S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə18/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   14   15   16   17   18   19   20   21   ...   145

qovulma çıqqıltısını imitasiya edə bilər. Mədəciklərarası çəpərin defekti 
spontan olaraq bağlandıqda, üçtaylı qapağın tayları ilə birləşdikdə və ya 
burada membranoz anevrizma 
əmələ  gəldikdə  uca səsli və  ya 
n
əfəsvermədə  güclənən  çıqqıltı  meydana  çıxa  bilər.  O,  döş  sümüyünün 
aşağı  hissəsinin sol kənarında  daha  yaxşı  eşidilir  və  bir qayda olaraq 
getdikc
ə  artan pansistolik küylə  müşayiət olunur. Persistəedici  anomal 
arterial  borunun  dördtaylı  qapağı  həmişə  qovulma tonunu generasiya 
edir; o, ür
ək tonlarından daha çox uca eşidilir və nəfəs aktlarından asılı 
olaraq d
əyişilmir.  Onu  da  qeyd  edək  ki,  ağciyər  arteriyasının  stenozu 
artdıqca,  sağ  mədəcikdaxili təzyiqin artma sürəti  çoxalır,  ağciyər 
arteriyasında təzyiq azalır; bu zaman pulmonal qovulma çıqqıltısı birinci 
tonun mitral komponenti il
ə  birləşə  bilər.  Onları  tənəffüs siklinin 
fazalar
ında dəyişməsinə  görə ayırd edirlər. Pulmonal qovulma çıqqıltısı 
n
əfəsalma fazasında güclənir. 
 
Ağciyər  arteriyasında  qan  təzyiqinin yüksəlməsi, yəni pulmonal 
hipertenziya  ağciyər  arteriyası  kökünün  genəlməsinə, dəliyin, fibroz 
h
əlqənin,  pulmonal  qapaq  taylarının  gərilməsinə  və  bərkişmisinə  səbəb 
olur. 
Pulmonal  qovulma  çıqqıltısı  bu  vaxt  qapağın  tam  açılmasında 
meydana çıxır. O, ağciyər arteriyası stenozunda əmələ gələn çıqqıltıdan 
f
ərqli olaraq, tənəffüsdən  asılı  olaraq  dəyişilmir.  Ağciyərin birincili və 
idiopatik hipertenziyasında birinci tonun güclənməsi və vibrasiyası qeyd 
edilir;  onun  trikuspidal  komponentinin  gücü  artır;  pulmonal  qovulma 
tonunun dalınca mezosistolada başa çatan qısa küy qeyd edilir. 
 
Ağciyər  arteriyasının  idiopatik  dilatasiyası  zamanı  qovulma  küyü 
v
ə  həm də  çıqqıltı  eşidilə  bilər.  O,  ağciyər  arteriyasının  elastikliyi 
azaldıqda,  onun  divarlarının  distrofiyasıda  baş  verir.  Qulaqcıqlararası 
ç
əpərin defektində ürəyin uc vurğusu sağ mədəciklə baş verir və birinci 
tonun ikinci komponenti birincid
ən  güclü  eşidilir  (birinci  ton  ikiləşir). 
İkinci  komponenti  üçtaylı  qapağın  bağlanması  və  pulmonal qovulma 
tonu t
əşkil edir. 
 
 Birinc
i tonun mitral komponentinin ucalığı döş qəfəsinin forması 
v
ə  qalınlığından  başqa,  sol  mədəcikdaxili qan təzyiqinin artma 
sür
ətindən, sol mədəciyin  yığılma  davamiyyətindən,  mitral  qapağın 
rigidliyi d
ərəcəsindən, hərəkiliyindən  asılı  olaraq  dəyişilir.  Perikardda 
çoxlu  miqdarda  maye  yığılmış  olduqda,  ürək  kəfkirə  oxşar  hərəkətlərə 
m
əruz qalır və hər dəfə  döş qəfəsinin ön divarına  yaxınlaşdıqda ürəyin 
birinci tonun ucadan eşidilməsi baş verir. 
 
Ür
əyin  yığılması  Starlinq  effekti və  ya katexolaminlər, ürək 
qlükozidl
əri,  tiroksin kimi inotrop dərmanların  təsirindən sürətlənə  və 
gücl
ənə  bilər.  Sinus  taxikardiyası  və  ya fiziki yüklənmə  zamanı  birinci 
tonun mitral komponentinin gücl
ənməsi, simpatik stimulyasiya hesabına 
 
44 


baş verir. Ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi, birinci tonun 
mitral komponentinin s
əsini azaldır. 
 
Ür
ək  əzələsinin xronik xəstəliklərində,  mitral  qapağın  sökülməsi, 
dağılması  hallarında,  ürək  çatışmazlığında,  miokard  infarktında,  diffuz 
miokarditl
ərdə,  β-adrenoblokatorlar kimi antiinotrop dərmanların  təsiri 
altında,  yaşla  əlaqədar olaraq, ürəyin birinci tonu zəifləyir.  Yaşlı 
adamlarda  döş  qəfəsinin ön-arxa  ölçüsünün  artması,  EKQ-də  PR 
intervalının uzanması, birinci tonun kütləşməsinə, karlaşmasına və daha 
doğrusu  boğuqlaşmasına  gətirib  çıxarır.  Bu  zaman  birinci  ton  özünün 
yüks
ək tezlikli tərkib hissələrini itirmiş olur. Diastolanın qısa olması, sol 
m
ədəciyin zəif dərəcədə  gərilməsi, birinci tonun mitral komponentinin 
z
əif səsli  olmasına  səbəb olur. Və  bunun  əksinə  olaraq,  diastolanın 
uzanm
ası  güclü  Starlinq  effektini  yaradaraq,  birinci  tonun  ucalığını 
artırır.  
 
Mitral  qapağın  çatışmazlığı,  mitral  requrgitasiya, mitral stenoz, 
Ebşteyn  anomaliyası,  ürək  aritmiyaları  və  blokadaları,  konstriktiv 
perikardit, 
qulaqcıqların seyriməsi zamanı, ürəyin birinci tonunda mitral 
komponentin  ucalığı,  ürəyin sol mədəciyinin  yığılma  qabiliyyəti, 
diastolanın davamiyyətliyi və dolma effekti ilə əlaqədardır.  
 
Yaşlı  pasiyentlərdə, məsələn  yaşı  40-dan çox olan xəstələrdə, 
sistolik qradiyent 50 mm c.s-dan çox yüks
əlmiş olan hallarda, ürəyin sol 
m
ədəciyinin  yığılma  qabiliyyəti zəifləyir və  birinci tonunun mitral 
komponenti yavaşıyır. 
 
Maraqlıdır  ki,  ürəyin ikinci tonu, EKQ ilə  müqayisədə  T 
dişciyindən dərhal  sonra  meydana  çıxır.  Normada  Q-II  ton  QT 
intervalından 26±13 ms uzundur. Simpatik hiperstimulyasiyada Q-II ton 
intervalı  qısalır  (Xeqqlin  sindromu).  Belə  hal tireotoksikoz, 
feoxromositoma  zamanı  müşahidə  oluna bilər.  Normal qan təzyiqi 
aortada 120/70 mm c.s-
na,  ağciyər  arteriyasında  isə  25/10 mm c.s-na 
b
ərabərdir. 
 
Ür
əyin sol mədəciyinin  sistolası  və  aortaya  qanın  vurulması 
dayandıqda, aortada qan təzyiqi sol mədəcikdə olan qan təzyiqindən artıq 
olduqda, başqa sözlə diastolanın başlanğıcında aortal qapaq bağlanır və II 
ton meydana çıxır. Məhz, bu anda aorta və arteriyalarda qanın anteqrad 
h
ərəkəti davam edir. Sonuncunun davamiyyəti periferik damar 
müqavim
əti ilə əlaqədardır. Başqa sözlə, ikinci tonun aortal komponenti, 
sol m
ədəciyin sistolası zamanı aortaya vurulmuş qanın, sol mədəcikdaxili 
qan t
əzyiqinin aortadaxili qan təzyiqindən  az  olduğu  anda  geriyə 
qayıtmaq effekti altında aortal qapağın bağlanması nəticəsində baş verir. 
 
Ür
əyin ikinci tonu aortal və  ağciyər  arteriyası  qapaqlarının 
bağlanması  ilə  əlaqədar  baş  verir.  Bu  qapaqların  bağlanması  ürəyin 
diastolası  zamanı  qanın  geri  qayıtmaq  effekti  ilə  bağlıdır.  Sonuncu  isə 
 
45 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə