Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə145/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   141   142   143   144   145   146   147   148   ...   151

gözlənilmədən epidemiya peyda olurdu və heyvanlar öz sahiblərinin abrını yeddi dildə alaraq mərəkə 
qoparırdılar. 
– Elə qəşəngdirlər ki! –  Terri içini çəkirdi, – onları azadlığa buraxmağın və öz "Sığırçın yuvamıza" dönərək 
kartof əkməyin vaxtı çatmayıbmı? Nə üçün biz yekəqarın və donuzsifət adamların xilası naminə bu şən 
akrobatları öldürməliyik?  
Amma bununla belə, iş gedirdi… Qarşılarında duran birinci vəzifə orqanizmin bu törəmə kinəyə hansı 
dozada olduqda ağrısız dözdüyünü dəqiqliklə aydınlaşdırmaq idi. Sonra tapılmış dozanın eşitməyə, 
görməyə və böyrəyə təsirini qanın şəkərə qarşı analizi, sidik cövhərinin sonsuz analizləri vasitəsilə 
öyrənmək lazım gələcəkdi. Martinin inyeksiyalar etdiyi, onların meymunlara təsirini müşahidə etdiyi və 
kimyanın dərinliklərinə endiyi vaxt Terri törəmə kinənin sintezləşdirilməsinin yeni yolları üzərində baş 
sındırırdı (bütün gecəni və bütün növbəti günü – sonra içmək, əynini dəyişmədən yatmaq… – və yenə də 
səhərə kimi bütün gecəni işləmək…).  
Bu, Martinin həyatında ən çətin mərhələ idi. Yuxusuzluqdan səndələmək, bütün gecəni səhərə kimi 
işləmək, sübh açılanda boş stolda mürgüləmək, qəlyanaltıda duzu artıq düşmüş  səhər yeməyi yemək – 
bütün bunlar adət halını almışdı və maraqlı idi. Amma babası cənubluların generalı olan hansısa 
heykəltaraş xanımın şərəfinə təşkil olunmuş nahara nə üçün gəlmədiyini Coysa başa salmaq mümkün 
deyildi. O, Coysu gecə dəhşətli dərəcədə öpmək istəyirdi ki, bəşəriyyəti ağ ciyər sətəlcəmindən xilas 
edəcəyini söyləsin (əslində, özü buna şübhə edirdi) və ona göndərilmiş buterbrodlarla dolu səbəti 
dəyərləndirdiyini bildirsin… beləliklə də, qısa müddət üçün Martin əfv edilirdi. 
Amma dörd naharı dalbadal qaçırdıqda Coys özündən çıxaraq "Sən təsəvvür edirsənmi ki, son dəqiqədə 
stol arxasında bir kişinin çatışmadığını öyrənmək missis Torn üçün necə faciə idi?!" – söylədiyi zaman və 
ya şikayətlənərək "Əvvəlki axşamlarda sənin kobudluğuna elə də hirslənmirdim, amma bu gün nahardan 
sonra mənim heç bir işim yox idi, evdə təkcə oturmuşdum, səni gözləyirdim!" deyəndə Martini əsəb 
dağıdırdı. 
Amma yenə də iş davam edirdi… Martin və Terri öz meymunlarını pnevmoniyaya yoluxdurmağa və 
müalicə etməyə başlamışdılar. Artıq uğur əldə edirdilər və bu uğur onları dəhlizdə təntənə ilə vals 
oynamağa vadar edirdi. Martin və Terri meymunları bütün hallarda pnevmoniyadan xilas edə bilirdilər. 
Əsas olan o idi ki,  yoluxma ilə müalicənin başlaması arasında bir sutkadan artıq vaxt keçməsin. Əksər 
hallarda isə müalicə üçün iki, ya da üç gün gözləyirdilər. 
İşi çətinləşdirən o idi ki, bir sıra meymunlar özləri sağalırdılar və çətin anlaşılan hesablamaların köməyi ilə 
bu qeydlərə əlavə düzəlişlər etmək lazım gəlirdi, buna isə çiyinlərdə ağrılar, qeydlər üzərində 
yorulmadan çalışmalar və çoxlu günlər sərf olunurdu. Biri tək-tənha, saçları pırtlaşmış, yaxalıqsız, stolun 
üstündə papiros çəkərək işləyirdi, digəri isə iy verən qəfəslərin arası ilə meymunlarla gözləşərək, onlara 
dil çıxararaq, onları adları ilə çağıraraq gəzirdi: "Betsi, Pirat!" Və sakitcə öz-özünə danışırdı: "Ah, sən məni 
dişləmək istəyirsən, dişləmək istəyirsən, əzizim?!" Onlara nəvaziş göstərir, amma eyni zamanda da iynə 
ilə öldürücü pnevmoniyanı bədənlərinə yeridirdi.  


Alim dostlar havası uğursuzluqlarla dolu olan hündür yaylalara çatmışdılar. Cihazın içində pnevmokokkun 
maddələrinin parçalanmasını araşdırırdılar amma… uğursuzluğa düçar oldular. Süni halda orqanizm 
şirəsini təkrar istehsal etdilər (diqqətlə, əzabla, amma tam uyğunluğa nail olmadan). Süni qanda bu 
törəmənin mikroblara təsirini sınaqdan keçirdilər – və yenə də uğursuzluğa düçar oldular.   
Bu arada Holaberd onların ilkin uğuru haqqında eşitdi və arxayın halda, eyni zamanda, qəzəblə yanlarına 
gəldi. 
"Mənə məlumdur ki, –  dedi, – pnevmoniya əleyhinə vasitə tapmısınız. Çox yaxşı! İnstitut bu xoşagəlməz 
xəstəliyin müalicəsi şərəfindən imtina etməz!" 
Sonra soruşdu ki, Martin və Terri təcili olaraq öz kəşflərini çap etdirmək istəmirlərmi (təbii ki, institutun 
adının xatırlanması ilə)? 
– Heç ağlınıza da gətirməyin! Qulaq asın, Holaberd! – Terri nərildədi – Siz, deyəsən, bizi rahat buraxmağa 
söz vermişdiniz!  
– Buraxdım da! Təxminən bir il! Siz tədqiqatı başa çatdırasınız deyə! Siz isə bitirdiniz. Nəyə nail 
olduğunuzu dünyaya söyləməyin vaxtı çatıb! 
– Onu sənə göstərərəmsə, məni canavar yesin, dünya mənim gördüklərimdən daha çox şey görəcək! Heç 
nə yazmaq olmayacaq, ağa! Ola bilsin ki, bir il sonra ağıllı-başlı bir şey çap etdirərik. 
– Siz ya indi çap etdirəcəksiniz, ya da… 
– Çox yaxşı, zat aliləri. Uğurlu an çatdı! Mən gedirəm! Özü də mənə xas olan alicənablıqla sizin 
haqqınızda nə düşündüyümü söyləmədən gedirəm! 
Beləcə Terri Uiket Mak-Qerk İnstitutundan azad edildi. O, törəmə kinələrin sintezləşdirilməsi üçün patent 
aldı və "Sığırçın yuvası"na çəkildi. Özünün qənaətlə yığılmış cüzi puluna laboratoriya yaratmaq və 
həyatını müstəqil tədqiqat işi ilə yaşamaq, zərdabların, dərmanların xırda partiyalarının satışı ilə 
dolanmaq qərarına gəldi! 
Arvadı və lakeyləri olmayan Terri bunu kifayət qədər asanlıqla edə bilərdi. Martin üçün isə bu, çətin idi. 
 
 

 
Martin istefa vermək fikrində idi. Bu barədə Coysa xəbər verdi. Düzdür, Martin şəhər evi və Qrinviç 
qəsrini Terrinin "Sığırçın yuvası"ndakı flanel köynəkli iş ilə necə bir araya gətirəcəyi haqqında hələ 
düşünməmişdi, amma  bilirdi ki, xəyanətə getməyəcək! 


– Sən necə başa düşürsən! Holaberd Terrini işdən qovdu, amma mənə toxunmağa cəsarət etmədi! Mən, 
sadəcə, Holaberdi müşahidə etmək istədiyimə görə ləngidim, baxdım görüm,  büzüşərək mənim nə 
deyəcəyimi necə gözləyir. Amma indi… 
Bütün bunları özlərinin… Coysun limuzinində nahardan qayıtdıqları zaman izah etdi. O naharda Martin 
mehribanlıqla və sərbəst halda hansısa mötəbər dul xanımın başını söhbətlə qatmışdı, Coysu isə 
ürəyində buna sevinmişdi: "Latam Ayrlend Martinin nəzakətli ola bilməyəcəyini iddia etməklə necə də 
sarsaqcasına yanılırmış". 
– Mən azadam! İldırım və Şimşək kimi azad! Nəhayət, azadam! Çünki hansısa işi axıra çatdırmışam və 
buna görə azad olmağa dəyər! – həyəcan içində arvadına deyirdi. 
Coys öz gözəl əlini Martinin əlinin üstünə qoydu və soruşdu: 
– Mart, bundan sonra da cənab Uiketlə işləyəcəksənsə, deməli, davamlı olaraq məni tək buraxmalı 
olacaqsan? 
– Amma, doğrudan da… 
– Hesab edirəm ki, bu sənin tərəfindən olduqca pis hərəkətdir, xüsusilə də indi… çünki, mənə elə gəlir ki, 
uşağım olacaq. 
Martindən təəccüb dolu nida qopdu. 
– Oh, mən sızıldayan ana rolu oynamağa hazırlaşmıram. Hələ bilmirəm ki, buna şadam, yoxsa acıqlıyam. 
Amma bir uşağımın olması yaxşı olardı. Sən başa düşürsən də, bu, məsələni qəlizləşdirir. Şəxsən mən, 
sənə cəmiyyət arasında mötəbər mövqe verən institutdan getsən və haradasa həyatın ucqar yerlərində 
işləməyə başlasan, təəssüf edərəm. Əzizim, xətrinə dəymədim ki, düzdür? Bilirsən ki, səni sevirəm! 
İstəmirəm məni atasan, sən isə bu lənətə gəlmiş Vermont komasına girsən, məni tərk edəcəksən. 
– Biz ora yaxınlıqda ev tutsaq və ilin bir neçə ayını orada keçirsək, olmazmı? 
– Mmmm…ola bilsin. Amma yaxşı olardı ki, əziz balacanın dünyaya gəlişinə qədər gözləyək. O zaman 
düşünərik. 
Martin işdən azad olmadı. Coys isə "Sığırçın yuvası"nın yaxınlığında ev axtarılması haqqında düşünürdüsə 
belə, hər halda, bunu hansısa bir addımı atacaq qədər ciddi düşünmürdü. 
 
XXXIX FƏSİL 
 

 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə