S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə21/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   17   18   19   20   21   22   23   24   ...   145

dartılmasının, demək olar ki, rolu yoxdur. Bəzi tədqiqatçılar ürəyin 3-cü 
tonunun,  sistola  zamanı  ürəyin saat əqrəbinin  əksinə  çönməsi və  onun 
axırında,  başqa  sözlə  diastolanın  başlanğıcında  (protodiastola)  döş 
q
əfəsinin divarına təmas olunması ilə əlaqələndirirlər. 
 
Ür
əyin üçüncü tonun əmələ  gəlməsi, adətən sol mədəciyə  aiddir; 
sağ  mədəcikdə  normada üçüncü ton qeyd edilmir. Mitral requrgitasiya, 
m
ədəciklərarası  çəpərin defekti, arterial keçid üçüncü tonun gücünü 
artırır,  yəni onun səsi  ucalır.  Durğun  ürək  çatışmazlığı,  sol  mədəciyin 
rigidliyi, m
ədəcikdaxili təzyiqin  artması,  sol  qulaqcıqda  təzyiqin 
yüks
əlməsi, diastolik funksiyanın pozulması, hipertrofik subaortal stenoz
sol m
ədəciyin  atım  fraksiyasının  azalması  ilə  müşayiət olunan 
genişlənməsi (dilatasiya) hallarında ürəyin 3-cü tonun rast gəlməsi tezliyi 
artır. Başqa sözlə 3-cü ton çox vaxt yuxarıda göstərilən patoloji hallarda 
birg
ə qeyd edilir. 
 
Ür
əyin  atım  fraksiyasının  azalması,  sol  qulaqcıqda  qan  təzyiqinin 
artması, işemik, sarkoidoz, amiloidoz mənşəli kardiopatiyalar, hipertrofik 
kardiomiopatiya v
ə  ürəyin 3-cü tonu birgə  rast gəlinir,  daha  doğrusu 
müşayiət olunur. Aortal  requrgitasiyasında  3-cü ton sol mədəcikdə  son 
sistolik h
əcmin  çoxalması  ilə  korrelyasiya  edir.  Ağır dərəcəli aortal 
requrgit
asiya zamanı sol mədəciyin diastolik dolma müddəti xeyli qısalır, 
mitral  qapaq  tez  qapanır,  yenidən erkən  sistola  baş  verir.  Miokard 
infarkt
ından sonrakı dövrdə ürəyin 3-cü tonu mədəcik anevrizması və ya 
geniş  sahəli  akinetik  ocağın  mövcudluğu  ilə  birlikdə  rast gəlinir.  Sol 
m
ədəcikdə mezodiastolik və ya son diastolik təzyiqin yüksəkliyi, ürəyin 
atım  frkasiyasının  azalması,  sol  mədəciyinin  disfunksiyasından  xəbər 
verir. Onu da qeyd ed
ək ki, adətən sağ mədəcikdə 3-cü ton həmişə əmələ 
g
əlmir, ancaq trikuspidal requrgitasiya ağırlaşdıqda, pulmonal arteriyanın 
stenozu v
ə ya pulmonal hipertenziya proqressivləşdikdə, sağ mədəcikdən 
çıxış traktının qəflətən trombemboliya nəticəsində obstruksiyasında onun 
tezliyi artır. Ürəyin 3-cü tonu, aortal komponenti, mitral qapağın açılma 
çıqqıltısı,  sol  qulaqcıq  miksomasının  prolapsı  şappıltısının  ayırd 
olunması  onların  meydana  çıxma  zamanına,  yerinə, xarakterinə, 
ucalığına,  davamiyyətinə  və  həm də  ardıcıllığa  əsasən həyata keçirilir. 
M
əsələn, mitral qapağın  açılma  çıqqıltısı  ürəyin 2-ci tonundan 100 ms 
(0,10 saniy
ə), üçüncü ton isə  130-140 ms (0,13  -  0,14 saniyə) sonra 
meydana  çıxır;  ayaqüstü  vəziyyətdə  2-ci tonun aortal komponenti ilə 
mitral qapağın açılma çıqqıltısı arasında olan interval artdığı halda, aortal 
komponent il
ə  ürəyin 3-cü  tonu  arasındakı  interval  vertikal  vəziyyətdə 
d
əyişilir. 
 
Perikardın  konstriksiyasında  və  ya  konstriktiv  perikardit  zamanı 
erk
ən uca səsli 3-cü ton qeyd edilir. Ürək kompensasiya məqsədilə dolma 
h
əcmini kifayət qədər tez başa çatdırmaq üçün sürətli və güclü diastola 
 
50 


etm
əyə  çalışır  və  burada katexolaminlərin yüksək təsiri qeyd olunur. 
X
əstəlik proqressivləşdikcə 3-cü tonun səsi azalır və hətta itir. Eyni hal 
restriktiv kardiomiopatiya üçün s
əciyyəvidir, ürəyin  tamponadasında 
perikardial ton itir, ekssudativ-konstriktiv perikarditd
ə  o,  eşidilməkdə 
davam edir. Uzanmış vəziyyətdə eşidilməyən perikardial ton, çöməlmiş 
v
əziyyətdə eşidilməyə başlayır. Mitral stenozda ürəyin 3-cü tonun əmələ 
g
əlməsi  şəraiti  restriksiyalaşır.  Bu  zaman onun əmələgəlmə  şəraiti  sağ 
m
ədəcikdə  yaranır  (kiçik  qan  dövranında  durğunluq, pulmonal 
hipertenziya, sağ mədəciyin yüklənməsi və s). 
 
Ür
əyin dördüncü tonu (S
4

qulaqcıq mənşəlidir və onun birinci və 
ikinci tonlarla ardıcıl (S
4
S
1
S
2
) olaraq eşidilməsi qulaqcıq çapma ritmi və 
ya presistolik çapma v
ə ya da dördüncü tonla əmələ gəlmiş çapma ritmi 
adlanır. 
 
Artıq  məlum  olmuşdur  ki,  ürəyin dördüncü tonun mənşəyi 
qulaqcıqlarla  bağlıdır.  Ancaq,  qulaqcıqların  yığılması,  özü-özlüyündə 
auskultasiyada  eşidilmir.  Ürək  qulaqcıqlarının  yığılması  səs  dalğalarını 
yaradır,  ancaq  onlar  aşağı  tezlikli  və  kiçik  amplitudalı  olduğundan, 
ad
ətən  eşidilmir.  Ürək  qulaqcıqları  taylı  qapaqların  bağlılığında  sistola 
etdiyi üçün,  atrioventrikulyar blokadlar v
ə  ya  ritmi  zamanı,  ürəyin 
zirv
əsində eşidilə bilər. Mitral stenozda presistolik küy əmələ gəlir və sol 
qulaqcıqdaxili təzyiqin sərbəst olaraq, sol qulaqcığın sistolası zamanı sol 
m
ədəciyə,  sonuncunun  diastolası  zamanı  ötürülməsində,  dördüncü ton 
yaranır.  Dördüncü  tonun  yaranmasına  səbəb  qulaqcıqların  sistolası 
zamanı bağlı olan aortal və üçtaylı qapaqların, məməcikvari əzələlərin və 
v
ətər  xordalarının  vibrasiyasıdır.  Konstriktiv  perikarditdə  qulaqcıqların 
sistolası  məhdudlaşır,  4-cü  ton  əmələ  gəlmir; dördüncü tonun 
mövcudluğu konstriktiv perikarditin mövcudluğunu inkar edir. 
 
Maraqlıdır  ki,  EKQ-də  P  dişciyi  4-cü tonun əmələ  gəlməsi ilə 
bilavasit
ə əlaqədardır, QRS kompleksi birinci tonla (S
1
) bağlıdır, ikinci 
ton is
ə  (S
2
)  T  dişciyinin  bitməsilə  meydana  çıxır.  Deməli S
4
S
1
S
2
 
tonlarından  ibarət  çapma  ritmi  PQRST  ardıcıllığına  uyğundur.  Başqa 
sözl
ə  dördüncü  tonla  birinci  ton  arasında  kiçik  interval  və  birinci tonla 
ikinci ton arasında böyük interval qeyd edilir (S
4
 
─ S
1
 
── S
2
).  Praktik 
olaraq  bu  tonların  ardıcıllığı  və  ya dördüncü tonlu (qulaqcıq  mənşəli) 
çapma ritmi huh 
─  but  ──  tup səsləri  şəkilində  eşidilir  (normada  but  
tup). Müqayis
ə üçün qeyd edək ki, mədəcik mənşəli və ya protodiastolik 
çapma ritmi birinci, ikinci v
ə  üçüncü  tonların  ardıcıllığından  ibarətdir  
(S
1
 
── S
2
 
─ S
3
). 
 
Bel
əliklə, ürəyin  üçüncü  tonu,  qanın  qulaqcıqlardan  diastola 
zamanı  mədəciklərə  daxil olarkən,  diastolanın  başlanğıcında  əmələ 
g
əldiyi  halda,  dördüncü  ton  qulaqcıqların  sistolası  nəticəsində, 
diastolanın  ikinci  fazasında  mədəciklərə  daxil  olan  qan  dalğasının 
 
51 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə