Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə56/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
187
4. Flоrеnskiy P.A. Malое  sоbraniе  sоçinеniy. Imеna – 
Kоstrоma: Kupina, 1993. 447s. 
5. Paşayev A. Nizami Gəncəvinin poetik adlar aləmi 
(poetik antroponimlər)-Bakı: Mütərcim, 2010. 
6. Seyidov M. Azərbaycan mifik təfəkkürünün 
qaynaqları. Bakı, 1983. 
7. Kitabi-Dədə Qorqud ensiklopediyası. II c. Bakı, 
1999. 
8. Abdulla B. Kitabi-Dədə Qorqud və  İslam dini. Bakı, 
1999. 
9. Xalıqov F. Folklor onomastikası. Bakı, 1997. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
188
Nübar HƏKİMOVA 
AMEA Folklor İnstitutu, 
biologiya üzrə fəlsəfə doktoru 
 
NİZAMİ GƏNCƏVİNİN ”SİRLƏR XƏZİNƏSİ” VƏ 
“İSKƏNDƏRNAMƏ” ƏSƏRLƏRİNDƏ TİBBİ 
AMİLLƏR 
           
Klassik  ədəbiyyatın  ən görkəmli nümayəndələrindən 
biri olan dahi Nizami Gəncəvi, öz əsərlərində Azərbaycan 
xalq ədəbiyyatı nümünələrindən məharətlə istifadə etmişdir. 
Azərbaycan xalqının zəngin bədii irsinə, xalq 
ədəbiyyatına dərindən bələd olan Nizaminin əsərlərində 
atalar sözləri, məsəllər, və digər xalq hikmətləri ilə yanaşı, 
xalq  ədəbiyyatının ayrılmaz hissəsi olan xalq təbabəti və 
loğmanlıq da özünün həm bədii, həm də tibbi əksini 
tapmışdır.  
Bu baxımdan 
şairin “Sirlər xəzinəsi” və 
“İskəndərnamə” əsərləri xüsusi ilə önəmlidir.  
 İnsan sağlam olar az-az yeməkdən
 Uzun ömür eləməz əsla çox yeyən.  
 
Yağlıdan, yavandan elə ye ki, sən, 
Onu asanlıqla həzmə verəsən 
 Az  yeməyin faydası haqqında tibb elmində kifayət 
qədər məlumat vardır. Məlumdur ki, həddindən artıq çox 
yemək, insan orqanizmi üçün zərərlidir. Belə ki, çox yemək 
orqanizmdə maddələr mübadiləsinin pozulmasına, artıq 
çəkiyə, piylənməyə gətirib çıxarır.  
“Yeməkdə əsasdır cana nuş olmaq, 
Onun dadına yox, faydasına bax” 
Əlbəttə, yeməyin insan orqanizminə sadəcə qəbulu yox, 
onun nə dərəcədə faydalı olduğu önəmlidir.  
Az ye, çevik, yüngül ol, hər zaman, 
Çox yesən ağırlaşar, min iztirab duyarsan. 


 
 
 
189
Təbii ki, normadan artıq qida qəbulu orqanizmin daxili 
balansını pozmaqla yanaşı, insanın xarici görkəminin də 
dəyişməsinə, belə ki, piylənməyə, xarici dəri qatının-
dermanın deformasiyasına və orqanizmin əsas dayaq-hərəkət 
sistemini formalaşdıran skeletin əsas dayaq sütunu olan 
onurğanın əyriliyinə gətirib çıxarır.  
Bu baxımdan dahi Nizaminin öz əsərlərində az yeməyin 
orqanizm üçün faydasını  dəfələrlə vurğulaması, onun tibb 
elminə  dərindən və mükəmməl  şəkildə  bələd olmasından 
xəbər verir. 
Qanın qüvvətini azalt, az ye, yoxsa sən,  
Yoğun dəmirlər kimi gürz zərbəsi yeyərsən. 
 
Qarınqulu olmaqdan xeyli yaxşıdır inan, 
Saxlayasan ruzunu, yavaş-yaaş dadasan 
 
Aslan az yediyindən qurdlara başçı oldu, 
 Hər şeyi udan ancaq, acgöz alovdu, oddu 
 
Gündüz göz işığı. Gözün şəfəq çeşməsi
 Nədir yeməyi? Günəş- min ulduzun bircəsi. 
Az yeməyinə baxmayaraq aslan qurdlara başçı olur. Ac 
göz, nəfsi tox olmayan isə, zərər yetirən alova çevrilir. 
 Gündüz  işığı dünyanı  işıqlandırır, amma öz yeməyini 
günəşdən alır. O günəş ki, həyat işığıdır və  əbədidir. Dahi 
Nizami yenə də burada az yeməyin faydasını qeyd edir. 
Yemək, yatmaq hələ ki, ucaltmayıb heç kəsi, 
Xərabədə yerləşər böyüklər xəzinəsi” 
Bəllidir ki, tibbdə hərəkətsizlik, passiv həyat tərzi, çox 
yatmaq da, çox yemək kimi insan orqanizminə  mənfi təsir 
göstərir. Orqanizmdə  hərəkətsizlikdən yağlar parçalanmır, 
dərinin piy təbəqəsində  kəskin piylənmə, oynaqlarda ağrılar 
və ümumi orqanizmdə isə toksinlərin yığılması halı baş verir. 
 Yemək, qarın alveri əgər yetsəydi dada, 
 Çox yeyənlərin çoxu sağ qalardı dünyda. 


 
 
 
190
 
İnsan çox yaşasaydı ömür düşərdi gözdən, 
 Ömrünün dəyərini az ömürdən istə sən. 
Burada maraqlı bir məqam üzə  çıxır. Buna qədər qeyd 
etdiyimiz nümunələrdə ifrat qida qəbulunun insan orqanizminə 
fiziki və orqanik baxımdan zərərli təsiri göstərilir. Amma 
yuxarıda qeyd etdiyimiz, saf, təmiz mənəviyyatın tərcümanı 
olan bu bədii parçada isə, dərin mənəvi-fəlsəfi məntiq öz 
əksini tapmışdır.  
Dahi Nizami yeməyi qarın alveri sayır.  Əgər yemək 
dada çatan olsaydı, çox yeyənlər dünyada sağ qalardı.  
İnsanın çox yaşaması şərt deyil, dəyərli ömür yaşaması 
şərtdir. Elə bir ömür ki, maddiyata deyil, mənəviyyata 
söykənsin. Yəni, insan öz nəfsinin yox, ağlının qulu olsun.  
 Qarnın dop-dolu olsa başın yüz bəla çəkər
 Nəfsin quduzlaşması insanı söküb tökər. 
 
 Nəfsin ilə bərabər sənə baş verilib, baş, 
Yeməyəsən halalın olmayan neməti kaş. 
İnsanın öz nəfsinə hakim olması haqqında tək təbabətdə 
deyil, bütün elmlərin  əsasını özündə birləşdirən Qurani-
Kərimdə də məlumat verilir. 
Necə susuz olsan, istiyə düşsən, 
Tələsik soyuq su əsla içmə sən. 
 
Olarsa yeməkdə birisi loğman, 
Saxlar öz nəfsini yad loxmalardan. 
 
Çox yemə, süfrədə hər şey çox da var, 
Artıq bir qətrədən qədəh də daşar. 
Burada göstərilən məqamları Nizami özünün “ Leyli və 
Məcnun “ əsərində də xüsusi ilə vurğulamışdır.  
Sözün də su kimi lətafəti var, 
Hər sözü az desən daha xoş olar. 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə