Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   2   3   4   5   6   7   8   9   ...   13

17
Hamısının saxtasını gördük. Saxta mallara etibar 
eləməyin! 
Yalnız düzgün olduqda inam avamlıq olmur. 
Yalnız  düzgün  olduqda,  qətiyyət  inadkarlıq  ol-
mur.Yalnız düzgün olduqda, nitq ünsiyyət olur, 
boşboğazlıq olmur. Yalnız düzgün olduqda, seyr 
həqiqəti görür...
“Dhammapada”  Buddanın  həqiqətinin  bu 
və  ya  digər  əhəmiyyətli  tərəflərini  açıqlayan 
fəsillərə bölünmüş fikirlər silsiləsidir. “Dhamma” 
– həqiqət, qanun deməkdir, pali dilindən. Kitab, 
Azərbaycan dilinə rus və ingilis dillərindəki ver-
siyalarından müqayisəli tərcümə edilmişdir. Pali 
dilini biləcək və Buddanı tərcümə etməyə həvəsi 
olacaq  azərbaycanlını  daha  2500  il  gözləməyə 
səbrimiz  olmadı.  Yeri  gəlmişkən,  Budda  (Sidd-
hartha Qautama) e. ə. 536- 476-cı illərdə yaşamış-
dır. 25 əsrdir bu müdriklik ona müraciət edənlərə 
hikmət və şəfa bəxş etməkdədir. Ümid edirik ki, 
indi bu adamların sırasında Azərbaycan oxucusu 
da olacaq.
Dhammapadanın  azərbaycan  dilinə  çevir-
mək  ideyası  filosof  dostum  Zülfüqarlı  Şahinə 
məxsusdur.  Tərcümə  ilk  dəfə  “Fəlsəfə  və  sosi-
al-siyasi elmlər” jurnalında (2010, №№ 1, 2) çap 
olunmuşdur.  İndiki  versiyası  yenidən  işlənmiş 


18
və  redaktə  olunmuş  halda  oxuculara  təqdim 
olunur.
Bir  neçə  söz  Buddanın  dili  barədə.  Şərq 
fəlsəfəsi  Qərb  fəlsəfəsindən  fərqli  olaraq  poetik 
dildə ifadə olunur. Burada pafos, emosional rəng 
hikmətin  dərkinin  asanlaşdırılmasına  xidmət 
edir. Dərkdə bütün varlıq iştirak etməlidir. Bud-
da bu məqamı “bütün bədəni ilə hiss etmə” (259) 
adlandırır.  Tərcümədə  Buddanın  idiomlarını 
mümkün  qədər  saxlamağa  can  atmışıq.  İnadlı 
oxucunun bu simvolların arxasındakı hikmətlərə 
yol tapacağına ümidimiz böyükdür. Bu hikmətlər 
onları izləyəcək oxucunun daxilində böyük sülh 
yaratmaq potensiyasına malikdir. Budda bu sül-
hü Nirvana adlandırır.
Dr.Müşfiq Şükürov


19
I.
QOŞA BƏndlƏr FƏSlİ
1
Dhammalar  ağılla  şərtlənmişlər,  onların  ən 
yaxşı hissəsi – ağıldır, ağıldan yaradılmışlar on-
lar.  Əgər  kimsə  nəyisə  çirkli  ağılla  danışır  və 
edir sə, onu bədbəxtlik təqib edir, arabanı dartan 
öküzün izi ilə təkərin getdiyi kimi.
2
Dhammalar  ağılla  şərtlənmişlər,  onların  ən 
yax şı hissəsi – ağıldır, ağıldan yaradılmışlar onlar. 
Əgər kimsə təmiz ağılla danışır və iş görürsə, sə-
adət onu izləyir, geri qalmaq istəməyən kölgə kimi.
3
“O məni təhqir etdi, o məni vurdu, o mənim 
üzərimdə  üstünlük  qazandı,  o  məni  heç  nəsiz 
qoydu”. Daxillərində bu cür fikirlər daşıyanlarda 
nifrət heç zaman durmur.
4
“O məni təhqir etdi, o, məni vurdu, o mənim 
üzərimdə  üstünlük  qazandı,  o  məni  heç  nəsiz 


20
qoydu”. Daxillərində bu cür fikirlər daşımayan-
larda nifrət yoxa çıxır.
5
Zira,  bu  dünyada  nifrət  heç  zaman  nifrətlə 
durdurulmur, nifrətin yoxluğu ilə durdurulur o. 
Budur əzəli dhamma.
6
Axı  çoxları  bilmir  ki,  biz  hökmən  burada 
öləcəyik.  Bunu  bilən  kəslərdə  isə  mübahisələr 
dər hal kəsilir.
7
O kəs ki, yalnız ləzzətlərin seyrində yaşayır, 
hisslərini ram edə bilmir, yeməkdə hədd tanımır, 
tənbəl və qətiyyətsizdir, - məhz onu Mara
1
 sarsı-
dır, gücsüz ağacı külək sarsıdan kimi.
8
O  kəs  ki,  ləzzətlərin  seyrinə  qapılmadan 
yaşayır,  hisslərini  nəzarətdə  saxlayır,  yeməkdə 
mötədildir,  inam  və  qətiyyətlə  doludur,-  məhz 
onu Mara sarsıda bilmir, külək daş-qayanı sarsı-
da bilmədiyi kimi.
9
Sarı  libas
2
  geyən,  özü  isə  çirkabdan  təmiz-
lən məyən,  həqiqəti,  özünü  məhdud laşdır manı 
bil   məyən kəs sarı libasa layiq deyil.


21
10
Lakin  çirkabdan  azad  olmuş,  fəzilətlərdə 
möh  kəm olan, həqiqət və özünü məhdudlaşdırma 
ilə dolan kəs, məhz o, sarı libasa layiqdir.
11
Həqiqəti həqiqətsizlikdə görənlər və həqiqət-
sizliyi həqiqət sayanlar heç zaman həqiqətə ça ta 
bilməyəcəklər,  zira,  onların  nəsibi  yalançı  niy-
yətlərdir.
12
Həqiqəti həqiqət və həqiqətsizliyi həqiqətsiz-
lik kimi görənlər, onlar həqiqətə çatacaqlar, zira, 
onların nəsibi həqiqi niyyətlərdir.
13
Pis damı olan evə yağış necə daxil olursa, pis 
inkişaf etmiş ağıla da ehtiras eləcə daxil olur.
14
Yaxşı damı olan evə yağış daxil ola bilmədiyi 
kimi, yaxşı inkişaf etmiş ağıla da ehtiras daxil ola 
bilmir.
15
Bu dünyada da şikayətçidir o, o biri dünyada 
da.  Hər  iki  dünyada  şikayətçidir  zülm  törədən. 
Şikayət edir, əzab çəkir o, əməllərinin zülmünü 
görərək.
16
Bu dünyada da sevinir o, o biri dünyada da. 
Saleh əməl sahibi hər iki dünyada sevinir. Sevinir 


22
o, sevinib qurtara bilmir, əməllərinin qüsursuz-
luğunu görərək.
17
Bu dünyada da əzab çəkir o, o biri dünya da, 
hər  iki  dünyada  əzab  çəkir  zülm  törədən.  “Bu 
zülmü mən elədim”- deyə əzab çəkir o. Pis yola 
düşüncə isə daha çox əzab çəkir.
18
Bu dünyada da şadlanır o, o biri dünyada da. 
Hər iki dünyada şadlanır saleh əməl sahibi. “Bu 
xeyiri mən elədim!”- deyə şadlanır o. Doğru yola 
yetişincə isə daha çox şadlanır.
19
Əgər insan Kitabı hətta əzbər belə bilsə, lakin 
özü qafildir və ona riayət etmirsə, o, başqasının 
inəklərini sayan çobana bənzəyir. Müqəddəsliyə 
aidiyyəti yoxdur onun.
20
Əgər hətta insan Kitabı az təkrarlayırsa belə, 
lakin  dhammaya  uyğun  yaşayırsa,  ehtirasdan, 
nifrətdən və cəhalətdən azaddır, həqiqi biliyə və 
azad ağıla malikdirsə, nə bu dünyada, nə də o biri 
dünyada bağlılığı yoxdursa, onun müqəddəsliyə 
aidiyyəti var.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə