Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   11   12   13   14   15   16   17   18   ...   151

Martin dərs oxuduğu və söz demək iqtidarında olmadığı vaxtlarda "Sən şəkər xəstəliyindən öləcəksənmi" 
mahnısını dodaqaltı zümzümə edirdi. Ümumiyyətlə, Klif mütləq "yumor"la danışmalı idi. Məsələn, o, "Bir 
ziyalı kimi sizin fikriniz necədir, bizim etibarsız bədənimizi möhkəmləndirmək və sir-sifətimizdəki deşiyi 
tutmaq zamanı deyilmi?" kimi boş-boş suallar verir, yaxud da "Nə deyirsiniz – bir neçə kalori 
atmayaqmı?", – sorşurdu. Amma onda qəribə bir cazibə qüvvəsi var idi. Və bu qüvvə Martini özünə 
çəkirdi. Bunu Klifin şənliyi, ağlının çevikliyi və şüursuz cəsarəti ilə izah etmək düzgün olmazdı. Klif ayrı-
ayrı xasiyyətlərin məcmusundan ibarət fərqli bir insandır.  
Laboratoriya işinin sevincinə qapılmış Martin nadir hallarda yaxın keçmişdə qalmış "Diqamma Pi"li 
yoldaşlarını xatırlayırdı. O, hər fürsət düşəndə müqəddəs Ayra Xinklini "kənd polismeni", Ervinq Uotersi 
isə "qalayçı" adlandırırdı. Sonra deyirdi ki, Anqus Dyuer uğura gedən yolda hətta öz nənəsinin  belə 
meyidinin üstündən keçə bilər, Gonbul Pfaff kimi əbləhin isə köməksiz pasientlər üzərində təcrübə 
keçməsi, sadəcə, cinayətdir. Ümumiyyətlə, o, "diqamma"çılara əhəmiyyət vermirdi, hətta hər görüşdə 
onları təngə gətirmək xasiyyətinə də son qoymuşdu.  
Martin bakteriologiya sahəsində ilk uğurunu qazananda dərk etdi ki, əslində, bu işlə bağlı biliyi çox azdır. 
Bu kəşfindən sonra o, dəhşətli bir utancağa çevrildi.  
Martin həmkurslarını indi az təngə gətirsə də, əvəzində auditoriyada daha dözülməz olmuşdu. O, 
Qotlibin sınaq məqsədilə keçirilən təcrübələrdə heç bir təsirə reaksiya verməyən insana, heyvana, ya da 
kimyəvi preparata tətbiq etdiyi "kontrol" sözünü öz leksikonuna salmışdı; bu söz insanları özündən 
çıxarırdı. Hansısa həkim hansısa dərmandan və ya elektrik aparatından istifadədən əldə etdiyi uğurla 
lovğalanırdısa, Qotlib həmişə çımxırırdı: "Sizin kontrolunuz haradadır? Siz eyni  situasiyada neçə pasienti 
müşahidə etmisiniz, onlardan neçəsi bu cür müalicəni qəbul etməyib?" Və budur, Martin onun ardınca 
təkrar etməyə başlayır: "Kontrol, kontrol, kontrol, hanı sizin kontrolunuz? Hanı kontrol?" Bax, beləcə, 
axıra yaxın yoldaşlarının və müəllimlərinin əksəriyyəti Martini bu sözə görə, az qala, daşqalaq etməyə 
hazır idi.   
O, farmakologiya üzrə mühazirələrdə xüsusilə zəhlətökən olurdu. 
Farmokologiya professoru Lloyd Devidsondan yaxşı dükan sahibi çıxardı. O, çox məşhur idi.  Gələcəyin 
həkimi ondan ən vacib şeyləri öyrənə bilərdi: məsələn, xəstəyə hansı dərmanları yazmaq lazım olduğunu; 
xüsusilə də onun hansı xəstəliyə tutulduğunu bilmirsinizsə. 
Tələbələr onun kursunu diqqətlə dinləyir və əlli müqəddəs reseptini əzbərləyirdilər (doktor Lloyd 
Devidson həmişə qürrələnirdi ki, öz sələflərindən əlli resept artıq verə bilir). 
Amma Martin özündən çıxırdı. Bir dəfə o, hamının eşidə biləcəyi səslə soruşdu: 
– Doktor Devidson, ixtiolun  qızıl yel xəstəliyindəki iltihaba kömək etdiyini haradan bilirsiniz? O ki lap 
qaxaca dönmüş balıq kimidir… Məgər o, keçmiş gözəl əyyamlarda müalicə üçün istifadə edilən quru 
cəsəd , ya da toyuq mədəsindən nə iləsə fərqlənir?  
– Haradan bilirəm? Mənim gənc skeptikim, minlərlə həkim illərlə ixtioldan istifadə edib və əmin olub ki, 
pasientlər onun təsiri ilə sağalırlar. İndi başa düşdünüz?! 


– Amma vicdanla deyin, doktor: bəlkə, pasientlər onsuz da sağalacaqdılar? Burada adi  bir post hoc, 
propter hoc  yoxdurmu? Bunun üçün bir neçə pasient üzərində eyni zamanda geniş təcrübə aparılıbmı; 
kontrol edilibmi? 
– Bütün ehtimallara görə, aparılmayıb; və çətin ki, nə zamansa aparılsın; ta ki, Erousmit, sizin kimi dahi 
meydana atılıb qızıl yel xəstəliyinə tutulmuş yüzlərlə insanı bir sürüyə toplamayınca. O zamana kimi isə, 
cənablar, ümid edirəm ki, cənab Erousmitin dərin elmi biliklərinə və onun "kontrol"a bənzər texniki 
terminlərlə rəftar qabiliyyətinə malik olmadığınız üçün mənim təvazökar məsləhətimə qulaq asıb, köhnə 
qayda üzrə ixtioldan istifadə edəcəksiniz.  
Amma Martin yenə də inadla dedi: 
– Doktor Devidson, zəhmət olmasa izah edin, bu reseptləri əzbər öyrənməyin nə xeyri var? Əvvəla, 
əksəriyyətini tezliklə yaddan çıxardacağıq; bundan başqa, onları xatırlamaq üçün  soraq kitabçasına 
baxmaq da olar. Əzbərləmək nəyə lazım? 
Devidson əsəbi halda dodaqlarını bir-birinə bərk sıxdı, sonra dedi: 
– Erousmit, sizin kimi bir adamla üç yaşlı uşaqla danışırmış kimi danışmaq xoşuma gəlmir; amma, 
görünür, məcbur olacam. Beləliklə, zəhmət çəkin dərmanların xüsusiyyətlərini və reseptləri əzbərləyin, 
çünki mən bunu tələb edirəm! Yerdə qalan tələbələrin vaxtını boş yerə almağa heyifim gəlməsəydi, sizi 
əmin etməyə və inandırmağa çalışardım ki, göstərişlərimi avtoritetimin gücü kimi qəbul etmək düzgün 
deyil; çünki  onlar uzun əsrlər boyu sizdən ağıllı və sizdən yaşca böyük insanlar tərəfindən sübut ediliblər, 
mənim dostum. Amma bəlağətli danışmağa və natiqlik etməyə başlamaq arzum olmadığı üçün sizə 
ancaq bunu deyəcəyəm: göstərişlərimə uyğun hərəkət edəcəksiniz, reseptləri öyrənəcək və yadınızda 
saxlayacaqsınız, çünki mən bunu tələb edirəm! 
Martin, hərdənbir tibb fakültəsini tamam-kamal atmaq və bakteorologiya üzrə ixtisaslaşmaq haqqında 
fikirləşirdi. Ürəyini Klifə boşaltmaq istəyirdi, amma onun iztirabları artıq Klifi təngə gətirdiyindən, Martin 
yenə də enerjili və çevik Madelina Foksa üz tutmalı oldu. 
 

 
Madelina özünü həm qayğıkeş, həm də ağıllı qadın kimi göstərdi. "Niyə tibb fakültəsini bitirməyəsən ki? 
Sonra nə etmək lazım gəldiyi sənin üçün daha aydın olacaq". 
Onlar birlikdə gəzintiyə çıxır, konki ilə, xizəklə sürüşür, Universitet dram cəmiyyətinin tamaşalarına 
gedirdilər. Madelinanın dul qalmış anası həmin ərəfədə qızının yanına gələrək çoxmərtəbəli bahalı bir 
evdə onunla birlikdə bapbalaca bir otaq kirayələmişdi. Bu evlər Moqalisin gen-bol taxta evlərini artıq 
sıxışdırmağa başlamışdı. Kirayələdikləri balaca mənzil ədəbiyyatla və bəzək-düzək şeyləri ilə dolu idi: 
Çikaqodan gətirilmiş Buddanın balaca tunc heykəli, Şekspirin epitafiyasının  reproduksiyası, Anatol 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə