Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə143/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   139   140   141   142   143   144   145   146   ...   151

Çikaqodan gəlmiş Anqus Dyueri arvadı ilə birlikdə öz evində qəbul etmək imkanı əldə etdiyi vaxt Martin 
daha çox bayram elədi, çünki bu təsadüf nəticəsində onları direktor Holaberdlə, cərrahların kralı 
Salamonla və hansısa həkim baronetlə tanış etmək mümkün olmuşdu. Anqus gələn kimi ətrafa tərif 
yağdırmağa başladı: 
– Mart, icazənlə deyərdim ki, hamımız səninlə qürur duyuruq! Hələ bu günlərdə Raunsfildlə bu barədə 
danışırdıq. "Məni özündən razı hesab edə bilərlər, – o deyirdi, – amma məncə, bizim klinikada Erousmitə 
verməyə çalışdığımız təcrübə müəyyən mənada onun Qərbi Hindistan və Mak-Qerkin yanındakı işində öz 
təsirini göstərib". Sənin arvadın gözəl qadındır, qoçaq! Necə bilirsən, o, bu paltarı harada sifariş verdiyini 
missis Dyuerə söyləməkdən imtina etməz ki? 
Martin kasıblığın dəbdəbə üzərində üstünlüyü haqqında dəfələrlə eşitmişdi, amma Moqalisin qəlyanaltı 
dükanlarını gəzdikdən, on iki il Leora ilə birlikdə paltaryuyan qadının haqq-hesablarını yoxladıqdan, ətin 
qiymətinə görə kədərləndikdən,  yağış altında daima tramvay gözləməkdən yorulub bezdikdən sonra 
avtomat kimi köynəklərin təqdim edən lakeyinin olması onu qətiyyən məyus etmirdi. Evə gələrkən dadlı, 
hər zaman maraqlı xörəklər yeməkdən, ya da şəxsi limuzinində heç kəsi saya salmadan başını arxadakı 
yumşaq balışa ataraq özünün necə ağıllı odluğunu düşünməkdən qətiyyən yorulmurdu. 
– Başa düşürsən, çirkin işləri sənin yerinə başqaları yerinə yetirməlidir, – Coys deyirdi, – bu ancaq sənin 
xeyrinə olar. Çünki bu vaxt yalnız sənin yerinə yetirə biləcəyin iş üçün enerjin qalmış olacaq. 
Martin bu fikirlə razılaşdı. Və Vestçesterə qolf dərslərinə getməyə başladı. 
Avropadan qayıtdıqdan bir həftə sonra Coys onunla birlikdə Qotlibə baş çəkməyə getdi. Martinə elə gəldi 
ki, Qotlib yaddaşsızlıq vəziyyətindən çıxıb və ona gülümsəyir. 
"Nəhayət, – Martin qərar verdi, – qoca həmişə gözəl şeyləri sevirdi. Onun da belə bir imkanı yaransaydı, 
böyük məmnuniyyətlə geninə-boluna yaşamaq istəyərdi".  
Terri isə əksinə, qəribə və təkəbbürlü tonla danışmağa başlamışdı: 
– Gör nə deyirəm, Cılız, qulaq asmaq fikrin varsa… şəxsən mən bu cür, yəni lakeyə ehtiyatla baxa-baxa 
yaşaya bilməzdim. Amma illər keçdikcə insan müdrikləşir. Başa düşürəm ki, insanların zövqləri fərqlidir 
və mənim yanıma məsləhət üçün gəlmək çox az adamın ağlına gələ bilər. Amma vicdanla desək, Mart, 
çətin ki sizə nahara gələ bilim. Düzü, getdim özümə frak aldım – aldım! – o, mənim otağımdadır, ev 
sahibi artıq ciblərinə naftalin də töküb, amma Latam Ayrlendin əllaməliyini dinləməyə səbrim 
olmayacaq... 
Bununla belə, Riplton Holaberdin yeni münasibəti Martini hər şeydən daha çox narahat edirdi. Doktor 
Erousmit istefaya gedərək sadəcə, varlı bir arvadın əri olmağa hazırlaşmırsa, o zaman institutda kimin 
direktor olduğunu unutmamalıdır. Hər halda, doktor Holaberd onun bunu yaddan çıxarmasına imkan 
verməz. 
Ross Mak-Qerk üçün qoruyub saxladığı nəvazişli ədalarla bərabər, Holaberd özünün işgüzar 
soyuqqanlılığını da təkmilləşdirmişdi. O, insanları müəyyən bir məsafədə saxlamağı bacarırdı və kimsə 


köhnə dostluqdan sui-istifadə edirdisə, dərhal onu nəzakətlə öz yerinə oturdurdu. Erousmit limuzində 
gəldiyi zaman direktor subordinasiyanın pozulduğunu düşünürdü. Xaricdən gəldikdən sonra Martinə düz 
bir həftə öz limuzinindən doyunca həzz almağa imkan verdi, bir gün isə mehriban görkəm alaraq onun 
laboratoriyasına baş çəkdi. 
– Martin, – o, köksünü ötürdü, – mənə elə gəlir ki, bizim dostumuz Ross Mak-Qerk institutun praktik 
nailiyyətlərindən o qədər də məmnun deyil. Ona bunun əksini sübut etmək üçün sizdən bakteriofaq 
haqqında daha az düşünməyi və inflyuensiya ilə məşğul olmağı xahiş edəcəyəm. Rokfeller institutu doğru 
istiqamət götürüb: orada çox yaxşı qüvvələr var və pnevmoniya, xərçəng, meningit kimi problemlərin 
həll olunması üçün böyük vəsaitlər səmərəli surətdə istiqamətləndirilir. Rokfellerlər artıq meningit və 
pnevmoniyanın fəsadlarını yüngülləşdirməyə nail olublar. Noquçinin işləri bu gün sabah sarı qızdırmanın 
tamamilə kökünün kəsilməsinə gətirib çıxaracaq. Şübhə etmirəm ki, nəhəng fondu və yaxşı elmi 
qüvvələri olan Rokfeller klinikası diabetin də müalicəsinə aparan yolu birinci tapacaq. Mənim 
məlumatıma görə, indi onlar inflyuensiyanın törədici mikroblarına girişiblər. Hər halda, yeni böyük 
epidemiyanın başlanmasına yol verməyəcəklər. Deməli belə, əzizim, biz inflyuensiya sahəsində onları 
qabaqlamalıyıq. Sizi bu yarışda bizim nümayəndəmiz seçmişəm. 
Martin ölü bakteriyalar üzərində faqın təkrar istehsalı vasitələrinin axtarışı ilə məşğul idi, amma işdən 
çıxarılma riskinə gedə bilməzdi. Çünki həddindən artıq varlı idi! Qiyama qalxan tələbə kimi Martin ölkəni 
avara-avara dolaşa və köşkdə qazlı su sata bilərdi. Amma, Coys Lenionun ərinə belə bir dəlilik etmək 
nəsib olsaydı, reportyorlar və fotoqraflar onun köşkünü yağır edərdilər. Martin, sadəcə, öz arvadının 
pullarına yaşaya bilərdi: amma bu yol da onun üçün ağlabatan deyildi. Buduar lakeyinə çevrilmək? 
Qətiyyən olmaz! 
Bir o qədər də xoş sifətlə olmasa da, hər halda, Martin razılaşdı. 
O, laqeydlik hissi ilə inflyuensin törədici mikroblarının axtarışına başladı. Xəstəxanalarda pasientlərdən 
götürülmüş və tərkibində bəlkə də, infyuensiya olan kulturalar əldə edildi: ola da bilsin ki, bu qanın 
tərkibində güclü zökəm vardı, hər halda, heç kim inflyuensiyanın əlamətlərinin nə olduğunu dəqiq 
bilmirdi. Çünki heç nədə dəqiqlik yox idi. İşin böyük hissəsini Martin öz işçilərinin üzərinə atdı, hətta 
aradabir onlara istehzalı suallar da ünvanlayırdı: "A mühiti olan daha yüz dənə cihaz qoyun… ya da yox, 
min dənəsini verin gəlsin". Görəndə ki öz ağıllarına necə gəlirsə, elə də edirlər, narazılığını büruzə vermir, 
onların zəhlələrini tökmürdü. Martin cinayətkarcasına cilovu əldən vermirdisə, bu ancaq ona görə idi ki, 
ümumiyyətlə, cilovu ələ almamışdı. Vaxtilə balaca, şəxsi laboratoriyası nyu-qempşir mətbəxi kimi 
təmizlikdən alışıb-yanırdı. İndi isə  rəhbərlik etdiyi şöbənin otaqları biabırçı dərəcədə bərbad görkəm 
almışdı: piştaxtaların üzərində atılıb qalmış kolbaların çoxu kiflənmişdi, heç birinin də üzərində ağıllı-başlı 
yarlık yox idi. 
Sonra ağlına bir fikir gəldi. Möhkəm inandı ki, rokfellerlər inflyuensiyanın törədici mikroblarını tapıblar. 
Martin Holaberdin yanına qaçdı və bu xəbəri çatdırdı. Bildirdi ki, yenidən faqın tədqiqatı işinə qayıdacaq. 
Xolaberd etiraz etdi, burada şübhəsiz ki, səhv olduğunu söylədi. Holaberdə inflyuensiya üzərində qələbə 
qazanmaq şərəfinin Mak-Qerk institutu və onun direktorunun qismətinə düşməsi lazımdırsa, o, 
rokfellerlərin onları qabaqlaması fikrini sadəcə, mümkün hesab etmir və bununla razılaşmaq istəmirdi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə