6
insanıdır, dəyərlər üzərində həyatını bina edən
şəxsiyyətdir. O kəs ki həyatının məğzini dəyərlər əsasında
müəyyənləşdirir, yazdıqları nəzəri-quru cümlələrdən
ibarət olmayacaq, praktikliyi və səmimiliyi ilə seçilə-
cəkdir. Odur ki, Şahlar müəllimin həm keçən il qələmə
aldığı “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı”,
həm də bu kitabın əsasında təkmilləşdirilmiş qələm
məhsulu olaraq təqdim etdiyi “Kamilləşən düşüncə” adlı
kitabları sözügedən istiqamətdə əvəzsiz nailiyyətlər hesab
olunmalıdır. Sonuncu kitabın mövzusu inkişafın fərqli
prizmadan nəzərdən keçirilməsindən bəhs edir, odur ki.
çox aktualdır. Çünki qloballaşma dövründə, bəlkə də, ən
çox müzakirə olunan problemlərdən biri inkişafla
bağlıdır.
Təqdim olunan bu kitab müasir iqtisadi, sosial və
fəlsəfi təlimlərin əsas tədqiqat obyekti olan inkişaf
anlayışından bəhs edir. Kitabda həqiqi inkişafın mahiy-
yəti, şərtləri və meyarları haqda danışılır. Müəllif inkişafla
əlaqədar özünün ənənəvi baxışlardan kənar yeni
yanaşmasını təqdim edir. Əlaqədar mövzulara özünə-
məxsus tərzdə münasibət bildirən Şahlar müəllim bəşəriy-
yətin inkişafı problemində irəli sürdüyü yeni həll
variantını (K faktoru vasitəsilə) real və praktik yanaşma
ilə əsaslandırır.
7
Düşünürük ki, “Kamilləşən düşüncə ” kitabı ölkə-
mizin gələcəyini düşünən məsul şəxslərin diqqətini cəlb
edəcək, problemin aktuallığını əyani şəkildə onların nəzə-
rinə çatdıracaqdır.
Elvüsal Məmmədov,
AMEA akad. Z.M. Bünyadov adına
Şərqşünaslıq İnstitutunun əməkdaşı,
fəlsəfə üzrə fəlsəfə doktoru
8
GİRİŞ
“Kamilləşən düşüncə” bir il əvvəl çap olunmuş “Də-
yərlərin qiymətləndirilməsinin yeni meyarı” (Bakı, 2012)
kitabının elmi əsası saxlanılmaqla, məzmun və sosial
əhatəsi xeyli genişləndirilmiş variantıdır. Bu səbəbdən də
kitab oxuculara yeni adda təqdim edilir. Bəşəriyyətin
inkişafının tarixi, dinamikası və ona təsir edən faktorlar
kitabda yeni meyar vasitəsilə araşdırılır.
Çox inkişaf etmiş ölkələr maddi və intellektual
baxımdan inkişafın son mərhələsinə, F. Fukuyamanın
1
diliylə desək, “tarixin sonuna ” yaxınlaşmaqla, yüksək
texnologiyaya və tərəqqiyə nail olmuşlar.
Tərəqqi irəliyə doğru hərəkəti, aşağı səviyyədən
yüksək səviyyəyə, az mükəmməllikdən çox mükəm-
məlliyə, kəmiyyət və keyfiyyət artımına doğru inkişafı
göstərir. Bu inkişaf həm də çoxlu sayda suallar doğurur.
Tərəqqi məqsədsizdir, yoxsa hədəfi var? İnkişaf yolunun
sonu varmı, yoxsa bu, sonu olmayan yoldur? Son mən-
təqə haqqında dini dünyagörüşü məlumdur, bəs elmi
dünyagörüşü nə deyir? Cənnət, cəhənnəm, kommunizm
ideyalarına elmi baxış necədir? Bəşəriyyətin məqsədi in-
qilablardan, müharibələrdən keçərək gündə bir gün, ildə
bir il yaşamaqdırmı? İnsan həyatının məğzi və əsas
1
F.Fukuyama, Tarixin sonu və axırıncı İnsan, Moskva,2010, 588 səh.
9
missiya nədir? İnsaniyyətın böyük hissəsi əzab və əziyyət
içərisində yaşayır ki, az bir qrup insan firavanmı yaşasın?
İnsana şüur verməkdə Yaradanın məqsədi nə olub?
Məlumdur ki, inkişafda təkamülün rolu əsasdır. İnsan
cəmiyyətlərində
tərəqqi
formasiyaların
inkişafında
təşəkkül tapıb. Tarixə qısa nəzər salsaq, görərik ki, ibtidai
icma quruluşunun ömrü təqribən iki milyon il olub və bu
quruluşda şəxsi mənafe olmadığından, cəmiyyət idarə-
edənlərə və idarəolunanlara bölünməyibdir. Bu səbəbdən
də tərəqqi olmayıbdır. Fəaliyyətdə şüur yox, instinkt rol
oynayıbdır. Tərəqqi sonrakı formasiyalarda şəxsi mənafe
zəminində baş verib. Quldarlıq, feodalizm və kapital-
izmin birlikdə ömrü 20 000 ildən azdır. Bu dövrlərdə
insanlar şüursuz fəaliyyətdən şüurlu fəaliyyətə doğru
inkişaf ediblər. Bu inkişafa təsir edən əsas amil güc və ağıl
olmuşdur. İnsanlar inkişaf edərək tam şüurlu fəaliyyətə
nə vaxt keçəcəklər? Böyük Səməd Vurğun demişkən:
“Qalib gələcəkmi cahanda kamal?”
Dünya insan artımı ilə bağlı bir əndişə yaşayır. Yer
kürəsinin potensialının gələcək nəsillərə çatmayacağı qor-
xusu var. Maltusun məşhur fikri tez-tez təkrarlanır.
Dünyanın kiçik bir qrup insanlar (dünya hökuməti, “300-
lərin
komitəsi”, masonlar, Bilderberq və
Bogema klubları
,“
skull and bones” və s.) tərəfindən idarə edilməsi
haqqında söhbətlər gedir, kitablar yazılır. Bir tərəfdə 300
10
ailə, digər tərəfdə 6 milyard əhali dünya malını bərabər
bölürlər. Bu bölgüyə Allah-təala xeyir-dua veribmi?
Təhlükəsiz gələcək şübhə altına alınır. Tez-tez ərzaq
təhlükəsizliyindən danışılır. Gələcəyə pessimist baxış for-
malaşmaqdadır. Kitabda bu tip suallara aydınlıq gətir-
məyə cəhd edilir.
Planetdə qlobal sosial-iqtisadi dəyişiliklərə mükəm-
məl nəzarət etmək üçün yeni dünyagörüşə, yeni me-
todologiyaya, yeni meyara ehtiyac vardır. Kitabda istifa-
də edilən Ümumi Daxili Məhsul (ÜDM) və İnsan Poten-
sialının İnkişaf İndeksi (İPİİ) anlayışları mütəxəssislərə
yaxşı məlumdur. K faktoru anlayışı isə yenidir və sosial-
iqtisadi hadisələrin qiymətləndirilməsində ilk dəfədir ki,
meyar kimi istifadə edilir. Misal üçün, tarixən biliyin
qiymətləndirilməsi zamanı, bildiyimizin bilməli olduğumuza
nisbəti meyar götürülürdüsə, burada K faktoru
bildiyimizin bilmədiyimizə olan nisbətidir. Əgər söhbət di-
gər sosial-iqtisadi və mədəni hadisələrin dəyərlən-
dirilməsindən gedirsə, onda K faktoru nailiyyətin əldə
edilən hissəsinin, onun əldə edilə bilməyən hissəsinə
( nailiyyət qıtlığına) olan nisbətini göstərir. Başqa sözlə, K
faktoru faizə alternativ bir meyar kimi çıxış edir və iqtisadi,
sosial, mədəni, pedaqoji və digər prosesləri dəyər-
ləndirmək üçün istifadə edilir.
Dostları ilə paylaş: |