Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   2   3   4   5   6   7   8   9   ...   51

16 
 

 
K  –  şüurlu  fəaliyyətin  şüursuz  fəaliyyətə  olan 
nisbətidir. K artdıqca, insanın şüurlu fəaliyyəti artır, 
instinkt fəaliyyəti azalır; 

 
K  –  ictimai  mənafenin  şəxsi  mənafeyə  olan  nis-
bətidir. K artdıqca, ictimai mənafe artır, şəxsi mənafe 
azalır;  

 
K–  haqqın  nahaqqa  olan  nisbətidir.  K  artdıqca, 
haqq nahaqqa üstün gəlir; 

 
K  –  uğurun  uğur  qıtlığına  (çatışmazlığa)  olan 
nisbətidir; 

 
K– nailiyyətin nailiyyət qıtlığına olan nisbətidir

 
 K– 
g
örüləsi  işin  görülən  hissəsinin    görülməyən 
hissəsinə
 
olan nisbətidir; 

 
K  –    proqramın  mənimsənilən  hissəsinin  mənim-
sənilməyən hissəsinə olan nisbətidir. 
Göründüyü kimi, faktoru mənəvi meyar olaraq icti-
mai  mənafenin  şəxsi  mənafeyə  nisbətini,  iqtisadi  meyar 
olaraq  işin  görülən  hissəsinin    görülməyən  hissəsinə 
nisbətini,    pedaqoji  meyar  olaraq  bildiyimizin  bilmədiyi-
mizə nisbətini ifadə edir. 
 
Keyfiyyət faktoru K artdıqca:                

 
insan  kamilləşir,  dünya  malından  gözü  doyur  və 
iqtisadı azadlığını təmin etməklə kifayətlənir

 
özünə məhəbbət azalır, millətə məhəbbət artır; 


17 
 

 
idarəetmə təkmilləşir, mükəmməlləşir, identikləşir, 
nəticədə firavanlıq artır; 

 
mənəvi tələbatın fiziki tələbata nisbəti artır;  

 
həm fərd, həm də kütlə düzgün qərarlar qəbil edir; 

 
ədalət, azadlıq, bilik və mədəniyyət artır, düşüncə 
saflaşır, daş atana  gül uzadırlar

 
elitar və vətəndaş sırası arasında məsafə azalır; 

 
psixikanın quruluş tipi dəyişir: biorobot  şeytani, o 
da insani tip psixikaya keçir

 
millətlərin mədəni səviyyəsi və kamilliyi yüksəlir; 

 
fərdin  azadlığından  hamının  azadlığına  doğru 
bəşəriyyət  təkamül edir;
 
 

 
instinkt fəaliyyəti  şüurlu fəaliyyət əvəz edir. 
 
Məlumdur ki, haqqın nahaqla mübarizəsi bütün tarix 
boyu gedir. K artdıqca, bu mübarizə haqqın üstünlüyü ilə 
inkişaf  edir.  K  artdıqca,  bəşəriyyət  xoşbəxt  gələcəyə 
(cənnət- məkana) doğru hərəkət edir.  
L.Tolstoyun  dəyərli bir kəlamında deyilir:“İnsan kəsrə 
bənzəyir,  sürətdə  onun  dəyəri,  məxrəcdə  isə  onun  özü  haqda 
fikirləri dayanır. Məxrəc nə qədər böyük olarsa, kəsrin qiyməti 
bir  o  qədər  az  olar”.  Bu  kəlam    K  faktorunun    –  “millətə 
məhəbbətin özünə məhəbbətə olan nisbətidir”  mənasının 
başqa bir formada ifadəsidir.  
Bu  deyilənlərdən  belə  bir  düşüncə  yaranır:  insan  öz 
potensialını  özünə  xərcləyəndə  az,  ətrafa  xərcləyəndə 


18 
 
daha  çox  xoşbəxt olur.  Bu  düşüncə  çağdaş  dövrümüzdə 
utopik görünsə də, gələcəyin düşüncəsidir. 
Toplum  üçün  K  qiyməti  20-  dən  böyük  olanda, 
insanlar  cənnətəbənzər şəraitdə  yaşayacaqlar.
 
Bəzi
 
fərdlər 
üçün  K qiyməti  böyük  rəqəmlərlə  ifadə  olunur.  Yer  əhli 
üçün ən böyük K-ya peyğəmbərlər, fatehlər, dahi alimlər 
malikdirlər. 
Peyğəmbərlərin  kamil  düşüncəsinə  bənzər  düşün-
cələrə yunan filosoflarının (Demokrit, Aristotel, Arximed, 
Pifaqor,  Hippokrat  və  digərlərinin)  düşüncələrində  rast 
gəlinir. Ümumiyyətlə, qədim yunan filosoflarının  fikirləri 
heyranedici səviyyədə kamildir. Onlar üçün K faktorunun 
qiyməti  təqribən  peyğəmbərlərinki  qədərdir.  Onların 
bizim  dövrə  çatan  kəlamlarını  Allahın  kəlamları  ilə 
müqayisə  etsək,  xeyli  doğmalıq  görərik.  Güman  etmək 
olar ki, 124 min peyğəmbərin içərisində bu insanların da 
adları  var.  Çünki    onlar  da  bəşəriyyət  üçün  peyğəmbər 
vəzifələrini yerinə yetirmişlər. 
 Viktor Hüqoya görə: ”Cəmiyyətin iki növ insanlardan 
zəhləsi gedir: bir onlara hücum edənlərdən, bir onları müdafiə 
edənlərdən”. Cəmiyyətə hücum edənlərlə (fatehlərlə) bağlı 
münasibət  aydındır.  Cəmiyyətin  qayğısına  qalan  in-
sanlara  misal  peyğəmbərləri  göstərmək  olar.  Pey-
ğəmbərlər  üçün  K-nın  qiyməti,  adi  insanların  K-sından 
çox-çox  böyük  olduğundan,  peyğəmbərlik  illərinin 


19 
 
başlanğıcında  cəmiyyət  onları  düzgün  başa  düşə  bilmir  
və bu səbəbdən də “zəhləsi” gedir. Bütün peyğəmbərlərin 
ilk illəri çətinliklərlə doludur.  
K faktoru və dəyərin faiz göstəricisi.  K faktoru  də-
yərlərin  qiymətləndirilməsinin  faiz  göstəricisinə  alter-
nativ bir meyardır.  Bu səbəbdən də onların arasında fərq 
böyükdür. Bu fərqə diqqət yetirək. 
Faiz
 

 
bütövün  yüzdə  bir  hissəsidir.    Əldə  olunan  his-
sənin  bütövə  nisbətidir.  Proqramın  öyrənilən  hissəsinin  
öyrənilməli olanına nisbətidir. İşin görülən hissəsinin  tam 
işə olan nisbətidir. 
K faktoru 
 
bütövün əldə olunan hissəsinin, defisit hissəsinə 
olan  nisbətidir.  K  faktoru  faizə  nisbətən  inkişafa  çox  həs-
sasdır. Faizin hiss edə bilmədiyi dəyişikliyi   K faktoru hiss 
edir.  
K  faktoruna  təsir  edən  amillər.  İnsanlar  anadan  do-
ğularkən bəzilərində şəxsi, bəzilərində isə ictimai mənafe 
hissi  üstünlük  təşkil  edir.  Allah  -təala  canlılar  içərisində 
ancaq  insana  şüur  vermişdir,  ona  görə  ki,  o,  ictimai 
mənafenin üstünlüyünü dərk etsin və ondan istifadə edə 
bilsin.  Bu  işdə  mədəniyyətin,  təhsilin,  tərbiyənin  və  id-
manın  rolu  böyükdür.  Orta  təhsilin  məzmunu  elə 
olmalıdır  ki,  məktəbi  qurtaran  gənclərin  əksəriyyətində 
ictimai  mənafe  (dövlətçilik,  vətənpərvərlik  və    millətə 
qulluq hissi) şəxsi mənafedən (vəzifə hərisliyi, varlanmaq 
arzusu, qohumbazlıq hissi və s.) üstün olsun. Orta məktəb 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə