Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix29.10.2017
ölçüsü2,88 Kb.
#7222
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 
 
~ 41 ~ 
 
min iş yeri yox edilmişdir. 1992-ci il fevralın 26-da Xocalı-
da  baş  verən  soyqırım  hadisəsini  xüsusilə  qeyd  etmək 
lazımdır.  Belə  ki,  burada  bir  gün  içində  613  nəfər  dinc 
azərbaycanlı,  o  cümlədən  63  uşaq,  106  qadın  vəhşicəsinə 
öldürülmüş; 478 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, 
uşaqlar,  qadınlar  isə  əsir  aparılaraq  dəhşətli  təhqirlərə  və 
həqarətə məruz qalmışlar.
17
 
 
 
Beş ildən çox  davam  edən  Qarabağ  müharibəsi, Azər-
baycan torpaqlarının işğal altında qalması, Sovet İttifaqının 
dağılması  və  sosialist  iqtisadi  sistemindən  bazar  iqtisa-
diyyatına  keçidlə  bağlı  keçmiş  iqtisadi  və  ticari  əlaqələrin 
pozulması  və  bir  sıra  başqa  amillər  Azərbaycanda  bu 
dövrdə  inflyasiyanın  hipertrofik  miqyas  almasına  və 
iqtisadiyyatın  çökməsinə  gətirib  çıxartdı.  Nəticədə  yüz 
minlərlə insan iş yerini itirdi və beləliklə də əhalinin həyat 
səviyyəsi kəskin şəkildə pisləşdi. Bütün bunlar Azərbaycan 
əhalisinin kütləvi olaraq başqa ölkələrə, xüsusilə Rusiyaya 
miqrasiya  etməsinə  səbəb  oldu  və  Azərbaycanda  əhalinin 
sayı intensiv olaraq sürətlə azalmağa başladı. Ancaq 1999-
cu  ildə  Azərbaycanda  keçirilmiş  əhali  sayımının  mate-
riallarında  Azərbaycan  vətəndaşları  hansı  ölkədə  yaşama-
sından  asılı  olmayaraq  Azərbaycanın  daimi  əhalisi  kimi 
qeydə  alındıqları  üçün  bu  azalmanın  həcmini  müəyyən 
etmək  mümkün  olmamışdır.  Rəsmi  məlumatlara  görə  isə 
                                                 
17
Azərbaycan  Respublikası  Milli  Məclisinin  bəyanatı.  “Azərbaycan” 
qəzeti, 31 mart 2001-ci il, №71(2784)  


 
 
~ 42 ~ 
 
bu 11 ildə (1988-1999-cu illər) Azərbaycan əhalisinin sayı 
1988-ci  ildəki  6.928  min  nəfərdən  14,8%  və  ya  1.025  min 
nəfər artaraq 1999-cu ildə 7.953 nəfərə çatmışdır. Orta illik 
artım 93,2 min nəfər və ya 1,3%-ə yaxın olmuşdur. 
1999-2012-ci  illər.  Bu  on  üç  illik  dövr  Azərbaycanın 
stabil  iqtisadi  yüksəliş  və  demoqrafik  dirçəliş  mərhələsinə 
qədəm  qoyması  ilə  fərqlənən  bir  dövr  kimi  təsbit 
edilmişdir.  Bu  dövrdə  Azərbaycanda  neft  istesalı  sürətlə 
artmış  və  illik  neft  istehsalı  sovet  dövründəki  40-cı  illərin 
ən  yüksək  istehsal  səviyyəsi  ilə  müqayisədə  2  dəfə,  90-cı 
illərin  səviyyəsi  ilə  müqayisədə  isə  beş  dəfə  yüksək 
olmuşdur.  Nəticədə  Azərbaycan  iri  neft  ixracatçısına 
çevrilmişdir.  Eyni  zamanda  neftin  beynəlxalq  bazarlarda 
qiyməti  2008-ci  ilin  ortalarına  qədər  durmadan  sürətlə 
artmış  və  90-cı  illərin  əvvəlləri  ilə  müqayisədə  8-10  dəfə 
baha olmuşdur. Beləliklə bu dövrdə Azərbaycan böyük neft 
gəlirləri  sayəsində  iqtisadi  inkişaf  templərinə  görə 
dünyanın  birinci  dövləti  olmuşdur.  Bu  dövrdə  Azərbay-
canın dövlət büdcəsi də analoqu olmayan bir templə artaraq 
2008-ci ildə 1999-cu ilə nisbətən 10 dəfədən çox olmuşdur. 
Müqayisə  üçün  göstərək  ki,  qonşu  Gürcüstan  və  Ermə-
nistanın  dövlət  büdcələri  birlikdə  Azərbaycanın  büdcə-
sindən dəfələrlə geri qalır. Şübhəsiz ki, Azərbaycandakı bu 
iqtisadi  yüksəliş  əhalinin  gəlirlərinin  xeyli  yüksəlməsinə, 
yeni iş yerlərinin yaranmasına və bütövlükdə əhalinin rifah 
səviyyəsinin  yaxşılaşmasına  səbəb  oldu.  Bu  da  öz  növ-


 
 
~ 43 ~ 
 
bəsində Azərbaycandan kənara gedənlərin sayının, xüsusilə 
də  gənclərin  sayının  azalmasına  və  onların  əhalinin 
tərkibində xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Eyni 
zamanda  1999-2009  illərdə  qadın  əhalisi  arasında  fertil 
yaşlarda  (15-49  yaşlar)  olan  qadınların  və  ümumi  əhalinin 
tərkibində  nigah  yaşına  daxil  olan  gənc  oğlan  və  qızların 
xüsusi  çəkisinin  artması  burada  nigaha  daxil  olanların 
sayının  və  əhalinin  doğum  səviyyəsinin  artmasına  gətirib 
çıxarmışdır. 1998-2011-cu illərin statistik məlumatlarından 
aydın olur ki, bu dövrdə ölkəmizdə həm boşanmaların, həm 
də  ölənlərin  sayının  artmasına  baxmayaraq,  diri  doğulan 
uşaqların  sayının  ölənlərin  sayına  nisbətən  daha  sürətlə 
artması nəticəsində əhalinin təbii artımı xeyli yüksəlmişdir 
(bax: cədvəl 5). 
Uyğun  olaraq  əhalinin  təbii  artım  templəri  də  son 
illərdə durmadan artmışdır. Bütövlükdə 1999-2009-cu illər 
ərzində  əhalinin  sayı  969  min  nəfər  və  ya  12,2%  artaraq 
1999-cu ildəki 7.953,4  min nəfərdən, 2009-cu ildə 8.922,3 
min nəfərə çatmışdır. Orta illik artım 96,9 min nəfər və ya 
1,2%  olmuşdur.  Şübhəsiz  ki,  bu  göstəricilər  1955-1990-cı 
illər  arası  dövrdəki  analoji  göstəricilərdən  olduqca  geri 
qalır.  Ancaq  unutmaq  olmaz  ki,  hazırki  dövrdə  bütün 
sahələrdə olduğu kimi, əhalinin demoqrafik davranışlarında 
da qloballaşma prosesi getməkdədir. Dünyanın demək olar 
ki, bütün bölgələrində, o cümlədən Azərbaycanda əhalinin 
döğum səviyyəsi durmadan aşağı düşməkdə davam edir. 
 


 
 
~ 44 ~ 
 
Cədvəl 5. 
Azərbaycan Respublikasında əhalinin təbii artımını 
xarakterizə edən göstəricilərin dinamikası (1998-2011-ci 
illərdə-min nəfərlə)
18
 
 
illər 
nigahla-
rın sayı 
boşanma-
ların sayı 
diri doğulmuş 
uşaqların sayı 
ölənlərin 
sayı 
əhalinin 
təbii 
artımı 
1998 
40,9 
5,6 
124,0 
46,3 
77,7 
1999 
37,4 
5,0 
117,5 
46,3 
71,2 
2000 
39,6 
5,5 
117,0 
46,7 
70,3 
2001 
41,9 
5,4 
110,4 
45,3 
65,1 
2002 
41,7 
5,7 
110,7 
46,5 
64,2 
2003 
56,1 
6,7 
113,5 
49,0 
64,5 
2004 
62,2 
6,9 
131,6 
49,6 
82,0 
2005 
71,6 
8,9 
141,9 
52,0 
89,9 
2006 
79,4 
7,8 
148,9 
52,2 
96,7 
2007 
81,8 
8,3 
152,0 
53,7 
98,3 
2008 
80,0 
7,9 
152,1 
52,7 
99,4 
2009 
78,1 
7,8 
152,1 
52,5 
99,6 
2010 
79,2 
9,1 
165,6 
53,5 
112,1 
2011 
88,1 
10,7 
176,1 
53,8 
122,3 
2011-cu il 
1998-ci ilə 
nisbətdə %-lə 
215,4 
191,1 
142,0 
116,2 
157,4 
 
                                                 
18
 ”Azərbaycanın  demoqrafik  göstəriciləri  2012”,  statistik  məcmuə, 
Bakı-2012, səh.187, 318. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə