Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 
 
~ 57 ~ 
 
«duxobor»,  «molokan»  və  s.  kimi  adlanan  rusların 
konfessional  qrupları  Azərbaycana  köçürüldü.  Bu  dövrdə 
Azərbaycanda  20-yə  yaxın  rus  kəndi  salındı
34
.  1840-ci 
illərin  ortalarında  Azərbaycanda  daha  üç  rus  kəndi  – 
Astraxanka,  Andreyevka  və  Slavyanovka  kəndləri 
yarandı
35
.  Hələ  1819-cu  ildə  Yelizavetpol  qəzasında  Vür-
temberq knyazlığından köçüb gəlmiş almanların iki yaşayış 
məntəqəsi salındı – Yelenendorf və Annenfeld
36

Azərbaycan  ərazisinin  ruslar  tərəfindən  kolonizasiyası 
1860-1890-cı  illərdə  daha  geniş  miqyas  aldı.  Özəlliklə  də 
1890-cı  illərdə  Azərbaycana  köçürülən  rusların,  eləcə  də 
ukraynalıların  sayı  daha  çox  idi.  Qısa  dövr  ərzində 
Azərbaycanda  onlarla rus kəndi yarandı: Qazax qəzasında 
–  Mixaylovka  və  Novıy  Dilijan;  Yelizavetpol  qəzasında  – 
İvanokva,  Borisovka,  Qolitsino,  Varvarinovka;  Göyçay 
qəzasında  –  Gümüşlü;  Quba  qəzasında  –  Astraxanka, 
Cebranı,  Zubrovka;  Lənkəran  qəzasında  –  Andreyevka, 
Astraxanka, 
Novoqolovka, 
Pravoslavnoye, 
Petrovka, 
Prişib, Nikolayevka; və s
37
. Əksər hallarda bu kəndlərin sa-
lınması yerli əhalinin torpaqlarının zəbt olunması hesabına 
aparılırdı.  Bu  isə  yerli  əhalinin  üsyanlarına  səbəb  olurdu. 
Üsyanların  rus  qoşunları  tərəfindən  amansızcasına 
                                                 
34
 История Азербайджана, 2-ci cild,  Bakı – 1960, səh. 76   
35
 Yenə orada: səh. 76   
36
 Yenə orada: səh. 76   
37
 История Азербайджана, 2-ci cild,  Bakı – 1960, səh. 76, 188 


 
 
~ 58 ~ 
 
yatırılması nəticəsində  yerli əhali qırğınlara  məruz  qalırdı; 
İranla həmsərhəd olan bölgələrdə isə İrana köçüb gedənlər 
də  az  deyildi.  Bu  dövrdə  Azərbaycanda  rusların, 
ermənilərin,  eləcə  də  Avropa  əsilli  bir  sıra  millətlərin 
nümayəndələrinin  sürətlə  artmasına  təkan  verən  başqa 
faktor da var idi: bu da Bakıda neft sənayesinin canlanması 
və  ilə  bağlı  olaraq,  Azərbaycanda  kapitalizmin  intensiv 
inkişafı  ilə  şərtlənən  miqrasiya  prosesləri  idi.  Artıq  XIX 
yüzilliyin  son  onilliklərində  adları  çəkilən  etnosların, 
xüsusilə də rusların Bakıya axını kütləvi xarakter daşıyırdı. 
Bütün bunlar Azərbaycan əhalisinin etnik tərkibində gəlmə 
etnosların  xüsusi  çəkisinin  durmadan  artmasına  gətirib 
çıxarırdı. 
Azərbaycan    əhalisinin  etnik  tərkibinin  dinamikasının 
təhlili  üçün  1897-ci  il  Ümumrusiya  əhali  sayımı 
materiallarını  başlanğıc  kimi  götürmək  olar.  Bəzi 
çatışmazlıqlara baxmayaraq, bu əhali sayımı demoqrafik və 
etnoqrafik  araşdırmalar  üçün  Azərbaycan  tarixində  ilk 
yetkin  etnostatistik  mənbədir;  onun  materialları  əsasında 
XX  yüzilliyin  astanasında  Azərbaycanın  etnodemoqrafik 
durumunu  yetərli  səviyyədə  ətraflı  müəyyən  etmək 
mümkündür. 
1897-ci  il  əhali  sayımının  əsas  çatışmazlığı  etnik 
mənsubiyyətin  deyil,  ana  dilinin  qeydiyyata  alınması  idi. 
Halbuki Azərbaycanda gedən dil assimilyasiyası prosesləri 
heç də həmişə tam etnik assimilyasiyaya gətirib çıxarmırdı. 


 
 
~ 59 ~ 
 
Bundan  başqa,  1897-ci  il  sayımının  materiallarında 
Azərbaycan dili ayrıca dil kimi tanınmayaraq «tatar dilinə» 
aid edilmiş və bu dilin tərkibinə qatılmışdı; azərbaycanlılar 
isə  adətən  «Azərbaycan  tatarları»  və  ya  «Zaqafqaziya 
tatarları» kimi adlandırılırdı. Ona görə də 6 saylı cədvəldə 
göstərilən  azərbaycanlıların  sayına  o  zamana  qədər  Vol-
qaboyundan  köçüb  gələrək  Bakıda  məskunlaşmış  bir  neçə 
min tatar da daxildir. Bütün bunlar 1897-ci il əhali sayımı 
materiallarının  1926-cı  ildə  keçirilən  əhali  sayımının 
materialları  ilə  müqayisəli  şəkildə  təhlil  edilməsini  tələb 
edir.  Bir  şərtlə  ki,  1897-ci  ilin  məlumatları  Azərbaycan 
Respublikasının  sərhədləri  çərçivəsinə  uyğun  şəkilə 
gətirilsin. 
Belə 
ki, 
1897-ci 
ilin 
materiallarında 
Azərbaycanın indiki ərazisini Bakı quberniyası bütünlüklə; 
Zəngəzur və Qazax qəzalarının bir hissəsi çıxılmaqla bütün 
Yelizavetpol  quberniyası;  Zaqatala  dairəsinin  əsas  hissəsi; 
Tiflis  quberniyasının  Tiflis,  Siqnax  və  Borçalı  qəzalarının 
bir  hissəsi;  Erivan  quberniyasının  Naxçıvan  qəzasının  əsas 
hissəsi,  Şərur-Dərələyəz  və  Erivan  qəzalarının  bir  hissəsi 
əhatə  edirdi.  Ancaq  1897-ci  il  sayımının  bütün 
materiallarını  1926-cı  il  sərhədlərində  tam  dəqiqləşdirmək 
mümkün  olmadığı  üçün  hesablanılaraq  müəyyən  edilmiş 
bəzi rəqəmlər 6 saylı cədvəldə mötərizədə verilmişdir.  
 
6  saylı  cədvəlin  təhlilinə  keçməzdən  öncə  onu  da 
qeyd  etmək  lazımdır  ki,  1926-cı  ilin  əhali  sayımında 
Azərbaycan dili «türk» dili kimi və azərbaycanlılar  «türk»  


 
 
~ 60 ~ 
 
Cədvəl 6. 
1897-ci və 1926-cı illərin əhali sayımları üzrə Azərbaycan 
əhalisinin etnik strukturu 
 
 
milliyyətlər 
1897-ci il
38
 
(ana  dili)
 
1926-cı il
39
 
min 
nəfər 

«milliyyət» 
«ana dili» 
min 
nəfər  
%  
min 
nəfər  
%  
azərbaycanlılar  (1117)  61,8  1468,8  63,5 
1431,8  63,1 
ermənilər 
(299)  16,6 
284,4  12,3 
278,8  12,3 
tatlar 
91,3 
5,1 
30,5 
1,3 
73,9 
3,3 
ruslar 
87,9 
4,9 
220,6 
9,5 
254,4  11,2 
ləzgilər 
63,7 
3,5 
37,3 
1,6 
68,3 
3,0 
avarlar 
35,0 
1,9 
19,1 
0,8 
18,3 
0,8 
talışlar 
35,0 
1,9 
77,5 
3,3 
80,6 
3,6 
gürcülər
40
 
(10,5) 
0,6 
9,5 
0,4 
10,7 
0,5 
yəhudilər 
8,4 
0,5 
31,4 
1,4 
10,3 
0,4 
Saxurlar
41
 
7,4 
0,4 
15,6 
0,7 
7,4 
0,3 
kürdlər 
(5,4) 
0,3 
41,3 
1,8 
7,4 
0,3 
ukraynalılar 
4,4 
0,2 
18,2 
0,8 
7,0 
0,3 
başqaları 
41,7 
2,3 
60,4 
2,6 
21,2 
0,9 
bütün əhali 
1806,7 
100 
2314,6 
100  2270,1
42
  100 
                                                 
38
 Первая  всеобшaя  перепись  нaселения  Rоссийской  империи 
1897 годa:  61, 63, 69, 71 cildlər; Народное хозяство Азербайджан-
ской ССР к 60-летию Великого Октября, Баку, 1977, səh. 7 
39
 Всесоюзная перепись населения 1926 года, Москва 1929, 14-cü 
cild 
40
 Meqrellər və acarlar da «gürcülər»in tərkibində verilmişdir. 
41
 1897-ci ilin materiallarında saxur dili yanlış olaraq dargin dili kimi 
qeydə alınmışdır. 
42
 Xarici vətəndaşlar nəzərə alınmamışdır. Onların sayı  44,5 min nəfər 
olmaqla əhalinin 1,9%-ni təşkil edirdilər.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə