Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,26 Mb.
səhifə1/79
tarix19.05.2023
ölçüsü1,26 Mb.
#111437
  1   2   3   4   5   6   7   8   9   ...   79



SADİQ YOL AXTARANLAR ÜÇÜN İMAM SADİQİN (Ə) NƏSİHƏTLƏRİ
MÜƏLLİF:
DOKTOR MİSBAH YƏZDİ


TƏRCÜMƏ EDƏN:
MƏHƏMMƏD AZƏRİ



نام کتاب:................................شرح نصیحتهای امام صادق(ع)
مولف:..................................................آیت... مصباح یزدی
مترجم:.......................................................... محمد آذری
ناشر:.................................................................. .شهریار
تاریخ چاپ:.............................................................1386
نوبت چاپ:................................................................سوم
تیراژ:..................................................................3000
Kitabın adı:...Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
Müəllif:...................................Doktor Misbah Yəzdi
Tərcümə edən:....................................Məhəmməd Azəri
Nəşr edən:.......................................................Şəhriyar
Çap tarixi:..................................................................2006
Çap növbəsi:........................................................İkinci
Tiraj:............................................................................2000
978-964-5934-40-0

Ön söz


Təkamül yolunda insanın agah və sadiq mürəbbi və rəhbərə malik olması zəruri və əsas şərtlərdəndir. Yalnız özü doğru yolu tapmış insan başqalarına yol göstərə bilər. Bundan əlavə, rəhbər əlindən tutduğu adamı həqiqi kamilliyə apararkən yalnız onun xeyrini düşünüb, sədaqətli və canıyanan olmalıdır.
Həqiqət axtaran insanlar deyilən xüsusiyyətlərə malik rəhbər tapmaq üçün bir çox çətinliklərə mə᾽ruz qalmışlar. Bir çox insanlar azğın, hiyləgər və talançı şəxsi bələdçi seçməklə kamillik və səadət əvəzində cəhalət və süquta düçar olmuşlar. Ona görə də həqiqət aşiqləri bu mühüm işdə böyük həssaslıqla və davamlı olaraq Allah-təaladan yardım diləməlidirlər.
Həqiqətə çatmaq üçün iki sadiq rəhbər vardır ki, insan onların yardımı ilə fitnə dalğalarını adlayıb doğru yola çata bilər. İslam Peyğəmbəri (s) «Sizin üçün iki ağır əmanət qoyub gedirəm» deməklə, Qur᾽an və Əhli-beytin (ə) əhəmiyyətini xüsusi olaraq vurğulayır.
Çox vaxt hədislərdə «Qur᾽ani-samit» və «Qur᾽ani-natiq» ifadələri ilə rastlaşırıq. «Qur᾽ani-samit» dedikdə bütün digər kitablar kimi danışmaq iste᾽dadı olmayan Qur᾽ani-Kərim nəzərdə tutulur. «Qur᾽ani-natiq», yə´ni «danışan Qur᾽an» məfhumu isə həzrət Əli (ə), Fatimeyi Zəhra (s.ə) və onların on bir övladına aid edilir. Əhli-beytin (ə) həqiqi nümayəndələri də ilahi məqama malik olan məhz bu şəxsiyyətlərdir.
Biz həqiqət aşiqlərini təkamül səfərində «danışan Qur᾽an», Əhli-beyt sülaləsinin nümayəndəsi imam Sadiqlə (ə) yoldaşlığa çağırırıq. Bu kitabda ustad Məhəmmədtəqi Misbah Yəzdinin Qum Elm mərkəzində tədris etdiyi əxlaq dərsləri toplanmışdır. Alim öz söhbətlərini imam Sadiqdən (ə) nəql olunmuş rəvayətlər əsasında qurmuşdur. İmam Sadiq (ə) bu nurlu kəlamları öz yaxın səhabələrindən olan Əbdullah ibn Cündəbə müraciətlə buyurmuşdur. Bu buyuruqlar Allaha yaxınlaşmaq arzusunda olan və özünütərbiyə yolunda qədəm götürmüş insanlar üçün böyük əhəmiyyətə malikdir.
Naşir

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə