Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


BİRİNCİ DƏRS: Həqiqi Əhli-beyt sevərlər



Yüklə 1,26 Mb.
səhifə2/79
tarix19.05.2023
ölçüsü1,26 Mb.
#111437
1   2   3   4   5   6   7   8   9   ...   79

BİRİNCİ DƏRS:

Həqiqi Əhli-beyt sevərlər

ALLAHA YAXINLAŞMA İNSANIN FİTRİ İSTƏYİDİR


İnsanın bəlkə də ən dərin fitri istəyi mə᾽nəvi kamilliyə çatmaqdır. İnsan daim fitri bir itkinin axtarışındadır. O, bir quş tək ilahi fəzada yüksəkliyə can atır. İnsan daha ali məqama çatmaq, Allah haqqında olan fitri biliyini həqiqi biliyə çevirmək arzusu ilə yaşayır. O, öz mə᾽rifətini artırmaq, içində hiss etdiyi boşluğu doldurmaq istəyir. Bu isə yalnız Allaha yaxınlaşmaqla mümkündür. Buna görə də, tarix boyu müxtəlif tayfalar mə᾽nəvi kamilliyə çatmaq üçün yollar aramış və bunu «irfan» adlandırmışlar. İrfan hissi bütün insanların fitrətinin dərinliyində mövcuddur. Amma bunun ən yüksək nümunəsi peyğəmbərlərin və övliyaların, xüsusi ilə İslam Peyğəmbəri (s) və Mə᾽sum İmamların (ə) fitrətindədir. Onların ardınca gedib göstərişlərinə əməl edənlər bu axtarışda daha asanlıqla müvəffəqiyyətə nail olurlar. Amma digər yollarda və məsləklərdə kifayət qədər yanlışlıqlar vardır.
Daxilimizdəki Allaha yaxınlaşmaq istəyinə lazımi qədər diqqət yetirə bilsək, nəyin axtarışında olduğumuzu anlayarıq. Amma bu istək nəfsani istəklərin çəkdiyi pərdə arxasında qalsa elə zənn edəcəyik ki, axtardığımız pərdə önündə dayanmış nəfsin istəyidir. Hansı ki, fitri ehtiyac yalnız Allaha yaxınlıqdır. Səmavi kitablar və ilahi şəriətlər, eləcə də bütün peyğəmbərlər insanı mə᾽nəvi təkamül yoluna yönəldən ilahi vasitələrdir.

ƏHLİ-BEYT ARDINCA GEDƏN HƏQİQİ İRFANA ÇATIR


Nəfis və dəyərli olan şeylərin düşməni çoxdur. Çox qiymətli malın saxtası da çox olur. Məsələn, almaz çox qiymətli daş olduğundan digər daşları ona oxşadaraq almaz adı ilə satmağa çalışanlar çoxdur. Həqiqi irfana çatmaq üçün kamil ixlasa, düzlüyə və əzmkarlığa ehtiyac vardır. İrfanın da mərhələləri vardır. Hər kəs sə᾽y və tutumuna uyğun mərhələyə çata bilər. Mümkündür ki, milyon insan arasında yalnız bir neçə nəfər irfanın ali mərtəbəsinə çata bilsin. Qiymətli mala olan sevgi ona saysız-hesabsız müştəri toplayır. Müştərinin çoxluğu və həqiqi malın ələ gətirilməsinin çətinliyi saxta mal təklif edənlərin də sayını artırır. Təəssüf ki, müasir dünyamızda saxta irfan bazarı ayaq tutub yeriyir. Belə bir vəziyyətdə həqiqi irfanı necə tə᾽yin edək ki, son kamillik məqamına çata bilək?
Bu mühüm məqsədə çatmaq üçün Əhli-beyti və onun məktəbini yaxşıca tanımaq və hər bir şeyin həqiqətini onun məhək daşında yoxlamaq lazımdır. Əldə edilən hər bir mə᾽lumat, qarşıya çıxan hər bir göstəriş Əhli-beyt buyuruqları ilə tutuşdurulmalı, bununla uyğun gələnlər həqiqət hesab olunmalıdır. Bu üsuldan istifadə etməklə bəşər tarixi boyu hazırlanmış təkamül proqramlarının nə dərəcədə faydalı olub-olmadığını müəyyən etmək olar.
Bu mövzuda nəql olunmuş rəvayətlərdən biri də imam Sadiqin (ə) Əbdullah ibn Cündəbə vəsiyyətidir. Yaxın səhabələrdən olan Əbdullah ibn Cündəb yüksək mə᾽nəvi və irfani məqama nail olmuşdu. Bu vəsiyyətdə İmam (ə) doğru yol yolçularını qarşıdakı böyük təhlükələrdən xəbərdar edir. Şükürlər olsun ki, dinlərin ən kamili olan İslamı və İslamın ən kamil olan Əhli-beyt məktəbini seçmişik. Doğru yolu tapsaq da çox mühüm bir nöqtəyə diqqətli olmalıyıq.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə