S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə17/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   13   14   15   16   17   18   19   20   ...   145

şəkilində  əllənir və  qeyd edilir. Onu da qeyd edək  ki,  mitral  qapağın 
sallanması,  apikal  vurğunun  mezosistolik  çökməsinin səbəbi ola bilər. 
Aortal  requrgit
asiyanın  qəflətən  baş  verməsi və  mitral  qapağın 
mezodiastolik  bağlanması  3-cü tonu və  2-ci  diastolik  vurğunu  törədir. 
Sonuncu ür
əyin sol mədəciyinin aortadan retroqrad  qayıdan  qanla 
dolmasına  uyğun  gəlir.  Döş  qəfəsində  ürəklə  əlaqədar  eşidilən  xırıltılar 
iri  qabarcıqlı  yaş  xırıltılar  olub,  qan  durğunluğu  ilə  əlaqədar olaraq, 
x
əstənin uzandığı böyrü üzərində daha aydın eşidilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
41 


VI f
əsil 
 
Ü
RƏK TONLARI 
 
 
Ür
əyin birinci tonu sistola, ikinci tonu isə  diastola ilə  əlaqədar 
olaraq 
əmələ  gəlir. Mədəciklərin  sistolası  gərginlik və  ya izometrik 
(izovolyumetrik) fazalardan ibar
ətdir.  Sistolanın  birinci  fazasında 
m
ədəcik divarlarının gərginləşmi nəticəsində, daha doğrusu mədəciklərin 
yığılmağa başladığı anda, mədəciklərin içindəki qan qəflətən sıxılır və o, 
qapaqların  kip  bağlılığından  mədəcikləri tərk edə  bilmir. Nəticədə  qan 
aldığı  zərbəni,  özü  sıxılmadığından  qapaqlara  və  divarlara ötürür. 
Sonuncular elastikliyin
ə  görə  titrəyir. Bütün bu titrəmələr (vibrasiya) 
eyni zamanda ür
əyin  birinci  tonunu  yaradır.  Onu  da  qeyd  edək ki, 
sistolanın  izometrik  fazasında  başlanan  birinci  ton  qovulma  fazasının 
başlanğıcında  aorta  və  ağciyər  arteriyası  divarlarını  vibrasiyaya 
uğradaraq,  qalmaqda  davam  edir.  Beləliklə  qapaq, damar və  əzələ 
komponentl
əri ürəyin birinci tonunu əmələ  gətirir. Birinci qapaq 
komponentl
əri  sırasında  diastolanın  axırında,  daha  doğrusu  sistolanın 
başlanğıcında  mitral  qapağın  bağlanması  və  bu zaman onun əmələ 
g
ətirdiyi vibrasiya əsas rol oynayır. Qapaqlardan üçtaylının bağlanması, 
pulmonal v
ə  aortal  qapaqların  açılma  vibrasiyaları  ikinci,  üçüncü  və 
dördüncü yerl
əri tutmaqla, sözügedən mexanizmdə dəxi iştirak edirlər.  
 
Qeyd etm
ək lazımdır ki, ürəyin sağ mədəciyi sol mədəcikdən 7 ms 
(milli saniy
ə) sonra yığılır və bu fərqi qavramaq mümkün deyildir. 
 
Birinci tonun 
əmələ  gəlməsində  iştirak  edən pulmonal və  aortal 
komponentl
ərin dəyişiklikləri aşağıdakı hallarda rast gəlinə bilər: 

yuxarı  yaş  qrupuna  daxil  olan  şəxslərdə  mədəciklərin 
izovolyumik  yığılma  müddətinin  uzanması  qeyd  edilir; 
ad
ətən birinci tonun aortal komponenti (aortal qovulma 
tonu v
ə çıqqıltısı) izovolyumik yığılmanın sonunda, mitral 
komponentd
ən 40 –  60 ms (0,04 -  0,06 saniyə) sonra 
meydana  çıxır;  ürək  çatışmazlığı  ilə  müşayiət olunan 
miokard  infarktının  birinci  üç  sutkasında  sözügedən 
müdd
ət  maksimal  olaraq  uzanır  (60  ms).  Qeyd  edilən 
uzanmalar birinci tonun parçalanmasına səbəb olur;  

ikitaylı aortal qapağın mövcudluğunda və ya aortal qapağın 
anadang
əlmə olaraq ikitaylı olmasında, aortal stenoz və ya 
arterial hipe
rtoniya zamanı, aortal qapağın bərkişməsində 
(rigidliyind
ə), aortal komponenti, yəni aortal qovulma 
çıqqıltısı  (tonu)  güclənir; arterial hipertoniya aorta 
kökünün v
ə  qapağının  gərilməsinə  səbəb olur. Aortal 
 
42 


qovulma  çıqqıltısı  yalnız  aorta  qapağının  stenozu  (və  ya 
aortal d
əliyin  stenozu)  zamanı  meydana  çıxır.  Digər 
t
ərəfdən  aortal  qovulma  tonunun  (çıqqıltısının)  yoxluğu 
aortal  qapağın  hərəkiliyi (mobilliyi) və  açılma  amplitudu 
il
ə korrelyasiya edir. Aortal stenoz zamanı aortal qapağın 
açılma  çıqqıltısı,  stenotik küyün təsirindən, xüsusilə  sağ 
ikinci 
qabırğaarası  sahədə  və  döş  sümüyünün  sol 
k
ənarında eşidilməyə bilər;   

ikitaylı aortal qapağın mövcudluğunda, aortal qovulma tonu 
v
ə  ya  çıqqıltısı,  birinci  tonun  mitral  komponentindən də 
uca olur, ikinci tonun aortal komponentinin gücl
ənməsi ilə 
müşayiət olunur və  həm də  aortal  requrgitasiya ilə 
müştərək rast gəlinir; 

pulmonal qovulma tonu ağciyər arteriyası qapağının açılma 
tonu hesab olunur; 
o,  ağciyər  arteriyasının  tam 
infundibulyar  stenozunda,  ağciyər arteriyası  qapağının 
displaziyası  və  ya  aplaziyasında  olmur;  o,  ağciyər 
arteriyası  qapağının  maksimal  açılmasında,  yəni  açılma 
amplitudunun maksimal d
ərəcəsində meydana çıxır; 

ağciyər  arteriyasının  stenozunda  pulmonal  qovulma  tonu 
n
əfəsalma aktında zəifləyir və  ya itməyə meyllənir; buna 
s
əbəb nəfəsalma  zamanı  ürəyin  sağ  mədəciyində  qan 
t
əzyiqinin yüksəlməsi  (˃10  mm  c.s.)  və  sağ  mədəciyin 
yığılmasından əvvəl, ağciyər arteriyası qapağının, ağciyər 
arteriyasının  içinə  tərəf  qabarmasıdır;  sonuncu halda 
ağciyər arteriyası qapağı açılarkən çırpılmır. Bundan fərqli 
olaraq, aortal qovulma tonu t
ənəffüs siklinin müxtəlif 
fazalarında  dəyişilmir,  çünki  ürəyin sol mədəciyində 
diastolik t
əzyiq aortadaxili diastolik təzyiqdən  (˃50  mm 
c.s.) h
əmişə az olur (˂10 mm c.s.). 
         M
əlum  olduğu  kimi,  ürəyin  ikinci  tonu  diastola  zamanı  aortal  və 
pulmonal qapaqların bağlanması ilə əlaqədar olaraq əmələ gəlir.  
 
Ağciyər  arteriyası  qapağının  və  ya dəliyin  stenozu  zamanı 
poststenotik olaraq, çox vaxt dilatasiya 
əmələ gəlir və burda stenotik küy
pulmonal  qovulma  çıqqıltısı  ilə  birgə  rast gəlinir.  Fallo  tetradasında 
aortaya h
ər iki mədəcikdən  artıq  miqdarda  olmaqla  qan  daxil  olur. 
N
əticədə  aortal qovulma tonu və  ya  çıqqıltısı  güclənir; pulmonal 
qovulma çıqqıltısı ağciyər arteriyası üzərində tapılır. Onu da qeyd edək 
ki,  Fallo  tetradasında  nəfəsalma  zamanı  sağ  mədəcikdə  təzyiq çox da 
yüks
əlmir, çünki, mövcud olan mədəciklərarası  çəpərin defekti buna 
imkan vermir, y
əni  qan  sağ  mədəcikdən sol mədəciyə  keçir.  Mitral 
qapağın  sallanmasında  onun  açılma  çıqqıltısı,  aortal  və  ya pulmonal 
 
43 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə