~ 53 ~
ekspansiyasına məruz qaldı
25
. Azərbaycan xalqının və
Qacarlar dövlətinin həmin dövrdə rus işğalına qarşı
apardığı müharibələrdə Rusiya qalib gəldi. Nəticədə 1813-
cü və 1828-ci illərdə Rusiya ilə Qacarlar dövləti arasında
bağlanan
müqavilələrə
görə,
indiki
Ermənistan
Respublikasının ərazisini əhatə edən İrəvan xanlığı da daxil
olmaqla bütün Şimali Azərbaycan xanlıqları Rusiya
imperiyasının hakimiyyəti altına keçdi. Azərbaycanın
siyasi həyatında dönüş nöqtəsi olan bu faciəli tarixi
hadisələr Azərbaycan əhalisinin milli tərkibində köklü
dəyişikliklərin başlanğıcı oldu. Əvvəla, 1804-1813-cü və
1826-1828-ci illəri əhatə edən bu uzun müddətli
müharibələrdə hərbi texnikasına görə qat-qat güclü olan rus
ordularına qarşı ölüm-dirim mübarizəsi aparan Azərbay-
canın müsəlman əhalisi böyük itkilər verdi. O biri tərəfdən
demək olar ki, müsəlmanların hər 3-4 nəfərindən biri
qırğınlardan və mal-dövlətlərinin qarət olunmasından
canını qurtarmaq üçün Güney Azərbaycana qaçmışdılar ki,
onların da bir hissəsi orada məskunlaşaraq bir daha geri
dönmədilər
26
. Əvəzində isə Rusiya hökümətinin təşəbbüsü
ilə İranda yaşayan ermənilərin sistemli şəkildə Azər-
baycana köçürülməsi prosesi başlandı. Belə ki, bu
müharibələrdə xristianlıq faktoru əsasında müsəlmanlara
xəyanət edərək rus ordularına hər cür yardım edən
25
Современный Иран (справочник), Москва1975, səh. 133-135
26
История Азербайджана, 2-ci cild, Bakı – 1960, səh. 22-23
~ 54 ~
ermənilər təbii olaraq rusların müttəfiqlərinə çevrilmişdilər.
Ona görə də Rusiya Qafqazda möhkəmlənmək üçün
ermənilərin simasında özünə sadiq olan sosial bazanın
formalaşdırılmasına çalışırdı. Eyni zamanda Rusiya
ermənilərin hesabına Türkiyə və İran kimi iri müsəlman
ölkələrinə qarşı ekspansiyanist niyyətlərini gerçəkləşdirmək
üçün zəmin yaratmağı və erməniləri səfərbər edərək, siyasi-
hərbi gücə çevirməklə onlardan istifadə etməyi plan-
laşdırırdı.
1813-1825-ci illərdə ermənilər əsasən Qarabağın
müsəlmanlardan boşalan ərazilərinə və xristian təriqətli
etnik qrupların yaşadıqları başqa bölgələrə köçürülürdü.
1828-ci ildə bu proses daha da gücləndirildi və sistemli
şəkil aldı. Belə ki, Rusiya çarı İrəvan və Naxçıvan
xanlıqları ərazisində «Erməni vilayəti» (rus dilində:
«
Армянская область
») adlı inzibati bölgənin yaradıl-
masına fərman vermişdi. Türkmənçay müqaviləsinə görə
İran hökuməti rus emissarlarının İran ərazisində sərbəst
olaraq ermənilər arasında təbliğat kompaniyası aparmasına
şərait yaratmış və ermənilərin Azərbaycana, müsəlmanların
isə İrana köçməsinə heç bir maneçilik törətməyəcəyini
öhdəsinə ğötürmüşdü
27
. Ermənilərin Azərbaycana köçürül-
məsini stimullaşdırmaq məqsədilə Rusiya höküməti
köçməyə qərar verən hər bir erməni ailəsinə yol xərci
27
Глинка С. Описания переселения армян адзербиджанских в
пределы России, М. 1831, səh. 44-45
~ 55 ~
ödəyir, köçəcəyi ərazidə torpaq sahəsi ayırır, mal-mülk
sahibi olmaq üçün maddi güzəştlər edir və hətta, İranda
qoyub getdiyi ev-eşiyinin və torpaq sahəsinin 5 il ərzində
satdırılmasına hüquqi şərait yarat-maqla kompensasiya
olunması qayğısına da qalırdı
28
. 1829-cu ildəki Rusiya-
Türkiyə müharibəsindən sonra Türkiyədən də ermənilərin
Qafqaza axını başlandı və sonrakı rus-türk müharibələrində
bu proses daha geniş miqyas aldı. Ancaq qeyd edək ki,
təkcə 1828-1829-cu illərdə İran və Türkiyədən gələn
ermənilərin sayı 200 min nəfərdən çox idi
29
. Onların yarıya
qədəri «Erməni vilayəti»ndə, qalan hissəsi isə Azərbay-
canın başqa bölgələrində və Gürcüstanda məskunlaşdılar.
Eyni dövrdə keçmiş İrəvan, Naxçıvan və Qarabağ
xanlıqlarının ərazilərindən on minlərlə müsəlman ailəsi
Güney Azərbaycana və Türkiyəyə köçüb getdilər. Hal-
hazırda Türkiyənin Kars və İqdır vilayətlərində yaşayan
əhalinin bir çoxunu əslən Azərbaycandan olan
soydaşlarımız təşkil edir
30
. Həmçinin İranın Maku və Xoy
bölgələrində yaşayan və Qaradağlılar kimi tanınan əhali və
Urmiya gölünün cənubunda kompakt şəkildə yaşayan
qarapapaxlar 1813-1828-ci illərdə Şimali Azərbaycandan
28
Глинка С. Описания переселения армян адзербиджанских в
пределы России, М. 1831, səh. 97-111
29
Шавров Н.Н. Новая угроза русскому делу в Закавказие,
СПБ, 1911, səh. 59
30
Брук С.И. Население мира (этнодемографический справочник),
Москва 1986, səh. 432-433
~ 56 ~
köçüb getmiş azərbaycanlılardır
31
. Şübhəsiz ki, bütün
bunların nəticəsi olaraq Azərbaycanın milli tərkibində
ermənilərin xüsusi çəkisi kəskin şəkildə yüksəldi; o
cümlədən «Erməni vilayətində» artıq 1832-ci ildə ermənilər
əhalinin 50%-ni təşkil edirdi
32
. Halbuki rus işğalı
ərəfəsində bu bölgədə ermənilər əhalinin 15%-ni təşkil
edirdi
33
. Beləliklə, Rusiya tərəfindən himayə edilən
ermənilər Azərbaycanda imtiyazlı bir etnosa çevrildilər.
Təbii ki, bu da öz növbəsində onların demoqrafik inkişafına
və başqa yerli xristian etnik qrupların daha sürətlə
erməniləşməsinə təkan verdi.
1840-cı ildə Rusiyada inzibati ərazi bölgüsü üzrə
aparılan dəyişikliklər nəticəsində «Erməni vilayəti» ləğv
edildi və 1849-cu ildə Erivan quberniyasına çevrildi.
Azərbaycanın digər əraziləri isə Çar Rusiyasının sonuncu
inzibati bölgüsünə görə əsasən Bakı və Yelizavetpol
(Gəncə) quberniyalarının tərkibində idi. Bu ərəfədə
Azərbaycana rus əhalisinin köçürülməsi prosesi də sistemli
şəkil aldı. 1833-1843-cü illər ərzində intensiv olaraq
Rusiyanın mərkəzi quberniyalarından və Ukraynadan
31
Брук С.И. Население мира (этнодемографический справочник),
Москва 1986, səh. 360-361
32
Шопен Н. Исторический памятник состояния Армянской облас-
ти в эпоху присоединения к Российской империи, СПБ,1852, səh.
635-642
33
Safarov R.F. Batı Azerbaycan: Etno-politik degişiklikler ve Erme-
nistanın kurulması (1801-1921) II Türkler. Ankara – 2002, 19-cu cild,
səh. 167-174
Dostları ilə paylaş: |