Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,26 Mb.
səhifə9/79
tarix19.05.2023
ölçüsü1,26 Mb.
#111437
1   ...   5   6   7   8   9   10   11   12   ...   79

ÖVLİYALARIN ALLAHA SIX BAĞLILIĞI


Belə bir bağlılıq mümkündürmü? Mümkündür, bunu təsəvvür etmək çox çətindir. Amma bacarmadığın işi qeyri-insani-mümkün hesab etmək məntiqə sığmır. Allahdan elm öyrənmək üçün Onu düşünməyi yol hesab edən adam bu düşüncədən ayrıla bilərmi? Özünü Allah hüzurunda bilən adam Ondan qəflətdə qala bilərmi? Belə insan danışdığı sözlərdə Allahın razılığını gözləyir. Bəli, belə bəndələr vardır. Onları tanımamağımız onların yoxluğuna dəlalət etmir. Məhz onların varlığı səbəbindən yer üzü mərhəmətə bürünmüşdür. Həyatın davamı üçün həqiqi Əhli-beyt aşiqlərinin varlığı mühüm şərtdir.
Öz əzizini əldən vermiş adamın fikri daim onun yanındadır. Belə bir itkiyə mə᾽ruz qalmış insan hər hansı bir işlə məşğul olsa da əzizinin fikrindən ayrıla bilmir. Allahı tanıyıb, Onun camal və cəlal sifətlərindən xəbərdar olanlar üçün Allahdan əzizi, Allahdan yaxını yoxdur. Əgər məhəbbət varsa daim məhbub haqqında düşünmək təbii bir haldır. «Bəqərə» surəsinin 165-ci ayəsində oxuyuruq: «İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir».
Allahdan diləmək, Əhli-beyt göstərişlərindən istifadə etmək və onlara bağlanmaqla qəlbimizi Allahın mə᾽rifət və məhəbbət nuru ilə işıqlandıra bilərik. Əgər belə bir səadət nəsibimiz olsa və qəlbimizdə Allaha məhəbbət yaransa Onu daim xatırlamaq da çətin olmaz.

ŞEYX ƏNSARİDƏN BİR XATİRƏ


Allahın həqiqətən Onu sevən bəndələri vardır. Onlar bu sevgini heç nə ilə dəyişməzlər. Belələri Allahla ünsiyyət üçün fürsət axtarırlar.
Mərhum Şeyx Ənsari haqqında bu mövzuda söhbətlər çoxdur. İsti bir yay günü mənzilə daxil olan Şeyx su istəyir. Şeyx üçün zirzəmidən sərin su gətirməyə gedirlər. Şeyx su gələnədək iki rək᾽ət namaz qılmaq qərarına gəlir. O namaza başlayandan sonra suyu gətirib yanına qoyurlar. Nəcəfin 50 dərəcə istisini, Şeyxin yorğunluğunu və qarşısındakı sərin suyu təsəvvür edin. O isə suyu gözləmək əvəzində namaza başlayır və namazda Qur᾽anın uzun surələrindən birini oxuyur. Namazı bitirib artıq istisi dodaq yandıran sudan bir qurtum içib ayağa qalxır.
Bəli! Şeyx Ənsari kimilər öz məhbubları ilə görüş üçün fürsət axtarır və namazdan feyz alırlar. Susuzluğu unutduran bir ləzzət! Bütün bunlar həqiqətdir, Allahla ünsiyyətdən faydalanmış böyük insanlar haqqında həqiqət!
Əslində risalələri və «Məkasib»i ilə tanış olduğumuz Şeyx Ənsarinin mə᾽nəvi aləmindən bir o qədər də xəbərdar deyilik. Belə bir mə᾽nəviyyatdan pay almaq üçün Allaha dua edək. Belə olsa ömrümüzün qədrini bilər, Əhli-beyt yolu ilə Allaha yaxınlaşar və onların şəfaətinə nail olarıq.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə