Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə146/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   143   144   145   146   147   148   149   150   151

Terri Uiketin gedişi ilə Martin yenidən faqla bağlı tədqiqatına qayıtdı. Amma işə düzgün başlamamışdı, 
ona görə də hər şey həyatında heç vaxt olmadığı kimi pis gedirdi. Hər zamankı coşqunluğunu və düşüncə 
aydınlığını itirmişdi. Az qala, peşəsinə çevrilən kübar həyat tərzinin mənəvi ağrısını canında  hiss edir, 
ziyafətlərdə iştirak etmək məcburiyyətini heç cürə dərk edə bilmirdi. Axı xoşuna gəlməyən və maraqsız 
olan insanları zorla əyləndirmək kimə lazımdır? 
Nə qədər ki, Terri var idi, Martin onunla söhbətlərdə ürəyini boşalda bilirdi və gözəl geyimli, içi boş 
insanlar onu bir o qədər də qıcıqlandırmırdı. Bir müddət hətta Seçilmiş Cəmiyyətin sıralarına girməyə nail 
olduğu kimi qumara da aludə olmuşdu. Amma indi əməlli-başlı ağlını itirmək üzrə idi.  
Martinə həyatın dolanbaclarında necə azıb qaldığını Klif Kloson izah etdi. Martin Nyu-Yorka gəldiyi ilk 
vaxtlarda Klifi axtarmışdı – hay-küylü Klifi… O Klifi ki, tibb fakültəsində Anqus Dyuer və Ervinq Uoterslər 
arasında onun üçün təsəlli idi. Amma Klif nə bir zamanlar xidmət etdiyi avtomobil agentliyində, nə də 
digər avtomobil şirkətlərində tapılmadı. Martin onunla düz on dörd il idi ki, görüşmürdü. 
Və bir gün Mak-Qerk İnstitutunun laboratoriyasına – onun yanına qara-qırmızı rəngli vizit vərəqi 
gətirdilər: 
 
Klifford L.Kloson (Klif) 
Kapitalın neft müəssisələrinə  
tam təminatla yerləşdirilməsi 
Xayem-skver, Byutt. 
 
– Klif! Köhnə dost! Mehriban Klif! İnsanın malik ola biləcəyi ən yaxşı dost! O vaxt  Leoranın yanına 
getmək üçün mənə borc pul vermişdi?! Qoca Klif! Lənət şeytana! Mənə belə bir insan mütləq lazımdır… 
Özü də indi… Terri olmadığı vaxtda… Özü də  bu kübar sürüsü ilə əhatə olunduğum bir zamanda! – 
Martin şənləndi. 
O, cəld qəbul otağına tərəf qaçdı və gənc qeydiyyatçı qadınla ucadan danışan adama gözlərini dikərək 
yerindəcə donub qaldı: 
– Hə, bacım, siz alim quşcuğazlar, demək olar ki, hamını ötüb keçmisiniz! Mən heç yerdə sizidəkindən 
daha yaxşı şəraitlə rastlaşmamışam – yalnız fırıldaqçı aksioner təşkilatları çıxmaq şərtilə. Heç başqa 
yerlərdə belə cazibədar qəşəng qıza da rast gəlməmişəm! Bir axşam mənimlə tet-a-tet nahara nə 
deyərsiniz? Düşünürəm ki, sizinlə tez-tez parlez-vois edəcəyəm – biz dok Erousmitlə çoxdanın dostlarıyıq. 
Mən və dok – doğru sözümdür… O lap zəhlətökəndir. Birlikdə tibb fakültəsində oxumuşuq, hər şey necə 
deyirəmsə, elə də olub! Bu da sən, yaramaz oğlan! 
Martin on dörd il müddətinə çox şeyin dəyişə biləcəyi haqqında düşünməmişdi. O, əməlli-başlı keyimişdi.  


Klif Kloson qırx yaşa görə çox kökəlmişdi. Sifəti ölgün, şişmiş, ləkəli idi, səsi boğuq çıxırdı. Qəribə görünən 
dama-dama kostyum yoğun çiyinlərini və ətli budlarını çox tarım tutmuşdu.  
Klif Martini kürəyinə döyəcləyərək nərildəyirdi: 
– Ta-ta-ta-ta! Qoca Mart! Əclaf oğlu, əclaf! Əclaf! Ay səni, lotu. Bir çuval sümüksən ki durmusan! Allah 
mənə lənət eləsin, son dəfə Zenitdə gördüyümdən heç olmasa, bir gün belə qocalmısansa! 
Hər zaman ciddi olan qeydiyyatçı qızın baxışlarındakı coşqun parıltı Martinin gözlərindən yayınmadı. O 
dedi: 
– Hə, hə! Yaxşı ki, gəldin, – və Klifi "tamaşaçılar"dan uzağa, öz şəxsi kabinetinə aparmağa tələsdi. 
– Sən yaxşı görünürsən, – o artıq təhlükəsiz yerdə olanda Klifə yalan danışdı, – harada itib batmışdın? Biz 
Leora ilə Nyu-Yorka gələn kimi səni tapmaq üçün dəridən-qabıqdan çıxdıq. Hə… Sən bilirsən də… onun 
haqqında…? 
– Hə, vəfatı haqqında oxumuşdum. Bəxti gətirməyib. Sənin Qərbi Hindistandakı möhtəşəm işin haqqında 
da məlumatım var… ya da bu harada olmuşdu? İndi, güman edirəm ki, böyük adamsan – taunun və digər 
bu kimi şeylərin məşhur təqibçisi, ümumdünya şöhrətli alim ər. Yoxsa köhnə dostlarını unutmusan? 
– Boş-boş danışma! Mən… Səni gördüyümə çox şadam. 
– Hə, yaxşı. Mən isə şadam ki, Mart, səndə kapitus enlarqatus yaranmayıb. Lənət şeytana, bəzən olur ki, 
özümə deyirəm: qəfildən yanına getsəm, Martin də birdən mənim üzümə baxmazsa, nə olar? Sonra da 
deyirəm ki, həqiqəti olduğu kimi söyləyəcəyəm və bu, ona  kübar xanımların komplimentlərindən sonra 
çərəz kimi gələcək. Şadam ki, başını itirməmisən. Sənə Byuttdan məktub yazmağa hazırlaşırdım. Bilirsən 
də, orada şişirdilmiş neft aksiyaları satırdım. İndi isə qaçıram ki, kitablarıma baxmaq zəhmətindən 
müfəttişləri xilas edim. Hə, bəzən deyirdim ki, oturum, bu bacarıqsıza məktub yazım, onun şöhrətinə 
yaltaqlanım, əladan da əla işinə necə məftun olduğumu xəbər verim. Amma bilirsən də, vaxt elə gedir, 
elə gedir... Deməli belə! Eksselentus! Biz indi istədiyimiz qədər görüşə bilərik. Nyu-Yorkda aksiyaların 
satışı ilə bağlı bir subyektlə bərabər iş qururuq. Yaxşıca içəcəyik, qoca! Mən bu günlərdə səni evdən 
çıxardacağam və əsl yeməyin nə olduğunu göstərəcəyəm! Hə, yaxşı. Danış görək, Qərbi Hindistandan 
qayıtdıqdan sonra nə iş görmüsən? Düzünü de, sahibkarlığa, prezidentliyə, ya da çox şöhrətli institutun 
rəhbərliyinə keçməyi ölçüb-biçirsən? 
– Yox, mən… hm… direktor olmaq məni maraqlandırmır.  Öz laboratoriyamda qalmağı daha üstün 
tuturam. Mən… sənə, yəqin ki, faqla bağlı işim haqqında eşitmək maraqlı olardı? 
Söhbət üçün bir şey tapdığına sevinən Matin ümumi cizgilərlə öz təcrübələri haqqında danışdı. 
Klif əlini alnına çırpdı və dedi: 
– Dayan bir! Mənim ideyam var! Lap elə günü sabah bizimlə ortaq paya gir! Düz eşitmişəmsə, möhtərəm 
qoca toyuq, missis Publika, artıq bak… – onun adı nə idi? – bakteriofaq haqqında eşidib. Deməli belə, 
Benoni Karı, tibb qonaqlığında dahi formakoloq kimi təqdim etdiyim qoca fırıldaqçını xatırlayırsan? 


Dünən birlikdə kef eləyirdik. Lonq-Aylenddə sanatoriya açıb – əlbəttə, gözdən pərdə asmaq üçün. 
Həqiqətdə isə əsl butleggerdi, orada varlı avaraları saxlayır, onları istədikləri kimi yedirdib-içizdirir. 
Əlbəttə ki, həkim resepti ilə, tamamilə qanuni; yəni axtarıb, eşələyib heç nə tapa bilməzsən! Onlar üçün 
xanımlarla birlikdə gözəl qonaqlıqlar təşkil edir, hər şey yüksək səviyyədə olur. Klif əmidə tedium butılis 
tutmaları olanda Karın sanatoriyasına gedir. İndi xahiş edirəm, diqqətlə qulaq as! Kar, ya da kimsə başqa 
biri, yeni müalicə metodu haqqında xəbər yayır – deyək ki, faqoterapiya haqqında… Oooo, sənə deyim ki, 
Klif əmi balığı tilova çəkən kimi dollarları özünə çəkən adların tapılması sahəsində ustadır!  
Belə… Pasiyentlər buxar hamamında otururlar və faq həbləri udurlar – əslində, bir qədər strixnin də 
əlavə etmək olar…  Qoy ürəkləri daha həyəcanla atılıb-düşsün! Elmin son sözü! Milyonların qoxusu gəlir! 
Nə deyirsən? 
Martinin, az qala, halı xarab olmuşdu. 
– Mən belə bir şeylə razılaşa bilmərəm. 
– Niyə? 
– Ona görə ki, mən… Vicdanla desək, Klif… Özün başa düşmürsənsə, necə izah edim ki, əsl elm nə 
deməkdir. Bəli, həqiqi elm! Onu Qotlib belə adlandırırdı. Mən aliməm, ya da ən azı, özümü alim hesab 
edirəm… Bacarmaram… Hə… belə bir işə baş qoşa bilmərəm… 
– Ay səni, axmaq! Elə düşünürsən ki, mən əsl elmi nəzərə almamışam?  Lənət şeytana! Mənim özüm də 
anatomiya korpusunda az tər tökməmişəm! Sən sarsaq meduzasan, bu məsələni sənin adınla bağlamaq 
heç ağlıma da gəlmirdi. Sən kənarda qalacaqsan, bizi həblərlə təmin edəcəksən və ümumiyyətlə, faqın 
özü üçün geniş reklam yaradacaqsan. Təki pullu adamlar qarmağa tərəf gəlsin, çirkli işi isə sən olmasan 
belə, görənlər tapılar.  
– Yenə də… Ümid edirəm ki, sən zarafat edirsən, Klif? Zarafat etməmiş olsaydın, bu cavabı alacaqdın: 
kiminsə belə bir iş tutduğunu öyrənmiş olsaydım, o kim olursa-olsun, məhkəməyə verərdim! 
– Hə…ə…! Məsələyə belə yanaşırsa!.. 
Klif gözlərinin altındakı piyli şişlərin üstündən Martinə baxdı. Səsində şübhə hiss olunurdu. 
– Ola bilsin, başqalarını öz tapıntına yaxın buraxmamaqda haqlısan. Yaxşı, Mart. Mən getməliyəm. Ancaq 
deməliyəm ki, edə bilərdin. Hə… bir də… bu sənin həssas vicdanına toxunmayacaqsa,  qoca Klifi öz evinə 
nahara dəvət etməyə  nə deyirsən? Onu yeni arvadınla tanış edərdin. Coys haqqında qəzetlərin "kübar 
xronikaları"nda oxumuşam. Yəni köhnə kələkbazı yada sala bilərdin. Bir vaxtlar yekəqarın Klifə səni 
yedizdirməyə və axşam qalmaq üçün öz yanına aparmağa icazə verirdin.  
– Elə bilirsən bütün bunları yaddan çıxarmışam? Gəl bir şeyi də xatırladım: heç kim mənə qarşı bu qədər 
mehriban olmayıb… heç kim… Qulaq as, harada qalırsan? Nə zaman boş vaxtımızın olduğunu 
arvadımdan soruşaram və sabah səhər sənə zəng edərəm. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə