Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 
 
~ 38 ~ 
 
Cədvəl 4. 
Azərbaycan Respublikası əhalisinin sayının dinamikası 
 
(1970-2012-cu illər)
16
 
illər 
əhalinin sayı (min nəfərlə) 
bütün əhaliyə 
nisbətən %-lə 
bütün 
şəhər 
kənd 
şəhər 
kənd 
1970 
5.117,1 
2.564,6 
2.552,5 
50,1 
49,9 
1975 
5.644,4 
2.921,3 
2.723,1 
51,8 
48,2 
1979 
6.028,3 
3.200,3 
2.828,0 
53,1 
46,9 
1980 
6.114,3 
3.274,5 
2.866,8 
53,1 
46,9 
1985 
6.624,4 
3.524,5 
3.097,9 
53,2 
46,8 
1988 
6.928,0 
3.722,6 
3.205,4 
53,7 
46,3 
1989 
7.021,2 
3.805,9 
3.215,3 
54,2 
45,8 
1990 
7.131,9 
3.847,3 
3.284,6 
53,9 
46,1 
1991 
7.218,5 
3.858,3 
3.360,2 
53,5 
46,5 
1992 
7.324,1 
3.884,4 
3.439,7 
53,0 
47,0 
1993 
7.440,0 
3.928,5 
3.511,5 
52,8 
47,2 
1994 
7.549,6 
3.970,9 
3.578,7 
52,6 
47,4 
1999 
7.953,4 
4.064,3 
3.889,1 
51,1 
48,9 
2000 
8.032,8 
4.116,4 
3.916,4 
51,2 
48,8 
2005 
8.447,3 
4.477,6 
3.969,7 
53,0 
47,0 
2006 
8.553,0 
4.565,7 
3.987,3 
53,4 
46,6 
2007 
8.665,9 
4.636,6 
4.029,3 
53,5 
46,5 
2008 
8.779,8 
4.733,6 
4.046,2 
53,9 
46,1 
2009 
8.922,4 
4.739,1 
4.183,3 
53,1 
46,9 
2010   8.997,6 
 4.774,9    4.222,7 
    53,1 
    46,9 
2011   9.111,1 
 4.829,5    4.281,6 
    53,0 
    47,0 
2012   9.235,1 
 4.888,7 
4.346,4 
      52,9 
    47,1 
                                                 
16
 Azərbaycanın  əhalisi  2012,  Bakı,  2012,  s.19:  1970,  1979,  1989, 
1999, 2009-cu illərin məlumatları əhali sayımları üzrə verilmişdir. 


 
 
~ 39 ~ 
 
na  təsir  göstərən  başlıca  amil  isə  doğum  səviyyəsinin 
durmadan  aşağı  düşməsi  idi.  Bu  dövrdə  əhalinin  ölüm 
səviyyəsində təbii artıma təsir edə biləcək bir dəyişiklik baş 
verməmişdir.  Ümumiyyətlə  bu  dövr  Azərbaycanın  demoq-
rafik  inkişafında  mənfi  təmayüllərin  formalaşması  və 
güclənməsi ilə səciyyələnir. Ancaq qeyd etmək lazimdır ki, 
əgər doğumun aşağı düşməsi (xüsusilə 70-ci illərdə) əsasən 
obyektiv  səbəblərlə  bağlı  idisə  (məsələn,  əhalinin  urbani-
zasiya və təhsil səviyyəsinin yüksəlməsi, 1941-1945-ci illər 
doğumlu azsaylı nəslin nigah  yaşlarına  girdiyi illərdə  yeni 
bağlanan  nigahların  sayının  kəskin  şəkildə  azalması, 
əhalidə  ailənin  planlaşdırılması  və  nigahların  gec  bağla-
nılması  meyllərinin  güclənməsi  və  s.),  Azərbaycandan 
kənara  miqrasiya  axınının  geniş  vüsət  alması  və  bununla 
bağlı  əhalinin  yaş-cins  tərkibində  tarazlığın  pozulması, 
ölümün  stabil  səviyyədə  qalması  və  s.  iqtisadi  amillərin 
təsiri  ilə  baş  vermişdir.  Daha  doğrusu  bu  dövrdə  SSRİ-də 
iqtisadi  böhranın  başlanması  və  get-gedə  dərinləşməsi 
Azərbaycana  da  güclü  təsir  göstərdi.  Digər  tərəfdən  SSRİ 
hökümətinin  həmişəki  kimi  Azərbaycana  ögey  münasibəti 
əhalinin  rifah  səviyyəsinin  Sovet  İttifaqı  üzrə  olan 
göstəricilərdən  geri  qalması  və  bu  siyasətin  məqsədyönlü 
şəkildə  davam  etdirilməsi  Azərbaycan  gənclərinin 
Rusiyanın  müxtəlif  bölgələrinə,  qismən  də  SSRİ-nin 
Avropa hissəsindəki digər  respublikalara kütləvi miqrasiya 
etməsinə təkan verdi. 
 


 
 
~ 40 ~ 
 
1988-1999-cu  illər.  Özünəməxsus  xarakterik  xüsusiy-
yətləri ilə zəngin olduğu üçün ayırdığımğz bu 11 illik dövr 
birinci  növbədə  Azərbaycanın  1991-ci  ildə  müstəqillik 
qazanaraq  dünyanın  siyasi  xəritəsində  yer  alması  kimi 
şərəfli  bir  tarixi  hadisənin  təsadüf  etdiyi  bir  dövr  kimi 
əlamətdardır.  Eyni  zamanda  bu  dövr  Azərbaycanın  hərbi 
aqressiyaya  və  siyasi  çalxantılara  məruz  qaldığı,  sosial- 
iqtisadi  böhranlarla  üzləşdiyi  və  qanlı  faciələrlə  yadda 
qalan  bir  dövrdür.  Əlbəttə,  bütün  bunlar  Azərbaycanda 
əhalinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə 
və bir sıra başqa problemlərin yaranmasına səbəb oldu. Bu 
isə  öz  növbəsində  bu  dövrdə  demoqrafik  proseslərin 
gedişatında  dinamik  dəyişikliklərin  baş  verməsinə  gətirib 
çıxartdı. 
 
Məlum olduğu kimi 1988-ci ilin əvvəllərindən başlamış 
erməni  təcavüzü  nəticəsində  Ermənistanda  yaşayan 
azərbaycanlılar Azərbaycana deportasiya edildi. 1994-cü ilə 
qədər  davam  edən  bu  təcavüzün  sonunda  Dağlıq  Qarabağ 
və  onun  ətrafındakı  7  rayon  (Laçın,  Kəlbəcər,  Ağdam, 
Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilmiş, təqri-
bən  bir  milyona  yaxın  insan  qaçqın  olmuş  və  ya  öz  vətə-
nində köçkün vəziyyətinə düşmüş; 20  min nəfər  Azərbay-
can  vətəndaşı  həlak  olmuş;  50  min  nəfər  müxtəlif  xəsarət 
almış;  minlərlə  adam  əsir  və  girov  götürülmüş,  itkin  düş-
müşdür;  900-dən  çox  irili-xırdalı  yaşayış  məntəqəsi,  1025 
təhsil, 798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi, 300 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə