənçilər qabağmı kəsmədi? 
 
  Gördüm. Dilənçi çoxdur? 
 
Beyrək: 
 
  Əhalinin yarıdan çoxu. - dedi, sonra istehzayla əlavə etdi: - pro-letar 
balaları. 
Bu uşaqlar bir yerdə işləmir, oxumur? 
 
 Ha, ha... İş var ki, işləsinlər? Oxumaq...  - qəhqəhə çəkdi  - cəmi-si iki 
məktəb var, orda da komissarlıqda işləyənlərin balaları oxuyur. 
Məlik siqaret çıxarıb odladı - çəkirsən? 
 
- Yox - sonra qutuya baxıb - türk siqaretidir? - dedi 
 
 Bəli. 
 
 Ver birin çəkim. 
 
Beyrək siqaretini alışdırdlı, bir qullab alıb: - Bilirsən, məktəblər-də 
bütün siniflərdə dərslər necə başlayır? 
 Yox, hardan bilim. 
 
 Əvvəlcə Marat yoldaşın şəninə şüarlar deyirlər, sonra da qarğış 
 
etməyə başlayırlar. 
 
 Qarğış? 
 
 Bəli. Marat yoldaşın, proletariatın və Bakı kommunasının düş- 
 
mənlərinin  gözləri  çıxsın,  vərəm  olsunlar,  infarkt  olsunlar,  rak  olsun-lar, 
SPİD  olsunlar.  Marata  əl  qaldıranm  əli  qurusun,  onun  haqqında  pis 
danışanın dili qurusun. 
 
Məlik:  -  Yadımdadır, uşaqlıqda  bizim kənddə  bir qoca  qarı  vardı. Elə 
hey hamıya bax eynən beləcə qarğış edərdi. 
SPİD-dən də xəbəri vardı? 
 
-  Yox,  amma  o  da  deyərdi  ki, nə  bilim  fılankəsin  gözü  çıxsın,  ci-yəri 
yansın, dili tutulsun, qan qussun. Allah ona qotur versin, dımaq verməsin. 
 
Beyrək güldü:  - Bax bu nə isə təzə sözdü  - dedi - gərək  yazaq, Marat 
yoldaşa verək, mətnə əlavə etsin. 
Yenə siqaretdən dərin bir qullab aldı. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə