S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə16/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   12   13   14   15   16   17   18   19   ...   145

yuxarıya qaldırdıqda, sözügedən müayinə asanlaşır. Ağciyər arteriyasının 
genişlənməsində,  döş  qəfəsində, sol 2-ci  qabırğaarası  sahədə  pulsasiya 
müşahidə  edilir. Xəstə  oturmuş  və  bir qədər önə  əyilmiş  vəziyyətdə
sözüged
ən effekt güclənir.  
 
Ağciyər hipertenziyası, həcmlə yüklənmə, qulaqcıqlararası çəpərin 
defekti, ağciyər arteriyasının xeyli genişlənməsi, gözə görünən pulsasiya
d
ərinin  lateral  dartılması  ilə  müşayiət olunur. Ağır  dərəcəli trikuspidal 
requrgit
asiya  zamanı  prekordial  nahiyədə  görünən pulsasiya, dərinin 
lateral  dartılması  ilə  müşayiət  olunur  (sağ  mədəciyin  dilatasiyası).  Sağ 
m
ədəciyin, trikuspidal requrgitasiyası  zamanı,  diastolada  şar  şəkilində 
dolub-böyüm
əsi prekordial sahədə  qabarıq  pulsasiya  yaratdığı  halda, 
sistolik fazada, 
əksinə içəriyə doğru çəkilmə ilə nəticələnir. Onu da qeyd 
ed
ək  ki,  konstriktiv  perikardit  zamanı,  ürəyin sistolik zirvə  vurğusu, 
diastolik  vurğu  ilə  əvəz olunur. Döş  qəfəsinin ön  divarında,  döş 
sümüyünün sol k
ənarında  görünən  qabarma  qulaqcıqlararası  çəpərin 
defekti, ağciyər hipertenziyası haqqında xəbər verir. Mitral requrgitasiya 
v
ə  ya  mitral  stenoz  zamanı  ürəyin  sol  qulaqcığının  hipertenziyası  və 
genişlənməsi,  prekordial nahiyənin  parasternal  sahəsində, ürəyin uc 
vurğusundan  sonra  görünən  vurğu  törədir. Mədəciklərarası  çəpərin 
patoloji h
ərəkətləri, ürəyin  sağ  mədəciyini  döş  sümüyünə  tərəf 
yerd
əyişməsinə məcbur edir. Ürəyin sağ mədəciyi, nə normada və nə də 
patoloji hallarda ür
əyin sağ rentgenoloji sərhəddini təşkil etmir. 
 
Ür
əyin  konsentrik  hipertrofiyası  mədəciyin bir bərabərdə  və 
dilatasiyasız  hipertrofiyasına  deyilir.  Onun  əksinə  olan hipertrofiya 
ekssentrik  sayılır;  onun  mənası  mərkəzdən qaçan deməkdir; burada 
m
ədəciyin dilatasiyası, 
mədəciklərarası 
çəpərin asimmetrik 
hipertrofiyası, ürək mərkəzinin yerdəyişməsi, hipertrofiya və  dilatasiya 
d
ərəcəsinin müxtəlifliyi iştirak edir. 
 
Ür
əyin normal zirvə  vurğusu  tez  yüksəlir və  tez də  (ləngimədən) 
enir; onun yüks
əlib ləngiməsi uzanmış  uc  vurğusu  adlanır.  Belə  hal 
ür
əyin zirvəsində  olan  anevrizma,  perikardın  anadangəlmə  yoxluğu  (bu 
zaman  uc  vurğu  qoltuqaltı  nahiyəyə  yerini dəyişir),  hipertrofik 
kardiomiopatiya  üçün  xarakterikdir.  Uzanmış  uc  vurğusu  və  ya ürəyin 
zirv
ə  vurğusunun  uzanması,  ürəyin  atım  fraksiyasının  azalmasına 
işarədir. Ürəyin  sol  qulaqcığının  güclü  yığılmaları,  ürəyin sol mədəcik 
m
ənşəli uc vurğusunun sonuna yaxın hiss olunan dalğa yarada bilər. Bu 
zaman sol m
ədəcik  diastolik  dolmanın  sonunda  qəflətən genəlir 
(presistol
ik  dalğa).  Sonuncuya  dalğacıq  zərbəsi də  deyirlər. Buna sol 
m
ədəciyin elastikliyinin, onun diastolası zamanı azalması şərait yaradır. 
 
Maraqlıdır  ki,  sol  mədəciyin  diastolasında  mitral  qapaq  açılır  və 
qulaqcıqla  mədəcik birləşərək  qulaqcıq-mədəcik  şəkilində  vahid  boşluq 
əmələ gətirir. Mədəciyin bərkişməsində, yəni rigidliyində burada təzyiq 
 
39 


artır, sonuncu isə hipertrofiya törədir (hipertoniya xəstəliyi, ürəyin işemik 
x
əstəliyi zamanı). Uc vurğusunda qulaqcıq dalğasının əllənməsi, ürəyin 
sol m
ədəciyinin  yığılma  funksiyası  haqqında  müəyyən bir fikrin irəli 
sürülm
əsinə  əsas vermir. Hipertrofik obstruktiv kardiomiopatiya 
(hipertrofik  subaortal  stenoz)  aortal  qapağın  və  ya aortal qapaq-dəlik 
stenozundan f
ərqli olaraq, ürəyin zirvə  vurğusunun  sonunda  qulaqcıq 
dalğasının  mövcudluğu  ilə  fərqlənə  bilər.  Birinci halda ürəyin sol 
m
ədəciyinin qeyri-bərabər  hipertrofiyalaşması,  onun  divarlarında  öz 
elastikliyini tam itirm
əmiş sahələrin qalması ilə davam edir. Ikinci halda 
ür
əyin sol mədəciyinin bərabər olaraq hipertrofiyalaşması presistolik və 
ya  postdiastolik  qulaqcıq  dalğasının  hiss  olunmasına  imkan  vermir. 
Başqa sözlə, bərabər hipertrofiyaya uğramış sol mədəcik sol qulaqcığın 
yığılmasından baş verən dalğanın yaranmasına şərait vermir. Sözügedən 
x
əstəlik üçün, ürəyin uc vurğusunun  sonunda  qulaqcıq  dalğasının 
mövcudluğu  səciyyəvi deyildir. Digər tərəfdən,  qulaqcıq  dalğası  mitral 
stenozun olmasını inkar etməyə əsas verir. Onu da bilmək lazımdır ki, bu 
fenomen n
əfəsvermə aktının axırında daha yaxşı müəyyən olunur. 
 
Döş qəfəsini müayinə edərkən burada rast gəlinə bilən pulsasiyaları 
da n
əzərdən  qaçırmamağa  çalışmaq  lazımdır.  Xüsusilə  sağ  və  sol 
körpücük-
döş  sümüyü  birləşməsi nahiyəsi diqqətlə  yoxlanılmalıdır. 
Aortanın  anevrizmasında  ürəyin  yığılmaları  ilə  sinxronik olaraq 
trax
eyanın aşağıya doğru çəkilməsini barmaqlarla hiss etmək olar. Aorta 
qövsünün  genişlənməsini  sağ  döş-körpücük birləşməsində  pulsasiyanın 
olmasına görə ehtimal etmək mümkündür. Bu zaman sianozun üstünlük 
t
əşkil etməsi Fallo tetradası haqqında fikir yaradır. Ağciyər arteriyasının 
stenozu  güclü  olduqca,  aortaya  atılan  qan  miqdarının  artmasına  şərait 
yaradır.  Sol  koronar  arteriyanın  böyük  anevrizması  döş  sümüyünün  sol 
k
ənarında  pulsasiya  yarada  bilər.  Aortanın  koarktasiyası  zamanı 
genişlənmiş və dolğun qabırğaarası arteriyalar açıq-aşkar pulsasiya edir. 
Onları  görmək və  əlləmək  asandır.  Xəstənin  əyilməsi və  əllərin 
sallanması vəziyyətində arxa qabırğaarası arteriyaların pulsasiyası aydın 
n
əzərə  çarpır.  Yenən  aortanın  iri  anevrizması  döş  qəfəsinin sistolik 
pulsasi
yasını  törədir.  Aortal  qapağın  açılma  momenti  ürək  vurğusunun 
pikin
ə  uyğun  gəlir. Ürəyin  döş  qəfəsinin  daxili  divarına  söykənməsi, 
sistolan
ın  başlanması  və  qanın  qovulması  ilə  bərabər  onun  dartılması 
qeyd  edilir.  Bu  proses  mitral  qapağın  açılması  ilə  başa  çatır.  Ürəyin 
m
ədəcikləri protodiastolik periodda 80% olmaqla tez dolur; yerdə qalan 
20%-  i nisb
ətən ləngiyir (ləng  diastolik  dolma  fazası).  Bu  fazanın 
axırında qulaqcıqların yığılması və A dalğasının əmələ gəlməsi müşahidə 
edilir.  
 
Hipertrofik obstruktiv  kardiomiopatiya v
ə  hipertrofik subaortal 
stenoz  zamanı  A  dalğası  və  mezosistolik çökmə,  üçlü  apikal  vurğu 
 
40 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə