Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   2   3   4   5   6   7   8   9   10   ...   13

45
X.
CƏZA BArƏdƏ FƏSİl
129
Hamı  cəza  qarşısında  əsir,  hamı  ölümdən 
qorxur – özünüzü başqasının yerinə qoyun. Nə 
öl dürmək, nə də ölümə təhrik etmək olmaz.
130
Hamı cəza qarşısında əsir, həyat hamıya xoş 
gəlir – özünüzü başqasının yerinə qoyun. Nə öl-
dürmək, nə də ölümə təhrik etmək olmaz.
131
Kim  ki,  səadət  axtararaq  səadət  arzulayan 
məxluqlara  cəza  verir,  o  kəs  ölümündən  sonra 
səa dət almayacaqdır.
132
Kim  ki,  səadət  axtararaq  səadət  arzulayan 
məxluqlara cəza vermirsə, o kəs ölümündən son-
ra səadət alacaqdır.
133
Heç kimlə kobud danışma; kimlə kobud da-
nışsan, sənə eyni şeylə cavab verəcəklər. Axı qı-
cıqlı nitq xoş deyil və qisas sənə toxuna bilər.


46
134
Əgər sən sınmış qonq kimi sakitləşmisənsə, 
sən Nirvanaya çatmısan, səndə qıcıq yoxdur.
135
Çoban ağacla inəkləri örüşə qovduğu kimi, 
beləcə qocalıq və ölüm də canlı varlıqların həyat-
larını qovurlar.
136
Şər işlər tutanda axmaq bunu başa düşmür. 
Ağılsız öz əməllərinin ucbatından odda qovrulan 
tək əzab çəkir.
137
Günahsız  və  korlanmamışlara  cəza  verən 
kimsə tezliklə on haldan birinə gəlib çıxır.
138-139-140
Onun  başına  gələ  bilər:  acı  əzab,  bədənin 
zə dələnməsi  və  ya  ağır  əziyyət  və  ya  xəstəlik, 
də lilik;  yaxud  şahın  qəzəbi  və  ya  ittiham  və  ya 
doğ malarının itirilməsi və ya sərvət itkisi və ya 
evinin  odda  yanması.  Bədən  dağılanda,  axmaq 
cəhənnəmə düşür. 
141
Nə çılpaq gəzmək, nə dolaşıq saçlar, nə kir, 
nə oruc, nə quru torpaqda yatmaq, nə toz və ça-
mur, nə çöməlib oturmaq şübhələrə qalib gəlmə-
miş ölümlünü təmizləyə bilməz.


47
142
Qoy, o lap bəzənmiş olsun, lakin əgər o sülh 
içində yaşayır, sakit, təslim olmuş, nəfsini qoru-
yandırsa,  saleh  həyat  yaşayır,  bütün  varlıqlara 
cəza verilməsini rədd edirsə, o, brahmanadır, o, 
zahiddir, o, bhikşudur.
143
Dünyada  elə  bir  insan  tapılarmı  ki,  özünü 
təvazökarlıqla ram etsin, yaxşı öyrədilmiş at qır-
manca ehtiyac hiss eləmədiyi kimi, qısnanmaya 
ehtiyacı olmasın?
144
Qırmancla  toxunulan,  yaxşı  təlim  görmüş 
at kimi enerjili və canlı olun. İmanın, xeyirxah-
lığın  və  enerjinin,  özünə  dalmanın  və  dhamma 
öyrənmənin köməyi ilə siz, düşüncəlilər, biliklə 
dolular  və  davranışlarında  qüsursuzlar,  bu  bö-
yük bəladan qurtulacaqsınız.
145
Kanal  çəkənlər  su  buraxırlar,  oxçular  oxu 
özlərinə  tabe  etdirirlər,  dülgərlər  ağacı  özlərinə 
ram edirlər, xeyirxahlar özlərini sakitləşdirirlər.


48
XI.
QOCAlIQ BArƏdƏ FƏSİl
146
Bu nə gülüş, bu nə şadlıqdır, o zaman ki, dün-
ya daima od içindədir? Zülmətlə örtülmüşlər, siz 
niyə nuru axtarmırsınız?
147
Bu bəzədilmiş şəklə, qüsurla dolu, hissələr-
dən yığılmış, xəstəhal, içi müəyyənlik və sabitlik-
dən məhrum fikirlərlə dolu bədənə bax.
148
Cındırı  çıxıb  bu  bədənin,  xəstəlik  yuvası, 
fa ni;  bu  çürüməkdə  olan  qalaq  dağılmaqdadır; 
zira, həyat ölümlə sonuclanır. 
149
Bu  maviyə  çalan,  payız  vaxtı  ora-bura  atıl-
mış balbabaqlara bənzəyən sümükləri görməkdə 
nə ləzzət var?
150
Bu qala sümüklərdən düzəldilib, ət və qan-
la suvanıb; qocalıq və ölüm, aldanış və riya var 
onda.


49
151
Bər-bəzəkli  şah  arabaları  belə  köhnəlirlər; 
beləcə, bədən də qocalığa yaxınlaşır. Lakin nəcib-
lərin dhamması qocalığa yaxınlaşmır; zira, xeyir-
xahlar onu xeyirxahlara öyrədirlər.
152
Az bilikli insan öküz kimi qocalır: onun əzə-
lələri böyüyür, biliyi isə artmır.
153
Mən uğursuzcasına evin inşaatçısını axtara-
axtara  bir  çox  doğuluşların  sansarasından  keç-
dim. Təkrar-təkrar doğulmaq kədərlidir.
154
Ey evin inşaatçısı, sən görürsən! Evi bir daha 
yenidən tikə bilməyəcəksən. Sənin bütün atmala-
rın çürüyüb, damdakı çatma da məhv edilmişdir. 
Əşyasızlaşma  yolunda  ağıl  arzuların  məhvinə 
nail olmuşdur.
155
Kimlər ki, saleh həyat yaşamamış, gəncliyin-
də xəzinəyə yetişməmişlər, məhv olurlar, balığı 
olmayan göldə qoca leyləklər ölən təki.
156
  Kimlər  ki,  saleh  həyat  yaşamamış,  gəncli-
yində xəzinəyə yetişməmişlər, sınmış oxlar təki 
yatırlar, keçmişi xatırlayaraq ah çəkə-çəkə.


50
XII.
ÖZ “MƏn” BArƏdƏ FƏSİl
157
Öz “mən”inin xoş olduğunu bilən, qoy, özü-
nü diqqətlə qorusun. Müdrik gecənin üçdə birini 
oyaq qalmalıdır.
158
Qoy,  o  əvvəlcə  özünü  lazımi  hala  gətirsin. 
Sonra  isə  başqasını  da  öyrətmək  olar.  Müdrik 
yoldan azmayacaq.
159
Başqasına  öyərətdiyinə  özü  də  əməl  etsin. 
Özü nü tam ram edərək o, başqalarını da ram edə 
bilər. Həqiqətən də özünü ram etmək çətindir.
160
Axı öz “mən”i özünə ağadır, daha kim ağa 
ola bilər ki? Öz “mən”ini tam təslim edən insan 
çətin tapılan ağanı tapmış olur.
161
Özüdoğulan, özüyaranan şəri özün eləmisən. 
O, axmağa qalib gəlir, almaz qiymətli daşa qalib 
gələn kimi.


51
162
Lap pis xasiyyəti olan kəs özü ilə düşmənin 
ona  arzulaya  biləcəyi  tərzdə  davranır.  O,  sal
18
 
ağacını saran maluvanı
19
 xatırladır.
163
Pis və özü üçün zərərli işləri görmək asan-
dır. Yaxşı və faydalı işləri görmək isə son dərəcə 
çətindir.
164
Qüsurlu baxışlara görə nəcib, dhamma əsa-
sında  yaşayan  Arhatların  təliminə  nifrət  edən 
axmaq katthaka
20
 kimi meyvə verir, yalnız özünü 
məhv etməklə.
165
Zira insan zülmü özü edir, özü də özünü çir-
kaba bulaşdırır. Zülmü eləməyən də özüdür və 
özünü  təmizləyən  də.  Təmizlik  və  çirkab  insa-
nın özü ilə bağlıdır. Heç kim başqasını təmizləyə 
bilməz.
166
Qoy,  o  öz  xeyirini  az  sanmasın,  başqasının 
xeyiri nə qədər böyük olursa-olsun. Öz xeyirini 
dərk edərək, qoy, o, ali xeyirə sadiq olsun.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə