S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə15/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   11   12   13   14   15   16   17   18   ...   145

V f
əsil 
 
D
ÖŞ QƏFƏSİNİN KLİNİK MÜAYİNƏSİ 
 
 
Qeyd etm
ək  lazımdır  ki,  ürəyin  hipertrofiyasında  onun daxili 
normal qala bil
ər və ya kiçilər. Ürəyin böyüməsi zamanı isə ürəyin daxili 
genişlənir.  Zirvə  vurğusu,  əsasən ürəyin sol mədəcyinə  aiddir.  Qan 
ür
əyin sol mədəciyindən  aortaya  yuxarı,  sağa  və  arxaya olmaqla 
istiqam
ətlənir, ürək isə  bu  zaman  aşağı,  sola  və  önə  tərəf yönəlir. 
Sonuncu  onun  döş  qəfəsinə  göstərdiyi zərbəni, yəni zirvə  vurğusunu 
t
əşkil  edir.  Başqa  sözlə,  qanın  mədəciklərdən  qovulması,  yəni sistola 
zamanı  ürək saat əqrəbinin  əksinə  çevirilir və  sistola özlüyündə  ürəyin 
döş  qəfəsi  divarına  tərəf  yaxınlaşmasını  zəiflədir.  Prekordial  nahiyədə 
ür
ək  vurğusundan  başqa  mədəciyin  anevrizması,  ağciyər  arteriyasının 
genişlənməsi və  ya  aortanın  anevrizması  pulsasiya  törədə  bilər. 
Çarpayıda, ayaqları düzləyərək oturmuş vəziyyətdə ürəyin uc və ya zirvə 
vurğusu, özünün həqiqi yerində, daha yaxşı əllənir. Ayaqüstü vəziyyətə 
nisb
ətən,  oturmuş  halda  ürəyin  uc  vurğusu  bir  santimetrdən çox 
olmayaraq  sola  doğru  öz  yerini  dəyişir.  Uşaqlarda  və  yeniyetmələrin, 
dem
ək olar ki, 89-92%-də  ürəyin zirvə  vurğusu,  problemsiz  müəyyən 
edilir, y
əni  palpasiya  olunur.  Qırx  yaşdan  sonra  onun  əllənməsi  beş 
n
əfərdən birində  alınır  (20%).  Əlli  yaşdan  yuxarı  olan  və  piylənmə  ilə 
müşayiət edilən  şəxslərdə, ürəyin  uc  vurğusunun  asanlıqla  əllənməsi 
kardiomeqaliyadan  x
əbər verir. Ürək  vurğusunu,  əsasən  barmaqların 
ucları  ilə, bəzən isə  ovucun içi ilə  müəyyən edirlər. Ürək  vurğusunun 
lokalizasiyasını,  adətən orta körpücük xəttinə  görə  müəyyən edirlər. 
Normal ür
ək  vurğusu  orta  xəttdən 10 sm-dən  çox  uzağa  çıxmamalıdır. 
Sol m
ədəciyin  hipertrofiyası,  genişlənməsi,  sol  qulaqcığın  böyüməsi 
ür
əyin  uc  vurğusunun  sola tərəf yerdəyişməsinə  səbəb ola bilər.  Ürək 
vurğusu ayaqüstü vəziyyətdə, sol tərəf üzrə uzanmış halda da müəyyən 
edilm
əlidir. Bəzən isə  onun arxadan solda müayinə  olunması 
m
əsləhətdir. Sol tərəf üzrə  uzanmış  xəstənin ürək  vurğusu  sol  mədəcik 
m
ənşəli olduqda, o girdə əşya vurğusu hissiyatını  yaradır; sağ mədəcik 
m
ənşəli  pulsasiya  diffuz  xarakter  daşıyır.  Sol  mədəcik mənşəli zirvə 
vurğusu üçün dərinin medial istiqamətində dartılması səciyyəvidir, çünki 
sistola zamanı ürək saat əqrəbinin əksinə çevrilir; ürəyin sağ mədəciyinin 
genişlənməsi və  ya böyüməsində  dəri lateral tərəfə  retraksiya olunur. 
Ür
ək vurğusunun eninə (ɴ = < 3 sm) böyüməsi və onun şaquli sahəsinin 
artması  (normada  bir  qabırğaarası  sahədə  yerləşir)  ürəyin 
hipertrofiyasından  və  ya genəlməsindən  xəbər verir; dərinin pulsativ 
olaraq medial v
ə lateral dartılması dərəcəsinin artması müvafiq olaraq sol 
 
37 


v
ə ya sağ mədəciyin böyüməsini göstərir. Ürəyin mədəciklərarası defekti 
zamanı,  iki  mədəcikli urək  vurğusu  qeyd  edilə  bilər. Bu zaman ürəyin 
sistolası zamanı sol parasternal və sol məmə xətti üzrə pulsasiya görünə 
bil
ər və onların arasında dərinin dartılması nəzərə çarpır. Ürəyin  yalnız 
sol m
ədəcik mənşəli  vurğusu  əlləndiyi  hallarda,  sağ  mədəciyin 
dilatasiyasını  törədən  qulaqcıqlararası  çəpərin defekti və  ya  ağciyər 
hipertenziyası kimi xəstəliklərin mövcudluğu şübhə altına düşür. Ürəyin 
sağ mədəciyi hipertrofiya və ya dilatasiyaya uğradıqda (məsələn, ağciyər 
arteriyasının stenozu), ürək saat əqrəbi istiqamətində lateral tərəfə çevrilir 
v
ə  bu zaman sol mədəcik arxaya tərəf yerini dəyişdiyindən, onun 
pulsasiyası  hiss  olunmur.  Başqa  sözlə  sol mədəciyin  əllənən  aşkar 
pulsasiyası, sağ mədəciyin hipertrofiyasının mövcudluğunu şübhə altına 
almağa şərait yaradır. Onu da qeyd edək ki, ağciyər arteriyasının stenozu, 
qulaqcıqlararası  dəliyin  açıq  qalması  və  ya  qulaqcıqlararası  çəpərin 
defekti il
ə birgə rast gəlindiyi hallarda, ürəyin sol qulaqcığı və həm də sol 
m
ədəciyi,  sağdan  sistola  zamanı  sola  keçən  qanın  hesabına  yükləndiyi 
üçün, sol m
ədəciyin böyüməsi və  genəlməsi  baş  verir.  Sonuncu  isə  sol 
m
ədəcik mənşəli  uc  vurğusunu  törədir. Bu isə  xəstənin sol böyrü üstə 
uzanmasında əllənir. 
 
Ür
əyin sol sərhədi sol tərəfə, ürəyin sol mədəciyinin hipertrofiyası 
v
ə  həm də  dilatasiyası  zamanı  yerini  dəyişir;  yalnız  hipertrofiya, ürək 
s
ərhəddinin sola tərəf yer dəyişməsini bir sm-dən  artıq  etmir;  ürəyin 
dilatasiyası  hipertrofiyasız  rast  gəlinmir, dilatasiya hipertrofiya ilə, 
dem
ək olar ki, həmişə  müşayiət olunur. Mədəciyin genəlməsi  zamanı 
onun daxili t
əzyiqi  azalır;  sonuncunu  adekvat saxlamaq üçün, mədəcik 
divarının  gərginliyi  artmalıdır;  sonuncu  hipertrofiyanın  inkişafına  təkan 
verir. 
 
Ür
əyin  uc  vurğusunun  döş  qəfəsinin  sağ  tərəfində  əllənməsi 
dekstrokardiya, ür
əyin distopiyası,  dekstroversiya,  orqanların 
transpozisiyası  zamanı  rast gəlinir.  Döş  qəfəsinin  aşağı  hissəsinin 
deformasiyalarında  (qıfvari,  çəkməçi  döş  qəfəsləri və  s),  sol  qulaqcığın 
böyüm
əsində,  perikardın  anadangəlmə  yoxluğunda,  döş  qəfəsidaxili 
şişlərində,  sağ  tərəfli  eksudativ  plevritdə  və  sair hallarda, ürəyin sol 
m
ədəciyinin sərhədi, sonuncunun böyüməsi olmadan sola tərəf yerini 
d
əyişə  bilər. Onu da qeyd edək ki, sinusit və  bronxoektaziyalarla  rast 
g
əlinən ürək transpozisiyası, Kartagener sindromu adlanır.    
 
Ür
əyin sağ mədəciyi öndə yerləşir və onun vurğusu sol parasternal 
x
ətt üzrə  hiss olunur. Onu ovucun proksimal hissəsi ilə  daha  yaxşı 

əyyən etmək mümkündür. Xəstə əvvəl nəfəsi verməli və nəfəsvermə 
aktının  axırında  dayanmalıdır.  Ürəyin  sağ  mədəciyi böyüdükdə 
x
əncərvarı  çıxıntının  altında  güclü  pulsasiya  görünür və  əllənir. Xəstə 
n
əfəsi alaraq bir qədər gücəndikdə və döş qəfəsini 35-40 dərəcəyə kimi 
 
38 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə